MARTIAL

adj 1. hərbi, döyüşkən; ~law hərbi vəziyyət qanunu; ~ music hərbi musiqi; to be under ~ law hərbi vəziyyət qanunları altında yaşamaq / fəaliyyət göstərmək; to impose / to declare ~ law hərbi vəziyyət tətbiq / elan etmək; 2. döyüş ruhu, cəsurluq; to show ~ spirit yüksək döyüş ruhu nümayiş etdirmək

MARSHAL
MARTIALLY
OBASTAN VİKİ
Antoni Martial
Anthony Joran Martial (5 dekabr 1995, Massi[d]) — İngiltərənin Mançester Yunayted klubunda və Fransa milli yığmasında hücumçu mövqeyində çıxış edən fransız futbolçudur. O, Avropada 21 yaş altı ən yaxşı gənc futbolçuya təqdim olunan 2015 "Golden Boy" mükafatının sahibidir. Fransanın Les Ulis klubunun aşağı yaş qruplarında çıxış etdikdən sonra, peşəkar futbolçu karyerasına Olimpik Lion klubunda başlamış və 2013-cü ildə 6 milyon avro qarşılığında Monako klubuna transfer olmuşdur. Burada iki il çıxış etdikdən sonra isə 2015-ci ildə 36 milyon funt-sterlinq (bonuslarla birlikdə 57.6 milyon funt-sterlinq) qarşılığında İngiltərənin Mançester Yunayted klubuna transfer olmuşdur. Martial Mançester Yunayted forması ilə çıxdığı ilk görüşdə qol vurmağı bacarmış və Premyer Liqada çıxış etdiyi ilk ayda "Ayın futbolçusu" mükafatına layiq görülmüşdür. Antoni Martial Fransa milli yığması ilə ilk oyununa 2015-ci ildə çıxmış və milli komandanın heyətində UEFA Avro 2016 turnirində iştirak etmişdir. == Milli yığma == Martial Fransanın fərqli yaş kateqoriyalarında çıxış etdi və bu dövrdə 58 oyunda 25 qol vurmağı bacardı. 26 avqust 2015-ci il tarixində isə Portuqaliya və Serbiya komandalarına qarşı baş tutacaq yoldaşlıq görüşlərində iştirak etmək üçün milli yığmaya dəvət aldı. Milli yığma forması ilə 4 sentyabr 2015-ci ildə Lissabon şəhərinin Estadio Xose Alvalade stadionunda çıxdığı ilk görüşdə Kərim Benzemanın yerinə sonradan daxil oldu və Fransa bu görüşdə 1-0 hesabı ilə qələbə qazandı. 11 oktyabr 2015-ci il tarixində isə 2-1 qalib gəldikləri Danimarka qarşılaşmasında millinin heyətində ilk dəfə start heyətdə meydana daxil oldu və bir məhsuldar ötürmə ilə yadda qaldı.