Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Manihi
Manihi (fr. Manihi) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Papeetedən 500 km şimal-şərqdə yerləşir. == Coğrafiya == Ovalvari formaya malikdir. Atollun uzunluğu 27 км, eni — 8 km, quru sahəsi isə 13 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 160 km²-dir. Laqun okeanla adanın cənub-qərbində yerləşən Tairapa boğazı ilə birləşir. Ərazisində ən geniş yayılmış bitki Kokos palmasıdır. == İnzibati bölgüsü == Kommunaya Manihi və Ahe adaları daxildir.
Minici afelinus
Minici afelinus - (lat. Aphelinus mali) - Pərdəqanadlılar dəstəsindən olan minicilər (Lchneumonidae) parazit həşəratlardır. Dünyanın hər yerində yayılmışdır. Bədəninin uzunluğu 0,4-5 sm olan həşəratın 1250-dək cinsi (60 mindən çox növü) o cümlədən də Azərbaycanda (Qafqazda) 330 növü məlumdur. Minici-afelinus sürfələrini ağac və bitkilərdə zərərverici həşəratların (tırtılların) bədəninə uzunsov "neştər" ilə batırmaqla həmin tırtılı iflic edib bitki zərərvericisini məhv edir. Minici-afelinuslar,əsasən,çiçəklərin şirəsilə qidalanır, ağaclarda olan qanlı mənənəyə qarşı bioloji mübarizə aparırlar. Parazit minicilər meyvə bağlarında kimyəvi mübarizə tədbirləri aparılarkən digər həşəratlarla birlikdə məhv olurlar.
Yonida Maliçi
Yonida Maliçi (alb. Jonida Maliqi; d. 26 mart 1982, Tirana, Albaniya) — Albaniya müğənnisi və televiziya aparıcısı. O, ifa etdiyi "Ktheju tokës" (azərb. Vətənə qayıdış‎) mahnısı ilə Albaniyanın Festivali i Këngës mahnı yarışmasında qələbə qazanmışdır. Həmin mahnı ilə Yonida Albaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Yonida Maliçi 26 mart 1982-ci ildə Albaniyanın Tirana şəhərində dünyaya göz açmışdır. Kiçik yaşlarından musiqiyə həvəsi olan Yonida 13 yaşında ikən "Planeti i fëmijëve" mahnısı ilə Albaniyanın məşhur Festivali i Këngës mahnı yarışmasında iştirak etmiş və musiqi karyerasına başlamışdır. İki il sonra 1997-ci ildə ifaçı yenidən həmin festivala qatılmışdır. 1999-cu ildə isə Yonida festivalda çıxış etdiyi "Do jetoj pa ty" mahnısı ilə ikinci yeri qazanmışdır.
Manıç-Qudila
Manıç-Qudila gölü (kalm. Манц (нур), rus. Маныч-Гудило) — Rusiyanın cənubunda, Kalmıkiya, Stavropol diyarı və Rostov vilayəti ərazisində yerləşən göl. Kumo-Manıç çökəkliyinin mərkəzində yerləşən böyük bir duz göldür. 1930-cu illərdə bir sıra hidrotexniki qurğular tikildikdən sonra, Manıç çayındakı Proletarnoe su anbarının bir hissəsi olmuşdur. Dəniz səviyyəsindən hündürlüyü 12,8 metrdir. Gölün sahəsi dəyişkəndir, orta hesabla 344 km²-dir. Uzunluğu 100 km-dən çox, eni 10 km və daha çox, dərinliyi 3,5–4 m, orta dərinliyi 2.6 m-dir. Suyu acı-duzludur. Göl suyun səviyyəsi və duzluluğun dəyişməsi ilə xarakterizə olunur.
