İSTƏR

bağl. Sintaktik vəzifəsinə görə həm həmcins üzvləri, həm də cümlələri birbirinə bağlayır – gərək, həm.
[Səlim:] Orxan, istər xan olsun, istər sultan; Haqsızlıq əfv olunmaz heç bir zaman. H.Cavid.
[Zeynal] istər evdə, istər tanış-bilişlərin məclislərində tar çalar, eyni zamanda özünün yazdığı şeirləri oxuyardı. S.Hüseyn.
İstər “Əhvalatlar”, istərsə “Poçt qutusu” dərin ideyalı, yüksək sənət əsərləridir. M.İbrahimov.
İstəyirdim ki, birisi ilə oturub dərdləşəm, istəyirdim ki, – istər tanış olsun, istər qeyritanış, – hamıya söz deyib söz eşidəm… Ə.Məmmədxanlı.

// “Fərqi yoxdur” mənasında. İstər gəlsin, istər gəlməsin.
İSTƏNMƏK
İSTƏR-İSTƏMƏZ

Digər lüğətlərdə