Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Barcil
Barcil (İdil – 731) — Xəzər xaqanının oğlu, sərkərdə. == Həyatı == Xəzərlər Azərbaycan ərazisində tez-tez görünürdülər. Xəlifə Yezid ibn Əbd əl-Malik 722-723-cü illərdə böyük ordu ilə Ərdəbilə qədər irəliləmişdi. Xəlifənin ordusu xəzərlər tərəfindən məhv edilmiş, xəzərlər böyük qənimət əldə etmişdilər. bu döyüşdə Barcil də iştirak etmişdi. İlk dəfə adı 722-ci ilə aid qaynaqlarda hallanır. Ərəb valisi Əl-Cərrah ibn Əbd-ül-Lah əl-Həkəmi Xəzər xaqanlığına hücum edərkən onu qarşılayıb vuruşmuşdu. 726/727-ci illərdə Xəzərlər xaqanın oğlunun, barcilin başçılığı altında yenidən Azərbaycana daxil olmuş, ancaq ərəblərin güclü müqaviməti ilə rastlaşıb geriyə çəkilməyə məcbur olmuşdular. Araz çayı sahilində, Varsanda güclü döyüşlər gedərkən Barcilin qoşunu böyük itki verib geri çəkilmişdilər. Ərəb ordusuna əl-Haris ibn Əmr başçılıq edirdi.
Arçil
II Arçil və ya Abdullah bəy (1713 – 1762) — I Yesenin oğlu, Kartli naibi. Arçil İslamı qəbul etmişdi. Abdullah bəy kimi tanınırdı. == Həyatı == 1713-cü ildə anadan olmuşdu. Müsəlman olduqdan sonra Abdullah bəy adını almışdı, 25 yaşında Nadir şahın naibi olan Arçil II Teymurazın dövründə Aşağı Kartli və Somxetinin hakimi oldu. 1747-ci ildə II Teymurazın yoxluğundan istifadə edərək Tiflisi ələ keçirən Arçil 1748-ci ildə məğlub olaraq dağlara çəkildi. == Ailəsi == Arçil I İrakli Baqrationinin qızı Kotevanla evlənmişdi. 5 oğlu və 1 qızı olmuşdu: Ağas (ö. 1765) - 1745-ci ildə Mariam Orbeliani ilə evlənmişdi. David (ö.
Arçil Cordcadze
Arçil Konstantinoviç Cordcadze (gürc. არჩილ კონსტანტინეს ძე ჯორჯაძე;10 yanvar 1872, Tiflis – 21 mart 1913, Batum) — Gürcü siyasətçisi, Gürcüstan Sosialist Federalist Partiyasının qurucularından və baş ideoloqlarından biri. == Həyatı == Hərbçi ailəsindədə dünyaya gəldiyindən ailə tezliklə Kutaisiyə köçdü. Arçil Kutaisi şəhərində klassik gimnaziyada təhsil almağa başladı. Sonra təhsilini Tiflisdə davam etdirdi və 1892-ci ildə Birinci Tiflis Kişi Gimnaziyasını bitirdi. Elə həmin il Sankt-Peterburq Universitetinə daxil oldu. Arçil Cordcadze qısa müddət sonra Varşavaya köçdü. Ancaq bir müddət sonra Arçil qayıdıb Təbiət Elmləri Fakültəsində təhsilini davam etdirdi. Tezliklə Paris və London universitetlərində mühazirələrə qatılmaq üçün xaricə getdi. Bu dövrdə sosiologiyaya maraq göstərir, sonradan isə Lev Tolstoyun təlimlərini özü üçün rəhbər tuturdu.
