Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lünet
Lünet — qeyri-sərt valların metalkəsən dəzgahlarda emal zamanı kəsmə qüvvəsinin təsiri altında və məxsusi ağırlıqdan yaranacaq elastiki yerdəyişmələri azaltmaq, hissənin titrəməyə qarşı davamlığını artırmaq məqsədi ilə tətbiq edilən dəzgah komponentidir. Lünet tərpənməz olaraq dəzgahın gövdəsinə bərkidilir və ya da hərəkətli olaraq supportla birlikdə emal zamanı hərəkət etdirilir.
Lüğət
Lüğət ya da sözlük — bəlli üslubla düzülən, anlamı ya da tərcüməsi verilən və deyilişi göstərilən sözlərin toplusudur. Çağdaş sözlüklər daha çox əlifba sırası ilə düzülür. Sözlüklər praktik xarakter daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz qarşılığını tapır və elmin normativ vəziyyətini əks edən qaynağa çevrilir. == Tarixçəsi == Lüğətlər həm Şərqdə, həm də Qərbdə qədim tarixi vardır. Lüğətlərdə adətən ədəbi və fəlsəfi terminlərin şərhi verilirdi. Ensiklopediya lüğətin izahlı forması idi. Şərqdə daha çox təriqət terminlərini şərh edən lüğətlər məşhurdur. Sufi poeziyası simvol, rəmz və alleqoriyalar üzərində qurulduğundan sufi mütəfəkkirləri geniş sufi lüğətləri yazırdılar. Orta əsrlərin lüğətləri dini ehkama əsaslanırdı. Maarifçilik dövründən bəri yeni ideologiyaların hakim olmasının ardınsa yeni ensiklopediyaların yaranması ənənəsi yaranmışdır.
Lənət
Bəddualar — inanc və dualar kimi İraq-türkman folklorunda möhkəm yer alan janrlardandır. Xalqın keçmiş həyat tərzini, adət-ənənəsini, etik və estetik görüşlərini tədqiq etmək baxımından bəddualar xüsusi əhəmiyyət kəsb edir. Professor Azad Nəbiyev Azərbaycan folklorunda qarğışlardan danışarkən onları üç qrupa bölmüşdür: mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərlə bağlı yaranan qarğışlar. Demək olar ki, Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar: Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar. Mərasimlərlə bağlı yaranan bəddualar. Məişətlə bağlı yaranan bəddualar. Iraq türkman folklorunda məişətlə bağlı yaranan bəddualar daha çoxdur.
Sünət
Sünnət — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin bir qisminin və ya hamısının kəsilib atılması. Qadın sünnətiYaşayış məntəqələriSünnət-i Ülya (Xoy) — Xoyda kənd. Sünnət-i Süfla (Xoy) — Xoyda kənd.
Etimoloji lüğət
Etimoloji lüğət — sözlərin mənşəyini (kökənini) göstərən lüğət. == Altay dillərinin etimoloji lüğətləri == Сравнительный словарь тунгусо-маньчжурских языков. Материалы к этимологическому словарю. В 2 т. / Отв. ред. В. И. Цинциус, сост.: В. А. Горцевская, В. Д. Колесникова, О. А. Константинова, К. А. Новикова, Т. И. Петрова, В. И. Цинциус, Т. Г. Бугаева — Л: Наука, 1975—1977. — 672 с.+471с. Sergey Starostin, Anna Dıbo, Oleq Mudrak. Etymological Dictionary of the Altaic Languages, 3 Vol.
