Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ka
Ka (Misir mifologiyası) — Qədim Misir mifologiyasına görə insanın həyat qüvvəsi. Ka (kana) — yapon dilində kanalardan biri.
Ka-50
Kamov Ka-50, (NATO kod adı: Hokum A)- Rusiya tərəfindən istehsal edilən, tək pilotlu, əks istiqamətdə fırlanan iki pərvanəli (kontra-rotor), anti-tank döyüş helikopteridir. Qara köpəkbalığı da adlandırılır. İstehsalçı tərəfindən yan-yana oturacaqlı, iki pilotlu Kamov Ka-52 “Alligator” (NATO kod adı: Hokum B) variantı istehsal edilmişdir. Həmçinin, Türkiyə Silahlı Qüvvələri üçün hazırlanmış Ka 50-2 Erdogan adlı bir versiyası da mövcuddur. == Əməliyyat tarixi == === İkinci çeçen müharibəsi === Rusiya Ordusuna məxsus Ka-50 döyüş helikopterləri ilk dəfə Çeçenistan ərazisində İkinci çeçen müharibəsi zamanı istifadə olunmuşdur. 6 yanvar 2001-ci il tarixində Ka-50 ilk döyüş uçuşunu həyata keçirmişdir. 9 yanvar tarixində dağlıq ərazi olan Komsomolskaya yaşayış məntəqəsində yerləşən çeçenlərə məxsus silah anbarını dəqiq atəşlə məhv etmişdir. 6 fevralda Ka-50 və Ka-29 helikopterlərindən ibarət zərbə qrupu Tsentoroy kəndinin cənub istiqamətində meşəlik ərazidə yerləşən düşərgəni məhv etmişdir. Çətin şərait olmasına baxmayaraq, pilotlar səkkiz hədəfi aşkarlamış və onları məhv etməyi bacarmışdır. === Suriya vətəndaş müharibəsi === Müxtəlif mənbələrin məlumatına görə Ka-52-lər müharibə ərzində Rusiya Silahlı Qüvvələrinin Əl-Laziqiyyə şəhərində yerləşən hərbi bazasını müdafiə etmək, axtarış və xilasetmə helikopterlərinin təhlükəsizliyini təmin etmək və Rusiya xüsusi təyinatlılarının döyüş əməliyyatlarına dəstək vermək məqsədləri ilə istifadə olunmuşdur.
Ka-52
Kamov Ka-52 “Alligator” (NATO kod adı: Hokum B) Ka-50 helikopterlərinin ikinəfərlik modelidir və pilotların yan-yana oturduğu dizayna malikdir. Havadan havaya hücum helikopteri olaraq dizayn edilmişdir. SSRİ-nin dağılması helikopterin istehsalında böyük bir maneə yaratmışdır və bu səbəbə görə tam mənada istehsalı həyata keçirilməmişdir. AH-64 Apache və Eurocopter Tiger kimi rəqiblərinə görə zəif sayılır. Quyruq pərinin yerinə bir-birinə tərs istiqamətdə fırlanan pərlərə malikdir.
Ka (kana)
か (hiraqana) və ya カ (katakana) – yapon dilində kanalardan biri. Hər iki forma 加 kancisinin sol tərəfindən törəyib. Romaci versiyası "ka"dır. Kananın dakuten forması da mövcuddur: が və ya ガ. Dakuten formasının romaci versiyası "qa" şəklindədir. Handakuten (゜) versiyası normal yapon dilində yoxdur, lakin bəzən dilçilər "nga" səsini göstərmək üçün ondan istifadə edirlər. か yapon dilində sual yaradıcı hissəciklərdən biridir. が isə qrammatik hissəcik olub mübtədaya və ya tamamlığa vurğu etmək üçün istifadə olunur. == Yaranması == Həm か, həm カ formalar 加 kancisinin sol tərəfindən törəyiblər. == Yazılış == か hiraqanası 3 xətlə yazılır: Əvvəlcə horizantal xətt dönür və qarmaq şəklində bitir.
Ka (Misir mifologiyası)
Ka — Qədim Misir mifologiyasına görə insanın həyat qüvvəsi.
