Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Davaçı
Şikayətçi, Kamal Sunalın 1986-cı ildə çəkildiyi filmdir. Filmi rejissor Zəki Öktən çəkmiş, ssenarisini isə Umur Buqay yazmışdır. == Məzmun == Bir kənddə iki qonşunun arasında olan dartışma filmin əsas məzmununu təşkil edir. Hər iki qonşu bir-birini məhkəməyə verir, lakin bu məhkəmə prosesi düz 7 il davam edir. Filmdə məhkəmələrin ləng işləməsi məsələsi əks etdirilir və kinematoqrafik dillə tənqid edilir. == Film haqqında == Ekranlara 1987-ci ildə buraxılmışdır.
Avaci
Avaci (yap. 淡路島) — Yaponiyaya məxsus olan ada. Avaci adası Daxili Yapon dənizində, Osaka körfəzinin şərqi və Kii boğazının cənubunda yerləşir. Onun sahəsi 592,17 km² təşkil edir. Avaci adası şimaldan Honşu adası ilə Asaki-Kayke, Şikoku adası ilə isə cənubdan Naturo körpüsü ilə birləşir. Adada dəmir yol nəqliyyatı mövcud deyildir. Yeganə nəqliyyat vasitəsi avtomobildir. == Tarixi == VII əsrdən XIX yüz illiyinə qədər ada ayrıca Avaci vilayəti tərkibinə daxil idi. Avaci sözü tərcümədə Ava vilayətinə gedən yol mənasını verir. == İnzibati bölgü == İzibati cəhətdən ada Hyoqo prefekturasına daxildir.
Euphorbia lavrani
Euphorbia lavrani (lat. Euphorbia lavrani) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Geyger sayğacı
Heyger sayğacı Hans Geiger (1882 - 1945) adlı alman fizikin 1908-ci ildə düzəltdiyi alətdir. Heyger sayğacı, Heyger-Müller sayğacı kimi də bilinir, ionlaşma radiasiyasını ölçə bilən bir növ parçacıq detektorudur. Heyger sayğacı radiasiyanın varlığını təsbit edə bilən, əldə daşına bilən bir cihazdır. Bu cihaz radiasiyalı mühitdə çıt səsləri çıxarır və mühitdəki radiasiyanın səviyyəsini də ölçə bilir.
Qalqaçı (Urmiya)
Qalqaçı (fars. قالقاچي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər (73 ailə) yaşayır. Kəndin əhalisi şiədir və Azərbaycan dilində danışır.
Qeyqer sayğacı
Heyger sayğacı Hans Geiger (1882 - 1945) adlı alman fizikin 1908-ci ildə düzəltdiyi alətdir. Heyger sayğacı, Heyger-Müller sayğacı kimi də bilinir, ionlaşma radiasiyasını ölçə bilən bir növ parçacıq detektorudur. Heyger sayğacı radiasiyanın varlığını təsbit edə bilən, əldə daşına bilən bir cihazdır. Bu cihaz radiasiyalı mühitdə çıt səsləri çıxarır və mühitdəki radiasiyanın səviyyəsini də ölçə bilir.
Davaçı xan
Davaçı xan (Dabaçı) (+1759) — 1753–1755-ci illərdə Dörben Oyrot ulusunun (Дөрвн өөрд улс) hökmdarı xuntayci titulu ilə, Çoros soyundan, Şuno Dabo-baatarın oğlu. == Həyatı == Xuntayci Qaldan-Tseren öləndən sonra Cunqariyada ixtişaşlar başladı. Ara vuruşmalarından Davaçı zəfərlə çıxdı. Amma bəzi noyonlar öz namizədləri Nemexu-Jirqalı taxta əyləşdirmək istədilər. Cunqariyada iki xan oldu. Amursanın yardımı olə Davaçı rəqibini öldürdü. Xoyt xanı bu yardıma görə Davaçıdan bəzi bölgələri tələb etdi. Davaçı onun tələblərini rədd etdiyindən yeni döyüşlər başladı. 1754-cü ilin avqustunda Amursan məğlub oldu. O, Xalxuya qaçdı.
