Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Martrasia
Jungia (lat. Jungia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Trinacte Gaertn. === Heterotipik sinonimləri === Dumerilia Lag. ex DC. Martrasia Lag. Rhinactina Willd.
Matrak
Matrak — Osmanlı-boşnak dövlət xadimi, tarixçisi və alim Matrakçı Nasuh (Nasuh ibn Qaragöz ibn Abdullah əl-Bosnavi) tərəfindən icad edilən qılınc və qalxan mübarizəsinə əsaslanan Osmanlı döyüş idmanı. XVI o, qılınc simulyasiya edən dəri ilə örtülmüş taxta çubuqlar və taxta dəri örtüklü qalxanla oynanılır. Çubuqların yuxarı hissəsi yuvarlaqlaşdırılıb və boulinq sancaqlarına bənzəyən gövdədən bir qədər genişdir. Oyun bir növ döyüş simulyasiyasıdır və qazonda oynanılır. O, Osmanlı əsgərləri tərəfindən döyüşlərdə məşq kimi istifadə olunurdu. Möhtəşəm əsr teleserialında döyüş oyunu kimi göstərilir.
Matrisin ranqı
Matrisin ranqı— verilmiş matrisin sıfırdan fərqli minorlarının ən yüksək tərtiblisinin tərtibi. == Elementar çevrilmələr == Matrisin ranqını taparkən matrisin elementar çevirmələri adlanan aşağıdakı çevirmələrdən istifadə etmək olar: Matrisin 2 sətir və ya sütunun yerini dəyişmək; Matrisin 2 sətir və ya sütunu toplamaq və ya çıxmaq; Matrisin hər hansı bir sətir və ya sütunu ixtiyari ədədə vurub, digər sətir və ya sütunun üzərinə əlavə etmək; Bu zaman matrisin üzərində aşağıdakı əməlləri aparsaq matrisin ranqı dəyişməz. Bütün elementləri sıfır olan sətir və ya sütunları kənarlaşdırmaq (nəzərə almamaq) olar. Hər hansı sətir və ya sütun, başqa bir sətir və ya sütunun ixtiyari ədədə vurulmasından alınarsa onda bu sətir və ya sütunu kənarlaşdırmaq olar. Başqa sözlə, mütənasib sətir və ya sütunlardan kənarlaşdırmaq olar. == Matrisin ranqının tapılması == Matrisin ranqını tapmaq üçün bu matrisin sətir və ya sütunlarından düzəldilmiş minorunu yoxlamaq lazımdır. Əgər bunlardan birinin determinantı sıfırdan fərqlidirsə, onda matrisin ranqı bu minorun tərtibinə bərabərdir. Əgər bu minorlardan hamısının determinantı sıfıra bərabər olarsa, onda bir vahid az olan minorlara keçirik. Əməliyyatı etdikdən sonra aldığımız minor sıfırdan fərqlidirsə, matrisin ranqı bu minorun tərtibinə bərabərdir. Əks halda yenə bir vahid az olan minorlara keçirik.
Ansoff matrisi
Ansoff matrisi – XX əsrin 50-ci illərində Q.Ansoff tərəfindən hazırlanan və bazarlarda firmanın davranışının marketinq strategiyasının təsnifatləşdirilməsinə aid olan matrisdir. Təsnifatlaşmanın meyarı "məhsul-bazar" əlaqəsidir. Ansoff matrisində dördlokal strateji alternativlər birləşmişdir: bazara nüfuz etmə strategiyası hər şeydən əvvəl reklam sahəsində spesifik marketinq vasitələrinin köməyilə reallaşır. Məsələn, firmanın marketinq xidməti məhsulun "təkrar buraxılışı"nı (yüngül modifikasiya olunmuş formada) və ya məhsulun "bölgüsü"nü (yeni məhsullar kimi onun komponentlərinin təklifi) həyata keçirilə bilər; bazarın inkişaf strategiyası yeni coğrafi regionların və ya yeni satış kanallarından istifadə edilməsi hesabına yeni istehlakçılar qrupunu tələb edir; məhsulun inkişaf strategiyası çərçivəsində firmanın marketinq xidməti məhsulun xarakteristikasının (xarici görünüşünün və s.) təkmilləşdirilməsi üzrə istehsal bölmələrinə tövsiyələr verməlidir; diversifikasiya o zaman mümkündür ki, firma öz texnologiyasının üstünlüklərindən istifadə edərək, istehlakçılara yeni məhsulları və hətta yeni tələbatların formalaşmasını təklif edə bilir. Ansoffun tipik matrisı == Tətbiqi == Bəzi modifikasiyadan sonra Ansoff