Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kazatsa
Kazatsa (it. Casazza) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 3481 nəfər, əhalinin sıxlığı 497 nəfər/km²-dir. Sahəsi 7 km² ərazini tutur. Poçt kodu - 24060. Telefon kodu - 035. Müqədəs şəhid Lourens kommunanın himayədarı hesab olunur və 10 avqustda onun üçun bayram qeyd edilir.
Kotatsu
Kotatsu (kotatsu (炬燵)) — bir aşağı, ağacdan masa çərçivəsidir ki, bir ağır yorğan ilə əhatə olunur bunun üzərinə bir masa üstü oturur. Altında bir istilik mənbəyi var, ki çox vaxt masanın öz daxilində yerləştirilib.Kotatsu demək olar ki, yalnız Yaponiyada istifadə olunur, baxmayaraq ki oxşar cihazlar digər yerlərdə istifadə olunur.
Kutaisi
Kutaisi (gürc. ქუთაისი) – Gürcüstanın ikinci ən böyük şəhəridir. Ölkənin qərbində, İmereti diyarında yerləşir və bu bölgənin ən böyük şəhəridir. Paytaxt Tbilisidən təxminən 221 km uzaqlıqdadır. Əhalisi 147.635 nəfərdir (2014). Kutaisi Sovet dövründə ağır metallurgiya sənayesi mərkəzi idi. O dönəmdə şəhərin əhalisi 300.000 nəfərdən çox idi. Ancaq bu gün bir çox əhalinin şəhəri tərk etməsindən sonra əhali azalmışdır. Qafqaz şəhərlərindən biridir. == Tarixi == Kutaisi qədim Kolxida krallığının paytaxtı olmuşdur.
Kütahya
Kütahya — Türkiyənin Kütahya ilinin inzibati mərkəzi.
Katitsa Kulavkova
Katitsa Kulavkova (mak. Катица Ќулавкова) ― Şimali Makedoniya yazıçısı və akademiki. O, iyirmi şeir toplusu da daxil olmaqla qırxdan çox kitabın müəllifidir. Kulavkova Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin filologiya fakültəsinin professorudur və beynəxalq PEN ədəbiyyat təşkilatının sədr müavinidir. == Həyatı == Katitsa (Kata) Kulavkova 1951-ci ildə Makedoniya Xalq Respublikasının Veles şəhərində anadan olmuşdur. O, ilkin və orta təhsilini 1969-cu ildə doğma şəhərində başa vurdu. Daha sonra təhsilini Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin Fələsəfə və Tarix fakultəsinin "Cənubi slavyan ədəbiyyatı və makedoniya ədəbiyyatı tarixi" ixtisasına daxil olaraq davam etdirdi. 1973-cü ildə bakalavr dərəcəsini bitirərək, magist pilləsinə keçid etdi və onun buraxılış işinin mövzusu "Metafora və müasir makedoniya poeziyası" olmuşdur. Doktorantura mərhələsini isə 1986-cı ildə Zaqreb Universitetində bitirmişdir. O, Fransa hökumətinin dəstəyi ilə Nova Sarbonna universitetində praktika keçmişdir.
Kutaisi quberniyası
Kutaisi quberniyası (gürc. ქუთაისის გუბერნია, rus. Кутаисская губерния) — Çar Rusiyası dövründə Cənubi Qafqazda mövcud olmuş inzibati ərazi vahidi. Kutaisi quberniyası müasir Gürcüstanın qərb hissəsini əhatə edirdi. Quberniya mərkəzi Kutaisi şəhəri idi. == Tarixi == 1846-ci il 14 dekabr tarixində Rusiya çarı I Nikolayın fərmanı ilə Gürcüstan-İmeretiya quberniyası ləğv edilmiş və onun əsasında Tiflis və Kutais quberniyaları yaradılmışdır. 1883-cü ildə Suxumi, Artvin və Batumi bölgələri quberniyaya birləşdirildi. XX əsrin əvvəllərində Suxumi bölgəsi Kutaisi quberniyası ərazisindən çıxarılaraq Suxumi quberniyası təsis edildi. 1917-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikası təsis edildikdən sonra ləğv edilmişdir. 1918-ci ildə Kutaisi quberniyası ərazisi Gürcüstan Demokratik Respublikası ərazisinə daxil edilmişdir.
Kütahya ili
Kütahya ili — Türkiyədə il.
