Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kimbal Mask
Kimbal Mask (ing. Kimbal Musk; 20 sentyabr 1972, Pretoriya, Cənubi Afrika) cənubi afrikalı restoran meneceri, baş aşpaz və sahibkardır. Bir çox filialı olan The Kitchen Restaurant Group-un sahibidir. Qeyri-kommersiya təşkilat olan Big Green-in həmtəsisçisi və prezidentidir. Həmçinin dizayn şirkəti Square Roots-un həmtəsisçisi və prezidentidir. Kimbal hal-hazırda Tesla Motors və SpaceX-in idarə heyətində yer alır. Milyarder sahibkar İlon Maskın kiçik qardaşı və Tesla-nın irihəcmli səhmdarıdır. 1995-ci ildə qardaşı İlon ilə birlikdə Zip2-ni qurmuşdular. Kimbal qardaşı İlon, bacısı Toska və bir neçə qohumu ilə birlikdə böyüdü. Anası Mey Mask diyetaloq və model, atası Errol Mask isə mühəndis idi.
Kamran
Kamran — Azərbaycanlı kişi adı.
Kapral
Kapral (alm. kарrаl‎, <fr. сароrаl < it. caporale - "komandir") — komanda rəisi; bəzi ölkələrin silahlı qüvvələrində kiçik zabit heyətində hərbi rütbə və ən aşağı unter-ofiser (serjant) rütbəsi.
Katral
Katral (isp. Catral) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 20,01 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 8926 nəfərə çatmışdır.
Kimbra
Kimbra Li Conson (ing. Kimbra Lee Johnson; 27 mart 1990, Hamilton, Yeni Zelandiya) — Yeni Zelandiya musiqiçisi.
Kirman
Kirman şəhəri İranın cənub-şərqində yerləşən şəhər. Kirman ostanının mərkəzi. 515 114 nəfər əhalisi var.
Komrat
Komrat (qaq. Komrat, rum. Comrat, rus. Комра́т) — Moldova şəhəri, Qaqauziyanın paytaxtı. Yalpuq çayının sahilində yerləşir. Şəhərin əsası 1789-cu ildə qoyulmuşdur. Hazırkı icra başçısı Viktor Volkovdur. 1989: 25,800 1991: 27,500 1996: 27,400 2004: 23,429 2006: 22,369 2014: 26,000 Əsas iqtisadiyyatı üzümçülükdür, 10 şərab zavodu və bir yağ zavodu var. Aleksandr Stoyanoğlu — qaqauz siyasətçi İrina Vlax — Qaqauziya başqanı Pyotr Draqanov — rus filoloq Komrat rütubətli kontinental iqlimə sahibdir — quru və isti yay, qarlı və soyuq qış keçirir. Yay vaxtı ortalama temperatur 25 °C-dir.
Simbal
Cimbal üst hissəsi geniş trapez formalı gərilmiş metal qutudan ibarət olan kardafon (chordophone) növüdür. Cimbal 2 döyəcləyici (çubuq) ilə simlərə zərbə endirməklə çalınır. Moravyada bu alət xalq musiqi ansamblı üçün əsas alətlərdən biri kimi istifadə olunur. Cimbalom qrupları günümüzdə ənənəvi musiqi sərgiləyən ən gözlə görülən və ikonik topluluqlar arasındadır. 19-cu əsrdə Moravya musqisinin "kiçik" cimbalom xüsusiyyəti, 20 əsrdə geniş bir istifadə sahəsi tapan olduqca yeni bir musiqi aləti olan "standart" cimbalom ilə dəyişdirildi. Cimbalom qrupunun lideri və ya "şefi" Çexiyada "primáš" olaraq adlandırılan skripkaçıdır (violinist). İkinci violinist- "obligát" isə sıxlıqla düz melodiyanı çalar və "primáš"-ı dəstəkləyər (izləyər). Moravya cimbal qruplarının digər önəmli musiqi alətləri klarnet və kontrabasdır.
Ximran
Ximran — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında yerləşir. Əhalisi 24 nəfərdir. Əhali əsasən heyvandarlıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kəndə yay mövsümündə avtomobillə getmək olar. Kənddə yeməkxana və çayxana yoxdur. 1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Ximran kəndində 30 evdə etnik tatlardan ibarət 306 nəfər (152 nəfəri kişilər, 154 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı.
