Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Macəra
Macəra — insanın başına gələn ona həyəcan verən bir hadisə və ya hadisələr zənciri, sərgüzəşt, əyləncədir. Həm də nəticəsi qeyri-müəyyən olan cəsarətli bir təşəbbüs də ola bilər.
Macəra filmi
Macəra filmi - Film janrıdır. Döyüş filmlərindən fərqi ondadır ki, qəhrəman düşdüyü çətin vəziyyətdən çıxmaq üçün qeyri-adi yollar axtarır. == Xüsusiyyəti == Bu janr üçün kəskin gərginlik, hadisələrin məzmununun macəraya, sərgüzəştlərə, yeni həyatın adi gərdişini pozan, qəhrəmanı hər hansı bir təhlükəyə sövq edən gözlənilməz hadisələrə əsaslanaraq səciyyəvidir. Macəra filmləri süjet quruluşunu, əsasən macəra ədəbiyyatı janrından əxz edir.
Macəra oyunu
Macəra oyunu (ing. Adventure game) — videooyun janrı. Burada oyunçu videooyunun öz mühitindəki obyektlərlə qarşılıqlı əlaqə qurmaq və digər personajlarla söhbət etmək qabiliyyətinə malik protaqonistini idarə edir. Hər hansı bir macəra oyununun əsas elementi ssenarili süjeti inkişaf etdirmək üçün oyunçunun həll etməli olduğu bir sıra tapmacaların olmasıdır. Macəra oyunları fantaziya, elmi fantastika, qorxu, komediya və ya satira da daxil olmaqla geniş mövzuları əhatə edir. Həm macəra oyunu elementlərini, həm də döyüş oyununun elementlərini ehtiva edən videooyunlar da var ki, bunlar döyüş-macəra oyunları adlanır. == Tarixi == Macəra oyunlarının "qızıl dövrü" 1980-ci illərin ortalarından başlamışdır. Növbəti onillikdə böyük videooyun şirkətləri (əsasən Amerikadakı "LucasArts" və "Sierra") əhəmiyyətli kommersiya və bədii uğurları olan çoxsaylı videooyunlar satışa çıxarmışdır. Əsasən Avropa və Kanadadan olan kiçik istehsalçılar indiki dövrdə videooyun bazarının kənarında kiçik, lakin xüsusi auditoriyaya xidmət göstərərək, bu işi öz əllərinə keçirmişlər.
Macəra turizmi
Macəra turizmi — Turist səyahətlərinin müəyyən məkanlara (məsələn, dənizin dibinə, dağın zirvəsinə, Antarktida və s. kimi uzaq ərazilərə) münasibətdə həyata keçirilməsidir. Müasir dövrdə bir sıra dövlətlər (Avstraliya, Yeni Zelandiya, Rusiya, Böyük Britaniya və s.) tərəfindən Antarktidada bununla bağlı turizm bazaları yaradılmışdır. Yeni Zelandiya, Braziliya, Boliviya, Hindistan, Nepal, Tanzaniya məşhur macəra turizmi mərkəzlərindən hesab olunur. Macəra turizmi fiziki aktivliyi sevən, yeni ərazilər kəşf etmək istəyən, çılğın ruhlu insanlar tərəfindən ən çox sevilən turizm sahələrindən biridir. Macəra turizmi konfort zonasından çıxmaq istəyənlər üçün nəzərdə tutulur. Dağlıq ərazilər, bataqlıqlar, səhralar, qütbətrafı ərazilər, sürətli dağ çayları, cəngəlliklər macəra turizmi üçün əlverişli ərazilər hesab olunur. == Ədəbiyyat == Buckley, R. Adventure Tourism. Wallingford, UK: CABI. 2006. OCLC 4802912392.
