Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kabil
Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər. == Coğrafi mövqeyi == Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir.
Dhruv Kapila
Dhruv Kapila (1 fevral 2000, Ludhiana, Pəncab ştatı) — Hindistanı təmsil edən qadın badmintonçu.
Kamila Batmanqılınc
Kamilə Batmanqılınc (1963, Tehran) — əslən azərbaycanlı, britaniyalı iş adamı, yazıçı və xeyriyyəçi. O, 11 yaşından bəri İngiltərədə yaşayır və iki xeyriyyə qurumu təsis edib: The Place2b və Kida Company. == Bioqrafiyası == Kamila Batmanqılınc Tehranda dünyaya gəlib. Onun anası Roma Katolik məzhəbli Belçikalı və atası İranlı və müsəlman, yüksək mübahisəli doktor Firidun Batmanqılınc idi.
Kamila Ferezin
Kamila Ferezin (18 aprel 1977) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Kamila Ferezin Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Kamila Kabello
Kamila Kabello (3 mart 1997) — Kuba əsilli Amerikalı müğənni və aktrisadır. O, Fifth Harmony qrupunun üzvü olmuşdur və elə burada da şöhrətə qovuşmuşdur. == Həyatı və karyerası == İlk öncə Fifth Harmony qrupunda çıxış etmişdir. Machine Gun Kelly ilə birlikdə "Bad Things" adlı dueti "Amerika Billboard Hot 100" siyahısında 4-cü pilləyə qədər yüksəlmişdir. 2016-cı ildə Fifth Harmony qrupundan ayılaraq, fəaliyyətini solo olaraq davam etdirir və ilk solo sinqlı olan "Crying in the Club"-u təqdim edir. 2018-ci ildə təqdim etdiyi "Camila" albomu və bu albomdakı "Havana" mahnısı "US Billboaard 200"-də və bir çox ölkələrin hit paradların da birinci olmuşdur.. Hal-hazırda Şon Mendes ilə sevgilidir. == Şəxsi həyat == O, 2019-cu ilin iyulunda kanadalı müğənni Şon Mendes ilə görüşməyə başladı. Münasibət mübahisələrə səbəb oldu, çünki hər ikisi reklam üçün münasibət qurmağa cəhd etməkdə günahlandırılırdı, lakin Mendes bunun "mütləq reklam işi deyil" olduğunu təkid edirdi. Münasibət onların "Señorita" mahnısının buraxılmasından sonra təsdiqləndi.
Kamila Pedrosa
Kamila Pedrosa (d. 12 mart 1975) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Kamila Pedrosa, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Kamila Qutierres
Kamila Qutierres Berner (isp. Camila Gutiérrez Berner; 1985, Çili) ─ Çili yazıçısı, ssenaristsi və jurnalistidir. O, "Gənc və dəli" (Joven y Alocada) blogunda Çili cəmiyyətinin incil tərəfdarları ailəsində böyüyən biseksual bir qız kimi öz etirafları ilə tanınıb. Bu blog onu kitab və eyniadlı filmin müəllifi olmağa ruhlandırır . == Həyatı == Yeniyetməlik dövründə "Gənc və dəli" (Joven y Alocada) blogunu yazır, burada özünü qeyri-ciddi, satirik və spontan bir tərzdə biseksual elan edərək böyüdüyü incil tərəfdarları olan ailəsi ilə münasibətlərində bəhs edir. Onun etirafları, gənc auditoriya arasında populyarlıq qazanır . Katolik Universitetində jurnalistika üzrə magistr dərəcəsini , Nyu York Universitetində yaradıcı yazı üzrə magistr dərəcəsini oxumuş və Beynəlxalq bədii qısametrajlı film layihəsində münsiflər heyətinin üzvü olmuşdur . Çilidə abort lehinə danışdı . == Yaradıcılıq == Mətnlərində qadın, seksuallıq, ailə, din, işgəncəli və pis rəftar mövzularına tez-tez rast gəlmək olur.
