Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lamu
Lamu — Keniyadakı Lamu arxipelaqının bir hissəsi olan Lamu adasında kiçik bir şəhər. Şəhər UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Şəhərin sahilində Lamu qalası yerləşir. Lamuda o cümlədən 1900-cü ildə tikilmiş Riyadha məscidi də daxil olmaqla 23 məscid var. == Tarix == === Erkən tarix === Şəhərin əsl adı Amudur və ərəblər tərəfindən Əl-Amu (آامو)\, Portuqalca isə "Lamon" adlandırılır. Portuqaliyalılar Amu ərazidəki baş yaşayış məntəqəsi olduğu üçün bütün adaya bu adla müraciət edirdilər. Lamu adasındakı Lamu şəhəri Keniyanın daimi yaşanılan ən qədim şəhəridir və Şərqi Afrika sahilləri boyunca orijinal suahili yaşayış məntəqələrindən biri olmuşdur. Şəhərin 1370-ci ildə qurulduğu güman edilir. Bu gün Lamu əhalisinin əksəriyyəti Müsəlmandır. Şəhər ilk dəfə 1441-ci ildə Məkkəni ziyarət edən Lamulu bir hakimlə görüşən ərəb səyyahı Əbu-əl-Mahasini tərəfindən yazılı şəkildə qeyd edilmişdir.
Jan Batist de Lamaz
Jan Batist de Lamaz (fr. Jean-Baptiste de la Maze) — Fransız yezuit din xadimi, İsfahanda və Şamaxıda fəaliyyətdə olmuşdur. == Həyatı == 21 fevral 1624-cü ildə Fransanın Paris şəhərində doğulmuşdur. 16 yaşında yezuit ordeninə daxil olub, 8 dekabr 1658-ci ildə dini and içmişdi. 1652-ci ildən bəri Fransada qrammatika, fəlsəfə və humanitar elmlər dərsi dedikdən sonra 1662-ci ildə Şərqə doğru katolik təriqətini yaymağa gəlmişdi. 2 il Suriyada qaldıqdan sonra, 1664-cü ildə Səfəvilər dövlətinə gəlmişdi. == Fəaliyyəti == 1664-cü ildə Klod İqnat Mersier ilə İsfahandakı Yeni Culfa məhəlləsinə gəlmişdi. 1674-cü ildə Mersierin ölümündən sonra 1676-cı ildə Yezuit missiyasınn rəhbəri təyin olunmuşdu. Onun burdakı əsas işi qriqorian erməniləri katolik məzhəbinə gətirməkdən ibarət idi. Farsca, türkcə və ermənicə bilirdi.
Almaz
Almaz (almanca – Diamant (m), fransızca – Diamant (m), ingiliscə – Diamond) saf karbondan meydana gəlib, bilinən ən bərk maddədir. Karbon elementinin bir modifikasiyası qrafit, digəri isə almazdır. Almazın saf karbon olduğu ilk olaraq Fransız kimyaçı Lavuazye tərəfindən aşkar edilmişdir. Lavuazye almazı yandırmış və yanma qazının yalnız karbondioksid olduğunu görüncə almazın karbon olduğu qənaətinə gəlmişdir. == Xüsusiyyətləri == Almaz qrafitlə bərabər allotrop quruluşa malik olub ən bərk 10 mineraldan biridir. Əsas xassəsi yüksək bərklik, istilik keçiriciliyi və disperisyası ilə tanınır. Almaz kristallik quruluşa mailkdir ,ona görə də o dielektrikdir. Almazın metalda və havada sürtünmə əmsalı 0,1-dir. Bu onun səthində nazik absorbsiya olunmuş qaz qatının yaranması ilə bağlıdır. Bu qat yağlayıcı rolunu oynayır.
