Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Closia
Perityle (lat. Perityle) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Ageratina lasia
Ageratina lasia (lat. Ageratina lasia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Lusia Haro
Lusia Haro (d. 22 avqust 1986; Kordoba, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Lusia Haro Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Alomia
Alomia (lat. Alomia) — astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Alomia ageratoides Kunth Alomia alata Hemsl. Alomia callosa (S.Watson) B.L.Rob. Alomia chiriquensis B.L.Rob. Alomia coelestina (Regel) B.L.Rob.
Alosa
Alosa (lat. Alosa) — siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid balıq cinsi. Üst çənəsi çənəarası sümüklərdə kəsiklidir. Qarnının orta xətti boyunca kil pulcuqları uzanır.Quyruq üzgəcinin əsası yaxınlığında bir cüt uzanmış pulcuq vardır. Anal üzgəcin son süaları uzanmışdır. Fəqərələrinin sayı 43-49-dur.Bədənin hər iki tərəfində, qəlsəmə qapaqlarının gerisində tünd rəngli xal vardır. Bəzən bu xalların gerisində bir neçə xallardan əmələ gələn iri xallar da olur. Xəzər dənizində siyənəklərin 6 növü və bir çox yarımnövü, Azərbaycanın ərazi sularında isə 5 növü yaşayır. Alozalara şişqarın siyənəklərin 20-ədək növü daxildir. Uzunluğu 18 sm- dən 100 sm-ədək olur.
Aloysia
Aloysia (lat. Aloysia) — minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Aosta
Aosta — İtaliyanın Aosta Valley muxtar vilayətinin paytaxtı.
Aoşima
Aoşima (yap. 青島) — Yaponiyanın cənubunda Miyazaki prefekturasında yerləşən kiçik ada. Ada Küsü adasının əsas hissəsindən 500 metr şərqdə yerləşir və onunla körpü vasitəsilə birləşir. Adada subtropik botanika bağı yerləşir.
Celosia
Seloziya — bəzi növlərin hamaşçiçəkləri parlaq rəngdədir. Bununla bitkinin latınca adı izah olunur və yunancadan "alovlanan" kimi tərcümə edilir. == Haqqında == Məlum 60 növdən gülçülükdə birindən istifadə olunur. Gümüşü seloziyanın (C.argentea) 2 forması məlumdur:kəkilli gümüşü seloziya (C.argentea f. cristata) ya da xoruzpipiyi və lələkvari gümüşü seloziya (C.argentea f. plumosa). Bitkilər çiçəklərin formasına və rənginə görə fərqlənir. Kəkilli seloziyanın çiçəyi qırmızıdır, lələkvari seloziyada isə süpürgəvari sarı, gümüşü və ya qırmızı rəngdədir. Hər iki formanın vətəni Hindistandır. Gülçülükdə XVI əsrdən məlumdur.
Costia
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən - Iris pseudacorus L., Florensiya süsəni - I. florentina L., Almaniya süsəni - I. germanica L., solğun süsən - I. pallida Lam. və s. növlərindən istifadə olunur.Süsən çiçəyi təbiətin yaratdığı gözəl canlı abidədir.
Donia
Grindelia (lat. Grindelia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Ecosia
Ecosia — Almaniyanın paytaxtı Berlində yaradılan, karboneytral bir axtarış mühərriki.
Fosil
Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. == Bitki qalıqları == Ümumiyyətlə sərt toxumlar və taxta qisimlər qalıqlaşmış olaraq tapılar. Çiçək və yarpaqların özləri qorunmazlar ancaq karbon təsiri onların quruluşundakı çox incə detalları dahi qorumaqdadır. == Heyvan qalıqları == Dişlər, sümüklər və qabıqlar, dəri, et/ət, kürk, tükdən daha çox rast gəlinən qalıqlardır. Ümumiyyətlə sümüklər tapılar ancaq Alyaska, Sibir kimi yerlərdə nadir olaraq bütün mamut qalığına rast gəlinmişdir. Bu bölgələrdəki donmuş heyvanlar qalıq olaraq tamamilə milyonlarla il qorunmuşdur. == Qabıqlı dəniz canlıları == Milyonlarla il əvvəl dənizlərlə qablı olan bölgələrdən su geri çəkildiyində qabıqlı dəniz canlıları palçıq, qum və palçığa basdırılmışlar.