Ko La Ça
Ko La Ça (10 may 1976) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Ko La Ça Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Daha sonra Ko La Ça Honq Konqu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Li Ka-şinq
Li Ka-şinq (çin. 李嘉誠爵士; d. 29 iyul 1928, Çaojou, Çin) — Çin milyonçusu, dünyanın ən zəngin adamlarından biri. "Cheung Kong Group" və "Hutchison Whampoa" şirkətlərinin sahibi. == Həyatı == Li Ka-şinq 29 iyul 1928-ci ildə Çinin Çaojou şəhərində kasıb müəllim ailəsində anadan olmuşdur. Valideynləri ilk olaraq ona Li Ka-li Çzyaçen adı veriblər. Lakin sonradan yapon ordusundan qorunmaq üçün ailəsi Honkonqa köç edəndə adını dəyişiblər. Gələcək milyarderin ailəsi kasıb olsa da, adlı-sanlı olub. Belə ki, Çində müəllimlik peşəsi ən prestijli, şərəfli peşə hesab olunurdu. Bu səbəbdən də Şinqin atasına hər kəs hörmət edirmiş.
Ça Ja-Kyun
Ça Ja-Kyun (d. 1 noyabr 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Ça Ja-Kyun Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Ça Ja-Kyung
Ça Ja-Kyun (d. 1 noyabr 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Ça Ja-Kyun Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Nquyen Kao Ki
Nquyen Kao Ki (vyet. Nguyễn Cao Kỳ, tı-nom 阮高祺) (8 sentyabr 1930[…] – 23 iyul 2011[…], KL) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi və siyasi lideri, aviasiya marşalı. == Həyatı == Nquyen Kao Ki 8 sentyabr 1930-cu ildə anadan olmuşdur. O, Fransada uçuş təlimlərini bitirmiş və 1954-cü ildə Vyetnama qayıtmışdır. Ki Vyetnam Respublikası Hərbi Hava Qüvvələrində müxtəlif vəzifələrdə çalışaraq sıravi pilotdan komandir və aviasiya marşalına qədər yüksəlmişdir. O, təxribat qruplarına zərbə endirmək üçün şəxsən Şimali Vyetnam üzərində uçmuşdur və həmçinin 1965-ci ilin fevralında VDR-yə ilk hava reydlərindən birində iştirak etdi. Ki siyasi karyerasına 1965-ci ildə mülki hökumətin könüllü istefa verməsindən sonra Vyetnam Respublikasının Baş naziri təyin edilməsilə başlamışdır. Nquyen Van Thieu Kinin çətin münasibət qurduğu prezident olmuşdu. O, vəzifəsi dövründə korrupsiyaya qarşı nümayişkaranə mübarizəsi ilə yadda qalmışdır. O, 1967-ci il prezident seçkilərində Thieyi dəstəkləmiş və seçildikdən sonra vitse-prezident təyin edilmişdir.
A-ba-ba-qa-la-ma-qa
A-ba-ba-qa-la-ma-qa (uk. А-ба-ба-га-ла-ма-га) nəşriyyat evi İvan Malkoviç tərəfindən 1992-ci ildə yaradılmışdır. Ukraynada uşaqlar üçün kitab nəşr edən ilk müstəqil nəşriyyat evi olmuşdur. 2008-ci ildə daha geniş oxucu kütləsi üçün kitab dərc etdirməyə başlamışdır. Ivan Malkoviç nəşriyyat evinin direktoru olub, təsisçi, əsas redaktor, hər bir kitabın əl yazmasının son çap prosesinə çıxarılmasına özü nəzarət edir. Nəşriyyat evinin adı İvan Frankonun "Gritseva məktəb təhsili" (uk.Грицева шкільна наука) hekayəsinə əsaslanır. == Tarixi == A-ba-ba-qa-la-ma-qa nəşriyyat evi, 1992-ci ilin iyulunda, ilk dəfə "Ukrayna əlifbası" nı təqdim etdi. İvan Malkoviçin dediyi kimi: "Əvvəldən nəşriyyat evi düşünmürdüm, ancaq hər zaman fikrimdə "Aнгел" (Mələk) sözü ilə başlayan bir əlifba kitabı dərc etmək var idi. Mən bu kitabın Avtobus və ya Akula ilə deyil məhz Aнгел sözü ilə başlayaraq əlifbanın ilk hərfi A hərfini təsvir etmək istəmişəm. Belə ki, bu Sovet dövründə qeyri mümkün idi."A New York nəşriyyat evi, Alfred A. Knopf, 1995-ci ildə, A-ba-ba-qa-la-ma-qa'nın "The Kitten and the Rooster"(Pişik və Xoruz) uşaq kitabının nəşr haqqlarını satın aldı.