Syzygium manii
Syzygium manii (lat. Syzygium manii) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Kumo-Manıç çökəkliyi
Kumo-Manıç çökəkliyi (rus. Кумо-Манычская впадина) — Ergeninskaya və Stavropol alçaq dağlıqlarını ayıran dar ovalıq. Geoloji keçmişdə Qara və Xəzər dənizlərini birləşdirən qədim boğazdır. Hazırda Kuban-Priazovskaya və Xəzər ovalıqlarını birləşdirir. Kumo-Manıç ovalığı və Kumo-Manıç bərzəxi kimi də tanınır. Eni 20–30 km (mərkəzi hissədə 1–2 km-ə qədər), uzunluğu 500 km-dən çoxdur. Asiya ilə Avropa arasında sərhəd çəkmə seçimlərindən biri də Kumo-Manıç çökəkliyi boyunca uzanır. 17–15 min il əvvəl Novoevsin hövzəsi Manıç-Kerç kanalı vastəsi ilə Erkən Xvalın hövzəsi ilə əlaqələnirdi. == Relyefi və geoloji quruluşu == Kumo-Manıç çökəkliyi tektonik mənşəlidir və çökəklikdə yerləşir. Tarixi İskit lövhəsinin platforma örtüyünün meydana gəlməsinin başlanğıcına qədər davam etmişdir.
Manic Street Preachers
Manic Street Preachers ( (ing.) «Menik strit priçerz» kimi oxunur — «Ağılsız küçə vaizləri») — 1986-ci ildə Betty Blue adı altında Uelsin cənubunda, kiçik şaxtaçı şəhərciyi Blekvudda yaradılan Britaniyalı (Vall) rok-qrupu. Manic Street Preachers fəaliyyətə pank-qruppa kimi başlamış lakin, sonradan nəticə olaraq rok-meynstrim səslənməsinə yaxınlaşmışlar. Qrup hər zaman mahnı mətnlərinin siyasiliyi və qrupüzvlərinin çıxışları ilə fərqlənmişdir. == Tarix == Qrup 1986-cı ildə iştirak üçün üç sinif yoldaşını da dəvət edən: Ceyms Din Bredfild (vokal, gitara), "Fliker" (ritm-gitara, əsl adı - Maylz Vudvord) və Şon Muru (zərb alətləri) Niki Uayer (əsl adı - Nikolas Cons) tərəfindən yaradılmışdır. Ceyms Din Bredfild və Şon Mur əmioğludular. == Heyət == Ceyms Din Bredfild - baş vokal, ritm-gitara, fortepiano, sintezator (1986-bugünədək) Niki Uayr - ritm-gitara (1986-1988), piano, vokal, bek-vokal (1988-bugünədək) Şon Mur - zərb, boru, bek-vokal (1986-bugünədək) Keçmiş üzvlər Maylz Vudvord - bas gitara (1986-1988) Riçi Edvards - ritm-gitara, piano, bek-vokal (1989-1995) === Zaman Şkalası === == Diskoqrafiya == === Studiya albomları === Generation Terrorists (1992) Gold Against the Soul (1993) The Holy Bible (1994) Everything Must Go (1996) This Is My Truth Tell Me Yours (1998) Know Your Enemy (2001) Lifeblood (2004) Send Away the Tigers (2007) Journal for Plague Lovers (2009) Postcards from a Young Man (2010) Rewind the Film (2013) Futurology (2014) Resistance Is Futile (2018) The Ultra Vivid Lament (2021) === Sinqllar === === Toplular === Forever Delayed (ing.Əbədi təxirə salınmış) - 2002 Lipstick Traces - A Secret History Of Manic Street Preachers (ing. Dodaq boyası izləri)- 2003 National Treasures – The Complete Singles (ing.
Qərbi Manıç çayı
Manıç (Qərbi Manıç) — Kalmıkiya, Stavropol diyarı və Rastov vilayətində çay. Don çayının sol qolu. Kalaus çayının keçmiş bifurkasiya etdiyi yerdən, Manıç və Şərqi Manıç çaylarının hövzəsindən başlanır. Avropa və Asiya arasında olan coğrafi sərhəd variantlarından biri Manıç çayından keçir. Uzunluğu — 420 km, şərti sutoplayıcı sahəsi — 35,4 min km², bundan 2,1 min km² göllərlə əhatələni. Göllər əsasən duzlu və şordur. Kalaus çayı ilə birlikdə Manıçın uzunluğu 856 km-dir. Sutoplayıcı sahəsi isə — 48,45 min km²-dir. Çayın qidalanması əsasən qar suları ilədir. Minerallaşma — 2—8 il/l.
