Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konfet
Konfet (Latın dilində: confectum, «hazırlanma») — müxtəlif növ şəkər və ya şokalad məmulatı. Tarixi XVI əsrə təsadüf edir.
Konfor
Konfor (fr. Confort) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kollonj kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01114. == Coğrafiyası == Kommuna Paris şəhərinin 400 km cənub-şərqində, Lion şəhərindən 90 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 50 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 525 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə (15-64 yaş) əmək qabiliyyətli 301 nəfər arasında 234 nəfər iqtisadi cəhətdən aktiv, 67 nəfər fəaliyyətsiz (fəaliyyət göstəricisi% 77,7, 1999-cu ildə 76,2% idi). 234 aktiv sakindən 211 nəfər işləyirdi (112 kişi və 99 qadın), 23 işsiz (10 kişi və 13 qadın) var.
Konfusi
Kon Fu Dzı (daha çox bilinən adı Konfutsi. Çincə: 孔夫子, E.ə. 551 — E.ə. 479) qədim dövr Çin filosofu və mütəfəkkiri. Kun Tsı da adlanır. Çin fəlsəfi sisteminə onun qədər təsir göstərmiş başqa filosof tapmaq çətindir. Bu təsir o qədər güclü olmuşdur ki, Konfutsianizm adlı yeni bir dinin yaranmasına səbəb olmuşdur. Sonradan ona "Yüz min nəslin atası" kimi görkəmli bir adın verilməsi də bunu göstərir. Dahi Çin mütəfəkkiri Konfutsinin siyasi və etik görüşləri şagirdləri tərəfindən tərtib edilmiş "Lun yuy" ("Söhbətlər və mülahizələr") kitabında ifadə edilmişdir. Konfutsiçilik e.ə.
Konrul
Konsul
Roma Konsulu — Qədim Romada ali magistraturadan biri. Konsul — hökumətin xaricdə nümayəndəsi.
Konzum
Konzum — Xorvatiyanın ən böyük pərakəndə satış şirkəti. Şirkət hər gün 650 mindən çox insanın alış-veriş etdiyi 700 supermarket şəbəkəsinə (ərzaq və məişət əşyaları) malikdir. Şirkət eyni zamanda Bosniya və Herseqovinada və Serbiyada pərakəndə satış şəbəkələrinə sahibdir. Bundan əlavə şirkət 72 aptek şəbəkəsinə və KOZMO markası altında fəaliyyət göstərən 1 aptek atomatına malikdir. Pərakəndə satışdan əlavə, Konzum ərzaq və məişət məhsulları istehsal edir və supermarketlərdə «K Plus» markası ilə aşağı qiymət seqmentində satır. == Quruluşu və göstəriciləri == Konzum Xorvatiyanın ən böyük özəl şirkəti Agrokorun bir törəməsidir. Konzum Zaqreb Birjasında müstəqil bir siyahıya sahibdir və əsas CROBEX Xorvat birjasına daxil olan 25 şirkətdən biridir. Qərargahı Zaqrebdə yerləşir. İşçilərin ümumi sayı 12 min nəfərdir. 2011-ci ildə şirkətin maliyyə göstəriciləri belə olmuşdur: cəmi gəlir - 13,359 milyard Xorvatiya kunası (1.83 milyard avro), xərcləri - 12.913 milyard kuna (1.77 milyard avro), əməliyyat mənfəəti - 446 milyon kuna (61 milyon avro), xalis mənfəət - 345 milyon kuna (47 milyon avro).
Kunduz
Künduz vilayəti (fars. ولایت کندز‎‎‎, puşt. کندوز ولايت) — Əfqanıstan İslam Respublikasının vilayətlərindən biri. Vilayətin sahəsi 8.040 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 900.3 min nəfər, inzibati mərkəzi Künduz şəhəridir. Əhalisinin etnik tərkibi əsasən özbəklərdən ibarətdir. Vilayət inzibati cəhətdən Əliabad, Ərçi, Çahardərə, İmam Sahib, Xanabad, Künduz və Qalayi Zal rayonlarına ayrılır.