İmralı
İmralı — (türk. İmralı Adası; yun. Βέσβικος; Καλώνυμος; Καλόλιμνος) və ya Kalonilos — Mərmərə dənizində yerləşən ada. Adanın şimaldan cənuba uzunluğu 8 km, eni isə 3 km təşkil edir. Sahəsi 9,98 km² təşkil edir. Ada dənizin cənub sahilindən 13 kilometrlik, qərb sahilindən isə 20 kilometrlik boğaz ayırır (Boz boğaz). İstanbulla arasında məsafə 65 km-dir. Makdimal hündürlüyü 217 metrdir (Türk-təpəsi). Adadan şərqdə Qəmlik körfəzi yerləşir. Antik dönəmlərdə adada yuban əhalisi yaşamış və onlar üzümçülük və Balıqçılıq ilə məşğul olurdular.
Kamal
Kamal — kişi adı. Kamal Kılıçdaroğlu — Kamal Türklər — Kamal Abdullayev Kamal Abdullayev — professor. Kamal Abdullayev (alim) — texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi. Kamal Abdullayev (dirijor) — Kamal Abdullayev (dövlət xadimi) — Kamal Əhmədov Kamal Əhmədov — bəstəkar. Kamal Əhmədov — rəssam. Kamal Ələkbərov — Kamal paşa şirniyyatı — Kamal Seyidov — Kamal Axundov — Kamal Cəfərov — Kamal Xudaverdiyev — Kamal Sunal — Kamal Xocəndi — Kamal Quliyev — Kamal Qarani — Namiq Kamal — Yaşar Kamal — Nərmin Kamal — Mustafa Kamal Atatürk — Kamal Faruqi — Kamal Kamallı — Kamal Musayev — Yaşayış məntəqələri Ermənistan Kamal (Abaran) — Abaran mahalında kənd. Kamal (Qırxbulaq) — Qırxbulaq mahalında kənd.
Kidal
Kidal (fr. Kidal, tifinaq ) — Malinin şimal-şərqində şəhər və kommun. Eyni adlı bölgənin inzibati mərkəzi. Qaodan təxminən 350 km şimal-şərqdə, dəniz səviyyəsindən 455 m yüksəklikdədir. İlk hərbi post 1908-ci ildə Fransız zabiti Bertiks tərəfindən Kidalda quruldu, növbəti il ​​leytenant Lanzeron istehkam edilmiş Kidale qalasının inşasına başladı. 1917-ci ildə ikinci bir qala quraşdırıldı və 1930-cu ildə genişləndirildi. Bu qala bu gün də mövcuddur. Kidal 1990-cı illərin əvvəllərində Tuareq üsyanının yuvası idi. 1997-ci ildə bir qadın Nina Vallet İntalu, islamçıların təzyiqi altında istefa etmək məcburiyyətində qalan şəhər meri seçildi. 2006-cı ilin mayında, Mali hökumətinə qarşı illərdir gerizandan sonra Tuareqlər barışıq müqaviləsi imzalamağa razı oldular.
Kimrı
Kimrı — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Kimya
Kimya – maddənin tərkibini, quruluşunu, xassələrini ,çevrilməsini və bu çevrilmələr zamanı baş verən hadisələri öyrənən təbiət elmidir. Kimyanın mühüm vəzifələrinə zəruri maddələrin alınması, maddələrin çevrilməsini və bu çevrilmələri müşahidə edən hadisələri öyrənmək, ətraf mühtin mühafizəsi və s. kimi vəzifələr aiddir. Kimya sözünün nə vaxt meydana gəlməsi və ilk olaraq hansı mənanı ifadə etməsini dəqiq müəyyənləşdirmək mümkün deyil. Bir çox kimya tarixçiləri öz hipotezlərini təklif etsələr də, vahid bir fikir formalaşmadı. XVII əsrin başlanğıcından "kimya", "kimyaçı" məfhumları elmi ədəbiyyata, monoqrafiyalara və dərsliklərə möhkəm surətdə daxil oldu. Müxtəlif avropa dillərində "kimya" sözü oxşar səslənməyə malikdir: ing. chemistry, alm. chemie, çex və hollandca chemic, fransızca və rumın dilində chimie, italyanca chimica, polyak, slovak və latın dillərində chemia, litva dilində chemija, ispan və portuqal dillərində quimica, İsveç dilində kemi, eson dilində keemia, xorvat və sloven dillərində kemija, latış dilində kimija, Norveç dilində kjeıııi adlanır. Əgər fikir versək, bütün sözlərdə "kem" və ya "kim" kökləri vardır.