Ust-Manıç su anbarı
Ust-Manıç su anbarı — Rusiyanın Rostov vilayətinin ərazisində Manıç çayının yatağında yerləşən su anbarı. Su anbarı Manıçskaya stansiyanında 1936-cı ildə atılan bənd sayəsində mrydana gəlmişdir. Ümumi uzunluğu 60,5 km, orta dərinliyi 1,2 m, maksimal dərinliyi isə 3,5 m təşkil edir. Hazırda axınlı şəraitdə hündürlüyü 2,8 metrdir. Sahəsi idə 80 km²-dir. Həcmi 72 mln m³-dir. == Fiziki-coğrafi xüsusiyyətləri == === Relyef === Ust-Masiysk su anbarı ensiz bir ərazidə yerləşir. Burada üç iri liman vardır: Şaxaevski, Zaoadenski, Pesçanı. Cənub və qərb sahilləri alçaq, şimal və şərq sahilləri isə hündürdür. === Hidroqrafiya və iqlim === Su təminatı Vesyolovskoe su anbarı, Podpolnoy çayı və bir sıra çay və bulaq suları axır.
Home (Kobi Marimi mahnısı)
Home (azərb. Ev‎) — İsrailin 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Kobi Marimi "Home" mahnısı ilə İsraili Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı yəhudi bəstəkarlar Ohad Şarqay və İnbar Veytzman tərəfindən bəstələnmişdir.
Danaçı
Danaçı — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Dmanisi
Dmanisi, Başkeçid — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Dmanisi bələdiyyəsinin inzibati mərkəzi. 1947-ci ilə qədər adı Başkeçid olmuş, həmin ildən isə adı gürcüləşdirilərək Dmanisi adlandırılmışdır. Ölkə paytaxtı Tiflis şəhərindən 102 km uzaqlıqda yerləşir. == Əhalisi == 1 yanvar 2012-ci ilə olan rəsmi təxminə əsasən şəhərdə 3.8 min nəfər əhali yaşayır. === Milli tərkibi === 1 yanvar 1914-cü il tarixinə olan rəsmi məlumata görə, Tiflis quberniyasının Borçalı qəzasına daxil olan Başkeçid kəndində əsasən etnik tatarlardan (azərbaycanlılardan) ibarət hər iki cinsdən toplam 529 nəfər əhali yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Başkeçid şəhərində 3.427 nəfər əhali yaşayır, onların 82 %-ni gürcülər, 12 %-ni azərbaycanlılar, 3 %-ni ruslar, 2 %-ni ermənilər, 1 %-ni isə urumlar təşkil edir. == Təhsil == Hazırda şəhərdə üç ictimai orta məktəb fəaliyyət göstərir. Onlardan biri rusdillidir.
Maliki
Maliki (ərəb. مالكي‎) məzhəbi — Sünni İslamın içərisində İslam hüquqşünaslığının dörd böyük məktəbindən biri. Onun əsası 8-ci əsrdə Malik ibn Ənəs tərəfindən qoyulmuşdur. Maliki fiqh məktəbi ilkin mənbə kimi Quran və hədislərə əsaslanır. Digər İslam fiqhlərindən fərqli olaraq Maliki fiqhi də Mədinə əhalisinin icmasını İslam hüququnun etibarlı mənbəyi hesab edir. Maliki məzhəbi sünni müsəlmanların ən böyük qruplarından biridir, tərəfdarlar arasında Şafi məzhəbi ilə müqayisə oluna bilər, lakin Hənəfi məzhəbindən daha kiçikdir. Maliki doktrinasına əsaslanan şəriətə əsasən Şimali Afrikada (Şimali və şərqi Misir istisna olmaqla), Qərbi Afrikada, Çadda, Sudanda, Küveytdə, Bəhreyndə, Qətərdə, Dubay Əmirliyində (BƏƏ) və Səudiyyə Ərəbistanının şimal-şərq hissələrində mövcuddur. Orta əsrlərdə Maliki məktəbi həmçinin Avropanın İslam hakimiyyəti altında olan bölgələrində, xüsusən də İslam İspaniyası və Siciliya Əmirliyində mövcud olub. 9-cu əsrdən 11-ci əsrə qədər Maliki təliminin əsas tarixi mərkəzi Tunisin Uqbə məscidində olmuşdur. == Yaranması == İslamın sünni qolunun dörd hüquq məktəblərindən biri də Maliki fiqh məzhəbidir.