Arçil Gelovani
Arçil Viktoroviç Gelovani (gürc. არჩილ გელოვანი , rus. Арчил Викторович Геловани; 27 noyabr 1915 – 19 avqust 1978, Moskva) — sovet zabiti, sonra Mühəndis Qoşunlarının Marşalı, II Dünya Müharibəsi zamanı və ondan sonra istehkam, hərbi infrastruktur və logistika üzrə məsul. Ona İkinci Dünya Müharibəsi zamanı və ondan sonra bir neçə dəfə strateji əhəmiyyətli ərazilərin, o cümlədən bütün Qara dəniz limanlarının möhkəmləndirilməsi və yenidən qurulması tapşırılıb. O, ilk növbədə hərbi mühəndislik və müdafiə strategiyası vəzifələrində, o cümlədən müdafiə nazirinin müavini vəzifəsində çalışıb və Soyuq Müharibə dövründə Sovet silahlı qüvvələrinin və strateji raket qüvvələrinin struktur inkişafında böyük rol oynayıb. Gürcüstanın paytaxtı Tbilisidə prospektə və Sevastopol şəhərində bir küçəyə marşal Gelovaninin adı verilib. == Erkən həyat == Gelovani 27 noyabr 1915-ci ildə Gürcüstanın Tsageri bələdiyyəsinin Spataqori kəndində anadan olub. Qafqazda mühəndis Viktor Gelovani kimi tanınan atası tif xəstəliyindən öləndə onun hələ altı yaşı yox idi. Yetim, yaşamağı və büyüməyi çətin yoldan öyrənmək məcburiyyətində qaldı. Ancaq bu, gənci sındırmaq yerinə, onun xarakterini gücləndirməyə kömək etdi.
Arçil Qomiaşvili
Arçil Mixayloviç Qomiaşvili (gürc. არჩილ მიხეილის ძე გომიაშვილი) — Sovet və rus aktyoru, sahibkar və Gürcüstan SSR xalq artisti (1966). == Həyatı == Arçil Mixayloviç Qomiaşvili 23 mart 1926-cı ildə anadan olmuşdur. 1940-1942-ci illərdə Tbilisi incəsənət texnikumunda təhsil almışdır. Teatra olan böyük həvəsi Qomiaşvilini "MXAT" məktəb-studiyasına gətirir. O, bu təhsil ocağında bir neçə il oxumuşdu. Lakin orada az qala dava-dalaş həddinə qədər gəlib çıxmış qalmaqaldan sonra o, məhkəmə ilə problemləri yarandığından Moskvanı tərk edir. Tbilisidə onu Marcanişvili adına Akademik teatrın truppasına qəbul edirlər. 1958-ci ildə isə aktyor Poti şəhərinə gedir və əvvəl Eristavi adına teatrda, sonra isə Qriboyedov adına Tbilisi rus teatrında işləməyə başlayır. Arçil Qomiaşviliyə ümumxalq məhəbbətini isə 1971-ci ildə kinorejissor Leonid Qaydayın İlf və Petrovun əsəri əsasında çəkdiyi "12 stul" filmində ifa etdiyi Ostap Bender rolu gətirir.
Carqıl
Carqıl xanım — türk və altay mifologiyasında xəbərçi tanrıçası. İnsanlara tanrıların xəbərlərini gətirir. == Etimologiya == (Car/Çar/Çer) kökündən törəmişdir. Car sözü monqolcada nara, avaz, qışqırıq mənalarına gəlir. Carçı/Çerçi sözü kənd-kənd gəzən səyyar satıcıları ifadə edir, çünki hər girdiyi kənddə bağırır. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Darçın
Darçın — ədviyyat. Həmişəyaşıl tropik darçın ağacının cavan budaqlarının soyulub qurudulmuş qabığından alınır. == Tarixi == Darçının elmi adındakı növ adı olan "cinnamomum", yunancada "kinnamomon" sözündən yaranıb. Bəşər tarixinin ən qədim ədviyyatlarından biridir. Eramızdan əvvəl 3000 –ci ildə çinlilər tərəfindən istifadə olunurdu. Avropada XVI-XVIII əsrdə ən dəyərli və bahalı ədviyyatlardan biri hesab olunurdu. Məşhur tacir Anton Fugger 1530 –cu ildə imparator V. Karlın borc sənətlərini onun gözləri qarşısında darçın ədviyyat çubuqlarından yaranan bir odla yandırmış, beləcə öz zənginliyini sübut eləmişdir.