KOBİA
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (qısaca: KOBİA) — Azərbaycan Respublikasında mikro, kiçik və orta biznesin (KOB) inkişafını dəstəkləyən, sahibkarlara bir sıra dəstək və xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir. == Tarix == Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb.Dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adlandırılıb, eləcə də Agentliyin Nizamnaməsi və strukturu təsdiq edilib."Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2019-cu il tarixli Fərmanı ilə xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya qrant formasında maliyyələşdirdikləri proqramlar (layihələr) Agentlik ilə əlaqəli şəkildə həyata keçirilir."Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanına əsasən, dəstək tədbirlərinin təşkilini və dəstək məbləğinin ödənilməsini Agentlik həyata keçirir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, habelə maliyyələşdirməyə dair müsabiqənin təşkili KOBİA tərəfindən həyata keçirilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Startapın müəyyən olunması meyarları"na əsasən KOB subyektlərinə "Startap" şəhadətnaməsinin verilməsi Agentlik tərəfindən həyata keçirilir.Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə təstiq edilmiş "Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası"na əsaən mikro və kiçik sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxışına dəstək Agentlik tərəfindən təmin olunur. == Fəaliyyət istiqamətləri == Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi ilə müəyyən edilmiş istiqamətlərdə aşağıdakı fəaliyyəti həyata keçirir: mikro, kiçik və orta sahibkarlıq sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və tənzimlənməsində iştirak edir; müvafiq sahədə sahibkarların hüquqlarının müdafiəsi məqsədilə zəruri tədbirlər həyata keçirir; müvafiq sahədə dövlət qurumlarının sahibkarlara vahid məkanda daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə xidmət (o cümlədən zəruri səyyar xidmətlər) göstərmələrini təmin edir; kiçik və orta biznes evlərində (KOB evlərində), kiçik və orta biznesin inkişafı mərkəzlərində, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzində, kiçik və orta biznesin inkişafı fondlarında göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə nəzarət edir; KOB evlərində hər bir xidmətin qanuna uyğun olaraq həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığına dair qiymətləndirmələr aparılmasını təmin edir; dövlət qurumlarının sahibkarlara göstərdikləri hər bir xidməti təhlil edib qiymətləndirərək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görür; müvafiq sahədə əlverişli biznes mühitinin yaradılması üçün tədbirlər görür beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə və investorlarla əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək və s. == Agentliyin vəzifələri == Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi haqqında təsdiq edilmiş Nizamnamə ilə müəyyən olunmuş bir sıra vəzifələri həyata keçirir: sahibkarlığın inkişafını dəstəkləmək; ölkədə sahibkarlığın inkişaf tendensiyalarını təhlil etmək, iqtisadi və sosial ehtiyacların qarşılanmasında sahibkarların rolunun və payının artırılması ilə bağlı təkliflər vermək; sahibkarlara dövlət dəstəyinin əsas istiqamətlərinin, ümumi şərtlərinin, forma və mexanizmlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; sahibkarların maraqlarının qorunması və problemlərinin çevik həlli sahəsində səlahiyyətli qurum qismində fəaliyyət göstərmək; müvafiq sahədə dövlət və özəl qurumlarının fəaliyyətini əlaqələndirmək və onlarla birgə təşəbbüsləri reallaşdırmaq; müvafiq sahədə hazırlanan qanunvericilik aktlarının müzakirəsində sahibkarların yaxından iştirakını təmin etmək; sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması məqsədilə onlara təlim, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirak və digər dəstək xidmətləri göstərmək; startapların qeydiyyatını və onların innovativ ideyalarının patentləşdirilməsini dəstəkləmək; potensial investorların sahibkarlara investisiya yatırmasını təşviq etmək üçün aidiyyəti dövlət qurumları ilə birlikdə onlar arasında müxtəlif investisiya təşviqi tədbirləri görmək və s. == Müşahidə Şurası == Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir. Agentliyin fəaliyyətinə rəhbərliyi 7 nəfərdən ibarət Müşahidə Şurası həyata keçirir.Agentliyin Müşahidə Şurasına iqtisadiyyat naziri rəhbərlik edir. Şuraya maliyyə, əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirlərinin müavinləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti daxildir. Müşahidə Şurası ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir və qərar qəbul etməkdə müstəqildir. == İdarə Heyəti == Agentliyin İdarə Heyəti beş üzvdən ibarətdir. İdarə Heyətinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir.