Macəra zamanı
Macəra zamanı (ing. Adventure Time) — Pendlton Vord tərəfindən yaradılmış amerikan cizgi serialı. Cizgi serial Finn və onun ən yaxşı dostu olan ögey qardaşı Ceykin birlikdə Ooo dünyasındakı sərgüzəştlərindən bəhs edir. Vord ilk dəfə 2007-ci ildə Nicktoons kanalı üçün qısametrajlı animasiya filmi hazırlamışdı. Qısa film yayımlandığı vaxt populyarlıq qazanmış və izləyicilər tərəfindən bəyənilmişdi. İdeyanı bəyənən Cartoon Network rəhbərliyi Nickelodeon kanalının bununla maraqlanmadığını nəzərə alaraq Fred Seibert(en) və Vorddan cizgi serial çəkməyi xahiş etdi.Cizgi serial, Dungeons & Dragons(en) adlı fentezi videooyunları da daxil olmaqla müxtəlif mənbələrdən ilham alaraq hazırlanmışdır. İlk seriyaları əl ilə çəkilmiş animasiyalardan istifadə olunaraq hazırlanmışdır. Lakin bu proses əziyyətli olmuş və bir seriyanın hazırlanması təxminən 8–9 ay tələb etmişdir. Daha sonradan yenilənmiş texnologiyalar vasitəsilə hər biri 11 dəqiqə olan yeni seriyalar hazırlanmışdır. Cartoon Network telekanalı 29 sentyabr 2016-cı ildə cizgi serialın onuncu mövsümünün yayımlanmasından sonra 2018-ci ildə başa çatacağını elan etmişdir.
Döyüş-macəra oyunu
Döyüş-macəra oyunu — həm döyüş, həm də macəra elementlərini daşıyan videooyun janrı. Macəra oyun janrının populyarlığının tənəzzülə uğramasından sonra, terminin istifadəsi daha ümumiləşmişdir. Oyunçuların bir oyunun janrını sadəcə "döyüş" və ya "macəra" adlandırması qeyri-adi bir haldır. Döyüş-macəra mürəkkəb bir janrdır və buna görə də, terminin tərifi çox inklüzivdir. Bu fakt, döyüş-macəranın bəlkə də ən genişhəcmli videooyun janrı olmasına gəlib çıxarır. Adətən, saf macəra oyunlarında oyunçuların həll etməsi üçün situativ məsələlər olur və çox az və ya heç bir döyüş hissəsi olmur. Bu tip oyunlarda döyüş elementləri olsa da, onlar yalnız mini-oyunların içərisinə yerləşdirilmiş olur. Saf döyüş oyunlarının reflekslərə meydan oxuyan gerçək-zamanlı qarşılıqlı əlaqəyə əsaslanan geympleyi olur. Bu səbəblərə görə, döyüş-macəra oyunları həm refleksə, həm də zəkaya, həm zorakı, həm də qeyri-zorakı situasiyalarda meydan oxuyur. == Altjanrlar == Döyüş-macəra oyunlarının rəngarəng olması və çətin təsnifatlaşdırılmasına baxmayaraq, terminin bir qolu olan xüsusi altjanrlar var.
Macəra (film, 1960)
"Macəra" (it. L'Avventura) — italyan rejissor Mikelancelo Antonioninin filmi. Film Kann kinofestivalının (1960) xüsusi mükafatına layiq görülüb. "Macəra" filmi Mikelancelo Antonioniyə dünya şöhrəti gətirən Yadlaşma trilogiyasının ilk filmidir.
Macəra axtarışında (film, 1996)
Macəra axtraışında (ing. The Quest) — 1996-cı ildə Jan-Klod Van Damm tərəfindən çəkilən macəra filmidir, o həm də filmin ssenaristlərindən biri və baş rolun ifaçısıdır. == Məzmunu == Kafelərin birində yaşlı bir ziyarətçi xuliqanların dəstəsi ilə təkbətəkdir. Sarsıdılmış ustanın kim olduğu soruşulur. Xatirələr yaşlı insanı uzaq keçmişə aparır. Tibetin İtirilmiş Şəhərinin başçısı müxtəlif ölkələrin ən güclü döyüşçülərinə "Qanq-qenq" turnirində iştirak etmək üçün dəvətnamə göndərir. Qalibin mükafatı nəgəng Qızıl Əjdahadır. Kristofor Dyubua (Jan-Klod Van Damm) — yoxsul gənclərin dəstəsinin rəhbəridir. Quldurlar onun pullarını oğurlamağa çalışır, onların bazasına vururlar, sonra polis Dyubuanı təqib etməyə başlayır. Limanda gizlənir və gözlənilmədən oradan üzüb qaçır.
