Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şarlevil Mezyer
Şarlevil Mezyer (fr. Charleville-Mézières) — Şimali Fransanın kommunalarından biridir. Ardennes departamentinin paytaxtıdır. Maas çayının sahilində yerləşir. Şarlevil Mezyer Fransız kommunası Şarlevil və Mezyer adlı iki qonşu kommunanın birləşməsi nəticəsində 1966-cı ildə yaradılmışdır. Daha bir kommuna olan Theux da 1965-ci ildə Mezyerə birləşmişdir. Buranın 51.000 əhalisi var. Şarlevil sakinləri "Karolopolitanlar", Meyzer sakinləri isə "Karolomacerianlar" adlanırdı. 1961-ci ildən bəri hər 3 ildən bir Marionet Festivalı keçirilir. 2001-ci ildən sonra isə hər 2 ildən bir keçirilir.
Kazimir Maleviç
Kazimir Severinoviç Maleviç (rus. Казими́р Севери́нович Мале́вич, pol. Kazimierz Malewicz; 11 (23) fevral 1879, Kiyev, Kiyev quberniyası, Rusiya imperiyası[…] – 15 may 1935[…], Leninqrad, RSFSR, SSRİ[…]) — polyak mənşəli rus-sovet avanqardist rəssamı, pedaqoq, incəsənət nəzəriyyəçisi və filosof. Müasir dövr abstrakt incəsənətin ilk təzahürlərindən olan suprematizmin banisi. == Həyatı == Kazimir Maleviç 23 fevral 1879-cu ildə anadan olmuşdur. Ailəsi Kiyev şəhərində "Bulonski" küçəsində yaşayıb. Atası da elə Kiyevdə dəfn olunub. Onun valideynləri və özü mənşəcə polyakdırlar. Atası Severin Maleviç və anası Lüdvika 1878-ci ildə ailə qurublar. Atası şəkər zavodunda idarəçi işləyirdi.
Şarlevil-Mezyer (rayon)
Şarlevil-Mezyer (fr. Charleville-Mézières}) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ardenlər (departament). Suprefektura — Şarlevil-Mezyer. Rayon əhalisi 2006-cı ildə 165 996 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 91 nəf / km². Rayon sahəsi — 1825 km².