Bamut
Bamut (Çeçen. Bummat) kəndi Çeçenistan Respublikasının Açxoy-Martan rayonunda yerləşir. Bamut kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. == Coğrafiya == Kənd Fortanqa çayının sahilində, Açxoy-Martan rayonunun regional mərkəzindən 8 km cənub-qərbdə və Qroznı şəhərindən 50 km məsafədə yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimalda Assinovskaya və Yeni Şaroy kəndi, şimal-qərbdə Nesterovskaya kəndi, cənub-qərbdə Arştı kəndi, cənub-şərqdə Köhnə Açxoy, Yandi və Şalaşi kəndləri, şərqdə Katır-Yurt kəndidir. == Tarix == Fortanqa sahillərində yerləşən bu dağətəyi kənd nə vaxt qurulduğu haqqında dəqiq məlumat yoxdur. Rus tarixi sənədlərində tapılan istinadlar arasında birincisi, general Ermolovun Orstxoy-Martan və Bamutun yandırılması barədə məruzəsidir. Bu, 1818-ci ildə baş verdiyindən, kəndin ən az iki əsr yaşı olduğu bildirilir. Yalnız burada, iki əsrlik tarixində Bamut çox qısa bir müddət ərzində sakit bir dövr sürdü. Beləliklə, 1864-cü ildə Qafqaz müharibəsində yenidən praktik olaraq məhv edildi və bütün sakinlər Türkiyəyə köçürüldü.
Daşüz
Daşüz — Azərbaycan Respublikasının Şəki rayonunun Daşüz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki Daşüz qəsəbəsi Daşüz kəndi hesab edilmişdir. == Toponimikası == Adını ərazidəki Daşüz (bəzən Daşyüz kimi də qeydə alınır) silsiləsinin adından almışdır. XX əsrin əvvəllərində kəndin ərazisində Ədil xanın at ilxısının tövlələri olmuşdur. 1923-cu ildə burada 71 nömrəli atçılıq zavodu təşkil edilmiş, 1951-ci ildən isə buraya Samux rayonunun Qırmızı Samux sovxozundan camışlar gətirilərək camışçılıq sovxozu yaradılmışdı. Müxtəlif illərdə Tovla, Tavla, Orconikidze adına sovxozun nəzdində qəsəbə də adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Tarixi abidlələr əsasında kəndin hələ 1914-cü ildə mövcud olduğu məlumdur. Burada qədimdən qalan bir qala var. Amma bu qalaya yetərincə diqqət olmadığından görünüşü pis vəziyyətdədir. == Coğrafiyası və iqlimi == Əyriçayın (Qanıx çayının qolu) sol sahilində, Daşüz silsiləsinin ətəyindədir.
Hamur
Xamur (türk. Hamur, kürd. Xamûr) — Ağrı ilinin ilçəsi. Düşmən işğalından qurtuluş günü 14 apreldir. == Tarixçə == Ağrının ən gənc və ən kiçik rayonu Xamurun məlum tarixi, e.ə. 14-cü əsrə aiddir. Huri, Fars, Bizans, Ərəb və Bizans abidələrinin üstünlük təşkil etdiyi Xamur, Malazgird döyüşündən sonra türklərin yurdu olmuşdur. Bundan sonra bölgədə Xarəzmşahlar, Elxanilər, Qaraçobanlılar, Qızıl Ordalılar, Cəlairilər və Qaraqoyunlu dövlətləri bu torpaq üzərində hakimiyyətdə olmuşdur. O dövrdə Yuxarı Murad bölgəsinin ən güclü qalası olan Xamur, Timurun Anadolunun işğalı ilə Monqolların hakimiyyəti altına girmiş, lakin 1421 Eleşgird döyüşündən sonra Teymurun istilasından xilas olmuş və Qaraqoyunlunun hakimiyyəti altına keçmişdir. Bölgə 1467-ci ildə Ağqoyunluarın və 1502-ci ildə Səfəvilərin suverenliyi altında olmuşdur.