Arg (Kabil)
Arg (puşt. ارگ — kiçik şəhər) — Kabildəki Prezident Sarayı. == Tarixi == Arg'ın təməli taxta çıxdıqdan sonra 1880-ci ildə Əmir Əbdürrəhman Xan tərəfindən qoyuldu. Ətrafında su dolu bir xəndək olan bir qala kimi dizayn edilmişdir. Əbdürrəhman xan onu Arg-e-Shahi (Kralın Citadel) adlandırdı və digər tikililər arasında ailəsi, ordu kazarmaları və milli xəzinə üçün bir yaşayış binasına daxil edildi. Əvvəllər Bala Hissarı İkinci Anglo-Əfqan müharibəsi (1878–80) əsnasında İngilis Hind qoşunları tərəfindən məhv edilməyincə əmirliklərin qalası və ya qərargahı olaraq vəzifə yerinə yetirirdi. Arg, Əfqanıstanın bütün padşahları və prezidentləri üçün kral və prezident sarayı olaraq xidmət etmişdir. Ancaq Hafizullah Amin də Tacbeg Sarayından ailəsi üçün iqamətgah olaraq istifadə etdi. Fərqli hökmdarların nəzdində dəyişikliklərə və canlanmaya məruz qalmışdır. 1978-ci il Saur inqilabı zamanı Məhəmməd Daud Xan və ailəsi Arg içərisində Əfqanıstan Xalq Demokratik Partiyasının (PDPA) üzvləri tərəfindən öldürüldü.
Kabil aeroportu
Hamid Kərzai adına Beynəlxalq Hava Limanı (puşt. د حامدکرزی نړيوال هوائي ډګر, dəri میدان هوائی بین المللی حامدکرزی) — Əfqanıstanın Kabil şəhərində yerləşən beynəlxalq aeroport. Kabilin mərkəzindən 5 km uzaqlıqda yerləşir. 2014-cü ildə hava limanına Əfqanıstana 2001-2014-cü illərdə rəhbərlik etmiş Hamid Kərzainin adı verildi. == Haqqında == 1960-cı ilin əvvəllərində inşa edilmişdir. SSRİ-nin Əfqanıstana müdaxilə etdiyi dövrdə (1979-1989-cu illər) hava limanı Qızıl Ordu tərəfindən tam nəzarətə alınmışdı. SSRİ-nin Əfqanıstandan çəkilməsindən sonra aeroport SSRİ-ni dəstəkləyən qüvvələrin nəzarətində qaldı. 2001-ci ildən sonra hava limanı ABŞ Ordusu, NATO və NATO-nun tabeliyində olan BTDQ-nin nəzarəti altına düşdü. 2002-ci ildən sonra BMT hava limanına tətbiq etdiyi sanksiyaları aradan qaldırdı və bundan sonra hava limanından mülkü uçuşlara icazə verildi. 2021-ci ildə Kabilin Taliban tərəfindən ələ keçirilməsindən sonra mülki uçuşlar ləğv edildi.
Kabil muzeyi
Kabil muzeyi və ya Əfqan Milli Muzeyi — Əfqanıstanın paytaxtı Kabilin mərkəzindən 9 km cənub-qərbdə yer alan milli arxeologiya muzeyi. İki mərtəbəli bir bina. == Tarixi == Muzey, Əfqan əmiri Emanullah Xanın hakimiyyəti dövründə 1922-ci ildə qurulub. Ölkənin digər şəhərlərindən müxtəlif kolleksiyalar bu binaya gətirilibdir. Dəyişik min illərə aid 100.000-dən çox əsərin sərgilənməsi sayəsində Orta Asiyanın ən əhəmiyyətli muzeylərindən biri hesab olunur. 1973-cü ildə Danimarkalı memarlar tərəfindən muzey üçün yeni bir bina inşa etmə planlaşdırılsa da siyasi problemlər üzündən bina tikilmədi. 1979-cu ildə Sovet işğalı və sonra da davam edən müharibə Kabilin böyük hissəsini xarabaya çevirdi, muzeyə ağır ziyan verdi. Əfqan döyüşçüləri şəhərin idarəsini ələ keçirmək üçün döyüşərkən, döyüşçülər milli muzeyə basqın edib ən qiymətli əsərləri oğurladılar. 1994-cü ildə bina bombalandı və bu bombalama nəticəsində ən üst qatına və damına böyük ziyan dəydi. 2001-ci ildə fanatik Talibançılar sənət əsərlərini bütpərəstlik olduğunu hesab edərək dağıtdılar.