Malıca
Malıca — İranın Kürdüstan ostanının Qürvə şəhristanının Dilbəran bəxşində şəhər. == Tarix == Malıca kəndi 2021-ci ildə şəhər statusu qazanmışdır. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 4,164 nəfər yaşayır (1,245 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Manasçı
Manasçı, qırğızların milli dastanı olan Manas dastanı 'nı kopuz müşayiəti ilə söyləməyi peşə edən şəxslərə verilən ad . Manas dastanı, bütün Qırğız Türklərinin 2 milyon misraya yaxınlaşdığı çox böyük bir dastandır. Manasçi, Qırğızıstanda minlərlə bəndi kopuzun müşayiəti ilə bir şeir oxuduğu kimi oxumur. Əslində türk xalqları buna əhəmiyyət verdilər və döyüşlərini və qəhrəmanlıqlarını rəvayətlər ilə çatdırdılar.
Mandılı
Mandılı — Azərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Mandılı kəndi Xırdapara-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Kənd XIX yüzilə aid mənbələrdə Əlihüseynuşağı adlanırdı. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qozluçayın sahilində, dağətəyi düzənlikdədir. Manda Azərbaycan dilinin c.-q. dialəktlərinda yəməli ot adıdır, −1ı isə mənsub.şək.-sidir. Türk dillərində manda/ mandı/mantı sözü "cəfəri"; "dördnala çapmaq"; "qiymətli Çin ipəyi"; "sakit"; "enli alın" və s.
Manila
Manila (filip. Maynila, [majˈnilaʔ]) ― Filippinin paytaxtı və əhalisinə görə ikinci ən böyük şəhəri. 2019-cu ilədək dünyanın ən sıx məskunlaşmış şəhəri olmuşdur. Şəhər 18 iyun 1949-cu ildə "Manila Şəhərinin Yenidən Baxılmış Nizamnaməsi" adlı 409 saylı Respublika Qanununun qəbul edilməsi ilə muxtarlıq almışdır. Manila Metro Manila bölgəsindəki bələdiyyələrdən biri olan şəhər, ölkənin ən böyük adası olan Luzonda Manila Körfəzinin şərq sahilində yerləşir. Manila 10 milyondan çox insanın yaşadığı bir metropoliten sahəsi olan inkişaf etməkdə olan bir mərkəzdir. Metro Manila Milli Paytaxtı Ərazisi (NCR) olaraq da bilinən 17 şəhər və bələdiyyədən ibarət olan Manila şəhərinin bir hissəsidir. Manila, 1,5 milyondan çox sakini olan Filippinlərin ikinci ən məşhur şəhəridir. Yalnız ölkənin keçmiş paytaxtı olan Quezon City bundan daha populyardır. == Etimologiya == Şəhərin Filippin dilindəki adı olan Maynilà, "indiqo (bitki cinsi) olan yer" mənasını verən may-nilà ifadəsindən gəlir.
Manilik
Manixeizm və ya Manilik ( bəzən Maniçilik də adlanır) - qnostik dini təlim olub, Mani (216-277) tərəfindən qurulmuşdur. III əsrdə Babildə ortaya çıxmış olan bu təlim bütün dünyada və xüsusilə Şimali Afrikada yayılmışdır. Xristianlıq başda olmaq üzrə; Məzdəkilik, Buddizm və Mesopotamiya dinlərindən bir çox ünsürləri içinə aldığından eyni zamanda sinkretik bir xüsusiyyət daşımaqdadır. Mani, dinini yaymaq üçün biri fars digər altısı süryani dilində olmaq üzərə yeddi kitab və yetmiş risalə yazmış, ayrıca Hindistan başda olmaq üzərə bir çox ölkəyə səyahətlər etmişdir. Manilik ən parlaq dövrünü 8-ci əsrdə Uyğur dövlətinin milli dini olaraq elan edilməsi ilə yaşamışdır. Mani sözü qədim Türk dilində "Mengü" və Çağatay türkcəsində "Tanrı" deməkdir. Manixeist Uyğurlar, ölümdən sonra ruhun bir başqa bədəndə həyatına davam etdiyini ("re-enkarnasiya" və ya "yenidən təcəssüm") qəbul edirdilər. Maniçilik əslində Zərdüşt dualizmi, Babil folkloru, Buddist əxlaq prinsipləri və xristian ünsürlərin qarışığından ibarətdir. Bu tərkibdə öndə gələn anlayış iki əzəli qanunun, yaxşı və pisin münaqişəsidir. Bu baxımdan din tarixi araşdırmaları, Maniçiliyi bir növ dini dualizm (ikiçilik) olaraq qeyd etmişdirlər.
