Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cozef Kudelka
Cozef Kudelka (10 yanvar 1938[…], Boskovitsə[d][…]) – çexiyalı fotoqraf. == Bioqrafiyası == Cozef Kudelka 1938-ci ilin 10 yanvarında Çexiyanın Moraviya əyalətinin Boskovitse şəhərində anadan olub. 1956–1961-ci illərdə Praqada Çexiya Texniki Universitetində oxuyub Mühəndislik Dərəcəsi alıb. O, fotoqrafiyaya öz ailə üzvlərini və ətrafındakı dost-tanışı çəkməklə başlayıb. İlk fotosərgisi 1961-ci ildə olub. Sonralar Praqa və Bratislavada təyyarəçilik mühəndisi kimi işləyib. O, teatr jurnallarından sifarişlər qəbul etməyə başlayır və mütəmadi olaraq öz Rolleiflex aparatı ilə səhnə fotoları çəkir. 1967-ci ildə Kudelka öz mühəndislik karyerasından imtina edib bütövlükdə fotoqrafiya ilə məşğul olmağa qərar verir. 1968-ci ilin avqustunda Sovet işğalından iki gün əvvəl o, Rumıniyada qaraçılar haqqındakı layihəsini çəkib geri qayıdır. O, Çexiya islahatlarını boğan və Praqanı zəbt edən Varşava Paktının hərbi gücünü görür və bu hadisələri lentin yaddaşına köçürür.
Yozef Kudelka

Kuenka (Ekvador)
Kuenka (isp. Cuenca / Santa Ana de los cuatro Ríos de Cuenca) — böyüklüyünə görə Ekvadorun üçüncü şəhəri, Asuay əyalətinin inzibati mərkəzi. Şəhər Ekvador andlarında ("Syerra" kimi tanınan), dəniz səviyyəsindən 2 560 metr yüksəklikdə yerləşir. Şəhər 1557-ci ildə Xil Ramires Davalos tərəfindən qədim şəhər olan Tomebambanın yerində Santa Anа de los cuatro rios de Cuenca adı ilə salınmışdır. Şəhərin mərkəzində UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş və müstəmləkəçilik dövrünə aid çox sayda tarixi tikili mövcuddur. 1974-cü ildə cəmi 105 000 əhalisi olan şəhərdə 2010-cu ilin hesablamalarına görə 329 928 sakin yaşayır. Ümumilikdə aqlomerasiyanın müasir əhalisi isə təxminən 700 000 nəfərdir. İqtisadiyyatının əsasını kənd təsərrüfatı və sənaye, xüsusilə toxuculuq və yeyinti sənayesi təşkil edir, ixracat üçün kustar üsulla şlyapa istehsal olunur. Bundan başqa şəhərdə 8 universitet fəaliyyət göstərir. Onlardan ən qədimi olan Kuenka Universitetində təxminən 12 000 tələbə təhsil alır.
İnma Kuesta
Inma Kuesta (isp. Inma Cuesta; 25 iyun 1980, Valensiya) — İspaniya aktrisası.
Yozef Kostka
Yozef Kostka (slovak. Jozef Kostka) — Slovak heykəltaraş və müəllim, müasir Slovak heykəltaraşlığının banisi. == Bioqrafiya == Yozefin ilk müəllimi dulusçu Ferdis Kostka olub. 1932-ci ildə Yosef Praqa İncəsənət Akademiyasına daxil olur və burada professor Karl Dvojakadan memarlıq və dizayn üzrə təhsil alır. 1938-ci ildə Nyu-Yorkda Slovakiya incəsənətinin sərgisində iştirak etmişdir. 1938-1939-cu illərdə Parisdə İncəsənət Məktəbində təhsil almışdır. Kostka Slovakiyanın müharibədən sonrakı mədəniyyətinin banilərindən biridir. O, Slovakiyaya 20-ci əsrin çex heykəltaraşlıq məktəbinin impulslarını, eləcə də Avqust Rodendən Aristid Maillola qədər fransız heykəltaraşlığını gətirir. Onun ilk heykəlləri: Dəsmalı qız (1939), Poeziya (1939-42), Gecə (1940), Yuxu (1941-42), Qırx dördüncü il (1944) bu gün Slovakiya müasir heykəltaraşlığının qızıl fonduna aiddir. 1940-1949-cu illərdə İosif Kostka Slovakiya Texniki Universitetinin Rəssamlıq və təsviri incəsənət fakültəsində işləyib, sonradan Gözəl Sənətlər Kollecinə çevrilən modelləşdirmə sənəti ixtisasına yiyələnib.
Tivadar Kostka Çontvari
Tivadar Kostka Çontvari (mac. Csontváry Kosztka Tivadar; 5 iyul 1853[…], Sabinov, Macarıstan krallığı – 20 iyun 1919[…], Budapeşt) — macar rəssamı == Həyatı == 1853-cü ildə kiçik macar kəndi Kişsebendə anadan olmuşdur.Onun atası Laslo Kostka həkim və əzcaçı olmuşdur. Tivadar və onun beş qardaşı atasının sənətini davam etdircəklərini bilirdilər. Farmakologiyanı öyrənməmişdən əvvəl Koskta Unqvar (indiki Ujqorod) şəhərində gimnaziyanı bitirmiş, bir müddət ticarətlə məşğul olmuş, sonra hüquq fakultəsinin mühazirələrini dinləmiş, sonra əzcaçı olmuş və 14 il ərzində bu peşə ilə məşğul olmuşdur. Onun yaradıcılıq yolu 1880-ci ildə başlamışdır. Belə ki, bir dəfə aptekdə çalışdığı zaman şüursuz şəkildə əlinə karandaş və resept kağızı götürərək çəkməyə başlayır. Kağızda aptekin yanından ötən araba təsvir edilmişdi. Sonralar öz avtobioqrafiyasında Tivadar bu hadisənin onda öncədəngörmə olduğunu bildirmişdir. Başlanğıc üçün Tivadar atasının ailə biznesindən uzaqlaşır və Macarıstanın şimalında yerləşən Qats şəhərində şəxsi aptekini açır. O, 10 il bu aptekdə çalışaraq özünün gələcək yaradıcılığı üçün kapitalını yaratmış olur.