Kabil vilayəti
Kabil vilayəti (puşt. کابل, translit. Kabəl, fars. کابل‎, translit. Kabol) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin ərazisi 4.462 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 3.568.500 nəfər, inzibati mərkəzi Kabil şəhəridir. == Mənbələrdə Kabil vilayəti == === Təsviri === Orta əsrlərdə vilayətin tərifini verən Babur şah Baburnamə əsərində vilayətlə bağlı belə yazır: === Əhalisi və dili === Babur şah Baburnamə əsərində vilayətin əhalisi və istifadə edilən dillər barədə belə yazır: == Əhalisinin etnik tərkibi == Etnik tərkibini əsasən həzaralar, farsivanlar (Əfqanıstan tacikləri), puştunlar, kuçilər, qızılbaşlar (azərbaycanlılar), tatarlar, hindlilər və sinkxlər təşkil edir. == Rayonları == Vilayət inzibati cəhətdən 15 rayona bölünür. Rayonlar : İstalif Fərze Kələkan Şəkərdərə (2002-ci ildə əhalisi 63 min nəfər): əksəriyyəti taciklər. Güldərə Qarabağ rayonu (2002-ci ildə əhalisi 15 min nəfər): 60%-i qızılbaşlar (şərqi farsca-daricə danışan qızılbaşlar), 40%-i puştunlar.
Kouadio-İves Dabila
Kouadio-İves Dabila (1 yanvar 1997-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Lill klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kot-d'İvuar futbolçusudur. == Klub karyerası == === Monako === Dabila öz peşəkar karyerasında debütünü Monako klubu ilə 26 aprel 2017-ci ildə etmişdir. O, 60-cı dəqiqədə Andrea Raggi ilə əvəz olunmuşdur. Həmin görüşdə Monako Fransa Kubokunun yarımfinal mərhələsində Pari Sen-Jermenə 5-0 hesabı ilə məğlub olmuşdur.
Kabil Premyer Liqası
Kabil hava limanı
Hamid Kərzai adına Beynəlxalq Hava Limanı (puşt. د حامدکرزی نړيوال هوائي ډګر, dəri میدان هوائی بین المللی حامدکرزی) — Əfqanıstanın Kabil şəhərində yerləşən beynəlxalq aeroport. Kabilin mərkəzindən 5 km uzaqlıqda yerləşir. 2014-cü ildə hava limanına Əfqanıstana 2001-2014-cü illərdə rəhbərlik etmiş Hamid Kərzainin adı verildi. == Haqqında == 1960-cı ilin əvvəllərində inşa edilmişdir. SSRİ-nin Əfqanıstana müdaxilə etdiyi dövrdə (1979-1989-cu illər) hava limanı Qızıl Ordu tərəfindən tam nəzarətə alınmışdı. SSRİ-nin Əfqanıstandan çəkilməsindən sonra aeroport SSRİ-ni dəstəkləyən qüvvələrin nəzarətində qaldı. 2001-ci ildən sonra hava limanı ABŞ Ordusu, NATO və NATO-nun tabeliyində olan BTDQ-nin nəzarəti altına düşdü. 2002-ci ildən sonra BMT hava limanına tətbiq etdiyi sanksiyaları aradan qaldırdı və bundan sonra hava limanından mülkü uçuşlara icazə verildi. 2021-ci ildə Kabilin Taliban tərəfindən ələ keçirilməsindən sonra mülki uçuşlar ləğv edildi.
