Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Korrelyat çöküntülər
Korrelyat çöküntülər (rus. коррелятные отложения, ing. correlative sediments) — dağların parçalanması hesabına onların ətəyində toplanan çöküntülər, skulptur relyeflə bir vaxtda yaranır. Adətən K. ç. parçalanma mənbəyinə yaxın sahələrdə kobud çöküntülərin toplanması, nisbətən xırda dənələrin daha uzaqlara aparılması ilə əlaqədar zonal quruluşa malik olur. K. ç. görə skulptur relyefin yaşı və inkişaf tarixi təyin edilir.
Eyşa Korrera
Eyşa Karrera (6 avqust 1973, Nyu-York, ABŞ) — ABŞ pornoaktrisası, ssenaristi və modeli. 300-dən artıq pornoqrafik filmdə iştirak etmişdir. Ateistdir. == Həyatı == Eyşa Karrera 1973-cü ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur. Atası yapon, anası alman əsillidir. Ailədə 4 uşaqdan biridir. Uşaqlıq vaxtında piyano dərsləri almışdır. 1990-cı ildə barlarda striptizçi olaraq çalışmışdır. 1993-cü ildə isə artıq porno kassetlər yayımlamışdır. Bəzən "Cessika Bennett" ləqəbi ilə də filmlərdə iştirak etmişdir.
Korreya Pinto
Korreya Pinto (port. Correia Pinto) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2008-ci il məlumatlarına əsasən bələdiyyənin əhalisi 14838 nəfərdir. Ərazisi 651,614 кm²-dir. Əhalinin sıxlığı 26,1 nəfər/кm²-dir. Bələdiyyə 10 may 1982-ci ildə yaradılmışdır.
Adriano Korrea
Adriano Korrea Klaro (26 oktyabr 1984[…], Kuritiba) və ya qısaca Adriano — sol cinah müdafiəsi mövqeyində oynayan braziliyalı futbolçu. Onun çıxış etdiyi sonuncu klub Belçikanın "Eypen" klubu olub. Peşəkar futbol sahəsində ambidekstriyaya malik nadir futbolçulardan olan Adriano meydanın hər iki hissəsində müdafiəçi və ya yarımmüdafiəçi mövqeyilərində çıxış etməyi bacarır. Karyerasına "Koritiba" klubunda başladıqdan sonra 2005-ci ildə İspaniyaya yollandı, "Sevilya" və "Barselona" klublarında bir neçə La Liqa mövsümünü keçirdi və hər iki klubla bir neçə böyük titul qazandı, o cümlədən sonuncu ilə 2015-ci ildə "trebl" etməyə nail oldu. On il ərzində Braziliya millisində çıxış edən Adriano ölkəsini iki Amerika Kuboku turnirində təmsil edib və 2004-cü ildə qalib gəlib.
Ulisseş Korreya i Silva
Joze Ulisseş de Pinya Korreya i Silva (port. José Ulisses de Pina Correia e Silva; 4 iyun 1962, Praya) — kabo-verdeli iş adamı və siyasətçi, 22 aprel 2016-cı ildən etibarən Kabo-Verde Baş naziri. Demokratiya Uğrunda Hərəkat Partiyası 20 mart 2016-cı ildə təşkil olunmuş parlament seçkilərində qalib gəldi və o, Baş nazir vəzifəsinə başladı. Silvia 1988-ci ildə Lissabon Texniki Universitetinin İqtisadiyyat və Biznes İdarəetmə fakültəsini bitirib. Silva fəaliyyətinə bank sektorunda başladı. 1989–1994-cü illərdə Kabo-Verde Bankında idarəetmə direktoru kimi çalışıb. Kabo-Verde Jan Piaje Universitetində müəllim kimi dərs deyib. Silva Kabo-Verde hökumətində 1995–1998-ci illərdə Maliyyə məsələləri üzrə dövlət katibi və 1999–2001-ci illərdə Maliyyə Naziri vəzifələrində çalışıb. 2008-ci ildə Praia bələdiyyə başçısı seçildi və 2013-cü ildə yenidən bu vəzifəyə təyin olundu. Silva 2013-cü ildə DUH-ın Prezidenti oldu.
Xose Fransisko Korrea da-Serra
Xose Fransisko Korrea da-Serra (port. José Francisco Correia da Serra və ya port. José Correia da Serra, 5 iyun 1751 — 11 sentyabr 1823) — Portuqaliya botaniki, naturalisti, geoloq, filosof, Amerika Fəlsəfə Cəmiyyətinin üzvü, diplomat, müxtəlif millətlərə mənsub botaniklər arasında vasitəçi, dövlət xadimi, депутат. On the fructification of the submersed Algae, Philosophical Transactions, 1799, pp. 494—505. On a submarine forest on the coast of England, Philosophical Transactions, 1799, pp. 145—155. On two genera of plants belonging to the natural family of the Aurantia, Transactions of the Linnean Society, Vol. 5, pp. 218—226.