matrisı inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Azərbaycanda firmaların davranışının təhlili aləti kimi səmərəli istifadə olun bilər. Dövlət müəssisələrinin firmaya transformasiya olunması sərt büdcə intizamının müəyyən olunmasına gətirib çıxarır. Marketinq baxımından bu o deməkdir ki, məhz tələbə görə məhdudlaşma tədricən əksəriyyət firmaların zəif yerinə çevrilir. Bu cür transformasiya dövrü üçün xarakterik olan bir neçə satış strategiyalarını misal gətirmək olar: Çeşidin dəyişməsi. Bir çox müəssisələr hər şeydən əvvəl hərbi-sənaye kompleksi istehlak mallarının buraxılışına, bəzi hallarda əsas məhsulları istehlak edən bölmələrin inkişafına başlayır (məsələn, dəmir-beton məmulatları zavodları öz qüvvəsi ilə tikinti işlərinə başlayır). Öz çeşidini yenidən quraraq müəssisə satışın həcmini və buna uyğun olaraq buraxılışın və ehtiyacların həcmini əvvəlcədən proqnozlaşdırmaq zərurətini dərk edir.
Eyzenhauer matrisi
Eyzenhuer matrisi və ya Eyzenhauer prinsipi — 1953–1961-ci illərdə ABŞ-nin 34-cü prezidenti olmuş Duayt Devid Eyzenhauerin adını daşıyan vaxtın idarə olunması üsulu. Eyzenhauer prinsipi vəzifələrin aktuallığı əsasında prioritetləşdirmə metodudur. Bu metodla edilməli olan təcili və önəmli işləri asanlıqla müəyyənləşdirmək mümkündür. == Matrisin kateqoriyaları == Eyzenhauer matrisi 4 kateqoriyaya ayrılır: Önəmli və təcilidir Önəmlidir, amma təcili deyil Önəmli deyil, amma təcilidir Nə önəmlidir, nə də təcilidir Önəmli və təcili olan işlər kateqoriyası ən vacib vəzifələrdən ibarətdir. Bu işlər ən qısa zamanda bitirilməlidir. Son tarixə yaxınlaşan və ya təxirə salına bilinməyən tapşırıqlar bu kateqoriyaya daxildir. Önəmli, amma təcili olmayan işlər kateqoriyasına daxil olan işlərə ancaq birinci kateqoriyanın işləri bitdikdən sonra başlamaq lazımdır. Önəmli olmayan, ancaq təcili olan işlər kateqoriyasına aid olan işlər digər şəxslərə ötürülə bilər ki, əsas işlər üçün vaxt qalsın. Önəmli və təcili olmayan işlər kateqoriyasına gündəlik, yaxud həftəlik planlardan çıarılmalı olan işlər daxildir. Bu kateqoriyaya sosial mediada məqsədsiz şəkildə vaxt keçirmək, video oyunlar oynamaq və ya əsas fəaliyyətlərə mane olan bu tipli işlər daxildir.
Eyzenhaver matrisi
Eyzenhuer matrisi və ya Eyzenhauer prinsipi — 1953–1961-ci illərdə ABŞ-nin 34-cü prezidenti olmuş Duayt Devid Eyzenhauerin adını daşıyan vaxtın idarə olunması üsulu. Eyzenhauer prinsipi vəzifələrin aktuallığı əsasında prioritetləşdirmə metodudur. Bu metodla edilməli olan təcili və önəmli işləri asanlıqla müəyyənləşdirmək mümkündür. == Matrisin kateqoriyaları == Eyzenhauer matrisi 4 kateqoriyaya ayrılır: Önəmli və təcilidir Önəmlidir, amma təcili deyil Önəmli deyil, amma təcilidir Nə önəmlidir, nə də təcilidir Önəmli və təcili olan işlər kateqoriyası ən vacib vəzifələrdən ibarətdir. Bu işlər ən qısa zamanda bitirilməlidir. Son tarixə yaxınlaşan və ya təxirə salına bilinməyən tapşırıqlar bu kateqoriyaya daxildir. Önəmli, amma təcili olmayan işlər kateqoriyasına daxil olan işlərə ancaq birinci kateqoriyanın işləri bitdikdən sonra başlamaq lazımdır. Önəmli olmayan, ancaq təcili olan işlər kateqoriyasına aid olan işlər digər şəxslərə ötürülə bilər ki, əsas işlər üçün vaxt qalsın. Önəmli və təcili olmayan işlər kateqoriyasına gündəlik, yaxud həftəlik planlardan çıarılmalı olan işlər daxildir. Bu kateqoriyaya sosial mediada məqsədsiz şəkildə vaxt keçirmək, video oyunlar oynamaq və ya əsas fəaliyyətlərə mane olan bu tipli işlər daxildir.