Cemal Kütahya
Cemal Kütahya (12 iyun 1990, Konya – fevral 2023, Antakya) – Türkiyə həndbolçusu. Türkiyənin həm milli həndbol komandasının, həm də milli çimərlik həndbolu komandasının kapitanı idi. == Karyerası == Həndbol karyerasına Akdeniz Universitetinin komandasında başlamışdır. Türkiyədə "Ankara İl Özəl İdarə", "İstanbul Yeditəpəspor", "Ankaraspor", "Antalyaspor", "Beykoz Bələdiyyəsi" klublarında, Qətərdə "Əl-Şəmal" klubunda, Rumıniyada isə "Suçava" klubunda çıxış etmişdir. "Əl-Şəmal" klubu ilə 2020-ci ildə Ərəb Çempionlar Liqasının qalibi olmuşdur. Sonuncu klubu Türkiyənin "Hatay Böyüşəhər Bələdiyyəspor" idi və komandası Türkiyə çempionatında məğlubiyyətsiz irəliləyirdi. Cemal Kütahya Türkiyə milli həndbol komandasının kapitanı kimi 2022-ci ildə baş tutmuş İslam Həmrəylik Oyunlarında çıxış etmiş və gümüş medalın sahibi olmuşdur. Türkiyə millisinin heyətində 150-dən çox oyuna çıxmışdır. === Çimərlik həndbolu === O, Türkiyə milli çimərlik həndbol komandasının da kapitanı olmuşdur. 2019-cu ildə 172 qolla, 2021-ci ildə isə 151 qolla çimərlik həndbolu üzrə keçirilmiş Avropa çempionatlarının bombardiri olmuşdur.
Kumata təpəsi
Kumata təpəsi (bolq. хълм Кумата, ‘Halm Kumata’ \'h&lm 'ku-mata\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şərqdə yerləşən, 614 m hündürlüklü təpədir. Təpə Bolqarıstanda yerləşən Vitoşa dağındakı Kumata ərazisinin adını daşıyır. == Yerləşməsi == Kumata təpəsi 63°33′35″ c. e. 57°49′30″ q. u. koordinatlarında yerləşmişdir. MakKolman zirvəsindən 6.9 km şimal-qərbdə, Marten qayasından 3.08 km şərqdə, Kanitz nunatakından 7.88 km cənub-qərbdə, Kain nunatakından 3.37 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Kutans (rayon)
Kutans (fr. Coutances) — Fransanın Normandiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Manş. Suprefektura — Kutans. Rayon əhalisi 2015-cı ildə 71 055 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon ərazisi — 1142 km².
Oqonnyor-Kubata
Oqonnyor-Kubata — Laptevlər dənizinə daxil olan Olenok körfəzinə daxildir. Olenok çayının deltasında meydana gəlmişdir.
Takayuki Kuvata
Takayuki Kuvata (d. 26 iyun 1941) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib, 2 qol vurub.
Yasuharu Kurata
Yasuharu Kurata (1 fevral 1963, Şizuoka) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Şu Kurata
Şu Kurata (d. 26 noyabr 1988) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kutaisi klassik gimnaziyası
Kutaisi klassik gimnaziyası (gürc. ქუთაისის კლასიკური გიმნაზია) — Rusiya imperiyası dövründə Kutaisi şəhərində orta təhsil müəssisəsi. == Tarixi == 1830-cu ildə Kutaisi şəhərində əyalət məktəbi açılmışdır. Məktəbin açılmasında məqsəd Rusiya imperiyası üçün etibarlı təbəələr yetişdirmək idi. 1850-ci ildə məktəb inkişaf edərək əyalət gimnaziyası kimi fəaliyyət göstərməyə başladı. 1878-ci ildə isə Kutaisi əyalət gimnaziyası əsasında daha mötəbər Kutaisi klassik gimnaziyası təşkil edildi. Kutaisi klassik gimnaziyası ilk dövrlər polkovnik Seretelinin evində yerləşirdi. Daha sonra gimnaziyaya xüsusi bina tikildi. Bina memar Enfiaziyevin layihəsinə uyğun olaraq inşa edildi. Kutaisi şəhər duması Qızıl Məhəllə (müasir Rustaveli küçəsində) ərazisində tikinti üçün ayrıca torpaq sahəsi ayrıldı.
Torpedo Kutaisi FK
Torpedo — Gürcüstanın futbol klubu. 1946-cı ildə yaranmışdır.