Ruslan Lunev
Ruslan Lunyov (25 iyul 1989, Bakı) — Azərbaycanı təmsil edən güllə atıcısı, Avropa Çempionatının qalibi. == Karyerası == Ruslan Lunyov 2002-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi atası Vladimir Lunyov və anası, 2004-cü il Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumovadır.2006-cı ildən beynəlxalq turnirlərdə çıxış edən Ruslan Lunyov 2015-ci ildə Azərbaycanı Birinci Avropa Oyunlarında təmsil elədi. Nüfuzlu beynəlxalq turnirlərdə uğura imza ata bilməyən Ruslan Lunyov 2016-cı ilin avqustunda Azərbaycanı XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Ruslan Lunyov Beynəlxalq Güllə Atıcılığı Federasiyası (ISSF) tərəfindən verilən lisenziyalara əsasən olimpiada da mübarizə apardı. Avqustun 6-da Ruslan Lunyov əvvəl 10 metr məsafəyə hava tapançasından ilə atəşaçma turnirinin təsnifat mərhələsində çıxış elədi. 48 idmançının mübarizə apardığı təsnifat mərhələsində Ruslan Lunyov 600 xaldan 577-ini toplamağı bacardı və nəticədə mərhələni 15-ci pillədə başa vuraraq Rio-de-Janeyro Olimpiadasında mübarizəsini dayandırdı. Daha sonra isə Ruslan Lunyov 25 metr məsafəyə tapançadan atəşaçma turnirində çıxış elədi. 26 idmançının mübarizə apardığı təsnifat mərhələsində 600 xaldan 575-ini toplamağı bacaran Ruslan Lunyov nəticədə mərhələni 15-ci pillədə başa vurdu. Bu turnirdə də Ruslan Lunyov final mərhələsinə vəsiqə qazana bilmədi və Rio-de-Janeyro Olimpiadasında uğursuz çıxış elədi.Ruslan Lunyov 2017-ci ilin mayında IV İslam Həmrəyliyi Oyunlarında beş qızıl medala sahib oldu.
İzahlı lüğət
İzahlı lüğət - müxtəlif sahələrə aid, əlifba sırası ilə düzülmüş, başqa dilə tərcüməsi müəyyən dərəcədə izah olunmuş sözləridən ibarət kitabdır.
Lənət (film, 2004)
Bu film Takaşi Şimuzunun eyni adlı əsəri əsasında çəkilmiş filmdir. == Məzmun == Karen Yaponiyada ictimai vəzifə təhsili alan, bir dəyişmə proqramı tələbəsidir. Hər şeydən xəbərsiz bir şəkildə o gün işə gəlməyən bir tibb bacısının yerinə işləyir. Evə daxil olanda, yaşlı bir qadın olan Emmanın qəribə vəziyyətdə evdə donmuş şəkildə oturduğunu görür. Yaralanmış və panikada olan qadının yanına doğru yaxınlaşarkən, üst mərtəbədən qəribə səslər eşidir. Nə olduğunu araşdırdığında, xəyal belə edəbilməyəcəyi qədər qorxuducu bir kabusla qarşılaşır. İllər öncə bu evdə yaşanan bir uğursuzluq, evin içindəki ölüm zəncirinin səbəbidir. Daha çox insan öldükcə, Karen bu dəhşətli intiqam lənətinin sirrini öyrənir.
Ləzgicə-Azərbaycanca lüğət
Ləzgicə-azərbaycanca lüğət — Xəlilov Yusif Mövlud oğlu tərəfindən yazılmış izahlı lüğət. 12000-dən artıq söz və ifadənin toplandığı lüğət üzərində 15 ildən artıq vaxt sərf edilmişdir. Lüğət 2012-ci ildə çap olunmuşdur.
Poliqlot (elektron lüğət)
"Poliqlot elektron lüğəti" — bu sistemə Azərbaycan-İngilis, İngilis-Azərbaycan, Azərbaycan-Rus, Rus-Azərbaycan lüğətləri və ingilis, alman, fransız dillərindən Azərbaycan dilinə və Azərbaycan dilindən fransız dilinə məktəb proqramı çərçivəsində tərcümələr etmək üçün nəzərdə tutulan lüğətlər daxil edilmişdir. Poliqlotun yeni 1.1 versiyasında dəstəklənən lüğətlər siyahısına 20000-ə yaxın sözdən ibarət Azərbaycan və Rus lüğəti əlavə olunmuşdur.
