Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pitsa
Pizza (it. pizza) — İtalyan mənşəli xəmir yeməyidir. Üzərinə bir çox ərzaq məhsulu qoyula bilər. Pendir, sosis, pomidor, kolbasa, bibər, zeytun, qarğıdalı kimi əsas ərzaqlarla yanaşı, bir çox fərqli məmulatların qoyulduğu pizzalar da var. Xüsusilə, ana vətəni olan İtaliyada və Amerika Birləşmiş Ştatlarında bir çox pizza növü yaradılmışdır. Dünyanın bir çox yerində pizza evə çatdırma xidməti vasitəsilə gətirildiyi üçün istehlak səviyyəsi olduqca yüksəkdir. == Pizzanın yaranma tarixi == Ola bilər ki, əsl pizza Qədim Yunanıstanda meydana gəlmişdir. Rasional yunanlar xəmiri şirə ilə yoğururmuşlar, bu xörək onlar üçün azuqə mənasını ifadə edirmiş. Əldə olunan yeməyi onların allahları sayılan Elladaya göndərirmişlər. Yunanların vaxtıilə hazırladığı bu pizza "plakuntos" adlandırılırmış.
Kapitsa adası
Kapitsa — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan qayalıqdan ibarət olan ada. Şikotan adasının şimal-şərqində, Myaçnaya buxtası yaxınlığında yerləşir. Adanın hündür 30 metr, sahəsi 0,286 km² təşkil edir. Adada daimi axarlar vardır. Üzəri bütünlüklə kolluqlarla örtülüdür. Ada Sergey Kapitsanın şərəfinə adlandırılmışdır. Adlandırma «Saxalin və Kuril adalarının xəritəsində adlar» proqramı çərçivəsində həyata keçirilmişdir. Ad 3 sentyabr 2012-ci il tarixində Rus Coğrafiya Cəmiyyətinin Saxalin bölməsində təşkil olunan toplantıda müzakirə edilərək təstiqlənmişdir. Proqramın işturakçıları «İqor Farxutdinov» teloxodunda 6 sentyabr 2012-ci ildə adaya eniş etmişlər.
Kuştrim Muşitsa
Kuştrim Muşitsa (alb. Kushtrim Mushica; 1 may 1985 və ya 1 may 1983, Priştina) — qapıçı mövqeyində oynayan Kosovo futbolçusu. Hazırda Kosovonun Vuştrria klubunun şərəfini qoruyur. == Karyerası == Kuştrim Muşitsa Yuqoslaviyanın Priştina şəhərində anadan olub. Futbol oynamağı 1991-ci ildə 6 yaşında yerli "Ramiz Sadiku" komandasında başladı. Kosovo müharibəsi başlayanda o, buranı tərk etməli olur və və üç ay Türkiyədəki qohumlarının evində yaşayır, atası və böyük qardaşı isə Priştinada qaldılar. Muşitsa, atası Priştinanı kifayət qədər etibarlı hesab etdikdən sonra məmləkətinə qayıtdı. Müharibə bitdikdən sonra Muşitsa, Kosovanın aparıcı klubu olan Priştina klubuna qatıldı. 2002-ci ildə, 17 yaşında, klubun əsas heyətinin oyunçusu oldu. 2005-ci ilin əvvəlində Ukrayna Borisfen klubuna transfer olundu, lakin ehtiyat heyətin tərkibində 1 oyun keçirtdi.
Luştisa yarımadası
Luştisa (mont. Luštica, serb. Луштица) — Adriatik dənizinə daxil olan Kotor körfəzində, Monteneqro qərbində qərarlaşan yarımada. Maksimal hündürlüyü 582 m olan Obosnik dağıdır (mont. Obosnik / Обосник). == Coğrafiyası == Yarımada Adriatik dənizi ilə Tivat körfəzi arasında qərarlaşır. Yarımadada yerləşən meşəliklərdə çöl donuzu, manqust, Çaqqal, quşlardan Çay qaraquşu və bülbül yayılmışdır. Meşəliklərdə avropa zeytunu üstünlük təşkil edir. Burada bir necə iri yaşayış məntəqəsi vardır ki, onların da ən böyüyü Kraşiçidir. == Tarixi == Tarixi boyu yarımada böyük əhəmiyyət kəsb etmişdir.
Pyotr Kapitsa
Pyotr Leonidoviç Kapitsa (26 iyun (8 iyul) 1894, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d] – 8 aprel 1984[…], Moskva) — Sovet fiziki, mühəndis və novator. Nobel mükafatı laureatı (1978). İki dəfə l dərəcəli Stalin mükafatı laureatı (1941, 1943). SSRİ Elmlər Akademiyasının M. V. Lomonosov adına Böyük Qızıl medalı ilə təltif edilmişdir (1959). İkiqat Sosialist Əməyi Qəhrəmanı (1945, 1974). SSRİ Elmlər Akademiyasının üzvü (1939; 1929-cu ildən müxbir üzvü). London Kral Cəmiyyətinin üzvü, ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü, Leopoldina cəmiyyətinin üzvü(1958). Altı dəfə Lenin ordeninə layiq görülmüşdür (1943; 1944; 1945; 1964; 1971; 1974). Görkəmli elm təşkilatçısıdır. Fiziki Problemlər İnstitutunun yaradıcısı, ömrünün sonundək buranın direktoru vəzifəsində çalışmışdır.