Kamaz
Kamaz (rus. КамАЗ (Камский автомобильный завод - Kama Avtomobil Zavodu)) — Rusiya və MDB məkanında böyük yük götürmə qabiliyyətinə malik yük avtomobili, minik maşını, traktor, dizel mühərriki və onun hissələrinın istehsalı üzrə ixtisaslaşmış zavod kompleksi. Tatarıstanın Çelnı şəhəri ətrafında yerləşir. Dünyada 10 ən böyük yük avtomobili istehsal edən müəssisədən biridir. Dizel mühərriklərinin istehsalına görə isə dünyada 8-ci yerdədir. Kamaz SSRİ vaxtında yaranmış ilk zavod kompleksidir. 23 avqust 1990-cı ildə ölkəni təmsil edən yeganə sənaye avtomobili seçilmişdir. 2006-cı ildə "Kamaz-master" komandası beynəlxalq avtorallidə qalib gəldi. Almaniyada Kamaza məxsus böyük beynəlxalq avtomombil salonu fəaliyyət göstərir. == Tarixi == 1960-cı illərdə SSRİ-də sənaye avtomobilləri çatışmırdı.Təcili olaraq avtomobil zavodu kompleksi yaratmaq və burada 8-20 ton arası qədər avtomobil istehsal etmək lazım idi.
Laman
Laman (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Laman (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Lamer
Lamer (en. lamer) – (slenq) kompüter texnologiyalarından o qədər də yaxşı baş çıxarmayan istifadəçi ("lame" ingilis dilində "axsaq", "şikəst" deməkdir). Peşəkar kompüterçi haqqında işlədildiyindən, bu termin təhqiredicidir. Tez-tez bu sözdən "haker", "kompüter qurusu" anlayışlarına qarşılıq kimi istifadə olunur. Rus dilində çox zaman "lamer" sözünün əvəzinə, "təcrübəsiz adam" mənasını verən "çaynik" sözü işlədilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Lamia
Lamia, qədim yunan mifologiyasında Liviya kraliçası və ya şahzadəsi və Zevsin sevgililərindən biridir. Zevs ilə birlikdə olduqlarına görə Heranın qəzəbinə tuş gəlmiş və vəhşiləşərək öz övladlarını öldürdüyünə görə digər qadınların da, uşaqlarına düşmən olmuşdur. Həmçinin qısqanc Hera, Lamianın gözlərini bağlanmaz bir vəziyyətə gətirərək lənətləmiş və öldürmüş olduğu uşaqlarını mütəmadi olaraq görməsini təmin etmişdir. Ancaq Zevs Lamianın bu halına dözə bilməmiş, onu əvvəlki vəziyyətinə qaytarmış və istifadə etməsi üçün ona xüsusi bir qabiliyyət bəxş edir. Beləliklə yatmasa belə, müvəqqəti də olsa bəxtsizliyinin bəxş etdiyi acıları unuda bilmək üçün gözlərini istədiyi zaman çıxarda bilərdi. Uşaqlarını itirdikdən sonra qəzəbinə görə digər insanlardan qisas almaq məqsədi ilə digər qadınların uşaqlarını oğurlayıb onların qanlarını içir. Əslində bir qaraçı tərəfindən qaraçının arzusunu yerinə yetirməsi üçün çağırılır. Bunun üçün bir şəxsin hər hansı bir əşyasını götürərək onu lənətləyir və Lamianın həmin əşyanı almağa gəlməsini gözləməyə başlayırlar. Lamia həmin əşyanın sahibini də, özü ilə əbədi cəhənnəmə aparır. Bu lənətdən xilas olmağın yeganə yolu həmin lənətlənmiş əşyanın üç gün müddətində kiməsə verilməsidir.
Lamium
Dalamaz (lat. Lamium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Bir, iki, yaxud çoxillik otlardır; yarpaqları dişli və bütövdür. Çiçəkləri ağ, çəhrayı, yaxud qırmızıdır, yuxarı yarpaq qoltuqlarında yerləşən yalançı süpürgə çiçək qrupunda toplaşmışdır. Meyvəsi dördtilli fındıqcadan ibarətdir. Avropa, Asiya (tropik qurşaqdan başqa) və Şimali Afrikada 40–50 növü məlumdur. Azərbaycanda 5 növü bitir. Ağ dalamaz və gövdəniqucaqlayan dalamaz geniş yayılmış alaqdır. Tərkibində aşı maddəsi, saponin, askorbin turşusu, efir yağı və s. olduğu üçün xalq təbabətində istifadə edilir.