Kosid
Kozis — alban hökmdarı Oroysun qardaşı və Qafqaz Albaniyası çarı. Qafqaz Albaniyasını tutmaq istəyən Pompeyin Roma legionlarına qarşı ikinci savaşda Kozis alban qoşunlarına başçılıq edirdi. Kozisin qoşunlarının romalılarla döyüşü e.ə. 65-ci ildə Kürün sol sahilindəki qollarından birinin sahilində baş vermişdir. Kozisin başçılıq etdiyi alban qoşunları 60 min piyada və 12 min süvaridən ibarət idi. Albanların süvari qüvvəsi güclü olduğu halda, romalıların əsas zərbə qüvvəsini yaxşı təlim görmüş intizamlı piyada qoşunu təşkil edirdi. Buna görə də döyüşün başlanmasınadək Pompey piyadalarını süvarilərin arxasında gizlətmişdi. Albanlar təkcə Roma süvariləri ilə savaşacaqlarını zənn etdiklərindən onlara hücuma keçdilər. Bu zaman Roma piyadaları döyüşə qoşuldular və amansız savaş başlandı. Antik müəlliflərin məlumatına görə, döyüşün qızğın çağında Kozis bir neçə alban döyüşçüsü ilə Roma legionerlərinin sırasını yarıb Pompeyin müşayiətçilərinədək çatdı.
Lamia
Lamia, qədim yunan mifologiyasında Liviya kraliçası və ya şahzadəsi və Zevsin sevgililərindən biridir. Zevs ilə birlikdə olduqlarına görə Heranın qəzəbinə tuş gəlmiş və vəhşiləşərək öz övladlarını öldürdüyünə görə digər qadınların da, uşaqlarına düşmən olmuşdur. Həmçinin qısqanc Hera, Lamianın gözlərini bağlanmaz bir vəziyyətə gətirərək lənətləmiş və öldürmüş olduğu uşaqlarını mütəmadi olaraq görməsini təmin etmişdir. Ancaq Zevs Lamianın bu halına dözə bilməmiş, onu əvvəlki vəziyyətinə qaytarmış və istifadə etməsi üçün ona xüsusi bir qabiliyyət bəxş edir. Beləliklə yatmasa belə, müvəqqəti də olsa bəxtsizliyinin bəxş etdiyi acıları unuda bilmək üçün gözlərini istədiyi zaman çıxarda bilərdi. Uşaqlarını itirdikdən sonra qəzəbinə görə digər insanlardan qisas almaq məqsədi ilə digər qadınların uşaqlarını oğurlayıb onların qanlarını içir. Əslində bir qaraçı tərəfindən qaraçının arzusunu yerinə yetirməsi üçün çağırılır. Bunun üçün bir şəxsin hər hansı bir əşyasını götürərək onu lənətləyir və Lamianın həmin əşyanı almağa gəlməsini gözləməyə başlayırlar. Lamia həmin əşyanın sahibini də, özü ilə əbədi cəhənnəmə aparır. Bu lənətdən xilas olmağın yeganə yolu həmin lənətlənmiş əşyanın üç gün müddətində kiməsə verilməsidir.