Katsuyuki Kavaçi
Katsuyuki Kavaçi (27 aprel 1955, Hiroşima) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Naxçıvan lavaşı
Azərbaycanın Naxçıvan bölgəsində özünəməxsus xüsusiyyətləri ilə fərqli formada hazırlanan bölgə brendinə çevrilmiş çörək növü. == Tarixi == Hələ min il, iki min il bundan öncə Azərbaycanda olan dünyaca məşhur səyyahlar, coğrafiyaşünaslar, tarixçilər bu elin, bu vətənin bütün yerlərində taxılın, çörəyin bolluğunu söyləyir, həmdə çox ucuz, demək olar ki, havayı olduğunu qeyd edirlər . Ən qədim zamanlardan çörək Azərbaycan xalqımızın süfrəsində mühüm yer tutmuşdur. Ümumi olaraq, çörək kimi bilinən bu qidanın xalq arasında müxtəlif növləri vardır. Məsələn: lavaş, dəstəna, fətr, çırpma, qalın, cad və.s. Naxçıvanda və Azərbaycanın digər bölgələrində çörək deyərkən daha çox lavaş yada düşür. Araşdırmacılar çörək ifadəsini çevirmək (sacda bişirilən zaman) sözü ilə bağlılığını qeyd edirlər. Bəlli olduğu kimi indinin özünə də yurdumuzun bir cox yerində çörək həmdə qədim türk sözü olub əppək kimi də qeyd olunur: saca əppək salmaq, əppək yapmaq və s. Xalqımızın qədim yazılı abidəsi olan Kitabi-Dədə Qorqud dastanında da oğuz yurdunun övladlarının yeməklərinin arasında tez-tez ətmək (Naxçıvanda əppək) adına rast gəlirik. Ətmək (əppək) sözü isə bir qayda olaraq əkmək sözündən yarandığı bilinməkdədir .
David Qareci lavrası
David Qareci lavrası (gürc. დავითის ლავრა) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsi. Lavra VI əsrin I yarısında Müqəddəs David Qarecinin rəhbərliyi ilə inşa edilmişdir. == Memarlıq xüsusiyyətləri == Kompleksə VI-XVIII əsrləri əhatə edən müxtəlif tikililər - kilsə, rahiblərin və ziyarətçilərin istifadəsi üçün nəzərdə tutulmuş müxtəlif binalar daxildir. Kompleks dairəvi qüllələri olan müdafiə divarları ilə əhatə olunmuşdur. Kompleksin mərkəzində girişi üzərində zəng qülləsi ucalan qədim kilsə yerləşir. Kilsənin ətrafında yaşayış üçün hər şəraiti olan kenakonlar, onların arxasında kiçik kapellalar, bir qədər aralıda isə atların saxlanması üçün yerlər və anbarlar yerləşir. Kompleks mağaralarla zəngin dağlıq ərazidə yerləşir. Dağlıq ərazidə yağış sularının toplanması, süzülməsi və istifadəsinə imkan verən sistem yaradılmışdır. Kompleksə daxil olan mağaralardan birinə davamlı olaraq su damır və toplanır.
Kiyev-Peçersk lavrası
Kiyev-Peçersk lavrası — Ukraynanın Kiyev şəhərində dini obyekt, Ukraynanın yeddi möcüzəsindən biri. Kiyev-Peçersk lavrası pravoslavların çox əhəmiyyət verdiyi dini obyektlərdəndir. O, Həzrət Məryəmin xeyir-dua verdiyi dörd yerdən biri hesab olunur. Bura həm də Rus dövlətinin ilk monastırlarından biridir. O, Ukraynanın Kiyev şəhərinin cənub hissəsində, Dnepr çayının sağ sahilində olan iki təpənin üzərində yerləşir. Monastırın əsası 1051-ci ildə knyaz Yaroslav Mudrının hakimiyyəti zamanı, Antoni adlı rahib tərəfindən qoyulmuşdur. O, Afon dağından qayıdaraq, öz vətənində buna bənzər bir monastır yaratmaq fikri ilə mağarada məskən salmış, orada bir sıra tələbələr yetişdirrmişdir. Onlardan biri olan Feodosi, müəlliminin yolunu davam etdirərək, mağaralarda olan hücrələrin sayını artırmışdır. İlk mağaralar Uzaq, və ya Feodosi mağaraları, sonrakılar isə, Yaxın və ya Antoni mağaraları adlanır. Mağaralar rahiblərə azlıq etdiyinə görə onlar burada bir monastır inşa etmişlər.
