Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kant
İmmanuel Kant (alm. Immanuel Kant‎, 22 aprel 1724[…], Köniqsberq, Prussiya – 12 fevral 1804[…], Köniqsberq, Şərqi Prussiya, Prussiya) — alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri. Kant özünün transsendental idealizm doktrinasında iddia edirdi ki, məkan və zaman sadəcə olaraq təcrübəni təşkil edən "intuisiya formalarıdır" və buna görə də "özündə şeylər" mövcuddur. Onlar təcrübəyə töhfə versələr də, təcrübə obyektlərindən fərqlidirlər. Buradan belə nəticə çıxır ki, təcrübə obyektləri sadəcə olaraq "görünürlər" və şeylərin təbiəti özlüyündə bizim tərəfimizdən dərk olunmazdır. Filosof David Yumun yazılarındakı skeptisizmə qarşı durmaq üçün o, ən məşhur əsərlərindən biri olan "Təmiz idrakın tənqidi" (1781/87) əsərini yazdı. Burada o, sintetik aprior biliyin mümkün olub-olmaması sualına cavab vermək üçün öz təcrübə nəzəriyyəsini inkişaf etdirdi, bu da öz növbəsində metafizik tədqiqatın sərhədlərini müəyyən etməyə imkan verəcəkdi. Kant hesab edirdi ki, zəka həm də əxlaqın mənbəyidir və estetika mühakimə qabiliyyətindən yaranır. Kantın fikirləri müasir fəlsəfəyə, xüsusən qnoseologiya, etika, siyasi nəzəriyyə və postmodern estetika sahələrində böyük təsir göstərməkdə davam edir. O, ağıl və insan təcrübəsi arasındakı əlaqəni izah etməyə və ənənəvi fəlsəfənin, metafizikanın səhvləri hesab etdiyi şeylərdən kənara çıxmağa çalışdı.
MRNT
mRNT və ya məlumat RNT-si və ya məlumat RNT canlı hüceyrələrdə zülal sintezi üçün lazım olan informasiyanı DNT'dən alaraq ribosoma daşıyan RNT tipidir. mRNT RNT polimeraza fermenti tərəfindən istehsal olunur. Hər bir zülal tipi üçün spesifik mRNT var. DNT-dəki koda görə yaradılan olunan mRNT üzərində daşınan üçlü nukleotid qurupuna kodon deyilir. Hər kodon bir aminturşu kodlayır. mRNT üzərində ən çox 64 növ kodon yerləşir. Bir mRNT təkrar-təkrar istifadə oluna bilir və ömrünü bitirdikdən sonra sonra parçalanır. mRNT, hüceyrədə ən az miqdarda olan RNT növüdür.
Maat
Manat
Manat — Azərbaycanda (işarəsi: ₼) və Türkmənistanda (işarəsi: m) işlənən əsas pul vahidi, valyuta. == Həmçinin bax == Azərbaycan manatı — Azərbaycan Respublikasının pul vahidi. Türkmənistan manatı — Türkmənistanın pul vahidi.
Mani
Mani – “Şur” ladında qurulan zərbi muğamlardan biridir. Xalq – peşəkar musiqiçilər bu muğamı “Osmanı” da adlandırırlar. Marşvari ritm (4/2 ölçüsündə) bu muğamın sonuna qədər davam edir. Mani zərbi muğamı bir qayda olaraq təsniflə tamamlanır. Bu zərbi muğamda cəmi bir təsnif oxunur.
Mantı
Mantı (türk. mantı; qaz. мәнті; qırğ. манты; özb. manti), mantu, buuz, pozı və ya mandu (kor. 만두, 饅頭) — Mərkəzi Asiya, Türkiyə, Tatarıstan, Başqırdıstan, Krım, Koreya və Monqolustan xalqların ənənəvi ətli xörəyləri. Mantı, müxtəlif ədviyyatlarla dadlandırılan qıymanın, kiçik xəmir parçalarının içinə qoyulması və bu xəmir parçalarının suda qaynadılması ilə edilən ətli xəmir yeməyidir. Türk mətbəxinin olduğu qədər digər Orta Asiya mətbəxlərinin də bir parçası olan mantı, köhnə SSRİ ölkələrində də məşhur bir yeməkdir. Orta Asiyadan Anadoluya köçəri Türklər tərəfindən gətirilmişdir. Bəzi bölgələrdə mantıya tatar böreği deyilməsi, mantının köçəriliklə olan əlaqəsini təsdiqləməkdədir.