Belçi̇ka milli kitabxanası
Belçika Kral Kitabxanası — Belçikanın elmi kitabxanasıdır və Brüssel şəhərində yerləşir.1559-cu ildə II Filippinin əmri ilə burqund hersoqlarının topladıqları əlyazmalar Kaudenberq sarayına köçürülür. 1731-ci ildə saray yanır və kitabxananın müəyyən hissəsi xilas edilir. 19 iyun 1837-ci ildə Belçika Kral Kitabxanası təsis edilir.Əsası bibliofil Karl Van Xultenin topladığı 70 min kitab əsasında qoyulmuşdur. 1842-ci ildə burqund hersoqları tərəfindən toplanmış kitablar kral kitabxanasına təhvil verilir. 1935-ci ildə kral kitabxanası üçün yeni binanın tikintisi haqqında qərar qəbul edilir. Lakin müharibə səbəbindən onun tikintisinə 1954-cü ildə başlanılır. Kitabxana binasının açılışı isə 17 fevral 1969-cu ildə baş tutur. Kitabxananın fondunda təxminən 8 mln. ədəbiyyat vardır.
Liu He Ba Fa
Liu He Ba Fa (Çin dili: 六合八法拳, pinyin: liùhébāfǎquán) — çin döyüş sənətidir. == Tarixi == Liu He Ba Fa döyüş növü Sun imperiyası dövründə yaşamış Daosizm müdriki Çen Tuan (ing. Chen Tuan) tərəfindən yaradılmışdır. Bu döyüş növündə döyüş fənləri, müxtəlif meditasiyalar, nəfəs formaları, sağlamlıq sistemi öyrədilir.
Tayp 4 Ka-Tsu
Kan kan
Kan kan (fr. cancan) — yüksək enerjili, fiziki cəhətdən tələbkar rəqs. 1840-cı illərdə məşhur musiqi-zal rəqsi olmuş, bu günə qədər fransız kabaresində populyarlığını davam etdirir. Əvvəlcə cütlər tərəfindən rəqs edilirdi, indi ənənəvi olaraq qadın rəqqasların xor xətti ilə əlaqələndirilir. Rəqsin əsas xüsusiyyətləri yüksək ayaq hərəkətləri, şpaqat ilə birlikdə ətəklərin güclü manipulyasiyasıdır.
Kaş ki, olmasaydı (film, 2007)
Kaş ki, olmasaydı — 24 TV-də nəşr olunan və prodüserliyini Okan Bacaranın etdiyi, yaxın tarixə bağlı hadisələri dərininə araşdıran sənədli fim. 2007-ci ildə nəşr həyatına başlayan və Türk yaxın tarixini maraqlandıran mövzuları sənədliləşdirən istehsal, bu günə qədər çox sayda avtobioqrafiya sənədlisinə imzalaymış ancaq Əhməd Qaya, Cahar Dudayev, Uğur şamçı, Yılmaz cənub, Kamal Sunal, Adnan Menderes, Cem cüyür, Barış manço, Sadri vərdişkar, Səidi nursi, Ruhi su, Turqut özal, Muhsin Yazıcıoğlu, Rəcəb Yazıcıoğlu, Dəniz Gəzmiş, Qazıntım Qoyunçu kimi avtobiyografiya sənədlilərinin yanında 12 Sentyabr Zərbəsi, 21 Fevral böhranı, Diyarbakır həbsxana, Sivas Qırğını, 17 Avqust zəlzələsi, Maraş qırğını, qürbətçilər, Srebrenitsa, Nurhak, 24 Yanvar Qərarları, 28 Fevral kimi sənədlilər ilə tanınar olmuşdur. Sənədli filmin Fantastikası Mustafa İldırım, Köməkçi Rejissorluğu İpək İltaş Gümüş və Fərhad Cüyür Tərəfindən Edilməkdədir. == Film haqqında == Sənədli proqram Radio Televiziya Jurnalistləri Dərnəyi tərəfindən hər il verilən Media Oscar Mükafatlarında, 2007-e 2009 illərində İlin sənədli mükafatını qazanmışdır. 2008-ci ildə Avropa Jurnalistlər Dərnəyi, Müasir Jurnalistlər Dərnəyi Ən Yaxşı Sənədli mükafatını almışdır. 2008-ci ildə Böyük Anadolu Birliyi tərəfindən ən yaxşı sənədli mükafatını almağa haqq qazanmışdır.