Kiyev-Peçora lavrası
Kiyev-Peçersk lavrası — Ukraynanın Kiyev şəhərində dini obyekt, Ukraynanın yeddi möcüzəsindən biri. Kiyev-Peçersk lavrası pravoslavların çox əhəmiyyət verdiyi dini obyektlərdəndir. O, Həzrət Məryəmin xeyir-dua verdiyi dörd yerdən biri hesab olunur. Bura həm də Rus dövlətinin ilk monastırlarından biridir. O, Ukraynanın Kiyev şəhərinin cənub hissəsində, Dnepr çayının sağ sahilində olan iki təpənin üzərində yerləşir. Monastırın əsası 1051-ci ildə knyaz Yaroslav Mudrının hakimiyyəti zamanı, Antoni adlı rahib tərəfindən qoyulmuşdur. O, Afon dağından qayıdaraq, öz vətənində buna bənzər bir monastır yaratmaq fikri ilə mağarada məskən salmış, orada bir sıra tələbələr yetişdirrmişdir. Onlardan biri olan Feodosi, müəlliminin yolunu davam etdirərək, mağaralarda olan hücrələrin sayını artırmışdır. İlk mağaralar Uzaq, və ya Feodosi mağaraları, sonrakılar isə, Yaxın və ya Antoni mağaraları adlanır. Mağaralar rahiblərə azlıq etdiyinə görə onlar burada bir monastır inşa etmişlər.
Adəm ağacı
Pavlovniya (lat. Paulownia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin pavlovniyakimilər fəsiləsinə aid bitki cinsi.
Alma ağacı
Avaçi buxtası
Avaça körfəzi (rus. Авачинская бухта) — Sakit okeanda, Kamçatka yarımadasının cənub-şərqində buxta. Uzunluğu 24 kilometr, eni (girişində) 3 kilometr, dərinliyi 26 metrdir. Avaça körfəzinin şimal sahilində Petropavlovsk-Kamçatski şəhəri (portu) var. Liman balıçılıq və yük daşımalarında istifadə edilən gəmiləri qəbul edir.Buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir. == Qısa təsvir == Dünyanın ən böyük buxtalarından biridir. Dünyanın istənilən tip gəmilərini qəbul edir. Avaçi körfəzinin qapalı hissəsini təşkil edir. Buxta 24 km uzunluğa və 3 km enə malikdir (girəcəkdə). Su səthinin sahəsi 215 km2-dir.
Avaçi körfəzi
Avaçi körfəzi — Sakit okean sahillərində yerləşən körfəz. Körfəz öz növbəsində iki hissədən ibarətdir ki, burada açıq hissə Avaçi körfəzi, qapalı hissə isə Avaçi buxtası adlanır. Daxilində bir çox buxtalar yerləşir: Tarya, Tixoya, Rakovata, Babiya, Petrovavlovskaya, Seroqlazka, Moxovaya və s. Körfəz və buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir. Avaçi körfəzinə Avaça və Paratunka çayları tökülür. Körfəzdə yerləşən Kraşennikov və Stariçkov adaları quş koloniyalarının əsas düşərgəsi olduğundan xüsusi qorunan ərazi elan edilmişdir. == Mənbə == История плавания В. Беринга на боте «Св.
Balzam ağacı
Kommifora (lat. Commiphora) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin burserkimilər fəsiləsinə aid bitki cinsi.
Berqamot ağacı
Berqamot ağacı (lat. Citrus bergamia) - sitrus cinsinə aid bitki növü.
Broun ağacı
Broun ağacı — 1990-ci illərdə populyar olan kompüter incəsənətinin formasıdır. Broun ağacı ağacabənzər strukturların riyazi modelidir. Broun ağacının kompüterdə düzəldilməsi üçün əvvəllər saatlarla vaxt sərf edilirdi, lakin bir neçə saniyədə Borun ağacını düzəltmək mümkün oldu. Broun ağacı əsas üç faktordan asılı olaraq müxtəlif formaya malik olur.
Buynuz ağacı
Buynuzcuqlu seratoniya (lat. Ceratonia siliqua) - seratoniya cinsinə aid bitki növü. İngilis dilində "carob" deyilsə də, ümumiyyətlə "St.Johns Bread" kimi tanınır. Alman dilində "johannisbrot" deyilir. Hər iki dildə də "Yaqub Peyğəmbərin çörəyi" mənasına gəlir. Yaqub peyğəmbərin səhrada çörək yerinə istifadə etdiyi bir meyvədir. Təqribən 5000 ildir ki, tanınır. Bir neçə yüz il bundan əvvələ kimi şəkər əvəzinə və ya hazırlanan şirniyyatlarda istifadə olunurdu. Dövrümüzdə ağ şəkər istehsalının başlaması ilə bu mədəni və sağlam qida yox olmuşdur. Keçibuynuzu ağacı ilk 15 il heç meyvə verməyən bir ağacdır.