Lənət 2 (film, 2006)
Lənət 2 (ing. The Grudge 2) Amerika və Yaponiya istehsalı olan 2006-cı ildə rejissor Takaşi Şimizu tərəfindən çəkilmiş qorxu/triller filmidir. Özünün eyni adlı əsəri əsasında 2004-cü ildə çəkmiş olduğu "Lənət" filminin davamıdır. == Məzmun == 3 gənc tələbə qız Elison, Vanessa və Miyoki Yaponiyada təhsil alırlar. Bir gün rəfiqələrinin təkidi ilə Elison bir evə gəlib çıxır. Hansıkı 2 il əvvəl Karen tərəfindən yandırılmış ev. Lakin rəfiqələrinin zarafatı ilə üzləşən Elison onlar tərəfindən bir otağa zəbt edilir. Daha sonra isə Kayakonun kabusunu görən Elison qışqıraraq oradan uzaqlaşır. Lakin qızlar qaçmaqla hər şeyin həll edildiyini düşünürlər. Onlar bilmirlər ki, lənətlənmiş evə giriblər və bu lənət onları öldürməyənə qədər əl çəkməyəcək.
Lənət 3 (film, 2009)
Lənət 3 — "Lənət" qorxu filminin üçüncü seriyası. ABŞ və Yaponiya istehsalı olan bu film 2009-cu ildə rejissor Tobi Uilkins tərəfindən hazırlanıb. Bu dəfə isə Takaşı Şımizu prodüser kürsüsündə əyləşib. == Məzmun == Hadisələr Çikakoda cərəyan edir. Liza balaca bacısı Rouz və böyük qardaşı Maks ilə birgə Çikakoda yaşayır. Lakin bir gün Kayakonun lənəti bura da gəlib çıxır. Çoxlu sirli ölümlərin, yoxolmaların və həyəcan dolu qorxulu anlardan sonra Liza lənətə qalib gəldiyini düşünərək sağ qalan bacısı Rouz ilə başqa şəhərə köçmək qərarına gəlir. Amma xəbəri yoxdur ki, lənət heç vaxt ölməyəcək.
Sen-Feliks-de-Lünel
Sen-Feliks-de-Lünel (fr. Saint-Félix-de-Lunel, oks. Sant Faliç) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Konk kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12221. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 140 km şimal-şərqdə, Rodezdən isə 24 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 386 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 221 nəfər (15-64 yaş arasında) arasında 181 nəfər iqtisadi fəal, 40 hərəkətsizdir (fəaliyyət göstərici 81.9%, 1999-cu ildə 71.4%).
Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət
== Ön söz == İngilis dili dünyada çox müxtəlif cəmiyyətlərə və sahələrə xidmət edən əsas informasiya daşıyıcısı kimi sürətlə beynəlxalq dilə çevrilməkdədir. İngilis dili xəbər və yeniliklərin dünyada geniş yayılmasında da çox mühüm əhəmiyyət kəsb edir. O, indi dünyada sənaye və siyasət sahəsində aparıcı dildir. Buna görə də ingilis dilini öyrənməyə və bu dilin zəngin informasiya daşıyıcısı olan lüğətlərə böyük ehtiyac var. Məhz bu ehtiyac Xəzər Universiteti Lüğət və Ensiklopediya Mərkəzini və Xəzər Universiteti Nəşriyyatını ingiliscə-azərbaycanca 6 cildlik böyük və əhatəli bir lüğət hazırlamağa sövq etmişdir. == Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət == Bu lüğətə, yəni Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğətə (XİABL) təxminən 250 000 söz, külli miqdarda ifadə və nümunə cümlələr daxildir. Lüğətin başlıca məqsədi buraya daxil olan bütün baş sözlərin düzgün yazılışını, tələffüzünü və mənalarının dəqiq tərcüməsini verməkdir. Birinci və ikinci cildin tərtibçiləri Tofiq Abasquliyev, Kərim Qasımov, Nijad Mikailzadə, Nabat Məmmədova, redaktorları Hamlet İsaxanlı və Tofiq Abasquliyev dir. 3-6-cı cildlərin tərtibçiləri Hamlet İsaxanlı, Tofiq Abasquliyev, Kərim Qasımov, Nijad Mikailzadə, Nabat Məmmədova, redaktorları Hamlet İsaxanlı və Tofiq Abasquliyevdir. XİABL ilk növbədə ana dili Azərbaycan dili olanlar üçün nəzərdə tutulmuşdur.