Kabil Əfşar dialekti
Əfşar və ya Əfşari adlanan Azərbaycan türkcəsinin dialektlərindən biri — Türk dillərinin Oğuz dilləri qrupuna daxildir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Kabil Əfşar dialektini Azərbaycan dilinin dialektlərinin XIV (14-cü) qrupuna aid edir. Bu dialektdə danışan qruplar hal-hazırda Azərbaycanda, Türkiyədə, İranda, Suriyada və Əfqanıstanda yaşamaqdadırlar. Ethnologue və Glottolog bu dialkekti Cənubi Azərbaycandakı dilin dialekti olaraq qruplaşdırmışdır. İranika Ensiklopediyası isə onu müstəqil Cənubi Oğuz dili kimi təqdim edir.İslam Ensiklopediyasının üçüncü nəşrində bunlar qeyd edilmişdir: Linqivistik olaraq Əfşari Türk dillərinin Cənubi Oğuz qrupuna (cənub-qərbi türk dilləri) aid edilir (Johanson, History of Turkic, 82–3), və ya Cənubi Azərbaycan türkcəsinin dialekti kimi təqdim edilir. Farsdilli bir mühitdə yerləşdiklərinə görə, bir çox hallarda farsi dili əfşarların ana dilinə çevrilmişdir. Digər qruplar isə ikidilli olmuşdurlar (Kirmanda olduğu kimi). Bundan başqa, görünüşə görə, digər dillərlə olan kontaktlar orijinal dialekti transformasiya etmişdir. 2009-cu ildə müxtəlif Əfşar qruplarının linqvistik müqayisəsi diqqətəlayiq olaraq qalır. Əfşari dialekti fars dilindən xeyli sayda alınma sözlər almış və Özbək dilində olduğu kimi /a/ foneminin [ɒ]-a yuvarlaqlaşdırılması baş vermişdir.
Qarabağ rayonu (Kabil)
Qarabağ vulusvalisi — Əfqanıstan İslam Respublikasının Kabil vilayətində inzibati-ərazi vahidi. Bagram aviabazasının 20 km cənub şərqində yerləşən bir rayondur. == Coğrafiyası == Qarabağ rayonu həm Qəznə həm də Kabil vilayətində vardır. Kabil vilayətindəki Qarabağ rayonu 12992.97 hektar ərazini əhatə edir. == Əhalisi == Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart 2015–ci ilə olan məlumatına əsasən Qarabağ vulusvalisinin oturaq əhalisinin sayı 78.004 nəfərdir (38.282 nəfəri kişilər, 39.722 nəfəri qadınlar) və tamamiylə kənd yerlərində yaşayır. 2002-ci ilin statistikasına əsasən rayonun əhalisinin 60%-ini Azərbaycan türkləri olan qızılbaşlar təşkil edir, qalan 40 %-i isə Puştun xalqlarından ibarətdir. Bəzi tarixi mənbələr Qızılbaşların Səfəvilər İmperiyası dağıldıqdan sonra bura köç etdiklərini qeyd etmişlər. Bir çox məlumatlarda bu əraziləri Hazaristan olaraq da adlandırırlar. == Təsərrüfatı == Bu ərazilər kişmiş istehsalına görə Əfqanıstanda ən önəmli yerlərdən hesab olunur. == Hazırkı vəziyyəti == Əfqanıstan İslam Respublikasında baş vermiş müharibələr nəticəsində demək olar ki, tamamilə dağıdılan ərazilərdən biri də Qarabağ bölgəsi olmuşdur.
