Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bukarka
Bukarka (lat. Neocoenorhinidius pauxillus) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Borulayıcı böcəklər fəsiləsinə aid olan növ. == Həyat tərzi == Ağac və kol dekorativ bitkilərinin yarpaqlarına, xüsusilə cicəkli bitkilərdən ərik, gavalı ağaclarına və digər bəzək bitkilərinə (katalpa, söyüd, qovaq və s.) 14–22% zərər verir. Böcək imaqo mərhələsində torpaqda qışlayır. Mart-aprel aylarında ağaclarda tumurcuqlar əmələ gələndə qışlama yerlərindən çıxırlar və tumurcuqlarla qidalanırlar. Bu vaxt havanın orta günlük temperatur 12–16oC olur. Müşahidələrimizə əsasən, böcəklər 2–3 ay təbiətdə görünürlər. Abşeronda zərərvericinin yumurta qoyması bitkilərin çiçəkləməsi ilə eyni vaxta düşür. Yumurtalarını (bir ədəd olmaqla) yarpağın alt səthinə, yarpaq damarlarının bitişən yerlərinə qoyur. Ümumiyyətlə bir dişi fərd 100–120-yə qədər yumurta qoya bilir.
Leksika
Leksika (q.yun. τὸ λεξικός) – Sözün Lüğət Tərkibini öyrənir. Leksikologiya dilin lüğət tərkibindən bəhs edir. Dilin əsas vahidlərindən biri sözdür. Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını, yəni lüğət tərkibini təşkil edir. Leksika yunan sözüdür: lexikos – lüğət, loqos – təlim deməkdir. Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır. Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir. Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır. Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir.
Rekareka
Rekareka (fr. Rekareka) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 720 km şərqdə yerləşir. == Coğrafiya == Adanın sahəsi 1,6 km²-dir. Daxilində laqun vardır. Laqunun okean suları əlaqəsi yoxdur. == İnzibati bölgüsü == İnzibati baxımından Hao kommunasına daxildir. == Tarixi == Ada 1606-ci ildə İspaniyandan gələn portuqal əsilli dənizçi Pedro Kiros tərəfindən kəşf edilir. O, adanı La-Saqitariya olaraq adlandırır. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Remarka
Remarka (fr. remarque) - Pyes müəllifinin, hadisənin hansı şəraitdə gedəcəyini, personajların davranışının və xarici görkəminin xüsusiyyətlərini səciyyələndirən izahı. Səhnədə oxunmur, aktyorlar və rejissorlar üçün göstəriş rolunu oynayır. Çox zaman mötərizə içərisində verilir. Obrazın zahiri görkəmi, yaşı, səhnəyə gəlməsi və getməsi, hisləri və hərəkətləri barədə izahatdır. Pyesin oxucuları üçün məlumat, izahat mənbəyidir.
Tanya Lamarka
Tanya Lamarka (30 aprel 1980) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Tanya Lamarka İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Ekarma adası
Ekarma (yap. 越渇磨島) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur. Ada Ekarma vulkanının su səthi hissəsini təşkil edir. Maksimal hündürlüyü 1170 metrdir. Ada paralel olaraq 8 km, meridian istiqamətdə isə 5 km məsafədə uzanır. Sahəsi 30 km² təşkil edir. İçməli su yoxdur. Ancaq isti kükürdlü sulsra rast gəlinir.
Ekarma boğazı
Ekarma boğazı (rus. Экарма (Пролив)) — Sakit okeanına daxil olan Ekarma adasını Şioşkotan adasından ayırır. Oxot dənizini Severvina boğazı ilə birləşdirir. Uzunluğu 25 km, ən dar eni isə 8 km təşkil edir. Dərinliyi 900 m-ə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Nikonova, Qratovıy, Razvalnıy, Başmaçnıy, Cuprova (Şiaşkotan) və Lyutbıy, Kruqlıy (Ekarma) burunları vardır. Şərq sahillərində çoxlu sualtı və suüstü daşlı qayalıqlar vardır. Şiaşkotan adası yaxınlığında Drobnıy adası və Başmaçıy qayası vardır. Cənub-Şərqdə Zakatnıy buxtası yerləşir.