Sergey Kapitsa
Sergey Kapitsa (14 fevral 1928, Kembric – 14 avqust 2012, Moskva) — alim və teleaparıcı. == Həyatı == S.Kapitsa 1928-ci il fevralın 14-də İngiltərənin Kembric şəhərində anadan olub. Onun atası Petr Kapitsa Ernest Rezerfordun laboratoriyasında aşağı temperaturların fizikası ilə məşğul idi. 1935-ci ildə onun ailəsi SSRİ-yə köçüb. S.Kapitsa da öz həyatını elmə həsr edib. 1961-ci ildə o, fizika-riyaziyyat elmləri doktoru adını alaraq, fizikanın aerodinamika, elementar hissəciklərin fizikası bölmələrində tədqiqatlar aparıb. O, kliodinamikanın əsas banilərindən biridir. Alim 1965-ci ildə professor adını alıb. Elə həmin ildən Moskva Fizika-Riyaziyyat İnstitutunun tələbələrinə ümumi fizikadan dərs deməyə başlayıb. S.Kapitsa 1973-cü ildən SSRİ-nin mərkəzi televiziyasında "Oçevidnoye neveroyatnoye" verilişinə aparıcılıq etməyə başlayıb.
Lujits dilləri
Sorb dilləri (y.sorb Serbsce, a.sorb Serbski) — Hind-Avropa dillərinin Qərbi Slavyan filialı altında təsnif edilirlər. Almaniya şərq ində yerləşən Lusatiya regionunda Slavyan azlıqı olan Sorbların anadilidir. Tarixən kimi tanınan Vend dili (Wendish) və ya Lusatiya dili (Lusatian) kimi də tanınır. polyak, Kaşub, Çex və Slovak dillərinə sıx bağlıdır. İki ədəbi dili var: Yuxarı sorbca (y.sorb hornjoserbsce), ki Saksoniyada 40,000 nəfər tərəfindən danışılır və Aşağı sorbca (a.sorb dolnoserbski) Brandenburqda 10,000 nəfər tərəfindən danışılır. Bu iki dil danışılan ərazi Lusatiya kimi tanınır (Łužica,Yuxarı sorbcada Łužyca Aşağı sorbcada, və ya Lausitz Almancada).
Şahzadə Lyubitsa sarayı
Şahzadə Lyubitsa sarayı (serb. Конак књегиње Љубице) ― Serbiyanın paytaxtı Belqradda yerləşən saray. Mədəniyyət və memarlıq əhəmiyyətinə görə yaşayış yeri "müstəsna əhəmiyyətə malik mədəniyyət abidəsi" olaraq təyin edilmişdir. == Tarix == Bu saray 1829-cu ilə qədər yaşamaq üçün istifadə edilmiş, lakin yaşı və yerləşdiyi əyalət nəzərə alınaraq şahzadə Miloş Obrenoviç başqa iqamətgah tikməyə qərar vermişdir. İqamətgahı 19-cu əsrin ilk yarısında Belqradda qorunub saxlanılan mülki memarlıq nümunələri arasında ən diqqətçəkənlərdən biridir. Tikili 1829-1830-cu illər arasında tikilmişdir. Şahzadə Miloşun planlarına görə, iqamətgahın iki məqsədi var idi: ailəsi şahzadə Lyubitsa və daha sonralar Serbiyanın hakimləri olan oğulları Milan və Mihailo üçün ev və eyni zamanda sarayı. Tikinti 1829-cu ilin iyulunda başladı, 1830-cu ilin payızının sonlarında başa çatdı. Şahzadə Lyubitsa 22 noyabr 1830-cu il tarixli məktubunda ərinə "yeni iqamətgahda yerləşdiklərini" bildirmişdir. 1836-cı ildə iqamətgaha yeni bir Türk hamamı əlavə edilmişdir.
Pitsa lövhələri
Pitsa lövhələri — 1935-ci ildə Yunanıstandakı qədim Sikion şəhəri yaxınlığında Pitsada tapılmış dörd taxta lövhədən ibarət dəst. Müəyyən bir nəzir obyektinin salamat qalmış bu fraqmentləri qədim Yunanıstanın arxaik incəsənət dövrünə aiddir və qədim dəzgah rəssamlığının sağ qalmış ən qədim nümunəsi hesab olunur. E.ə. VI əsrə aiddir. Onlar Afina Milli Arxeologiya Muzeyinin eksponatıdır. Bütün lövhələrdən yalnız birində rəsm demək olar ki, tamamilə salamat qalmışdır. Sağ küncdəki ikinci planşetdə profildə dörd qadının təsviri var. Digər iki lövhə paltarın ətəyini təsvir edən fraqmentlərdir.
Aşağı lujits dili
Aşağı sorb dili (a.sorb Dolnoserbski) Şərqi Almaniyanın Brandenburq regionunun bu gün tərkib hissəsi olan tarixi Aşağı Lusatiya vilayətində danışılan Slavyan azlıq dili
Yuxarı lujits dili
Yuxarı sorb dili(y.sorb Hornjoserbšćina) — Almaniyanın Saksoniya regionunun bu gün tərkib hissəsi olan tarixi Yuxarı Lusatiya vilayətində sorblar tərəfindən danışılan bir azlıq dili. Aşağı sorb, çex, polyak, slovak və kaşub dilləri ilə birlikdə Qərbi slavyan dil ailəsini formalaşdırır.