Macəra axtrışında (film, 1996)
Macəra axtraışında (ing. The Quest) — 1996-cı ildə Jan-Klod Van Damm tərəfindən çəkilən macəra filmidir, o həm də filmin ssenaristlərindən biri və baş rolun ifaçısıdır. == Məzmunu == Kafelərin birində yaşlı bir ziyarətçi xuliqanların dəstəsi ilə təkbətəkdir. Sarsıdılmış ustanın kim olduğu soruşulur. Xatirələr yaşlı insanı uzaq keçmişə aparır. Tibetin İtirilmiş Şəhərinin başçısı müxtəlif ölkələrin ən güclü döyüşçülərinə "Qanq-qenq" turnirində iştirak etmək üçün dəvətnamə göndərir. Qalibin mükafatı nəgəng Qızıl Əjdahadır. Kristofor Dyubua (Jan-Klod Van Damm) — yoxsul gənclərin dəstəsinin rəhbəridir. Quldurlar onun pullarını oğurlamağa çalışır, onların bazasına vururlar, sonra polis Dyubuanı təqib etməyə başlayır. Limanda gizlənir və gözlənilmədən oradan üzüb qaçır.
Maleva
Maleva - bambuk bitkisindən hazırlanan quru yeməklər siyahısına daxildir. Bambuk ağacı Elgon dağı ətrafında Uqandanın şərqində təbii sürətdə bitir. == Mənşəyi == Maleva Şərqi Uqandanın Buqisi regionunda ilk dəfə hazırlanmağa başladı. Yeməyəin original variantına fıstıq və Hind küncütü əlavə edilir. Bugisu regionunda əsasən bu yeməyi toy və ziyafətlərdə verilir. == İnqredientlər == Maleva Su Duz Fıstıq şirniyyatı == Hazırlanması == Maleva hazırlanmaq üçün təmiz su qaynadılır, onun üzərinə balaca və orta vəziyyətdə yarpaqlar doğranmış yarpaqlar əlavə edilir. Qaynanmış suya duzda əlavə olunur. Malevanın sousuna Maniok, matoka, şirin kartof, düyü və s. qatılır.
Mançega
Mançega qoyunu İspaniyanın Yeni Kastilya bölgəsindəki La Manchadan gələn bir entrefino qoyunudur. Süd və yun üçün yetişdirilən Mançega qoyunların südündən Mançego pendiri əldə edilir. Alcarreña (Manchega pequeña) qoyunu Mançega'nın kiçiyi. Valdepeñasda təcrübi olaraq nadir görülən qara Mançega yerləşdirildi. Meksikanın Sacjol qoyunlarının mənşəyi qara Mançega ola bilər.Seguerña qoyunun köken də Mançega. Toledonun talaveranası isə Merino, Merinolandschaf və Mançega hibridi.
Mareca
Mareka (lat. Mareca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Mareka
Mareka (lat. Mareca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Matera
Matera (it. Matera) — Cənubi İtaliyada Basilicata bölgəsində yerləşən özü ilə eyni adı olan Matera vilayətinin mərkəzi və 60.757 əhalisi olan bir şəhərdir. == Tarixi == Tuf dağlıq bölgəsində daşları oyaraq tikilən kilisələr ve evlər dünyaca məşhur "Matera Daşları (Sassi di Matera)" adlanır. Bu bölgə 1993'de UNESCO Ümumdünya irsinə salınmışdır. == Avropa mədəniyyət paytaxtı == 2014-cü il Matera və Plovdiv Avropanın mədəniyyət paytaxtı 2019 seçilmişdir. == Yerləşimi == İtaliyanın başqa şəhərlərinə maşın yolu ilə uzaqlığı Potenza (100 km); Bari (65 km); Taranto (75 km); Napoli (251 km); Roma (463 km); Reggio Calabria (391 km) ve Milano (943 km).