Kiran
Kiran, Gilan və ya Giran — Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşən orta əsrlərə aid şəhər. Şəhərin xarabalıqları elmi ədəbiyyatda Xarabagilan adı ilə tanınır. Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, Atropatena və Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX–IV əsrlərə aid edilmişdir. Naxçıvan ərazisindəki ən əhəmiyyətli orta əsr arxeoloji abidələrindən biri olan Xarabagilanın tədqiqinə XIX əsrin sonlarından başlanılmışdır.1896-cı ildə Xarabagilanı ziyarət etmiş arxeoloq Karl Dumberq, abidə ərazisindən ərəb yazılı iki daş plitəni Qafqaz muzeyinə (hazırda Gürcüstan Milli Muzeyi) aparmışdır. XX əsrin əvvəllərində E. Lalayan Xarabagilan ərazisində qısa tədqiqat işləri aparır. "Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin Xəbərləri"ndə Lalayan tərəfindən tərtib edilmiş alboma çoxlu sayda üzəri yazılı məzar daşları və Xarabagilan şəhərinin xarabalıqlarının fotolarının daxil edilməsi haqqında məlumat verilir. Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır. 1926-cı ildə V. M. Sısoyev Xarabagilanda yoxlanış qazıntılarına başlayır.
Kiril
Kiril — ad. Kiril Pozdnyakov — Azərbaycanlı professional velosiped yarışçısı. Kiril Tenison Vayt — Avstraliya botaniki.
Kırac
Əli Tufan Kıraç (17 iyun 1972, Göksun[d], Qəhrəmanmərəş ili) — Musiqiçi. Əli Tufan Kıraç 1972-ci ildə Qəhrəmanmaraşda dünyaya gəlmişdir. Onun atası sadə bir müəllim idi. 1982-ci ildə atasının işinin İstanbula yönəlməsi səbəbiylə orada qalmalı oldular. Məhz elə buna görə də o orta məktəbini və litseyi burada Hasköydə bitirdi. Kiçik yaşlarında musiqiyə olan həvəsi Kıraçın bu sənətdə inkişafında atasına aid bağlama idi. Litseyə başladıqdan sonra onun bu yetənəyi və musiqi müəllimi olan Refik Köksalın ona öz ilk gitarasının hədiyyəsi Kıraçın həyatında bir dönmə nöqtəsi idi. Litseyi bitirdikdən sonra o, Marmara Universiteti Atatürk Eyitim Fakültəsi Musiqi Müəllimliyinə daxil oldu. Orada həm çox sevdiyi musiqi təhsilini, həm də ata məsləhini davam etdirəcəkdi. Artıq 1992-ci ildə Ortaköy Martı adlı barda səhnə həyatına başladı.
Piral
Piral — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Piral Azərbaycan Respublikasının Qusar rayonunda kənddir. O, rayon mərkəzindən 20 km şimal-qərbdə yerləşir. Piral kəndinin adı onun yerləşdiyi məkanı göstərir, “pirdə” və “pirlərin əhatəsində” mənasını verir. Məlumatara gorə qədim tarixi olan kənd bir neçə dəfə yerini dəyişib. “Piçxal” və “Likar” adlanan sahələrdə kəndin keçmiş qalıqları, qəbir yerləri, orada və hazırkı kənddə Alban dövrünə aid baş daşı yazıları qalmaqdadır. Piral kəndi orta dağlıq ərazidə, dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşir. Coğrafi koordinatları 41o31’ 37.05” şimal en dairəsi, 48o18’03.54” şərq uzunluqdadır. Cənubdan və qərbdən Böyük Qafqaz dağları ilə əhatə olunur. Kəndin ətrafı enliyarpaq meşəliklərdir.
İmfal
İmfal - Hindistanın Manipur ştatında şəhər. Həmçinin bu ştatın paytaxtıdır. İmfal Hindistanın ən şərqində yerləşir. Keppenin iqlimlər təsnifatına görə rütubətli subtropik iqlimə malikdir. Qışları mülayim, qurudur. Ən isti ay iyun, ən soyuq ay isə yanvardır. Şəhərə hər il ortalama 1320 mm yağıntı düşür. Ən yüksək temperatur 35.6 °C 22 may 2009-cu ildə, ən aşağı temperatur isə −2.7 °C 10 yanvar 1970-ci ildə qeydə alınmışdı. 2011-ci ilin əhalinin siyahıyaalınması məlumatlarına görə İmfalın əhalisi 264 986 nəfər olmuşdur. Bunlardan 128 931 nəfəri kişi və 136 055 nəfəri isə qadındır.
