Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
The Liberator
The Liberator - 1831-ci ildə Uilyam Lloyd Qarrison tərəfindən qurulan quldarlıq əleyhinə olan qəzetdir. Qarrison The Liberatoru 1 yanvar 1831-ci il tarixindən başlayaraq ən son nəşr etdirdiyi tarix olan 1 yanvar 1866-cı ilə qədər, yəni 35 il boyunca həftəlik olaraq yayımlamışdır. Oxucularının böyük əksəriyyəti afro-amerikalılardan ibarət olan qəzetin 3 minlik tirajı olmasına baxmayaraq ABŞ-də "hər cürə quldarlığın dərhal və tamamən qaldırılmasını" heç bir güzəştə getmədən müdafiə etdiyinə görə ölkə miqyasında etibar qazanmışdı. Qarrison qəzetin mövqeyini ilk sayda "Xalqımıza" başlığı ilə yayımladığı məşhur açıq məktubunda bildirmişdi. The Liberator müxtəlif əyalətlərdə sərt məhdudiyyətlərlə qarşılaşdı. Məsələn Cənubi Karolinada qəzeti paylayanlar 1,500 $ (2005-ci il ölçülərinə görə $25,957.20 )cəzaya məruz qalırdı. The Liberator Amerika Vətəndaş müharibəsinin sonuna qədər 30 il qəzeti nəşr etdirildi. 1865-ci ilin sonunda 13 əlavə maddə qanunu ilə ABŞ-də köləlik ləğv edildi. Bundan sonra Qarrison qəzetdə sonuncu vəda yazısı nəşr etdirərək, qəzetin fəaliyyətini dayandırdı.
Literatura kafesi
Literatura kafesi - Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin mərkəzi Nevski prospektində XIX əsrə aid tarixi restoran-kafe. Məkan rus ədəbiyyatının məşhur simaları tərəfindən müntəzəm ziyarət edilmişdir. Aleksandr Puşkin, Fyodor Dostoyevski tez-tez Literatura kafesində vaxt keçiriblər. Aleksandr Puşkin Jorj Danteslə baş tutan dueldən öncə, 1837-ci ilin 27 yanvar tarixində sözügedən məkana gəlib və burada sonuncu dəfə nahar edib. Beləliklə məkan rus ədəbiyyatının ən önəmli şəxsiyyətlərindən sayılan Aleksandr Puşkinin ölümündən əvvəl ziyarət etdiyi sonuncu məkan kimi daha çox məşhurluq qazanıb.
Liana Liberato
Liana Liberato—ABŞ kino və televiziya aktrisası.The best of me və Trust filmlərində oynadığı rollar ilə daha çox tanınıb.
Electronic Text Corpus of Sumerian Literature
Electronic Text Corpus of Sumerian Literature (ETCSL; azərb. Şumer ədəbiyyatının elektron mətn korpusu‎) — Şumer ədəbiyyatının mətnləri və tərcümələrinin onlayn rəqəmsal kitabxanasını təmin edən layihə. Layihə 1997-ci ildə Ceremi Blek tərəfindən təsis edilmiş və əsası Birləşmiş Krallığın Oksford Universitetinin Şərq İnstitutundadır. O, "Leverhulme Trust" və "İncəsənət və Humanitar Elmlər Araşdırma Şurası" ilə birlikdə universitet tərəfindən maliyyələşdirilmişdir. Layihədə Bütün rollar kolleci, Oksford, Britaniya Akademiyası, Macarıstan Elmi Tədqiqat Fondu (OTKA) və Macarıstan Elmlər Akademiyası da daxil olmaqla müxtəlif digər qurumlar iştirak etmişdir. Çikaqo Universiteti və Pensilvaniya Universitetindən olan digər kitabxanalar adətən qısaldılmış sözlərlə bağlı ETCSL standartlarına əməl edirlər. == Nəşrlər == J.A. Black, et al., The Literature of Ancient Sumer, Oxford University Press, 2004. ISBN 978-0-19-926311-0. J. Ebeling and G. Cunningham (eds.), Analysing Literary Sumerian: Corpus-Based Approaches, London: Equinox, 2007. ISBN 978-18-4553229-1ISBN 978-18-4553229-1.