Lampa
thumb|Mis gövdəli neft lampası (19-cu əsr) thumb|İşıq diodlu elektrik lampası Lampa — süni işıq mənbəsi və gövdəsidir. Bu anlayış 13-cü əsrdə qədim yunan dilində λαμπάς (lampás, lampádos) məşəl, işıq sözlərinə əsaslanan fransız sözü lampedən alınmışdır. Lampa sözü dedikdə çib fənəri, tavan lampası, masaüstü lampa və gecə lampası başa düşülür. Xalq arasında lampa həm də işıq kimi başa düşülür. Azərbaycan dilində lampaya həm də çıraq deyilir. Lampa əslində işıq saçan qurğu və ya məşəl kimi işlənməlidir. Lampanın üzərindəki çətir çox vaxt ətraf mühiti güclü işıq şülarından və ya istidən qoruyur. Neft lampasını (XIII əsr), qaz lampasını (XIX əsr) və elekriklə işləyən közərmə lampasını ixtira edənə qədər lampa gildən, daşdan və ya metaldan hazırlanmış qabıq formalı olub içərisinə bitki və ya hevan yağı ila islanmış fitil yerləşdirilirdi. Bu tipli lampalar ən qədim zamanlarda mövcud olmuşdur. Lampalara başqa misal kimi işıq saçan materialdan hazırlanmış boruları, hologen lampalarını, metal buxarı lampalarını, günəş enerjisi ilə işləyən lampalar, qövs lampalarını və işıq diodlarını göstərmək olar.
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Larus
Qağayı (lat. Larus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi. Onlar həm dəniz kənarlarında həmdə göllərdə yayılmışlar. Bir çox növləri sinantrop həyat sürərək insanla birgə yaşayışdan fayda əldə edir. Bir qayda olaraq bu cinsə daxil olan növlərdə ya boz ya da qara rəngli ləkələr müşahidə edilir. İri və orta ölçülərə malik olurlar. Qağayılar üçün növlər arası çütləşmə xarakterikdir.
Lavur
Lavur (fr. Lavours) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01208. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 148 nəfər təşkil edirdi.
Limuaz
Limuaz (fr. Limoise) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lyursi-Levi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03146. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 169 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 114 yaşında (15-64 yaş arasında) 77 nəfər iqtisadi cəhətdən, 37 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,5%, 1999-cu ildə bu 61.6%). Fəal olan 77 nəfərdən 74 nəfər (42 kişi və 32 qadın) işləyir, 3 nəfər işsizdir (1 kişi və 2 qadın). 37 hərəkətsiz şəxs arasında 17 nəfər şagird və ya tələbə, 12 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
A.Camus
Eme Antuanetta Kamus (fr. Aimée Antoinette Camus; 1 may 1879, Paris – 17 aprel 1965, Paris) — Fransa botaniki. == Əsərləri == == İstinadlar == == Ədəbiyyat == Première partie: Atlas de la monographie des saules de France / Deuxième partie: Principaux insectes nuisibles aux saules/ (suivi de:) Atlas A.Camus. J. Mersch, París (1904). Classification de saules d´Europe et monographie des saules de France A.Camus & E.G.Camus, París (1905). Monographie des Orchidées de l´Europe, de l´Afrique septentrionale... E.G.Camus & A.Camus & P. Bergon, París (1908). Florule de Saint-Tropez et de ses environs immédiats A.Camus. Paul Lechevalier. París.
Aconitum laxum
Turpabənzər kəpənəkçiçəyi (lat. Aconitum napellus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü. == Sinonimləri == Aconitum alatum Wender. Aconitum amoenum Rchb. Aconitum ampliflorum Rchb. Aconitum anglicum Stapf Aconitum bavaricum Starm. Aconitum braunii Rchb. Aconitum caeruleum Dulac Aconitum canescens Schleich. ex Rchb. Aconitum clusii Rchb.
Aleksandr Labuş
Aktyor == Həyatı == Aleksandr Sergeyeviç Labuş 11 avqust 1957-ci ildə Minskdə anadan olub. Belorus Dövlət Bədii Teatr İnstitutunda oxuyub (B. İ. Luçenkonun sinfi, 1975–1980). Belorus aktyorudur.