Muro: Lənət olsun içimdəki insan sevgisinə
Muro: Lənət olsun içimdəki insan sevgisinə (türk. Muro: Nalet Olsun İçimdeki İnsan Sevgisine) — Rejissoru Zübeyr Şaşmaz olan, baş rollarını Mustafa Üstündağ və Şefik Onatoğlunun oynadığı 2008 istehsalı Türkiyə komediya filmi. 5 dekabr 2008-ci ildə Türkiyədə yayımlanan film, 2008-ci ilin ən çox gəlir əldə gətirən 3-cü Türkiyə filmi oldu. Qurdlar Vadisi seriasının yan filmidir. Qurdlar Vadisi Pusqu serialındakı obrazların olduğu eyni addakı Türkiyə televiziya serialına əsaslanır.
Muro: Lənət olsun içimdəki insan sevgisinə (film, 2008)
Muro: Lənət olsun içimdəki insan sevgisinə (türk. Muro: Nalet Olsun İçimdeki İnsan Sevgisine) — Rejissoru Zübeyr Şaşmaz olan, baş rollarını Mustafa Üstündağ və Şefik Onatoğlunun oynadığı 2008 istehsalı Türkiyə komediya filmi. 5 dekabr 2008-ci ildə Türkiyədə yayımlanan film, 2008-ci ilin ən çox gəlir əldə gətirən 3-cü Türkiyə filmi oldu. Qurdlar Vadisi seriasının yan filmidir. Qurdlar Vadisi Pusqu serialındakı obrazların olduğu eyni addakı Türkiyə televiziya serialına əsaslanır.
Alunit
Alunit — Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – sarımtıl, qırmızımtıl çalarlı ağ, boz, qəhvəyi, qonur, yaşılımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaflıq – yarımşəffaf, şəffaf; Sıxlıq – 2,7-2,8; Sərtlik – 3,5-4,0; Kövrəkdir; Ayrılma – {0001} üzrə mükəmməl; Sınıqlar – qabıqlı, tikanlı ; Başqa xassələr: kəskin ifadə olunmuş piroelektrik xassələri; Morfologiya – kristallar: nadir rast gələn kiçik ölçülü psevdokubik, lövhəvari, romboedrik; Mineral aqreqatları: sıx xırda dənəli, ovuntulu giləoxşar torpaqvari kütlələr, badamvari əmələgəlmələr. == Mənşəyi və yayılması == Turş və orta tərkibli vulkanitlərin sulfat turşusunun təsiri ilə metasomatik dəyişilməsi prosesində əmələ gəlir. Solfatarların təsirinə məruz qalmış süxurlarda daha intensiv təzahür edir. Mineralın iri kütlələri törəmə kvarsitlər içərisində yerləşir. Hidrotermal — metasomatik dəyişilmiş damaryanı süxurlarda da rast gəlir. Sulfid yataqlarının oksidləşmə zonasında və H2SO4 ilə zəngin olan aşınma qabıqlarında da müşahidə olunur. Alunitin çökmə süxurlarda — gillərdə, əhəngdaşlarında və s. əmələ gəlməsi onlarda olan piritin oksidləşməsi ilə bağlıdır. Birlikdə rast gəldiyi minerallar: kvars, kaolinit, halluazit, hidrargillit, gips və s.