Mart
Mart — Qriqorian təqvimi ilə ilin üçüncü ayıdır. 31 gündən ibarətdir.Yaz fəslində mövcud aydır. Yuli Sezarın təqvim islahatından əvvəl Qədim Romada ilin birinci ayı sayılırdı. Mart sözü Qədim Roma mifologiyasında müharibə tanrısı olan Marsın adı ilə bağlıdır. Görünür əkin işləri başladığından romalılar bu ay Marsa xüsusi ehtiram göstərirdilər ki onların üzərinə müharibə göndərməsin. Onun şərərfinə qurbanlar kəsirdilər.
Mont
== Xarici keçidlər ==
Nant
Nant — ərazisinə görə Fransa-nın altıncı şəhəridir, inzibati mərkəzi Atlantik Luara departamenti və keçmiş Bretan hersoqluğunun paytaxtı olmuşdur. Əhalisi 2005-ci ildə 281 800 nəfər təşkil edib. == Coğrafi mövqe == Şəhər çoxlu kiçik çayların keçdiyi, Luara allüvial vadisində yerləşir. Şimala vadi qalxır, Bretan üçün tipik təpəli yerə keçərək, kiçik ağaclıqlarla örtülmüşdü. Cənuba bataqlıq ovalığı yerləşir. Qonşu şəhərlər və kəndlər: Buqene, Karkefu, La-Şapel-syur-Erdr, Orvo, Rzaya, Sen-Erblen, Sen-Sebasten—Luaraya, Sent-Lyus—Luaraya, Treter-i-Vertu.
ANT
Ant
MAN
MAN — Alman avtomobil markası. == Tarixi == MAN avtomobil markası təməli 1908-ci ildə qoyulmuşdur. Onun yaranması 19-cu əsrlə 20-ci əsrin qovşağında Auqsburq və Nürnberq maşınqayırma müəssisələri birləşərək adlarını dəyişdikdən sonra baş vermişdir. Yeni ad, yəni MAN (Maschinen-fabrik Augsburg-Nurnberg) bu müəssisələrin ittifaqının rəmzi olmuşdur. Əslində konsernin tarixi bundan xeyli əvvəl 1758-ci ildə Rur vilayətində ilk ağır sənaye müəssisəsi olan St. Antony (Oberhauzen) metallurgiya zavodu istismara verildiyi vaxtdan başlanmışdır. 1915-ci ildən zavod yük avtomobilləri istehsalına başladı. Zavodun istehsal etdiyi ilk avtomaşınlar Avstiyanın Saurer firmasının lisenziyası ilə buraxılan, mühərriki benzinlə işləyən yük maşınları idi. Lakin tezliklə hər şey kökündən dəyişdi. Belə ki, məhz Auqsburq maşınqayırma zavodunda 1893–1897-ci illərdə Rudolf Dizel öz məşhur mühərrikini hazırladı.
10 mart
10 mart — Qriqorian təqvimində ilin 70-ci günü. Bu tarixdə ilin sonuna 295 gün (uzun ildə 296 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 26 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1496 — Santo-Dominqo şəhərini təsis edəndən sonra Xristofor Kolumb komandanı qardaşına buraxaraq İspaniyaya yola düşüb. === 1601–1900 === === 1901–cari === 1922 — Mahatma Qandi Hindistanda həbs edildi, fitnəyə görə mühakimə olundu və altı il həbs cəzasına məhkum edildi, lakin appendisit əməliyyatına görə təxminən iki ildən sonra sərbəst buraxıldı. 1977 — Astronomlar Uranın halqalarını kəşf ediblər. 2000 — Dotkom köpüyü NASDAQ Composite birja indeksində 5,048,62 səviyyəsinə çatıb. 2020 — Antiqua və Barbuda, Boliviya, Honduras, Konqo Demokratik Respublikası, Monqolustan və Yamaykada ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1735 — Gəncə yaxınlığında Nadir şah Əfşar və Rusiya arasında müqavilə imzalanıb. Rus qoşunları işğal olunmuş ərazilərdən çıxarılıb.
11 mart
11 mart — Qriqorian təqvimində ilin 71-ci günü. Bu tarixdə ilin sonuna 294 gün (uzun ildə 295 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 27 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1851 — Cüzeppe Verdinin "Riqoletto" operasının ilk tamaşası Venesiyada keçirilib. === 1901–cari === 1990 — Litva Sovet İttifaqından müstəqilliyini elan edib. 2006 — Çilinin ilk qadın prezidenti olan Mişel Baçeletin andiçmə mərasimi keçirilib. 2020 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusunu pandemiya elan edib. Kot-d'İvuar, Qayana, Namibiya, Sent-Vinsent və Qrenadin, Seyşel adaları və Türkiyədə ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1959 — Sumqayıtda ilk dəfə tramvay yolu istifadəyə verilmişdir. 1992 — Azərbaycan, Böyük Britaniya, Qvineya və Nigeriya arasında diplomatik əlaqələr qurulmuşdur.