Almaz Hüseynova
Almaz Həsən qızı Hüseynova (d. 24 avqust 1959, Xaçmaz rayonu, Azərbaycan) — folklorşünas, filologiya elmləri doktoru (2014), professor (2019) == Həyatı == Almaz Həsənqızı 1959-cu il avqustun 24-də Azərbaycan Respublikası Xaçmaz rayonunda anadan olmuşdur. Naxçıvan Muxtar Respulikası Ordubad şəhər M. Sidqi adına orta məktəbi bitirmişdir (1966–1976). Orta məktəbdə oxuduğu illərdə, eyni zamanda, Ordubad şəhər musiqi məktəbində (fortepiano üzrə) təhsil almışdır (1966–1973). Daha sonra ali təhsil almaq üçün Azərbaycan Dövlət Universitetinə daxil olan Almaz xanım, 1981-ci ildə universitetinin filologiya fakültəsini bitirmişdir. O, əmək fəaliyyətinə təyinatla göndərildiyi İsmayıllı rayonunun Qalacıq kəndində dil-ədəbiyyat müəllimi (1981–1982) kimi başlamışdır. Sonra da Xalq Maarifi muzeyində elmi işçi (1983–1991), Qızlar Kollecində (1991–1998), Bakı Qızlar Universitetində müəllim (1998–2014), Azərbaycan MEA Folklor İnstitutunda (2014) aparıcı elmi işçi vəzifələrində çalışmışdır. Almaz Hüseynova 2002-ci ildə "Azərbaycan mühacirət folklorşünaslığında dastançılıq məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. BQU-da müəllim, baş müəllim, dosent işləmişdir (2013–2014). 2013-cü ildə "Azərbaycan mühacirət folklorşünaslığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Almaz Mustafayeva
Almaz Mustafayeva (tam adı: Mustafayeva Almaz Əhməd qızı; 1 oktyabr 1949, Ağdam – 26 dekabr 2020) — Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Azərbaycanın əməkdar artisti, "Qızıl Dərviş" mükafatı laureatı. == Həyatı == Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olmuşdur. Almaz Mustafayeva kino tarixinə də bir sıra obrazlar bəxş edə bilib. Həmkarları çıxışları zamanı aktirsanın oynadığı "Sehirli xalat", "Yeddi oğul istərəm", "Aktrisanın təbəssümü", "Şir evdən getdi", "Cavanşir" filmlərindən söz açıblar. Almaz xanımın ilk səhnə debütü oğlan obrazı olub. Almaz Mustafayeva 26 dekabr 2020-ci ildə vəfat etmişdir. == Mükafatları == 1997-ci ildə "Qızıl Dərviş" mükafatı ilə təltif olunub.
Almaz Məmmədova
Almaz Əli qızı Məmmədova — Azərbaycan filoloqu, filologiya üzrə elmlər doktoru, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru. == Həyatı == 1948-ci ilin oktyabr ayının 3-də Bakı şəhərində anadan olub. 1955-1965-ci illərdə Bakı şəhərində 172 saylı tam orta məktəbdə təhsil alıb və orta məktəbi əla qiymətlərlə bitirib. 1965-1970-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. 1971-ci ildən Bakı Dövlət Universitetində çalışır. 1979-cu ildə BDU-nun əyani aspiranturasına qəbul olub. 1981-ci ildə ”Mədinə Gülgünün həyat və yaradıcılığı“ mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1990-cı ildə dosent elmi adını alıb. 1997-ci ildə “Cənubi Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri (1946-1990-cı illər)” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb. 1999-cu ildə professor elmi adını alıb.