Nüvə matrisi
Nüvə matrisi — biologiyada nüvə matrisi hüceyrə nüvəsinin içərisində yerləşən liflər şəbəkəsidir və müəyyən dərəcədə bir hüceyrənin sitoskeletinə bənzəyir. Bununla birlikdə, sitoskeletdən fərqli olaraq, nüvə matrisi dinamik bir quruluş hesab olunur. Nüvə plitəsi ilə birlikdə hüceyrə daxilində genetik məlumatların təşkilində kömək edir. Bu matrisin dəqiq funksiyası hələ də müzakirə mövzusudur və onun mövcudluğu şübhə altındadır. Belə bir quruluşa dair dəlillər 1948-ci ildə (Zbarsk və Debov) tanındı və buna görə də bir çox matrisə bağlı zülallar aşkar edildi. Uzun müddətdir ki, polimer şəbəkəsi, "nüvə matrisi", "nüvə skleti" nın vacib komponenti olub-olmaması müzakirə mövzusu olaraq qalmaqdadır. İnterfazada qatılaşdırılmış metafaza xromosomlarının ekvivalenti olan xromosom ərazilərinin nisbi mövqeyinin, yüksək səviyyədə qurulmuş səthləri arasındakı əngəllər və ya elektrostatik itələyici qüvvələr səbəbiylə saxlanıla biləcəyinə dair sübutlar olsa da, bu anlayış müşahidələrə uyğun olmalıdır. Klassik matris çıxarma prosedurları ilə müalicə olunan hüceyrələr, nüvə matrisinin asidik zülallarının kiçik bir hissəsinin sərbəst buraxıldığı nöqtəyə qədər xüsusi əraziləri saxlayır - çox güman ki, nüvə skeleti ilə əlaqələrini idarə edən zülallardır. Nüvə matrix proteomu struktur zülallardan, şaperonlardan, DNT və RNT bağlayan zülallardan, xromatinin yenidən qurulması və transkripsiya faktorlarından ibarətdir . Genomik DNT-ni nüvə skeletinə bağladığı düşünülən DNT bölgələri, getdikcə artan qurulmuş bioloji fəaliyyət spektrini nümayiş etdirir.
Yuli Karasik
Yuli Yuryeviç Karasik (rus. Ю́лий Ю́рьевич Кара́сик, ukr. Ю́лій Ю́рійович Кара́сик; 24 avqust 1923, Xerson, Odessa quberniyası[d] – 23 yanvar 2005, Moskva) — SSRİ aktyoru, rejissoru, ssenaristi, RSFSR xalq artisti (1977), SSRİ Kinematoqrafçılar İttifaqının üzvü.
Zəhirəddin Maraşi
Seyyid Zəhirəddin bin Nasirəddin bin Kəmaləddin əl-Hüseyni əl-Maraşi (1413 və ya 1412, Amul, Mazandaran ostanı – 1488 və ya 1489) — İranlı dövlət adamı və tarixçi. I Şah Abbas Səfəvinin ana tərəfindən qohumudur. Mir Zəhirəddin bin Nasirəddin 1412-ci ildə Təbəristanın Amul şəhərində doğulmuşdu. Həzrət Əli soyundan olub, Mərəşiyyyə seyidləri kökənlidir. Təriqət şeyxi olan babalarından Qəvaməddin müstəqil bir idarəçilik qurmaq amacıyla 1349-cu ildə qiyam qaldırdı; oğulları və müridlərinin yardımı ilə Mazandaranın böyük bir qismini ələ keçirdi və Mərəşilər xanədanını qurdu (1359). Qəvaməddinin yerinə keçən oğlu Kəmaləddin, Əmir Teymur tərəfindən uşaqları və qardaşlarıyla birlikdə Mavəraünnəhirə sürüldü (1393). Kəmaləddinin 1398-ci ildə Kaşqarda ölümünün ardından ailənin sürgünə göndərilmiş olan mənsubları geri dönüb Mazandaranı təkrar ələ keçirdilər. Nasirəddin, Saridə hökm sürən qardaşı Seyyid Əlinin idarəsi altında qaldı. Seyyid Əli tərəfindən iki dəfə elçi olaraq Teymurlu Şahrux mirzəyə göndərilən Nasirəddin 1432-ci ildə vəfat etdi. Yerinə keçən oğlu Zəhirəddin Maraşi, 1456-1461 illər arasında Rüstəmilər xanədanı içindəki anlaşmazlıqları yoluna qoymağa çalışdı.