Qarabağ vulusvalisi (Kabil)
Qarabağ vulusvalisi — Əfqanıstan İslam Respublikasının Kabil vilayətində inzibati-ərazi vahidi. Bagram aviabazasının 20 km cənub şərqində yerləşən bir rayondur. == Coğrafiyası == Qarabağ rayonu həm Qəznə həm də Kabil vilayətində vardır. Kabil vilayətindəki Qarabağ rayonu 12992.97 hektar ərazini əhatə edir. == Əhalisi == Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart 2015–ci ilə olan məlumatına əsasən Qarabağ vulusvalisinin oturaq əhalisinin sayı 78.004 nəfərdir (38.282 nəfəri kişilər, 39.722 nəfəri qadınlar) və tamamiylə kənd yerlərində yaşayır. 2002-ci ilin statistikasına əsasən rayonun əhalisinin 60%-ini Azərbaycan türkləri olan qızılbaşlar təşkil edir, qalan 40 %-i isə Puştun xalqlarından ibarətdir. Bəzi tarixi mənbələr Qızılbaşların Səfəvilər İmperiyası dağıldıqdan sonra bura köç etdiklərini qeyd etmişlər. Bir çox məlumatlarda bu əraziləri Hazaristan olaraq da adlandırırlar. == Təsərrüfatı == Bu ərazilər kişmiş istehsalına görə Əfqanıstanda ən önəmli yerlərdən hesab olunur. == Hazırkı vəziyyəti == Əfqanıstan İslam Respublikasında baş vermiş müharibələr nəticəsində demək olar ki, tamamilə dağıdılan ərazilərdən biri də Qarabağ bölgəsi olmuşdur.
Kabil Beynəlxalq Hava Limanı
Hamid Kərzai adına Beynəlxalq Hava Limanı (puşt. د حامدکرزی نړيوال هوائي ډګر, dəri میدان هوائی بین المللی حامدکرزی) — Əfqanıstanın Kabil şəhərində yerləşən beynəlxalq aeroport. Kabilin mərkəzindən 5 km uzaqlıqda yerləşir. 2014-cü ildə hava limanına Əfqanıstana 2001-2014-cü illərdə rəhbərlik etmiş Hamid Kərzainin adı verildi. == Haqqında == 1960-cı ilin əvvəllərində inşa edilmişdir. SSRİ-nin Əfqanıstana müdaxilə etdiyi dövrdə (1979-1989-cu illər) hava limanı Qızıl Ordu tərəfindən tam nəzarətə alınmışdı. SSRİ-nin Əfqanıstandan çəkilməsindən sonra aeroport SSRİ-ni dəstəkləyən qüvvələrin nəzarətində qaldı. 2001-ci ildən sonra hava limanı ABŞ Ordusu, NATO və NATO-nun tabeliyində olan BTDQ-nin nəzarəti altına düşdü. 2002-ci ildən sonra BMT hava limanına tətbiq etdiyi sanksiyaları aradan qaldırdı və bundan sonra hava limanından mülkü uçuşlara icazə verildi. 2021-ci ildə Kabilin Taliban tərəfindən ələ keçirilməsindən sonra mülki uçuşlar ləğv edildi.
Kamila Kabellonun aldığı mükafatların siyahısı
Kuban-Amerikan müğənni Kamila Kabello bir çox nominasiyalara namizəd göstərilmiş və 56-dan çox mükafat qazanmışdır. Kamila karyerasının başlanğıcında əvvəlcə özünü solo ifaçı kimi təqdim etmiş, az sayda əməkdaşlıq etdiyi sinqllar ("I Know What You Did Last Summer") buraxmışdır. Onun Machine Gun Kelly ilə ərsəyə gələn "Bad Things" mahnısı Billboard Hot 100də ilk 4-ə yüksəlmiş və Radio Disney Music Award mükafatını qazanmış, 2017 Billboard Mahnı Mükafatlarına isə Ən Yaxşı Əməkdaşlıq kateqoriyasına namizəd göstərildi. Həmin ildə Billboard Women in Music mükafatının Ən Yaxşı Artist kateqoriyasını qazanmışdır.