Almaz Orucova
Almaz Ədil qızı Orucova (2 iyun 1966, Zəngilan rayonu) — xanəndə, Azərbaycan Respublikasının əməkdar artisti (2012). == Həyatı == Orucova Almaz Ədil qızı 02 iyun 1966 cı ildə Zəngilan rayonunda doğulub.1983 cü ildə Zəngilan rayon 1saylı orta məktəbi bitirib. 1985–1990 cı illər ərzində Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda böyük sənətkar Şövkət Ələkbərovanın sinifində təhsil alıb. Təhsil aldığı illərdə Səxavət Məmmədovun rəhbərlik etdiyi Qarabağ ansamblına dəvət edilib. Dəyərli sənətkarla birlikdə ilk dəfə Naxçıvan şəhərində konsertdə iştirak edib. 1992-ci ildə Almaniya Respublikasına qastrol səfərinə dəvət edilib və xalq və bəstəkar mahnılarından ibarət ilk diski də orada buraxılıb. 1993-cü ildə Azərbaycan Muğam Teatrında işə başlayıb. 2005-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına solist dəvət olunub və ilk solo konsertini 2006-cı ildə bu səhnədə verib. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Mahnı Rəqs ansamblı ilə birlikdə çox Dövlət tədbirlərində çıxış edib. 2010-cu ildə Türkmənistanda 21 ölkə arasında keçirilən Beynəlxalq Avaza festifalında sənət dostları ilə birgə Azərbaycan musiqisini uğurla təmsil edərək I-yer Qran Pri ilə mükafatlındırılıblar.
Almaz Qaffarova
Almaz Adı qızı Qaffarova (1942, Zaqatala – 17 oktyabr 2005, Bakı) — Ağsu Rayon Partiya Komitəsinin birinci katibi == Həyatı == 1942-ci ilin 6 yanvarında Zaqatala şəhərində anadan olub. Zaqatala şəhər 2 saylı orta məktəbini, M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutunu, Sov.İKP MK yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
Almaz qırqovulu
Almaz qırqovulu (lat. Chrysolophus amherstiae) — qırqovullar fəsiləsinə aid quş növü. Vətəni Şərqi Asiyadır. 1828-ci ildə İngiltərəyə gətirilərək iqlimə uyğunlaşdırılmışdır və hazırda burada da təbiətdə yaşayırlar. Erkək fərdləri dünyanın ən gözəl quşlarından hesab biridir. Parıldayan göy və yaşıl lələkləri qara, ağ, qırmızı və sarı rənglərə münasib biçimdə qarışmışdır. Ağ-qara zolaqlı quyruğu qırqovulun bədənindən uzundur. Dişi fərdləri erkəkdən fərqli olaraq o qədər də rəngarəng deyil. == Ədəbiyyat == Briggs, M.; Briggs, P. (2009). The Natural History of the British Isles.
Almaz Ülvi
Almaz Ülvi (Almaz Qasım qızı Binnətova; 8 avqust 1960, Kəsəmən, Basarkeçər rayonu) — Azərbaycanlı ədəbiyyatşünas, yazıçı-publisist, filologiya elmləri doktoru (2010). Nəvaişünas, Özbək ədəbiyyatı tədqiqatçısı. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiri. == Həyatı == Almaz Ülvi 1960-cı il avqustun 8-də Göyçə mahalının Kəsəmən kəndində müəllim ailəsində doğulmuşdur. Həmin kənddə orta məktəbi fərqlənmə ilə tamamlamış (1967–1977) və Bakı Dövlət Universitetində ali təhsil almışdır (1978–1984). 1986–1988-ci illərdə Azərbaycan Dillər Universitetinin ikiillik fars dili kurslarını bitirmişdir. Almaz Ülvi AMEA Nizami adına Ədəbiyyat İnstitunun "Türk xalqları ədəbiyyatı" şöbəsində baş elmi işçi vəzifəsində çalışıb (şöbə yaranan gündən). 1995-ci ildə "Demokratiya və milli müstəqillik uğrunda mübarizənin poeziyada əksi" mövzusunda namizədlik dessertasiyası müdafiə etmişdir. 2010-cu ildə Almaz Ülvi "XX əsr Azərbaycan ədəbiyyatşünaslığında özbək klassiklərinin yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1984–1993-cü illərdə "Ədəbiyyat və incəsənət" qəzetində, 1993–1997-ci illərdə "Dövlət Əmlak Komitəsi"ndə mətbuat xidmətinin rəhbəri kimi və 1997-ci ildən hal-hazıra kimi "Xalq qəzeti"nin "Ədəbiyyat və incəsənət" şöbəsində çalışır.