V əsrdə hərbi əməliyyatlarda süvari qoşunların rolunun artması ilə bərabər, at saxlayan və ona təlim keçən insanların cəmiyyətdə mövqeləri də yüksəldi. Mehtərbaşının (və ya konsteblin) tabeliyində “marşallar” (“Marahshalh” – qədim german sözü olaraq “madyanlara cavabdeh nökər” deməkdir) var idi.
Fransız dilində bu söz “marechal”a, ingilis dilində isə “marshal”a çevrildi. “Konstebl” sözü kimi “marşal” da tövlədən orduya qədər bir yol qət etdi.
Dünyanın ən məşhur marşalları Fransada doğulublar. Taxt-tac Burbonlar sülaləsinin əlində olan vaxtlar ən tanınmış marşallar Türenn və Voban idi. Napoleonun dövründə isə marşal rütbəsi xüsusi nüfuz qazandı. O, Fransanın hərb sənətinə şöhrət qazandıran və millətin qaymağına çevrilən 18 sərkərdəyə marşal adı verdi. 1918-ci ildə, I Dünya müharibəsi vaxtı Ferdinand Foş və Anri Peten bu rütbəyə layiq görüldülər.
Hal-hazırda dünyanın bir çox ordularında marşal rütbəsi mövcuddur. (Ayzek Azimov. Sözlərin tarixi)