13 mart
13 mart — Qriqorian təqvimində ilin 73-cü günü. Bu tarixdə ilin sonuna 292 gün (uzun ildə 293 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1781 — Vilyam Herşel Uran planetini kəşf edib. === 1901–cari === 1988 — Yaponiyanın Aomori və Hakodate şəhərləri arasında dənizaltı seqmenti ilə dünyanın ən uzun tuneli olan Seykan tuneli açılıb. 2016 — Türkiyənin paytaxtı Ankara vilayətinin Kızılay səmtində terror aktı törədilib. 2020 — Efiopiya, Keniya, Kosovo, Qazaxıstan, Qvatemala, Qvineya, Mavritaniya, Sent-Lüsiya, Sudan, Surinam, Uruqvay və Venesuelada ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1909 — "Zənbur" jurnalı ilk dəfə nəşr olunub. 1995 Azərbaycan və Syerra-Leone arasında diplomatik əlaqələr qurulmuşdur. Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadov rəhbərliyində Azərbaycan hərbçiləri dövlət çevrilişinə cəhd ediblər.
14 mart
14 mart — Qriqorian təqvimində ilin 74-cü günü. Bu tarixdə ilin sonuna 291 gün (uzun ildə 292 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1974 — Zair milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 1976 — Mərakeş milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2020 — Ekvatorial Qvineya, Esvatini, Konqo Respublikası, Mərkəzi Afrika Respublikası və Ruandada ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1996 — Azərbaycan və Seneqal arasında diplomatik əlaqələr qurulmuşdur.
15 mart
15 mart — Qriqorian təqvimində ilin 75-ci günü. Bu tarixdə ilin sonuna 290 gün (uzun ildə 291 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1564 — Moğol İmperatoru Əkbər şah qeyri-müsəlman təbəələrdən cizyə vergisini ləğv edib. === 1601–1900 === 1820 — Men ABŞ-nin 23-cü ştatı olub. === 1901–cari === 1917 — Rusiya çarı II Nikolay Rusiya taxtından imtina edərək 304 illik Romanovlar sülaləsinə son qoyur. 1990 — Mixail Qorbaçov Sovet İttifaqının ilk prezidenti seçilib. 2011 — Suriyada vətəndaş müharibəsi başlayıb. 2019 — Yeni Zelandiyada Kraystçerç məscidlərinə hücum nəticəsində 51 nəfər həlak olub. 2020 — Baham adaları və Özbəkistanda ilk dəfə COVID-19 qeydə alınıb.
18 mart
18 mart — Qriqorian təqvimində ilin 78-ci günü. Bu tarixdə ilin sonuna 287 gün (uzun ildə 288 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 37 — Roma senatı Tiberinin vəsiyyətini ləğv edir və Kaliqulanı imperator elan edib. 1571 — Valletta Maltanın paytaxtı olub. === 1601–1900 === === 1901–cari === 1965 — Sovet kosmonavtı Aleksey Leonov "Vosxod 2" kosmik gəmisini 12 dəqiqəyə tərk edərək açıq kosmosa çıxan ilk insan olub. 1984 — Kamerun milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2020 — Qırğızıstan, Nikaraqua, Salvador, Uqanda, Yeni Kaledoniya və Zambiyada ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1991 — Xəzər Universiteti təsis edilib. 2010 — Azərbaycan və Fici arasında diplomatik əlaqələr qurulmuşdur.
19 mart
19 mart — Qriqorian təqvimində ilin 79-cu günü. Bu tarixdə ilin sonuna 286 gün (uzun ildə 287 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 7 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1895 — Lümyer qardaşları yeni patentləşdirilmiş kinematoqraflarından istifadə edərək ilk kadrlarını çəkirlər. === 1901–cari === 1945 — İkinci Dünya müharibəsi: Adolf Hitler Almaniyadakı bütün sənaye sahələri, hərbi qurğular, mağazalar, nəqliyyat vasitələri və rabitə vasitələrinin məhv edilməsini əmr edən "Nero Fərmanı" verib. 1982 — Qana milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2020 — Çad, Fici, Haiti və Nigerdə ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1994 — Bakı metropolitenində terror aktı baş vermişdir.
1 mart
1 mart — Qriqorian təqvimində ilin 61-ci günü. Bu tarixdə ilin sonuna 304 gün (uzun ildə 305 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 17 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 834 — İmperator I Lüdovik Frank krallığının yeganə hökmdarı olaraq yenidən hakimiyyətə gəlib. === 1601–1900 === 1803 — Ohayo ABŞ-nin 17-ci ştatı olub. 1867 — Nebraska ABŞ-nin 37-ci ştatı olub. 1867 — Antuan Anri Bekkerel radioaktiv parçalanmanı aşkar edib. === 1901–cari === 1947 — Beynəlxalq Valyuta Fondu təsis edilib. 1980 — Avstraliya milli futbol komandası OFK Millətlər Kubokunu qazanıb. 1998 — "Titanik" dünya üzrə 1 milyard dollardan çox gəlir əldə edən ilk film olub.