Kaş ki mən dəniz olaydım
Kaş ki, mən dəniz olaydım — 1998-ci il RAST qrupunun Rast Dünyası albomundan olan mahnı. Mahnının musiqisi Rəşad Haşımova aiddir. == Klip == Mahnının videosu Bakıda lentə alınıb. Videoda Bəhram Bağırzadə çəkilib.
Kore wa Zombie Desu ka?
Is This a Zombie?, Yaponiyada tanınan adı ilə Kore wa Zombie Desu ka? (これはゾンビですか?, Kore wa Zonbi Desu ka?, azərb. Bu bir zombidir?‎) və ya qısaca Korezom (これゾン, Korezon) — Kobuyçi və Muririnin rəssamlığı ilə Şiniçi Kimura tərəfindən yazılan ranobe seriyası. Fujimi Shobo nəşriyyatı 2009-cu ilin yanvarından 2015-ci ilin iyununa kimi Fujimi Fantasia Bunko imprinti altında ranobenin 19 cildini nəşr etmişdir. Ranobe əsasında 2 manqa adaptasiyası və bir yonkoma adaptasiyası istehsal olunmuşdur. Studio Deen tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və Yaponiyada 11 yanvar 2011-ci ildən 31 mart 2011-ci ilə kimi yayımlanmışdır. "Is This a Zombie? of the Dead" (これはゾンビですか? オブザデッド, Kore wa Zonbi Desu ka? Obu za Deddo) adlı ikinci mövsüm isə 5 aprel 2012-ci ildən 7 iyun 2012-ci ilə kimi nümayiş etdirilmişdir.
.ba
.ba — Bosniya və Herseqovinanın internet kodu.
.ca
.ca — Kanadanın internet kodu.
.ga
.ga — Qabonun internet kodu. == Xarici keçidlər == Redelegation of the .GA domain representing Gabon to Agence Nationale des Infrastructures Numériques et des Fréquences. Report of the Internet Assigned Numbers Authority from 29 March 2013.
.ke
.ke — Keniyanın internet kodu.
.kg
.kg — Qırğızıstanın internet kodu. == Xarici keçidlər == IANA .kg whois information .kg domain registration website...
.kn
.kn — Sent-Kits və Nevis adalarının internet kodu.
.kp
.kp — Koreya Xalq Demokratik Respublikasının internet kodu.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
ПМА «В-1» və ПМА «В-2» - polimetakrilat tipli özlülük aşqarları olub molekul kütlələri 3000-4300 (ПМА «В-1») və 12000—17000 (ПМА «В-2»)-dir. == Xassələri == ПМА «В-1» aşqarı mexaniki destruksiyaya qarşı yüksək davamlılığa və nisbətən aşağı molekul kütləyə görə orta dərəcədə qatılaşdırıcılığa malikdir. ПМА «В-2» aşqarı ПМА «В-1» aşqarı ilə müqayisədə daha yaxşı qatılaşdırıcılıq qabiliyyətinə malikdir, lakin mexaniki destruksiyaya qarşı davamlılığa görə ondan geri qalır. == Alınması == ПМА «В-1» və ПМА «В-2» metakrilat turşusunun СН2=С(СН3)СООН monomerinin sintetik yağ spirtlərinin C7-C12 (ПМА «В-1») və С8-С13 (ПМА «В-2») fraksiyaları ilə efirlərləşməsindən alınan polimerlərin yağda məhlullarıdır. ПМА «В-1» aşqarı ТУ 6-01-979—84 üzrə alınır və polimetakrilatların МС-8 yağında 58-65%-li məhlulundan ibarətdir. ПМА «В-2» aşqarı ТУ 6-01-692—77 üzrə alınır və yüksək keyfiyyətli aşqar polimetakrilatların И-20А yağında 30-35%-li məhlulundan ibarətdir. == Tətbiqi == ПМА «В-1» və ПМА «В-2» aşqarları duru yağların özlülüyünü və özlülük indeksini artırmaq üçün istifadə edilir. ПМА «В-1» aşqarı motor, transmissiya və hidravlik yağlarda 18% qatılığa qədər istifadə olunur. ПМА «В-2» aşqarı motor yağlarında və hidravlik sistemlərin işçi mayelərində 6% qatılığa qədər tətbiq olunur. == Mənbə == Электронная библиотека: Топлива, смазочные материалы, технические жидкости. www.bibliotekar.ru/5-toplivo-smazka/43.htm Синтез и исследование функциональных свойств комплексных полифункциональных присадок.
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.