Körfəz
Körfəz — okeanın və ya dənizin quruya çox daxil olmuş, lakin okeanla sərbəst əlaqəsi olan hissəsidir. Sakit okeanda – Alyaska, Kaliforniya, Atlantik okeanında — Qvineya, Meksika, Müqəddəs Lavrenti, Biskay, Fin, Riqa, Botnik, Fandi, Hind okeanında – Benqal, Böyük Avstraliya, Iran, Ədən, Oman, Şimal Buzlu okeanında – Hudzon, Ob. Dənizlərdən fərqli olaraq, suyunun xassələrinə, axınlarına və orada yaşayan canlılara görə okeanlardan az fərqlənir. Bəzi dənizləri səhvən körfəz, bəzi körfəzləri isə dəniz adlandırmışlar. Əslində Meksika körfəzi dəniz, Qırmızı dəniz isə körfəz adlandırılmalıdır. Çünki Meksika körfəzinin suyunun fiziki-kimyəvi xüsusiyyətləri və üzvi aləmi onu dəniz adlandırmağa imkan verir.
Kontum
Kontum (vyet. Kon Tum) — Vyetnamın mərkəzi dağlıq hissəsində vilayət tabeliyində olan şəhər, Kontum vilayətinin inzibati mərkəzi. == Əhalisi == Şəhərin əhalisi 143,467 nəfərdir. Onlardan 41,990 nəfəri etnik azlıqlardır ki, bu da təxminən əhalinin 29,26%-ni təşkil edir.
Donuz
Donuz — Sus cinsində olan heyvanlara verilən ümumi addır. Donuzlar həm ət həm ot ilə qidalanırlar. İnsanlar tərəfindən əhlilləşdirilmişdir və ferma heyvanı olaraq istifadə edilməkdədir.
Kobuz
Kobuz(qaz. қобыз)—ya da kyl-kobyz - qədim qazax simli alətidir. At saçlarından hazırlanmış iki ipdən ibarətdir. Rezonans edən boşluq ümumiyyətlə keçi dərisi ilə örtülmüşdür. Ənənəvi olaraq kobizlər müqəddəs alətlər idi, şamanlara və bakseylərə (ənənəvi ruhani tibb) məxsus idi. Rəvayətlərə görə, kobyz və onun musiqisi pis ruhları, xəstəlikləri və ölümü aradan qaldıra bilər. == Haqqında == Kobyz ikiqat çömçə şəklindədir, qısa, arqasız şəkildə əyilmiş boyun, iri düz bir baş və stendi təsdiqləmək üçün yuxarıda bir qolu olan və altındakı bir buraxılış ilə içi boş, qabarcıqlı bükülmüş cüt yarımkürədən ibarətdir. Kobıza qoyulan iki ip at atından bükülmüşdür. Alətin ümumi uzunluğu 60-73 sm-dir.Ronzonatorun ikiqat fincanı, günəşin doğması və qürubunun əks olunduğu, iki simli - kainatın yuxarı və altındakı kobizin yaradıcıları - köçərilərin Tengrian dünyagörüşünü əks etdirir. == Tarixi == 1930-cu illərdə Sovet Qazaxıstan Respublikasında ilk xalq çalğı alətləri orkestrləri qurulanda yeni bir növ kobyz meydana gəldi.
Konus
Konus — həndəsi elementdir. Konus düzbucaqlı üçbucağın katetlərindən birinin ətrafında 360°Fırlanması ilə alınan fəza fiqurudur. Konusun tili yoxdur, təpəsi və üzü 1 ədəddir. Kəsik Konus. Konusu kəsən və oturacağına paralel olan müstəvi ilə konusun oturacağı arasında qalan hissə kəsik konus adlanır. Həcmi: V = 1 3 π r 2 h {\displaystyle V={\frac {1}{3}}\pi r^{2}h} Yan səthin sahəsi: S y a n = π r ⋅ l {\displaystyle S_{yan}=\pi r\cdot l} Tam səthin sahəsi: S t a m = π r ⋅ ( r + l ) {\displaystyle S_{tam}=\pi r\cdot (r+l)} Konusun diaqonal kəsiyi bərabəryanlı üçbucaqdır.Burada V-Həcm Syan-yan səthin sahəsi Stam-tam səthin sahəsi r-konusun oturacağının radiusu h-konusun hündürlüyü l-konusun doğuranıdır.
Korfu
Kerkira (yun. Κέρκυρα) və ya Korfu (it. Corfù) — Yunanıstanda, İon adaları qrupuna aid ada. Əsas şəhər Kerkiradır. == Tarixi == XIV–XVIII əsrlərdə adada eyniadlı Venesiya qalası var idi. Kerkira 1797-ci ildə digər İon adaları ilə birlikdə Fransa tərəfindən tutulmuşdur. 1798-ci ilin noyabrında Fyodor Uşakovun 1798–1800-cü illər Aralıq dənizi səfəri zamanı qala Rusiya desant qoşunları tərəfindən mühasirəyə alınmış, ​​19 fevral 1799-cu ildə təslim olmuşdur. == Coğrafiya == İon adaları qrupuna aiddir. Ərazisi 592 km2-dir. Hündürlüyü 906 metrə qədərdir.
