Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kuros
Kuros (q.yun. κοῦρος, cəmdə kuroy) — çılpaq kişi gəncləri təsvir edən müstəqil qədim Yunanıstan heykəllərinə verilən müasir termin. Onlar ilk dəfə Yunanıstanda Arxaika dövrdə meydana çıxmış, əsasən Attika və Beotiyada tapılmışdır, lakin Siciliya kimi bir çox digər qədim yunan ərazilərində az sayda aşkar edilmişdir. Belə heykəllərə yunandilli dünyada rast gəlini. Bunların çoxu əsasən Apollon ziyarətgahlarında tapılmışdır. Yalnız Beotiyada yerləşən Apollon Ptoyon ziyarətgahından yüzdən çox belə heykəl aşkar edilmişdir. Bu müstəqil heykəllər adətən mərmərdən idi, lakin əhəngdaşı, ağac, tunc, fil sümüyü və terrakota ilə işlənmişdir. Onlar adətən real həmcdə olurlar, baxmayaraq ki, erkən nəhəng nümunələr 3 metrə qədər hündürlüyə malikdir. Kurosun qadın forması kora adlanır. == Etimologiyası == Qədim yunan dilində sözü kuros (κοῦρος) "xüsusilə də nəcib rütbəli gənc oğlan" deməkdir.
Kupers-Taun
Kupers-Taun (ing. Coopers Town) — Baham adalarında şəhər. Abako adalarına aid Böyuk Abako adasında yerləşir. Şəhər adanın ən şimal hissəsində yerləşir. 1870-ci illərin sonlarında Böyük Bahama adasından olan Albert Butlun ailəsinin üzvləri tərəfindən yaradılmışdır. Əvvəlcə Kupers-Taunda ananas yetişdirildi və dəniz süngərləri yığılırdı, lakin XX əsrin sonunda onlara tələbat praktiki olaraq yox olmuşdur. Buna səbəb şəhər ərazisində təbii limanın olmaması idi. 1992–2002 və 2007–2012-ci illərdə Baham adalarının baş naziri olmuş Hubert İnqrem uşaqlığını Kupers-Taun şəhərində keçirmişdir.
Koros-Karan (Bakalı)
Koros-Karan (başq. Ҡорос-Ҡаран, rus. Куруч-Каран) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Koros kənd şurasının tərkibindədir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (91 %) üstünlük təşkil edir.
Yeni Koros (Bakalı)
Yeni Koros (başq. Яңы Ҡорос, rus. Новокуручево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Koros kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 25 km, kənd sovetliyindən (Köhnə Koros): 8 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 105 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (56%), tatarlar (44%) üstünlük təşkil edir.
Köröş-Maroş Milli Parkı
Köröş-Maroş Milli Parkı (ing. Körös-Maros National Park, mac. Körös–Maros Nemzeti Park) — Macarıstanın 10 milli parkından biri. Cənubi Alfölddə Bekeş əyalətində yerləşir. == Coğrafiyası == 1997-ci ildə quşların mühafizəsi üçün yaradılmışdır. Payız mövsümündə Feyer gölünün ətrafında quşların köçünü müşahidə etmək olar. Göl on minlərlə durnaların və ördəklərin sığınacağıdır.