Kütahya Dumlupınar Universiteti
Kütahya Dumlupınar Universiteti — Türkiyənin Kütahya ilində yerləşən dövlət universiteti. Universitet 1992-ci ildə əvvəllər Anadolu Universitetinin nəzdində olan Kütahya İqtisadiyyat və İdarəetmə Fakültəsi və Kütahya Peşə Məktəbinin və yeni qurulan dörd fakültə və iki institutun Dumlupınar Universiteti adı altında birləşməsi ilə yaradılıb. Universitetin il mərkəzində Övliya Çələbi və ilçələrində Simav Dr. İbrahim Naci Eren və Tavşanlı şəhərciklərindən əlavə Kütahyanın 9 ilçəsində fakültə və peşə məktəbi binaları mövcuddur. Kütahya Dumlupınar Universiteti TÜBİTAK-ın 2017-ci ildə hazırladığı Sahibkarlıq və Yenilikçi Universitetlər İndeksində 39-cu sırada yer alıb. == Tarixi == === Qurulması === Kütahya Dumlupınar Universitetinin özəyini təşkil edən Kütahya İqtisadiyyat və İdarəetmə Elmləri Akademiyası 12 oktyabr 1974-cü ildə Əskişəhər İqtisadiyyat və Ticarət Elmləri Akademiyasına bağlı Kütahya İdarəetmə Elmləri Məktəbi adı ilə yaradılmışdır. 4 dekabr 1974-cü ildə Kütahya Zəfər meydanı yaxınlığında yerləşən və bu gün İl Mədəniyyət və Turizm Müdirliyi tərəfindən istifadə edilən iki mərtəbəli binada təhsilə başlayan kollec 15 fevral 1979-cu ildə Akademiya tərəfindən fakültə səviyyəsinə yüksəldildi və Kütahya İdarəetmə Elmləri Fakültəsi adını almışdır. 20 iyul 1982-ci il tarixli 41 saylı Qanun Fərmanı ilə qurum Anadolu Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsinə bağlı Kütahya İnzibati Elmlər Fakültəsi olaraq təşkil edilmişdir. 1987-ci ildə qanun ilə Kütahya İqtisadiyyat və İdarəetmə Fakültəsi adlandırıldı. 11 iyul 1992-ci ildə qanunla Anadolu Universitetindən ayrılan, adı və mənsubiyyəti dəyişdirilən Kütahya İqtisadiyyat və İdarəetmə Fakültəsi və Kütahya Peşə Məktəbi ilə yanaşı, yeni qurulan Fən və Ədəbiyyat Fakültəsi, Mühəndislik Fakültəsi, Simav Texniki Təhsil Fakültəsi, Biləcik İqtisadiyyat və İdarəetmə Fakültəsi, Sosial Elmlər İnstitutu və Təbiət və Tətbiqi Elmlər İnstitutunu özündə birləşdirən Dumlupınar Universiteti yaradıldı.
Kutaisi Beynəlxalq Hava Limanı
Kutaisi Beynəlxalq Hava Limanı (gürc. ქუთაისის საერთაშორისო აეროპორტი) və ya Qurucu David adına Beynəlxalq Hava Limanı (gürc. დავით აღმაშენებლის სახელობის საერთაშორისო აეროპორტი) (IATA: KUT, ICAO: UGKO) — Gürcüstanda, Kutaisi şəhərindən 14 km qərbdə yerləşən beynəlxalq hava limanı. Gürcüstandakı 3 beynəlxalq hava limanından biridir. Hava limanı “Gürcüstan Hava Limanları birliyi” tərəfindən idarə olunur. == Tarixi == Hava limanı 2011-ci ilin noyabr ayında təmir üçün bağlanıb. Yenidənqurma mərasimi 27 sentyabr 2012-ci il tarixində keçirilmişdir. Tədbirdə Gürcüstan prezidenti Mixeil Saakaşvili, Macarıstanın Baş naziri Viktor Orban və Wizz Air şirkətinin baş direktoru Jozef Vardi iştirak etmişdir. Hazırlıq işləri üçün hava limanının istismara verilməsi və kadrların hazırlanması üçün Fransanın "Vinci Airports" şirkəti ilə müqavilə bağlandı. Hava limanında fəaliyyət göstərən bir duty-free dükanı və iki qəhvə dükanı var.
Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrı
Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrı — Gürcüstanın Kutaisi şəhərində yerləşən gürcü dram teatrıdır. Teatr Rioni çayının sol sahilində, Qurucu David Meydanında, Gelati Manastırına aparan Gelati küçəsinin başında yerləşir. Yaxınlıqda Kolxida əfsanələrindən ibarət heykəllər olan gözəl Kolxida fəvarəsi var. == Teatrın tarixi == Kutaisi şəhərində ilk teatr 1861-ci ildə qurulub. Teatr qurulmasından bir il əvvəl isə teatr binası tikilmışdır. Teatr binası Renessans üslubunda boz daşdan inşa edilmişdir. Bina 700 oturacaqlı oval zala malik idi. Fasadın qarşısında sütunların, heykəltəraşlıq nümunələrinin və tağlı pəncərələrin olması binanı memarlıq abidəsi halına gətirdi. Teatr binası nəinki o, dövrdə, hətta indi də Cənubi Qafqazın ən gözəl teatr binalarından sayılır. 1880-ci ildə A. Lordkipanidzenin rəhbərlik etdiyi Kutaisi teatrında ilk peşəkar truppa yarandı.