Blanet
Blanet qara dəliklərin orbitində fırlanan hipotetik ekzoplanetlər sinfinin üzvüdür.Blanetlər prinsipcə planetlərə oxşardırlar; onların öz cazibə qüvvələri tərəfindən dövrə vurdurula biləcək qədər kütlələri mövcuddur, lakin ulduzların orbitində fırlanan planetlər kimi termonüvə birləşməsinə başlatmaq üçün kifayət qədər kütlələri yoxdur. 2019-cu ildə astronomlar və ekzoplanetoloqlardan ibarət bir qrup superkütləvi qara dəliyin ətrafında və onun orbitində minlərlə blaneti saxlaya bilən təhlükəsiz zona olduğunu göstərdilər. == Etimologiyası == Yaponiyanın Kaqoşima Universitetindən Keiiçi Vadanın rəhbərlik etdiyi komanda bu adı qara dəlik planetlərinə verib. Söz qara dəlik və planetin portmantosudur. == Formasiya == Kifayət qədər böyük qara dəliyin orbitində fırlanan yığılma diskində blanetlərin əmələ gəldiyindən şübhələnirlər.
Dunit
Dunit — demək olar ki, təmamilə olivindən (>90%) ibarət, olivinitlər – dunit ailəsindən olan tam kristallik ultraəsasi dərinlik süxuru. == Haqqında == Tərkibində adətən 3–12% fayalit komponenti olur. Aksessor minerallardan yüksəkxromlu idiomorf xrom-şpinelid (5%-dək) iştirak edir. Adətən qismən serpentinləşmiş olur. Panidiomorf dənəvər, serpentinləşmiş növü isə ilgəkvari quruluşda olur. Qırışıqlıq əyalətlərdə dunit – qarsburkit və dunit – piroksinit-qabbro komplekslərində, qədim platformalarda isə təbəqələşmiş intruzivlərdə və həlqəvi qələvi-ultraəsasi komplekslərdə yayılmışdır. Növ müxtəlifliyi: tərkibinə görə – hortonolitli, qranatlı, xromitli, enstatitli dunit, ferrodunit; əmələgəlmə şəraitlərinə görə – törəmə dunitlər. == Həmçinin bax == Olivin Süxur Aksessor minerallar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Günel
Günel — Qadın adı.
Güney
Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. KəndlərGüney Qışlaq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Güney (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Güney — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonu ərazisində kənd. Güney — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində qışlaq. Güney — Qars quberniyasının Qars qəzasında, indi Amasiya rayonunda dağ. Güney — Göyçə mahalında dağ silsiləsi. Adı dəyişdirilib Sevan qoyulmuşdur. Güney (Xudabəndə)ŞəxslərYılmaz Güney — Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıçı.
Günəş
Günəş (simvolu: ) – Günəş sisteminin mərkəzində yerləşən ulduzdur. Günəş orta ölçülü ulduz olmaqla Günəş sisteminin kütləsinin 99,8%-ni təşkil edir. Günəş radiasiyası formasında Günəşdən yayılan enerji Yerdəki həyatın var olmasına və iqlimə əsaslı təsir göstərir. Bizim Qalaktikanın məlum olan təqribən 200 milyard ulduzundan biri olan Günəşin kütləsinin mütləq əksəriyyəti isti qazlardan ibarətdir. Günəş ətrafına istilik və işıq şəklində radiasiya yayır. Yerlə müqayisədə Günəşin diametri 109 dəfə, həcmi 1,3 milyon dəfə, kütləsi isə 333000 dəfə daha çoxdur. Günəşin sıxlığı Yerin sıxlığının 1/4-ü qədərdir. Günəş öz oxu ətrafında saatda 70000 km sürətlə hərəkət edir və bir dövrəsini təqribən 25 gündə tamamlayır. Günəşin səthinin istiliyi 5500 °C, nüvəsinin istiliyi isə 15,6 milyon °C-dir. Günəşdən ayrılan enerjinin 2,2 milyardda biri Yerə çatır.