Akabira
Akabira (yap. 赤平市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Bəbila
Bəbila (ərəb. ببيلا‎) — Suriyada şəhər, Dəməşq mühafazasının Mərkəz Dəməşq məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 10.600 ailədə 26.266 nəfəri kişilər və 24.614 nəfəri qadınlar olmaqla cəmi 50.880 nəfərdir.
Fabula
Fabula — hərəkətin təqlid olunması, başqa sözlə desək, müəllifin qələmə aldığı hadisələrin əsərdəki ardıcıllığıdır. == Növləri == Fabulalar sadə və dolaşıq olmaqla, iki növə ayrılır. Belə növlərə bölünmə, əsasən, fabulaların təqlid etdiyi hərəkətlərlə bağlıdır. Aristotel sadə fabula dedikdə, elə fasiləsiz və tamamlanmamış hərəkəti nəzərdə tuturdu ki, onun ərzində taleyin dəyişməsi peripetiyalarsız və tanımalarsız olsun. Dolaşıq fabula dedikdə isə taleyin dəyişməsi tanıma və ya peripetiya ilə, yaxud hər ikisinin bahəm iştirakı ilə yaranan hərəkət başa düşülürdü. Bütün bunlar, öz növbəsində, fabulanın tərkibinə aiddir, yəni müəyyən bir hadisə zərurət və ehtimala əsasən əvvəl baş vermiş hadisənin nəyinsə nəticəsində baş verməsi ilə nədənsə sonra baş verməsi arasında böyük fərq vardır. Peripetiya, deyildiyi kimi, hadisələrin öz əksinə dönməsidir ki, bu da, ehtimal və zərurət qanunları üzrə olur. Məsələn, “Edip” əsərində Edipi sevindirmək və onu anası qarşısında xofdan azad etmək üçün gələn qasid ona kim olduğunu bildirməklə, hadisənin öz əksinə dönməsinə nail olur, həmçini “Linkey” əsərində də birini ölümə aparır, Danay isə onların dalınca gedir ki, onu öldürsün, lakin hadisənin gedişi nəticəsində özü ölməli olur, birincisi isə xilas olur. Tanıma isə, adından da göründüyü kimi, bilməzlikdən bilməyə keçid deməkdir ki, bu da taleyi xoşbəxtlik, yaxus bədbəxtlik olan şəxsləri ya dostluğa, ya da düşmənçiliyə aparır. Tanımanın şəkilləri arasında ən çox istifadə ediləni bədii cəhətdən ən zəifi və qabiliyyət çatışmazlığı səbəbindən ən çox istifadə olunanı - zahiri əlamətlər vasitəsilə tanımadır.