Şimal
Şimal və ya Quzey — Yer kürəsinin coğrafiyasında dörd əsas istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda cənubun əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Şimal" "soyuq iqlim" kimi başa düşülürdü. Azərbaycan dilində şimal Coğrafiyada "Ş", beynəlxalq işarələmədə "N" ilə işarələnir.
İmran
İmran — kişi adı. İmran Əbilov — Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi (1989) İmran Seyidov — şair, nasir, ədəbiyyatşünas, və tərcüməçi. İmran Usmanov — Çeçen müğənnisi, şairi və bəstəkarı.
Babrək Karmal
Bəbrək Karməl (puşt. ببرک کارمل; doğ. 6 yanvar 1929, Kamari, Kabul, Əfqanıstan — 3 dekabr 1996, Moskva, Rusiya) — Əfqanıstan dövlət və partiya xadimi. Bəbrək Karməl 6 yanvar 1929-cu ildə Əfqanıstanda, Kabul yaxınlığında hərbçi ailəsində anadan olmuşdu. Bəbrək Karməl 3 dekabr 1996-cı ildə Rusiyada, Moskvada vəfat edib.
Gülzar (Kirman)
Gülzar (Deh Taziyan, Qəriyət əl Ərəb) — İranın Kirman ostanının Bərdsir şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,131 nəfər və 1,164 ailədən ibarət idi.
Hisaşi Kimura
Hisaşi Kimura (木村 栄, Kimura Hisaşi, 10 sentyabr 1870, Kanazava – 26 sentyabr 1943, Setaqaya, Tokio) – Yaponiya astronomu. O, coğrafi enliklərin variasiyalarını müşahidə edərək onları hesablamaq üçün bərabərlik tərtib etmişdir. Hisaşi Kimura 1870-ci ildə Yaponiyanın İşikava prefekturasının Kanazava şəhərində doğulmuşdur. 1892-ci ildə Tokio Universitetinin nəzdində olan Elm kollecinin astronomiya fakültəsindən məzun olmuşdur. Daha sonra Tokio Astronomiya Rəsədxanasında işləməyə başlamış və 1899-cu ildə Mizusava Enlik Rəsədxanasının ilk direktoru seçilmişdir. Bu rəsədxana Beynəlxalq Enlik Xidmətinin yaranması ilə əlaqədar olaraq qurulmuş 6 stansiyadan biri idi. Kimura burada qütblərin hərəkəti nəticəsində yaranan enlik variasiyalarını tədqiq etməyə başlamışdır. Həmin dövrdə qütblərin hərəkətindəki dalğalanmanı ifadə etmək üçün iki termdən istifadə olunsa da, stansiyalarda müşahidə olunan variasiyalar gözlənilməz nəticələr vermişdi. Kimura 1902-ci ildə müşahidə olunan enlik variasiyalarının 3 termlə daha yaxşı ifadə olunacağını bildirmişdir və təqdim etdiyi term Kimura termi adlanmağa başlamışdır. Kimuranın 1902-ci ildəki qeydləri "Astronomical Journal" və "Astronomische Nachrichten" jurnallarında nəşr olunmuşdur.
Kamran (pyes)
Kamran (pyes) — Əbdürrəhimbəy Haqverdiyev pyesi 1931-ci ildə yazmışdır. "Kamran" (1931) pyеsinin mövzusu İran həyatından alınmışdır. Yazıçı, hələ XX əsrin əvvəllərində bir parça çörək üçün nеft Bakısına gələn оn minlərlə İran əməkçilərinin ağır zəhmətlə qəpik-quruş qazanıb, sоnra da gеri dönüb, qazandıqlarını, kоr-kоranə din dəllallarına yеdirtdiklərini görürdü. Dini əldə quldurluq silahına çеvirib Quran adından fitvalar vеrən müctəhidlərin ifşası pyеsdə əsas xətlərdən biridir. Pyеsdəki əhvalatların hamısı Kamran оbrazı ilə əlaqədardır. Kamran оbrazını biz "Оdabaşının hеkayəsi"ndən Fərman adı ilə tanıyırıq. О, varlı tacir Hacı Kamyabın qardaşı baqqal İbrahimin оğludur. Fərman hеkayədə aciz, hər zülmə bоyun əyən, sеvgilisi Gövhərtacdan əli çıxdıqdan sоnra yеganə yоlu Dərvişlikdə görən, nəhayət, vərəmləyib, köhnə mühitdə məhv оlan bir gəncdir. Kamran оndan tamamilə fərqlənir. Həyat, yaşadığı cəmiyyət, gördüyü haqsızlıq оnu istismar dünyasına qarşı bir üsyançıya çеvirir.