Malvil
Malvil (fr. Maleville, oks. Malavila) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12136. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 38 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 934 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 555 nəfər əmək qabiliyyətli insan (15-64 yaş) arasında 422 nəfər iqtisadi cəhətdən fəal, 133 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 76.0%, 1999-cu ildə 68.8%).
Mardin
Mardin — Türkiyənin Mardin ilinin inzibati mərkəzi.
Markiz
Markiz (fr. marquis, ing. marquess, it. marchese, Latınca marchisus və ya marchio, alm. Markgraf‎) — Qərbi Avropa zadəgan titulu. İyerarxiyaya görə hersoq və qraf titularının arasındadır. İngiltərədə hersoqların böyük oğlu markiz titulu daşıyır.
Marsel
Marsel (fr. Marseille) — Fransanın ən iri dəniz limanı Bouches-du-Rhône departamentinin inzibati mərkəzi. Lion körfəzinin (Aralıq dənizi) sahilində yerləşir. == İqtisadiyyatı == Marseldə beynəlxalq hava limanı, iri dəniz limanı kompleksi var. Dəniz limanının illik yük dövriyyəsi 90 milyon tondur. Neft emalı, neft-kimya sənayesi, qəmiqayırma, təyyarə istehsalı müəssisəsləri vardır. Strasburq və Karlsruedən (AFR) keçən transavropa neft kəməri Marseldən başlayır. 1977-ci ildən etibarən Marseldə 24 stansiyaya malik metropoliten fəaliyyət göstərir.
Martin
Martin — ad. Bu soyadı olanlar Vilyam Martin — ingilis təbiətşünası. Bu adı olanlar Martin Haynriş Klaprot — Alman kimyaçısı. Martin Val — Danimarka botaniki.
Marxal
Marxal - qar kütləsinin dağ zirvələrindən və yamaclardan sürüşüb axması və sürüşdükcə yeni qar kütlələrini özü ilə aparmasıdır. == Baş vermə səbəbi == Qar uçqunlarının əmələ gəlməsinin əsas səbəbləri yamaclarda qarın həddindən artıq yığılması, qar kütləsinin daxilində gedən kristallaşma prosesi və qar sahəsinin temperatur dəyişkənliyi nəticəsində sıxlaşmışdır. Qar uçqunlarının sürəti 20-30 m/san-yə, həcmi bir neçə mln.m3-ə çata bilər. Bu böyük dağıntılara səbəb olur. Qar uçqunları zamanı onun önündə əmələ gələn hava dalğası çox güclü dağıdıcı qüvvəyə malik olur. Qar uçqununun zərbə gücü qar kütləsinin0,5 sıxlığında 1 m2-də 60-100 t təşkil edir. qar uçqunları dağlarda mailliyi 15° və qarın hündürlüyü 40-50 sm-dən yuxarı olan yamaclarda baş verir. == Növləri == Hərəkət yolunun səciyyəsinə görə qar uçqunu 3 cür olur: Məcradan kənarda bütün yamac boyu sürüşmə şəklində Çay məcrası ilə hərəkət edən Sərt sütunlardan qopan qar uçqunu == Yayıldığı ərazilər == Alp, Şimali Amerikanın Kordilyer, Qafqaz, Xibin və Orta Asiya dağlarında müşahidə edilmişdir. Azərbaycanda bu təbii fəlakət az yayılmışdır və əsasən Böyük Qafqazın cənub yamacında müşahidə edilir.