Köküz
Köküz — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Süleymanbəy nahiyyəsində kənd.
Könül
Könül — Qadın adı və təxəllüs. Bu adı olan tanınmış şəxslərKönül Xasıyeva — azərbaycanlı muğam ifaçısı Könül Kərimova — Azərbaycan müğənnisi. Könül Abdulrəhimova — Azərbaycan alimi. Könül Hüseynova — Rejissor. Könül Mehrəliyeva — azərbaycanlı müğənni, aktrisa. Könül Bünyadzadə — şərqşünas alim, fəlsəfə elmləri doktoru (2007). Könül Arifqızı — Ssenari müəllifi. Aparıcı Könül Talıbova — Könül Yazar — Könül Əliyeva — Könül Babayeva — Könül Bunyatova — Könül Ömərova —Bu təxəllüsü olan tanınmış şəxslərÜlviyyə Könül — Klipmeyker. Rejissor.
Buxta (körfəz)
Buxta (alm. Bucht‎) — dəniz, körfəz, göl, su anbarı kimi coğrafi obyektlərdə, külək və dalğalardan ada, sahil və ya qayalıqlarla qorunan su sahəsinə deyilir. Alman dilində buxta (alm. Bucht‎) sözü geniş mənada işlənir. Bəzən körfəz (Hudzon körfəzi — alm. Hudson-Bucht‎), bəzən isə dəniz (Baffin dənizi — alm. Baffin-Bucht‎) anlamını verir. Bir qayda olaraq gəmilərin dura bilməsi üçün münasib olan kiçik körfəz anlamışda işlədilir. == Buxtalar == Bakı buxtası Balaklav buxtası — Avropanın ən dərin buxtası. Timbuktu buxtası Avacin buxtası — dünyanın sahəsinə görə ikinci ən böyük buxtası, buraya istənilən gəmi yan ala bilər.
Fandi (körfəz)
Fandi (ing. Bay of Fundy, fr. Baie de Fundy) — Şimali Amerika qitəsində, Kanadanın şərq sahillərində, Meyn körfəzinin şimal şərqində yerləşən körfəz. Fandi körfəzi özünün 18 m-lik qabarma və çəkilməsinə görə digər körfəzlərdən fərqlənir. Körfəzin uzunluğu 300 km, eni isə 90 km olub, dərinliyi 214 m-ə qədər çatır. Vadden dənizi ilə eyni xüsusiyyətə malikdir. Körfəzin böyük limanı Sent-Condur. Körfəz böyük hidroenerji potensialına malikdir. Annapolis QÇESi məhz bu körfəzdə yerləşir. Sen-Kura, Sent-Con çayıSent-Con Fendi körfəzinə tökülən çaylardır.
Gəz (konfet)
Gəz — İsfahan şəhərində şəkər ya bal, yumurtanın ağı, Badam və püstə içi, hil və gülab ilə hazırlanan nuqanın ənənəvi adı.Orijinal növündə şəkər və bal əvəzinə zaqros dağlarında becərən yulğun ağacından ələ gələn çıxarışdan (əngəbin) istifadə olunur.
Havan (körfəz)
Havan — Su tutatının bir hissəsini təşkil edir. Bir qayda olaraq liman akvatoriyasının bir hissəsini təşkil edir. Burada sərnişinlərin minməsi və düşməsi, yüklərin yüklənməsi və boşaldılması həyata keçirilir. Gəmilər uzun zaman havanda qala bilirlər. Üstəlik bir limanda bur necə havan ola bilər. Adətən havan üçün küləkdən və dalğalardan qorunan ərazini seçirlər. Havan təbii və süni ola bilir. Havanları həmdə buxta adlandırır. Məsələn: Sovet Havanı.
Körfəz müharibəsi
Körfəz müharibəsi və ya Birinci Körfəz Müharibəsi, kod adı Səhra Fırtınası əməliyyatı — 2 avqust 1990-cı ildə İraqın Küveyti işğal etmesi ilə başlayan böhranın nəticəsində, ABŞ rəhbərliyində, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı, Suriya, Misirin də aralarında olduğu 37 ölkənin daxil olduğu koalisiya gücünün İraqa qarşı təşkil etdiyi hərbi əməliyyat (17 Yanvar 1991–28 Fevral 1991).