Cümhuriyyət Ağacı
Cümhuriyyət Ağacı Türkiyənin İzmir ilinin Konak ilçəsində, Gündoğdu Meydanı içərisində yerləşən abidədir. 2003-cü ildə tamamlanan abidə İstiqlaliyyət müharibəsini təmsil edir. Misdən hazırlanmış heykəlin hündürlüyü 5 metr, mərmərlə örtülü pedestalın hündürlüyü 8,5 metr, abidənin bütöv hündürlüyü 13,5 metrdir. == Tarixi == 1997-ci ildən etibarən dəniz dolğusu ilə genişləndirilən Kordon üzərində 2000- ci ildə Gündoğdu Meydanı salındı. İzmir Böyükşəhər Bələdiyyəsi meydana abidə qoyulmağı üçün heykəltaraş Fərid Özşen ilə razılaşdı. 2003-cü ildə tamamlanan abidə eyni il Cümhuriyyətin elan edilməsinin 80 illiyi münasibətiylə 29 oktyabrda açıldı. 2014-cü ildə Türkiyə yerli seçkilərindən əvvəl 16 mart tarixində Gündoğdu Meydanında təşkil edilən AKP mitinqində abidə vandalların hücumuna məruz qaldı. == Memarlığı == Cümhuriyyət Ağacı 8,5 m hündürlüyündə mərmərlə örtülü pedestal və bu pedestalın üzərinə yerləşdirilən on atlının təmsil edildiyi mis heykəldən ibarətdir. Ümumi uzunluğu 13,5 metr olan abidənin pedestalında Hitit, Səlcuqlu və Osmanlı mədəniyyətlərini və cümhuriyyətin qurulmasından bəhs edən qabartmalar və yazılar yerləşdirilib. İstiqlaliyyət müharibəsini təmsil edən heykəl daha yaxşı işıq alması üçün üzü qərbə tərəf tikilmişdir.
Darçın ağacı
Darçın ağacı (lat. Cinnamomum) - dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.Cavan budaqlarının soyulub qurudulmuş qabığından darçın alınır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Kafur ağacı; Kamfora ağacı (Cinnamomum camphora (L.) Nees. et Eberm.) Çin darçın ağacı (Cinnamomum cassia Blume) Seylon darçın ağacı (Cinnamomum zeylanicum Blume) == İstinadlar == Darçın ağacı:The Plant List saytında takson barədə məlumat.
Dəri ağacı
Dəri ağacı (lat. Mimosa tenuiflora) — paxlakimilər fəsiləsinin mimoza cinsinə aid bitki növü. == Təbii yayılması == Braziliyanın şimali-şərq hissəsində, şimalda, Meksikanın cənub hissəsində 1000 m hündürlükdə, quru düzənliklərdə, seyrək meşələrdə bitir. == Botaniki təsviri == Gövdəsinin üzərində az iynələri olan dekorativ, kiçik ağacdır. İynələri bünövrəsində enli, uzunluğu 3 mm-dir. Yarpaqları nazik bölünmüş, lələkvari, uzunluğu 3-5 sm-dir. Çiçəkləri ağ rəngli, silindrik, möhkəm olmayan sünbülvari çiçək qruplarında yerləşmiş, ətirlidir. Meyvələrin uzunluğu 2,5-3,0 sm, 4-6 hissəyə bölünmüşdür. Təbiətdə meyvə və toxumları ana bitkidən 5-8 m radiusda küləklə ətrafa yayılır. Sulfat turşusundan istifadə yolu ilə toxumların straitifikasiyası və ya onların qabığının mexaniki zədələnməsi cücərməni çox artırır.
Evgenol ağacı
Evrim Ağacı
Evrim Ağacı (azərb. Təkamül Ağacı), 5 Noyabr 2010 tarixində Çağrı Mert Bakırcı rəhbərliyi ilə Yaxın Şərq Tekniki Universitetində "Biologiya və Genetika Cəmiyyəti" tərəfindən qurulmuş bir markadır. Evrim Ağacı, Türkiyə təkamül biologiyasında ən böyük təşəbbüsdür. İşi Avropa Təkamül Biologiyası Cəmiyyəti (ESEB) tərəfindən dəstəklənir.Rəsmi veb saytı, Türkiyənin ən çox ziyarət edilən elm saytları arasında. Sosial media və veb saytı ziyarətçiləri baxımından Türkiyənin ən çox ziyarət edilən elmi veb saytıdır. Azərbaycan, ziyarətçilər baxımından ilk 3 ölkə arasındadır.