Kabbala
Kabbala (İbricə: קַבָּלָה "alma", Standart İbricə Qabbala, Tiberian İbricə Qabbālāh; müxtəlif şəkillərdə yazılır; məsələn: Cabala, Cabalah, Cabbala, Cabbalah, Kabala, Kabalah, Kabbala, Qabala, Qabalah, Qabbalah, Kaballah) alma, qəbul etmə mənasını verən kabbala yəhudi mistikasıdır. == Mənası == Kabbala – Tanrının mahiyyətini dərk etməyə və dünyadakı məxluqların, o cümlədən insanın var olmasının səbəbini anlamağa çalışan yəhudiliyə məxsus mistik ənənə, təlimdir; ibranicə "qəbul etmə, təhvil vermə" deməkdir. Bu təlim İlahi mahiyyətin dərinliklərinə nüfuz etməyə çalışmışdır. Kabbala Tanrının və mələklərin adlarına böyük əhəmiyyət vermiş, varlığın və ilahi hökmlərin sirlərini açmağa çalışmışdır. Ona görə də bu təlim Tövratın söz və hərflərinə gizli məna daşıyan bir növ mistik kod və şifrə kimi yanaşmışdır. Fövqəltəbii qüvvələrdən istifadə edilməsi və nümayiş olunması məqsədini güdən fəlsəfi düşüncələr, meditasiya örnəkləri və mistik təcrübələr burada geniş yer almışdır. Kabbala müqəddəs adlar, ilahi rəqəmlər və coşqun duaların köməyi ilə Tanrını anlamaq üsullarını təklif etmişdir. Talmuda görə, Tövrat (Tora) mətnini "Pardes" adlanan xüsusi dörd yolla başa düşmək olar: Pşat yolu – sadə şəkildə və hərfi mənada; Remez yolu – kinayə və eyham; Draş yolu – təfsir və şərh; Sod yolu – sirr və gizli.İudaizmdə Kabbala dördüncü, ən dərin yol olan – sod yolu hesab edilir. Onu yalnız ilk üç yolu keçənlər tədqiq edə bilərlər. Bunun üçün müəyyən şərtlər lazımdır: Kişi cinsinə mənsub olmaq; Ailəli olmaq; On üç yaşdan yuxarı qız və oğlan övladına sahib olmaq; Qırx yaşı ötmək; Talmud və Tövratı mükəmməl bilmək.
Kabinda
Kabinda (port. Cabinda) — Anqolanın əyalətlərindən biri, anklav vəziyyətindədir. Müstəqilliyə qədər Portuqaliya Konqosu adlanırdı. Ərazisi — 7270 km², əhalisi — təqribən 716 076 nəfər (2014). Anqolanın 18 mahalından biri. Ərazi Anqolaya məxsus olsa da, Konqo Respublikasının sərhədləri daxilində yerləşir. Kabindanın statusu siyasi baxımdan mübahisə doğurur. FLEK adlı terror təşkilatı Anqola Silahlı Qüvvələrinə qarşı Kabindanın müstəqilliyi uğrunda uzun illərdir ki, mübarizə aparır. == Coğrafiya == Kabinda mahalının ərazisi 7.270 km² olmaqla, Anqolanın şimalında yerləşir. Ərazini Anqoladan dar su keçid ayırır.
Kabinə
Kabinə — sərnişinlərin səyahət etdiyi kokpit və yük bölməsindən başqa təyyarələrdəki hissəyə verilən addır. Düz bir uçuş rejimi əsnasında təyyarənin qalxdığı hündürlükdə atmosfer təzyiqi çox aşağı olduğundan, sərnişinlərin oksigen dəstəyi olmadan səfəri davam etdirməsi qeyri-mümkündür. Buna görə kabinələrə süni şəkildə təzyiq edilir. Ticarət məqsədli hava nəqliyyatında kabin bütün təyyarələrdə müəyyən siniflərə bölünür. Xüsusiyyətləri aviaşirkətlərə görə fərqlənən bu səyahət siniflərindən ən çox yayılanları business class (biznes sinfi) və ekonom sinifləridir. Siniflərarası ayrılma bir panel və ya pərdə vasitəsilə həyata keçirilir. Oturma yerləri, istirahət zonaları, xidməti avadanlıqların saxlanıldığı yerlər, (mətbəx) tualetlər də kabinənin bir hissəsi hesab olunur.
Kadilak
"Cadillac" — Amerikan lüks avtomobil istehsalçısıdır və "General Motors" konserninin parçasıdır. Cadillac Amerikada "yüksək keyfiyyət" və "lüks həyatın" simvoludur. 1902-ci ildə Henri Martin Leland tərəfindən qurulan bu şirkət adını Fransız alim, Detroit şəhərinin qurucusu Antoine Laumet də la Mothe, Sieur da Cadillac-dan götürmüşdür. Cadillac lüks avtomobilləri və bunların gözə dəyən dizaynı ilə başda ABŞ olmaqla bütün dünyada böyük prestijə qədər yüksəlmiş bir məktəb marka halına gəlmişdir.