Maryol
Maryol (fr. Mariol) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Cənubi Kyusse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03163. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 769 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 521 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 385 nəfər iqtisadi cəhətdən, 136 hərəkətsiz (fəaliyyət göstərici 73.9%, 1999-cu ildə bu 72.6%) idi. Fəal olan 385 nəfərdən 335 nəfər (193 kişi və 142 qadın), 50 nəfər işsiz (20 kişi və 30 qadın) idi. 136 hərəkətsiz 33 nəfər arasında şagird və ya tələbə, 39 nəfər təqaüdçü, 64 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Marzılı
Marzılı (əvvəlki adı: Marzıgi) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Yevlax rayonunun Havarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Marzıgi kəndi Marzılı kəndi adlandırılmışdır. Kənddə 4 illik ibtidai məktəb fəaliyyət göstərir. == Tarixi == Marziki - Yevlax rayonunun Havarlı inzibati ərazi vahidində kənddir. Düzənlikdə yerləşir. Yerli dialektdə Marzığı kimi tələffüz olunur. Bəzi tədqiqatçılara görə, oykonim fars dilindəki mərzək (bataqlıq) sözündən və -ı şəkilçisindən ibarət olub, “bataqlıq” mənasındadır. Kənd X əsrin əvvəllərində Şəki-Zaqatala zonasında yaşayan bir qrup qaraqoyunlu ailəsinin Marziki adlı köhnə kənd yerində məskunlaşması nəticəsində yaranmışdır. 2002-ci ildən kəndin adı Marzılı kimi rəsmiləşdirilmişdir.
Marşal
Marşal (qədim alman sözü marahscalc — mehtər: qədim alman sözləri "marah" — at və "scalc" — nökər; fr. maréchal) — bir sıra ölkələrin ordularında general tərkibində ali hərbi rütbə. Bəzi ölkələrdə (çar Rusiyası, Böyük Britaniya, Almaniya, Avstriya, Hindistan) bu rütbə feldmarşal (alm. feldmarshall‎; feld — çöl, səyyari, qoşun) adlanırdı.
Mayqıl
Mayqıl Ana - türk, yakut və altay mifologiyasında Su Tanrıçası. Altayların və Yakutların Tengricilik inanclarında qoruyucu tanrıçalarındandır. Yer üzündəki sulardan məsuldur. == Etimologiya == (May/Bay) kökündən törəmişdir. Varlıq, zənginlik, ululuq, müdriklik, idarə etmək mənalarını ehtiva edər. "Baymaq" feli, böyümək və inkişaf mənasına da gəlir.
Məncil
Məncil — İranın Gilan ostanında yerləşən şəhər. Məncil şəhəri İranda öz külək turbinləri ilə məşhurdur. Bu şəhər tarixən Tarım vilayətinə daxil olaraq bir zamanlar bu bölgənin mərkəzi olubdur. Sonrakı dönəmlərdə qədim türk torpağı olan tarixi Tarım vilayəti bölünərək; Məncil şəhəri isə Gilan ostanına daxil edilibdir. == Coğrafiya == Məncil Tehrandan 210 kilometr şimal-qərbdə, dəniz səviyyəsindən 314 metr yüksəklikdə və Ammarlı dağının qərbi ətəyində yerləşir.Ortalama illik yağıntı miqdarı burada 477 milimetr dir. Məncil Qızılüzən çayının şərq sahilindəki dağlıq ərazidədir. Burası çox küləkli bir bölgə olaraq, son illərdə Məncildə bölgənin küləklərindən elektrik enerjisi istehsal etmək üçün bir neçə külək stansiyası quraşdırılmışdır.Məncil küləyi bu şəhərin şöhrət amillərindən biridir ki, yazda və yayda tez-tez daha çox, payızda və qışda daha az kəskinləşir. Bu külək çoxdan yerlilər arasında Məncilin Yeddi Küləkləri olaraq bilinir və elə güclüdür ki, burada bol əkilən zeytun ağaclarını tez-tez bir yana əyir.Məncilə gəldikdə, şübhəsiz ki, hamımız yel və onun külək turbinlərini xatırlayırıq. Bu turbinlər yalnız təmiz enerji istehsalının ən böyük qaynaqlarından biri deyil, eləcə də bu şəhərə xüsusi bir şöhrət və gözəllik verir. Bu turbinlərin və Sefidrud suanbarının mövcüdluğu səbəbindən bu şəhər bölgənin alış-veriş mərkəzi kimi tanınır.
