Le Korbuzye
Le Korbuzye (fr. Le Corbusier; əsl adı Şarl-Eduar Jannere-Qri (fr. Charles-Edouard Jeanneret-Gris; 6 oktyabr 1887[…], La-Şo-de-Fon, İsveçrə[…] – 27 avqust 1965[…], Rokbrün-Kap-Marten, Dənizkənarı Alplar, Fransa) — İsveçrəli memar. Yeni müasir memarlığın liderlərindən və memarlıqda rasionalizmin yaradıcılarından biri.
İnşaatın sənayeləşdirilməsi ideyası Le Korbuzyeyə məxsusdur.O, yeni material və konstruksiyalardan istifadə etmiş, memarlıq təcrübəsinə lentvari- üfüqi pəncələr,yastı dam-bağ, dayaq sütunlar üzərində ucaldılmış bina və s kimi yeniliklər gətirmişdir. Korbuzyenin yaradıcılığında şəhərsalma problemləri böyük yer tutur. Onun 3 milyon əhali üçün nəzərdə tutduğu müasir şəhərin layihə-dioramasında (1922), Parisin mərkəzinin yenidənqurma planında ("Plan Buazen",1925), Hindistanın Çandiqarx şəhərinin inşasında, Buenos Ayres, Əlcəzair və s şəhərlərini planlaşdırılmasında yeni urbanizm təmayülləri özünü göstərir.