Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Malatski
Malatski (slovak. Malacky, alm. Malatzka‎) — Slovakiyanın qərbində, Bratislava bölgəsində şəhər. Əhalisi 17 858 nəfərdir (2003-cü il). Şəhər Zahorska dağ yamaclarının cənubunda, Slovakiyanın ən qərb hissəsində yerləşir. == Tarix == Malatski ilk dəfə 1206-cı ildə "Malina çayının sahilində Maluçka - (mac. Maliscapotoca) yaşayış yeri adı ilə qeyd olunmuşdur". 300 il Malatski zadəgan Gont-Poznanski sülaləsinə məxsus idi. Sonra bu yerlər Balaş ailəsinə keçdi və onlar buranı Plavetsk panlığının mərkəzinə çevirdilər. Sonrakı 300 il ərzində Malatskini Palffi sülaləsi idarə edir və bu zamanlarda ailə qəsəbəni inkişaf etmiş sənaye mərkəzinə çevirir.
Malaysia Airlines 370 saylı uçuş (8 mart 2014)
Malayziya Hava Yolları reys 370 — 8 mart 2014-cu il tarixində China Southern Airlines adına sərnişin daşıyan Malaysia Airlinesə məxsus sərnişin təyyarəsinin Kuala Lumpur Beynəlxalq Hava Limanı ilə Pekin Paytaxt Beynəlxalq Havalımanı arasındakı səfəri əsnasında itib. 227'si sərnişin və 12-si ekipaj üzvündən ibarət olan təyyarə 8 saat davam edəcək səfəri üçün Kuala Lumpur Beynəlxalq Havalımanından yerli saatla gecə 00:41-də havalandı. Subang Hava Trafik İdarə Mərkəzi saat 01:22-də Tayland Körfəzi üzərindəykən təyyarə ilə bağlantını itirdi və 02:40 itkin hesabat olundu. Itkin düşdüyü doğrulandıqdan sonra Cənubi Çin dənizi və Tayland körfəzində ABŞ, Çin, Avstraliya, Vyetnam, Filippin, Malayziya, Sinqapur və Taylanddan qrupların qatıldığı ortaq axtarış-qurtarma əməliyyatı başladıldı. Bir neçə ölkələrin axtarış səylərinə baxmayaraq, təyyarə hələ aşkar olunmamışdır.