Körfəz ölkələri
Fars körfəzinin Ərəb ölkələri, Fars körfəzi sərhəd altı ərəb ölkələri aiddir: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Küveyt, Bəhreyn, və Oman.
Künduz (şəhər)
Künduz — Əfqanıstanın Künduz vilayətinin inzibati mərkəzi. Həmçinin Əfqanıstanın ən böyük 6-cı şəhəridir. Keçmiş əfqan mücahid, baş nazir və böyük narkobaron Gülbəddin Hikmətyar burada anadan olub. Qədim şəhərdir. E.ə. 329-cu ildə Baktriya dövlətinin mühüm şəhərlərindən biri olub.
Künduz vilayəti
Künduz vilayəti (fars. ولایت کندز‎‎‎, puşt. کندوز ولايت) — Əfqanıstan İslam Respublikasının vilayətlərindən biri. Vilayətin sahəsi 8.040 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 900.3 min nəfər, inzibati mərkəzi Künduz şəhəridir. Əhalisinin etnik tərkibi əsasən özbəklərdən ibarətdir. Vilayət inzibati cəhətdən Əliabad, Ərçi, Çahardərə, İmam Sahib, Xanabad, Künduz və Qalayi Zal rayonlarına ayrılır.
Künduz xanlığı
Künduz xanlığı və ya Künduz əmirliyi (özb. قلندر حانلیگی, Qunduz xonligi, Қундуз хонлиги) — XVIII-əsrin sonu XIX əsrin ortalarına qədər Cənubi Türkistanda mövcud olan özbək dövləti. Xanlıq əsasən hazırkı, Əfqanıstan dövlətinin ərazisini əhatə edirdi. Paytaxtı Künduz şəhəri olmuşdur. Amudəryanın sağ sahilində olan bəzi ərazilər və şəhərlər də (Qulab, Kubadyan) xanlığa daxil idilər. 1820-ci illərdə əmir Məhəmməd Murad-Bey hakimiyyət illəri xanlığın çiçəkləndiyi dövr sayılır. == Tarixi == Orta əsrlərdə Cənubi Türkistanın ən iri şəhərlərindən olan Künduz uzun müddət müstəqillik uğrunda mübarizə aparmışdır. Bir neçə uğursuz cəhddən sonra nəhayyət künduzlular müstəqil dövlət kimi Künduz xanlığını yaratmağı bacarırlar. Belə ki, XVIII əsrdə Künduz ərazisi bütün Cənubi Türkistanla birlikdə Dürranilər imperiyasının tərkibinə daxil idi. Timur şahın oğullarının arasında davam edən daxili müharibələr, bölgəyə sahib olmağa çalışan müxtəlif özbək tayfa başçılarının müstəqillik əldə etməsinə şərait yaradırdı.
Künduz əmirliyi
Künduz xanlığı və ya Künduz əmirliyi (özb. قلندر حانلیگی, Qunduz xonligi, Қундуз хонлиги) — XVIII-əsrin sonu XIX əsrin ortalarına qədər Cənubi Türkistanda mövcud olan özbək dövləti. Xanlıq əsasən hazırkı, Əfqanıstan dövlətinin ərazisini əhatə edirdi. Paytaxtı Künduz şəhəri olmuşdur. Amudəryanın sağ sahilində olan bəzi ərazilər və şəhərlər də (Qulab, Kubadyan) xanlığa daxil idilər. 1820-ci illərdə əmir Məhəmməd Murad-Bey hakimiyyət illəri xanlığın çiçəkləndiyi dövr sayılır. == Tarixi == Orta əsrlərdə Cənubi Türkistanın ən iri şəhərlərindən olan Künduz uzun müddət müstəqillik uğrunda mübarizə aparmışdır. Bir neçə uğursuz cəhddən sonra nəhayyət künduzlular müstəqil dövlət kimi Künduz xanlığını yaratmağı bacarırlar. Belə ki, XVIII əsrdə Künduz ərazisi bütün Cənubi Türkistanla birlikdə Dürranilər imperiyasının tərkibinə daxil idi. Timur şahın oğullarının arasında davam edən daxili müharibələr, bölgəyə sahib olmağa çalışan müxtəlif özbək tayfa başçılarının müstəqillik əldə etməsinə şərait yaradırdı.