27 mart
27 mart — Qriqorian təqvimində ilin 87-ci günü. Bu tarixdə ilin sonuna 278 gün (uzun ildə 279 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 15 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1513 — İspaniya səyyahı Xuan Ponse de Leon Floridaya ilk səyahətində Baham adalarının şimal ucuna çatıb. === 1601–1900 === === 1901–cari === 1977 — Tenerife aeroportunda fəlakət: Tenerifedə dumanlı uçuş-enmə zolağında iki Boeing 747 təyyarəsi toqquşub və nəticədə 583 nəfər həlak olub. 1988 — Kamerun milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2020 — Şimali Makedoniya NATO-nun 30-cu üzvü olub. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan, Kuba, Misir və Filippin arasında diplomatik əlaqələr qurulmuşdur. 1993 — Qarabağ müharibəsi: Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında Kəlbəcər uğrunda döyüş baş vermişdir. 2022 — Xocalı rayonunun Fərrux kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.
28 mart
28 mart — Qriqorian təqvimində ilin 88-ci günü. Bu tarixdə ilin sonuna 277 gün (uzun ildə 278 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 16 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1854 — Krım müharibəsi: Fransa və İngiltərə Rusiyaya müharibə elan ediblər. === 1901–cari === 1969 — Yunan şairi və Nobel mükafatı laureatı Yorqos Seferis BBC World Service-ə Yunanıstanda xuntaya qarşı çıxan məşhur bəyanatla çıxış edib. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan və Suriya arasında diplomatik əlaqələr qurulmuşdur.
29 mart
29 mart — Qriqorian təqvimində ilin 89-cu günü. Bu tarixdə ilin sonuna 276 gün (uzun ildə 277 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 17 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1974 — Çinin Şaansi əyalətində Terrakota ordusu aşkar edilib.
2 mart
2 mart — Qriqorian təqvimində ilin 62-ci günü. Bu tarixdə ilin sonuna 303 gün (uzun ildə 304 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 18 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1498 — Vasko da Qamanın donanması Mozambik adasına səfər edib. === 1601–1900 === === 1901–cari === 1969 — Fransanın Tuluza şəhərində Konkordunun ilk sınaq uçuşu həyata keçirilib. 1970 — Rodeziya Britaniya tacı ilə son əlaqələrini kəsərək özünü respublika elan edib. 2020 — Andorra, İndoneziya, Latviya, Mərakeş, Portuqaliya, Seneqal, Səudiyyə Ərəbistanı və Tunisdə ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan BMT-nin üzvlüyünə qəbul olunub. 1995 — Azərbaycan və Burundi arasında diplomatik əlaqələr qurulmuşdur. 2005 — Azərbaycan jurnalisti Elmar Hüseynov Bakıda işdən evə qayıdarkən yaşadığı evin üçüncü mərtəbəsində naməlum şəxs tərəfindən yaxın məsafədən odlu silahdan açılmış atəş nəticəsində qətlə yetirilmişdir.
30 mart
30 mart — Qriqorian təqvimində ilin 90-cı günü. Bu tarixdə ilin sonuna 275 gün (uzun ildə 276 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 18 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1867 — ABŞ Alyaskanı Rusiyadan $7,2 milyon dollara, təxminən hər akra - 2 sent (4,19 dollar/km²) satın alıb. === 1901–cari === 1955 — Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb. 1976 — İsrail-Fələstin münaqişəsi: 1948-ci ildən bəri bir fələstinli kollektiv tərəfindən İsrail siyasətlərinə qarşı ilk mütəşəkkil cavab olaraq, fələstinlilər ilk Torpaq Gününü yaradıblar. 1981 — Vaşinqtonda ABŞ prezidenti Ronald Reyqan Con Hinkli tərəfindən otelin qarşısında sinəsindən güllələnib; eyni hadisədə daha üç nəfər yaralanıb. 2017 — SpaceX orbital sinifli raketin dünyada ilk dəfə təkrar uçuşu həyata keçirilib. 2020 — Botsvanada ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1918 — Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhəri başda olmaqla Bakı, Gəncə və İrəvan quberniyalarının müxtəlif bölgələrində və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın.
31 mart
31 mart — Qriqorian təqvimində ilin 91-ci günü. Bu tarixdə ilin sonuna 274 gün (uzun ildə 275 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 19 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1889 — Parisdə Eyfel qülləsi rəsmi olaraq açılmışdır. === 1901–cari === 1963 — Boliviya milli futbol komandası Amerika Kubokunu qazanıb. 2020 — Syerra-Leonedə ilk dəfə COVID-19 qeydə alınıb.