Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konteyner
— Konteyner (ing. container, ing. contain sözündən əmələ gəlmişdir) — yüklərin daşınması üçün istifadə olunan bir vasitədir. Həmçinin müvəqqəti yaşayış yeri kimi də istifadə oluna bilir. == 20'DC == Daxili Ölçüləri:5902mm X 2350mm X 2392mm Həcmi:33,2 m³ == 40'DC == Daxili Ölçüləri:12032mm X 2350mm X 2392mm Həcmi:67,6 m³ == 40'High Cube == Daxili Ölçüləri:12032mm X 2350mm X 2695mm Həcmi:76,2 m³ == 20'Open Top == Daxili Ölçüləri:5894mm X 2344mm X 2347mm Həcmi:31,5 m³ == 40'Open Top == Daxili Ölçüləri:12027mm X 2344mm X 2347mm Həcmi:67,0 m³ == 20'Reefer == Daxili Ölçüləri:5449mm X 2286mm X 2122mm Həcmi:26,1 m³ == 40'Reefer == Daxili Ölçüləri:11550mm X 2280mm X 2092mm Həcmi:26,1 m³ == Konteyner növlərinin işarələnməsi == Konteynerlərin identifikasiyasını asanlaşdırmaq üçün İSO6346:1995 standartında iki hərfdən ibarət «qrup kodları» müəyyənləşdirilmişdir: GP (General Purpose) — standart (ümumi istifadə üçün, universal) konteyner. DC (Dry Container) — quru konteyner , bir çox hallarda GP yerinə də istifadə olunur. RE, RT, RS (Reefer) — реф-konteyner(soyuducu konteyner),temperatur rejimində daşınmalı yüklər üçün istifadə olunur. HI, HR — izolyasiya olunmuş konteyner. VH — Yük sahəsinin yuxarı və aşağı hissəsində mexaniki havalandırma sistemi olan konteyner. UT (OT — Open Top) — Üstü açıq konteyner.
Konveyer
Konveyer — toz, bütöv hissə halında olan yüklərin və məmulların fasiləsiz hərəkəti üçün tətbiq olunan nəqledicidir. Konveyerlər yükdaşıyıcı üzv və dartıcının növünə görə fərqlənirlər. Onlar lentli, zəncirli, kanatlı və dartıcı elementsiz (qravitasiya, ətalət, vintli) olaraq qruplaşırlar. Dartıcı üzv yükaparıcının növündən asılı olaraq lentli, lövhəli, çalovlu və s. olur. Belə konveyerlər yükün hərəkəti üçün lazım olan üzvə malik olması səciyyəvidir. Dartıcı qüvvə ya yükdaşıyıcı elementlə, ya da yükü boru, lövhə və s. üzrə dartan (və ya itələyən) elementlə ötürülür. Dartıcı elementsiz konveyerlərdə fırlanan (diyircıkli, vintli) və ya irəli-geri hərəkət edən (məsələn: ətalətlə işləyən konveyerlər) işçi orqanların və yükün nəqlinin fərqləndirilməsi lazımdır. Konveyerlər elektrik və ya pnevmatik ötürmə ilə işləyirlər.