X-y matrisi
X-y matrisi (ing. x-y matrix, rus. матрица x-y (двумерная)) — matrisin sətir və sütünlarının üfüqi (x) və şaquli (y) koordinat oxlarına uyğun olaraq yerləşməsi. An X–Y–Z matrix A {\displaystyle A} will thus have components A i , j , k {\displaystyle A_{i,j,k}} where 1 ≤ i ≤ M , 1 ≤ j ≤ N , 1 ≤ k ≤ P {\displaystyle 1\leq i\leq M,\ 1\leq j\leq N,\ 1\leq k\leq P} for some positive integers M , N , P . {\displaystyle M,N,P.} İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Şah Əhməd Maraşi
Şah Əhməd Maraşı və ya Şah Əhməd Mərəşi — bir tərəfi Səfəvi sülaləsindən olan zadəgan. Əfqan işğalı zamanı özünü hökmdar elan etmişdir. O, Mirzə Seyid Hüseyni Maraşı adı ilə Mirzə Əbül Qasım Hüseyni Maraşinin oğlu kimi dünyaya gəlmişdir. Maraşı ailəsinə mənsub olmuşdur. Ana xətti ilə Səfəvi sülaləsindən olan bu ailədən II Süleyman da qısamüddətlik şah olmuşdur. Onun anası Səfəvi şahı I Süleymanın qızı idi. 1722-ci ildə Mir Mahmud Hotaki imperiyanın paytaxtı İsfahanı ələ keçirərək özünü şah elan etdi. Paytaxtdan qaçmağı bacarmış şahzadə olan Təhmasib Mirzə də buna cavab olaraq qanuni varis kimi irəli verilərək şah elan edildi. Səfəvi sülaləsinin zəifləməsindən, əfqan işğalından qaynaqlanan qarışıqlıqdan Şah Əhməd Maraşı yararlandı. Əhməd Maraşı II Təhmasibin şimalda Nadir xanla birlikdə ruslara, əfqanlara və osmanlılara qarşı mübarizə aparmasından istifadə edərək 1726-cı ildə imperiyanın cənub torpaqlarında Maraşı-Səfəvi zadəganları tərəfindən şah elan edildi.
Kan-i-Qut mağrası
Kan-i-Qut (Kaniqut və ya Kani-Qut) — Qırğızıstanda karst mağarası. Mağara Camal-Çul tirəsinin cənub yamacında, Batken vilayətində, Samarkandık qışlağının 18 km-də yerləşir. Mağara haqqında geniş məlumat artıq X—XI əsrlərdə məlum idi. Məhs bu dövrlərdə mağara ərazisində gümüş və digər qiymətli daşlar əldə etmək üçün qazıntılar aparılmışdır. Sonradan bu ərazi unudulmuş və «Məhv edilmiş filiz» adlandırılmış. Kan-i-Qut haqqında ilk məlumatlara İbn Sinanın yazılarında rast gəlinir. O yazmış: « Dünyanın hər yerindən toplanılmış qızıl və digər ziynət əşyaları qoruyub saxlamaq çətin idi. Bu səbəbdən Mavəraünnəhr ölkəsində, dağlar arasında yerləşən İsfərə şəhərində Qut adlı yerdə sərvət gizlədilmiş və lənətlənmişdir». == Adlandırılması == Kan-i-Qut mağarasının (Məhv olmuş filiz) adı Kokand xanı Xudayarla bağlıdır. Cəzalandırılmış insanları mağaraya düşürmüşlər.