Parçin
Parçin (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Parçin-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Parçin-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Çörçil
Ser Vinston Leonard Spenser Çörçill (ing. Sir Winston Leonard Spencer-Churchill; 30 noyabr 1874[…] – 24 yanvar 1965[…]) — ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı, 1940–1945 və 1951–1955-ci illərdə Böyük Britaniyanın baş naziri və dünyanın bugünkü simasını müəyyənləşdirən əsas şəxslərdən biri. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 46-cı şəxs olaraq daxil edilib. == Həyatı == Vinston Çörçill 1874-cü il noyabrın 30-da Blenheym şəhərində dünyaya göz açmışdır. O, ata tərəfdən hersoq Marlboronun nəslindən idi. Ana tərəfdən isə admiral Frensis Dreykə qohumluğu çatırdı. Çörçill 1895-ci ildə orduya daxil olmuş, Hindistan və Sudanda hərbi ekspedisiyalarda iştirak etmişdir. 1899–1902-ci illərdə İngilis-Bur müharibəsi zamanı "Morninq Post" qəzetinin hərbi müxbiri vəzifəsində olarkən əsir düşmüşdür. Əsirlikdən qaçmağı bacaran Vinston siyasi fəaliyyətə başlayır. Mühafizəkarlar partiyasından parlamentə seçilir, lakin 1904-cü ilin aprelində Çemberlenə etiraz olaraq liberalların tərəfinə keçmir.
Myrcia
Myrcia (lat. Myrcia) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinə aid bitki cinsi.
Adriana Martin
Adriana Martin (12 aprel 1996) — İspaniyalı oxatan. Adriana Martin İspaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Adriana Martin birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Taybeyinin nümayəndəsi Le Çien-Ying ilə üz-üzə gəldi. Həmin görüşdə Adriana Martin rəqibinə 2:6 hesabı ilə uduzdu.
Aleksandr Marşal
Aleksandr Vitalyeviç Minkov (Tam adı: rus. Александр Витальевич Миньков; 7 iyun 1957, Korenovsk, Krasnodar diyarı) — Rus əsilli müğənni və musiqiçi, Rusiya Federasiyasının Əməkdar artistidir (2007). Solo karyerası ilə tanınsa da, bəzi qrupların da üzvüdür: Araks (Аракс), Gül (Цветы), Salam, mahnı (Здравствуй, Песня!), Qorki Parkı (Парк Горького). 2001 və 2003 tarixlərində Qızıl Qramafon Laureatı ilə mükafatlandırılmışdır.
Alfred Marşal
Alfred Marşal (ing. Alfred Marshall; 26 iyul 1842[…], London – 13 iyul 1924[…], Kembric[…]) ingilis iqtisadçı və öz vaxtının ən təsiredici iqtisadçılarından biri olmuşdur. Neoklassik iqtisadiyyatın tamamlayıcısı kimi tanınır. Onun "İqtisadiyyatın Prinsipləri" (1890) kitabı İngiltərədə üzün müddət dərslik kimi istifadə olunub. O, tələb və təklif, marjinal fayda və istehsalın xərcləri anlayışlarını qaydaya salınmış halda təqdim edir. == Həyatı == 1842-ci ilin iyulun 26-da Bermondsey, London, İngiltərədə anadan olmuşdur. XIX əsrin sonu XX əsrin əvvəllərində mə'lum olduğu kimi dünya kapitalist iqtisadiyyatında ciddi dəyişikliklər baş verdi. Kapitalizm öz fərdi fəaliyyətini genişləndirib, ictimai xarakter almağa başladı. Belə şəraitdə baş verən iqtisadi hadisələrə klassik yanaşmaq metodundan fərqli olaraq, yeni yanaşma metodları baş verdi. İqtisadi hadisələr təkcə əmək-dəyər baxımından deyil, subyektiv psixoloji və faydalılıq baxımından qiymətləndirilməyə başladı.
Amerika maralı
Amerika maralı (lat. Odocoileus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.