Mazepa
Mazepa — soyad. Mazepalar — zadəgan nəsli; İvan Mazepa (1639—1709) — Ukrayna dövlət və siyasi xadimi, getman. İsaak Mazepa (1884—1952) — Ukrayna dövlət xadimi, Ukrayna Xalq Respublikasının baş naziri; İvan Mixayloviç Mazepa — "Kiyevnauçfilm" kinostudiyasında yüzlərlə sovet cizgi filminin direktoru; Anna Politkovskaya (qızlıq soyadı Mazepa; 1958—2006) — rus jurnalisti. İqor Mazepa (d.
Tachea
Emu (lat. Dromaius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinə aid heyvan cinsi. Bu fəsiləyə yeganə Adi emu (Dromaius novaehollandiae) (Latham, 1790) növü daxildir. 1980-ci ilə qədər dəvəquşukimilər dəstəsinin nümayəndələri də bu fəsiləyə aid edilirdi. Emu dəvəquşuna oxşayır, uça bilmir, bir neçə növü məlumdur. Hamısı Avstraliyada yayılmışdır. Üç barmağı var. Bu dəstəyə daxil olan emu Avstraliyanın kollu səhralarında və bozqızlarda məskən salır. Onlar bitkilərin yaşıl hissəsini yeyir, bəzi yerdə əkinə zərər vurur. Dişi emu bir neçə yumurta qoyur, erkək emu kürt yatıb bala çıxarır və onları gəzdirib qayğısına qalır.
Jacea
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Maçka
Maçka (türk. Maçka) — Trabzon ilinin ilçəsi.
Ən yaxşı döyüş və macəra filminə görə Saturn mükafatı
Ən yaxşı döyüş və macəra filminə görə Saturn mükafatı ((ing. Saturn Award for Best Action or Adventure Film)) — Elmi Fantastika, Fentezi və Qorxulu Filmlər Akademiyası (ing. Academy of Science Fiction, Fantasy & Horror Films) tərəfindən 1994-ci ildə təsis edilmiş, ilin ən yaxşı döyüş və macəra janrında olan filminə verilən mükafatdır. 1994-2010-cu illərdə Ən yaxşı döyüş, macəra və triller filminə görə Saturn Mükafatı ((ing. Saturn Award for Best Action, Adventure or Thriller Film)) adı ilə verilirdi. == Ən Yaxşı Döyüş, Macəra və Triller Filmi == "†" - həmçinin Ən yaxşı filmə görə "Oskar" mükafatı qazanmışdı. "‡" - həmçinin Ən yaxşı filmə görə "Oskar" mükafatına nominasiya göstərilmişdi.
Achyrocline macella
Achyrocline macella (lat. Achyrocline macella) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin achyrocline cinsinə aid bitki növü.
Lyoto Maçida
Lyoto Maçida (30 may 1978, Salvador, Baiya) — Braziliyalı UFC döyüşçüsü.2003-cü ildən peşəkar döyüşə başlayan Maçida gənc yaşlarında Antonio İnokinin rəhbərliyi altında karatenin Şotokan növü ilə məşğul olmuş,3 dan qara kəmər ustası olmaqla yanaşı bir sıra yarışların qalibi olmuşdur.Maçida peşəkar idmana gəlməzdən əvvəl Grappling,Muay tay döyüş növləri ilə məşğul olmağı ona peşəkar idmanda yüksək yer tutmağına kömək etmişdir.Maçida karate dövüş stiliylə güclü counterattackləri sayəsində 16 döyüşü ardıcıl məğlubiyətsiz bir şəkildə udmuşdur.Həmçinin köhnə UFC ağır çəki çempionudur titulunu Muay Tay Döyüşçüsü Mauricio Ruaya uduzmuşdur
Malena Ernman
Malena Ernman (gerçək adı ilə: Sara Magdalena Ernman; 4 noyabr 1970, Uppsala[d]) — Moskvada 2009 Avroviziya Mahnı Müsabiqəsində İsveçi "La voix" mahnısı ilə təmsil etmişdir.