Lansia
Lancia , Vincenzo Lancia tərəfindən 1906-cı ildə qurulan İtalyan avtomobil istehsalçısı, 1969-dan bəri Fiat qrupunun bir parçasıdır.
Qoşma
== Ədəbiyyat == Qoşma (ədəbiyyat janrı) — ədəbiyyatda janr. == Dilçilik == Qoşma (köməkçi nitq hissəsi) — 5 köməkçi nitq hissəsindən biri.
İoşima
İoşima (yap. 硫黄島, ing. Iwo Jima) — vulkan məşəlli ada. Kazan adalarına qrupuna daxildir. Bəzən Bonin adalarına daxil edirlər. Tokiodan 1200 km cənubda yerləşir. Ada şimaldan cənuba 8 km, şərqdən qərbə 4 km məsafədə uzanır. Sahil xəttinin uzunluğu 22 km-dir. Ən hündür nöqtəsi Suribati dağıdır (169 m). Dağ sönmüş vulkandır.
Alosa braschnikowi
Dolgin siyənəyi (lat. Alosa braschnikowi) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. == Yayılması == Orta və Cənubi Xəzərdə yayılıb. Buzaçi yarıçıxışının ətrafında və Prorva-Çilov dili adaları ətrafında da rast gəlinir. == Morfoloji əlamətləri == Digər siyənəklərlə müqayisədə iri olub uzunluğu 45-47 sm-ə çatır. Böyük ağzı vardır. Yuxarı çənə şaquli istiqamətdə gözün kənarlarına kimi uzanır. Dişləri yaxşı inkişaf edib. Belində 15-19 şüa üzgəci (ilk 3-4 şüa şaxəsizdir), anal 19-23 (ilk 3-4 şüa şaxəsizdir), yan xətt pulcuqlarının sayı 51-54-dür. Bədəni üstdən yaşıl rəngə çalır.
Alosa caspia
Alosa caspia (lat. Alosa caspia) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. == Yayılması == Xəzər dənizində geniş yayılıb. Aqraxan körfəzindən Ural və Embaya qədər olan sahədə kürü tökürlər. Azsulu illərdə Volqa deltasına girir və xeyli yuxarı qalxırlar. == Morfoloji əlamətləri == Qəlsəmə dişcikləri çoxsaylı (50-180), nazik, uzundur. Bel üzgəcində 13-15, anal üzgəcində 15-20 şüa vardır. Qəlsəmə qapaqları arasında başın hər iki tərəfində bir tünd ləkə vardır. Bu cür ləkələr bədənin yanlarında da mövcuddur. Çənələrində dişlər zəif inkişaf etmiş, nazikdir.
Alosa curensis
Alosa curensis (lat. Alosa curensis) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. Az saylı yerli (endemik) növdür. A.N.Svetavidov bu növü Alosa braschnikowii növünün yarımnövü kimi qeyd etmişdir. == Xarakterik morfoloji əlamətləri == Bədənin: bel tərəfi göy-yaşıl, yanları və qarnı ağ olur. Ağızda inkişaf etmiş dişlər vardır. Yetkin fərdlərin uzunluğu 11.0 – 24.5 sm, kütləsi 45 - 150 q-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Xəzər dənizinin şortəhər yerlərində yaşayır, çoxalmaq üçün kürüsünü Kürağzı ərazilərə və Qızılağac körfəzində tökür. Orta ömrün uzunluğu 5 - 6 il olub, cinsi yetkinliyə 2 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Alosa fallax
Alosa fallax (lat. Alosa fallax) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü.
Aloysia dodsoniorum
Aloysia dodsoniorum (lat. Aloysia dodsoniorum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin aloysia cinsinə aid bitki növü.
Aloysia wrightii
Aloysia wrightii (lat. Aloysia wrightii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin aloysia cinsinə aid bitki növü.