Kadima
Kadima (ivr. קדימה, az. öncül) — İsraildəki siyasi partiyalardan biridir. Mərkəzçi bir partiyadır və liberal görüşə malikdir. Ariel Şaron tərəfindən qurulan partiyanın hazırkı lideri Şaul Mofazdır. Kadima partiyası başqa bir partiya ilə koalisiyaya girmək istəmir. İsrail sistemini gücləndirmək üçün siyasi sistemdə islahatlara ehtiyac olduğunu bildirir. Bundan əlavə, partiyanın fikrincə, Qüds böyük bir yəhudi yaşayış məskəni kimi İsrailin bir hissəsi olaraq qalmalıdır. Partiyanın ümumi prinsiplərində İsraildə yəhudilərin mütləqiyyətinin təmin edilməsinin vacib olduğu bildirilir. Partiya İsrail-Fələstin probleminin həlli olaraq iki dövlətli həll yolunu görür, bunun üçün də, partiya Fələstin sektorunun terrorizmdən təmizlənməsini, Fələstin xalqının əllərindəki silahların toplanılmasını və hücumların bitməsinin vacib olduğunu bildirir.
Kapisa
Kapisa vilayəti (puşt. کاپیسا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 1.842 km²-dir. 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 399.5 min nəfər, inzibati mərkəzi Mahmud-e-İraqi şəhəridir. == Əhalisi == Əhalinin 30%-i daricə, 27%-i puştunca, 17%-i isə paşayi dilində danışır.
Karika
Karika (lat. Carica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Carica baccata = Vasconcellea microcarpa subsp. baccata Carica candamarcensis = Vasconcellea cundinamarcensis Carica candicans = Vasconcellea candicans (Mito) Carica caudata = Jarilla heterophylla Carica cauliflora = Vasconcellea cauliflora Carica cestriflora = Vasconcellea cundinamarcensis Carica chilensis = Vasconcellea chilensis Carica crassipetala = Vasconcellea crassipetala Carica cundinamarcensis = Vasconcellea cundinamarcensis Carica dodecaphylla = Jacaratia spinosa Carica glandulosa = Vasconcellea glandulosa Carica goudotiana = Vasconcellea goudotiana Carica heterophylla = Vasconcellea microcarpa subsp.
Karina
Karina — ad. Karina Kapur — Hindistan kino aktrisası. Karina Lixvar — İsraili təmsil edən bədii gimnast. Karina Lipiarska — Polşalı oxatan. Karina Qarsiya — Boliviyalı atıcı. Karina Qoriçeva — qazax ağır atleti Karina Aznavuryan — Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004) Karina Maruyama — keçmiş Yaponiya qadın futbolçusu.
Kariya
Kariya (yun. Καρία) —Kiçik Asiyada qədim əyalət. == Tarixi == Bizim eradan əvvəl II minillikdə Hettlər Kariyanı özlərinə məskən seçdilər. Yerli əhali ilə qaynayıb-qarışdılar. Troya müharibələri dövründə kariyalılar artıq mövcud idilər. Qranik döyüşündən sonra Kiçik Asiyanın yunan şəhərləri Milet və Halikarnas istisna olmaqla müqavimətsiz Makedoniyalı İsgəndərə tabe oldular. Qısa müddətdə Kariya, Likiya, Pamfiliya, Trakiya və s. şəhərlər İsgəndər tərəfindən zəbt edildi. E.ə 333-cü ilin baharında makedoniya ordusu Kappadokiyanı işğal edib Kilikiya və Tavra daxil olmuşdu.
Kaşira
Kaşira — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Kaşiva
Kaşiva (yap. 柏市) — Yaponiyanın Kanto regionunda yerləşən Çiba prefekturasının şimal-qərbində şəhər.