Hünüt
Hunud, Hünüt — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Meğri rayonunda) kənd adı.Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir. == Toponimi == Toponim qədim türk mənşəli hun etnoniminə türk dilində cəmlik bildirən "-ud" şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir. Görkəmli türk tədqiqatçısı "Türk tarixi" əsərində yazır: "Hunlar çox qüvvətli, döyüşdə çox cəsur və mahir olan türklərdir". "Hunlar kəndi" mənasını verir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hisəsi geri qayıdaraq yenidən məskunlaşmışdır və ermənilərlə qarışıq yaşamışdır.
Kuneo
Kuneo (it. Cuneo) — İtaliyanın Pyemont regionunda şəhər.
Künər
Künər vilayəti (puşt. کونړ, fars. کنر‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Künər vilayətin sahəsi 4.942 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 407.8 min nəfər, inzibati mərkəzi Əsədabad şəhəridir. Vilayətin Pakistanla 175 km-lik sərhəddi var. == Əhalisinin etnik tərkibi == Əhalisinin 95%-ni puştunlar, 5%-ni nuristanilər və digər xalqların nümayəndələri təşkil edir. == İnzibati quruluşu == Vilayət inzibati cəhətdən Əsədabad, Mərəvara, Bar Künər, Danqam, Nari, Qaziabad, Şaygal və Şiltan, Vata Pur, Çapa Dara, Dara-i-Peç, Nərəng, Çavkay, Nurgal, Xas Künər və Sirkanay rayonlarına bölünür.
Küsnət
Küsnət (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küsnət (Qəbələ) — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Küsnətqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Luayet
Luayet (fr. Loyettes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Lugər
Lövgər vilayəti (dəri لوگر) və ya Lögər vilayəti (puşt. لوګر) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin ərazisi 3.880 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 354.9 min nəfər, inzibati mərkəzi Pul-i-Aləm şəhəridir. Əhalisinin 60%-i puştun dilində, 40%-i isə dari dilində danışır.
Lübek
Lübek (alm. Lübeck‎ [ˈlyːbɛk]) — Almaniyanın şimalında (Şlezviq-Holşteyn federal torpağının cənub-şərqi) şəhər. Şəhər Şimali Almaniya ovalığında, Baltik dənizi sahilində Travemünde rayonunda axan Trave çayının mənsəbinin yaxınlığında yerləşir. Tarixə Hanza ittifaqının ən böyük mərkəzi kimi düşmüşdür. Əsas abidələri Almaniyada YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına salınıblar. Lübek şəhəri 10 rayona bölünür. == Əhali == 2015-ci il hesablamalarına görə, şəhərdə 216,253 nəfər əhali yaşayır.
Ləcət
Ləcət (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ləcət (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Qunut
Qunut - əlləri qoşalaşdırıb üz bərabərinə qaldırmaq vəziyyətidir. Şiə məzhəbində cümə namazında birinci rukudan əvvəl və ikinci rukudan sonra, eləcə də digər namazlarda ikinci rukudan əvvəl qunut tutulması müstəhəbdir. Fitr və Qurban bayramı namazlarında 9 qunut tutulur. Fitr və Qurban bayramı namazlarında yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rukuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rukuya gedər, rukudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər. Vitr namazında qunut axrıncı rukuya getməzdən əvvəl sünnətdir (yaxud müstəhəbdir). Qeyd: Camaat namazına ikinci rəkətdə qoşulan kəs ikinci rəkətdə (özünün birinci rəkəti) camaat namazının tərtibini pozmamaq üçün qunutu rəca niyyəti (savab ümidi) ilə tutur.