Malena Mard
Malena Mard — Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri (2013-cü ildən)
Maleya burnu
Maleya burnu (yun. Ακρωτήριο Μαλέας) — Yunanıstanın Elos yarımadasında, Lakonikos körfəzinin şərq tərəfində, Peloponnes yarımadasının cənub-şərq ucunda yerləşən burun. Peloponnes periferiyası Lakonia periferiya bölməsi Monemvasi icmasına aiddir. Burun qonşu Tenaron burnu ilə birlikdə Yunanıstanın cənub ucudur. Hündür burun qəfildən dənizə enir. Homerin Odisseyasında xatırlatdığı yerdəki şimal küləyi Odisseyin Kitiraya üzməsinə imkan verməmişdir. Strabonun dediyinə görə, bununun arxasındakı dəniz küləklər səbəbindən üzmək əlverişsiz idi və bu səbəbdən "Maleyanı dolaşın, qayıdış səfərini unudun" məsəlini söyləmişdir. Buna görə də İtaliya və Asiyadan olan tacirlər Korinfdə mal yükləməyi üstün tuturdular.. 18-ci əsrin sonlarında burunda Mələklər adlı bir ibadətgahı qurulur. Bu səbəbdən Kapo Sant'Ancelo ((it.
Mariya Mateva
Mariya Mateva — 1994-cü ildə anadan olmuşdur. Bolqarıstanlı bədii gimnastdır. Bolqarıstanı 2015 Avropa Oyunlarında təmsil etmişdir. == Həyatı == Mariya Mateva 1994-cü ildə anadan olmuşdur. == Karyerası == Mariya Mateva 2015-ci ildə Bolqarıstanı 2015 Avropa Oyunlarında təmsil etdi.
Mazepa ailəsi
Mazepa (pol. Mazepa, ukr. Мазе́па) — Reç Pospolita və Ukraynada zadagən nəsli. Şlyaxta zümrəsinə aid olan Mazepaların tarixi 1544-cü ilə aid edilir. == Mənbə == Малороссийский гербовник, с. 104 Gajl T. Polish Armorial Middle Ages to 20th Century. — Gdańsk: L&L, 2007. — ISBN 978-83-60597-10-1.
Maçesta (Soçi)
Maçesta — Krasnodar diyarında, Soçi şəhəri ərazisində qəsəbə. Qəsəbə hidrogen-sulfidli bulaqları və onların əsasında yaradılan sanatoriyalarla ilə məşhurdur. == Yerləşməsi == Mikrorayon Xosta rayonunda, Maçesta çayı vadisində yerləşir. == Tarixi == 1934-cü il avqustun 10-da Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti ləğv edilmiş Soçi vilayətindən Maçesta kənd sovetini Maçesta kurort kəndi adı ilə yenidən Soçi şəhər sovetinin tərkibinə daxil etdi. Bundan əvvəl Köhnə Maçesta kənd şurası Yeni Maçesta qəsəbəsinə tabe idi və Maçesta kurort kəndi adlandırıldı.10 fevral 1961-ci ildə Adler (keçmiş Soçi) ​​və Lazarevski rayonlarının Soçiyə birləşdirilidi və Soçi şəhərində Mərkəzi Soçi rayonu yaradıldı. 1951-ci ildə yaradılan Xostinski rayonunun sərhədləri 1961-ci il aprelin 7-dən Soçinin mərkəzinə doğru, Vereşaginka çayına qədər genişləndi. Beləliklə, Soçinin Xostinski rayonuı Maçesta mikrorayonunu da öz ərazisinə daxil etdi. == Görməli yerləri == === Köhnə Maçesta === Hidrogen sulfid bulaqlar Köhnə Maçestada yerləşir. Burada görəcəyiniz ilk şey daha çox antik məbədi xatırladan 4 saylı hidropatiya müəssisəsinin monumental binasıdır. Hidrogen-sulfid bulaqları olan mağaralar bir az kənar tərəfdə yerləşir.
Miçela Anceloni
Miçela Anceloni (d. 25 sentyabr 1984; Berqamo, İtaliya) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Miçela Anceloni İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.