Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mona Lizanın replikaları
Leonardo da Vinçinin "Mona Liza"sı dünyanın ən məşhur sənət əsəri olmaqla, həm də ən çox replikaları və fərqli təfsirləri yaradılmış əsərdir. Leonardonun hələ sağlığında onun tələbələri və müasiri olan rəssamlar tərəfindən "Mona Liza"nın replikaları çəkilməyə başlayırdı. Dövrümüzə çatmış ən qədim versiyaların bəzilərinin Leonardonun özünün fırçasına aid olması iddia edilir və bu mövzu ilə əlaqəli alimlər arasında mübahisə aparılır. XX əsrin Marsel Düşan və Salvador Dali kimi önəmli sənətkarları "Mona Liza"nın təsviri üzərində öz estetikalarını tətbiq edərək törəmə əsərlər yaratmışlar. Bu gün də İntibah şah əsərlərinin replikalarının hazırlanması gənc rəssamların texnika və qabiliyyətlərini inkişaf etdirmək üçün istifadə etdikləri əsas üsullardan biri olaraq qalmaqdadır. Müasir dövrdə "Mona Liza"nın repilkaları daha çox əsərlər və ya onun müəllifi ilə bağlı sərgi və tədbirlərin təbliğ edilməsi üçün yaradılır. Liza del Cakondonun ictimai mülkiyyət hesab edilən və müəllif hüquqlarından azad edilmiş portreti həm də siyasi bəyanatlar verilməsi üçün istifadə edilmişdir. "Mona Liza"nın adının rəssamlıqla əlaqəsi olmayan şəxslər (məsələn, ABŞ müğənnisi Net Kinq Koulun ifa etdiyi "Mona Liza" adlı mahnı 1950-ci ildə Ən Yaxşı Orijinal Mahnı nominasiyasında Oskar mükafatına layiq görülmüşdü) tərəfindən istifadəsi də ictimayətdə maraq oyatmağa qadirdir. Saysız hesabda nəşr reproduksiyaları ilə yanaşı "Mona Liza"nın təsviri açıqca, qəhvə fincanları, köynəklər və digər əşyalar üzərində də istifadə olunur. Yaradılmasından beş yüz il keçməsinə baxmayaraq, "Mona Liza"nın məşhurluğu və təsiri hər reproduksiyanın hazırlanması ilə daha da artır.