Maniok
Manihot esculenta (lat. Manihot esculenta) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin manihot cinsinə aid bitki növü. Tropik və subtropik Amerikada yetişən bu bitkinin yüz əllidən çox növü var. Kökündə bol miqdarda nişasta olduğu üçün yerlilərin qidalanmasında böyük əhəmiyyət daşıyır, həmçinin nişastasından tapioka keçirildiyi üçün kommersiya cəhətdən də əhəmiyyəti böyükdür. Maniok kökləri, heyvan yemi kimi də istifadə edilir. Xüsusilə halqa və ya un halında satılan maniok, kiçik malları və donuz balalarını bəsləməkdə istifadə edilən, həzmi çox asan bir qidadır. Maniok Braziliyada bitən bir növündən kauçuk əldə edilir.Bitkinin əsas istehsalçıları Nigeriya, Tailand, İndoneziya, Braziliya və Konqo Respublikasıdır.
Manisa
Manisa — Türkiyənin Egey regionunda şəhər və Manisa ilinin inzibati mərkəzi. "Şahzadələr şəhəri" olaraq da tanınır. Antik dövrdə "Magnesia", Roma İmperiyası dövründə tam adıyla "Magnesia ad Sipylum" olaraq xatırlanmışdır. Dünya dillərindəki maqnit və maqnezium sözlərinin mənşəyi Manisanın adıdır. Ənənəvi Beynəlxalq Mesir pastası Festivalı təşkil edilir. Festivalı fəaliyyətlərinə qürur qonağı ölkələr üçün gecə təşkil edilir.
Manzini
Manzini — Esvatininin ən iri şəhəridir. Əhalisi — 78 min nəfər (2008), 1960-cı il ilə kimi şəhərin adı Bremersdorp idi.
Adam Maniok
Adam Maniok – (mac. Mányoki Ádám, 1673[…] – 6 avqust 1757, Drezden) Macar portret rəssamı. Barokko sənət axımının nümayəndələrindən olmuşdur. == Həyatı == Adam Maniok 1673-cü ildə protestant bir rahibin oğlu olaraq dünyaya gəlmişdi. Ailəsi kasıb olduğundan onu alman bir ailənin himayəsinə vermişdi. Maniokun təhsilində bu ailənin rolu böyük olmuşdur. O ilk əvvəl Lüneburq şəhərinə, oradan isə Hamburqa gələrək burada təhsil almışdır. Daha sonra Hannoverdə Andreas Şeyts və Parisdə Nicolas de Largillierenin yanında çalışmışdır. Niderlandda təhsilini tamamladıqdan sonra 1703-1707-ci illərdə Prussiya kralı I Fridrix Uilyamın sarayında yaşamış, saray rəssamı olmuşdur. 1707-ci ildə Adam Maniok II Ferens Rakoçinin sarayında xidmət etməyə başlayır.
Adana mantısı
Aerodramus manuoi
Aerodramus manuoi (lat. Aerodramus manuoi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin aerodramus cinsinə aid heyvan növü.
Andrey mamırı
Andrey mamırı (lat.
Azərbaycan manatı
Azərbaycan manatı (işarəsi: ₼) — Azərbaycan Respublikasının pul vahidi. == Tarixi == === İlk buraxılış === Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu. Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılmış, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir. 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxıldı. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 58 saylı Fərmanı ilə manatın dövriyyədə yeqanə ödəniş vasitəsi olması tətbiq olundu. === Yeni nəsil pul nişanları === Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi yasaqdır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.