Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daşqura
Daşqura — Azərbaycanda keçmişdə yaylaqlarda quraşdırılan müvəqqəti yaşayış yeri == Haqqında == Adətən, yarısı torpaq altında olmaqla və yapışdırıcı məhlul tətbiq etmədən sal qaya daşlarından düzəldirilirdi. Daşqura müxtəlif ölçüdə, hündürlüyü 2 m, eni 3–5 m-dək,döşəməsi torpaq olurdu; damı əsasən, meşə materialı ilə ölçülürlüdü. Evin ortasında, yaxud divar dibində ocaq yeri düzəldilirdi. İçərisinə işıq düşməsi üçün və tüstü çıxmaqdan ötrü tavanında açıq yer qoyulurdu.
Mangus
Manqup
Manqup (ukr. Мангуп, krımtat. Mangup, Мангуп) — Bağçasaray rayonu ərazisində mövcud olmuş şəhər-qala. Tarixi adı Baba-Dağ olmuşdur. Feodoro knyazlığınln paytaxtı olmuşdur. Sonradan türk qalasına çevrilmişdir. Dağ hündürlüyü 250 m olan vadidə yerləşir. Dağın hündürlüyü 583 metr təşkil edir. Platosunun sahəsi 90 ha-dır. Qalada iki bulaq vardır.
Manqurt
Manqurt — türk, altay və qırğız əfsanələrində bəhs edilən şüursuz kölə. Manqurt halına gətirilmək istənən adamın başı qırxılır, yaş dəvə boynunun dərisi sarılar və beləcə əlləri qolları bağlı olaraq Günəş altında buraxılır. Dəvə dərisi quruduqca gərilər. Gərilən dəri başı sıxar və inanılmaz ağrılar verərək ağlını itirməsinə səbəb olar. Belə bir adam şüursuz və hər istənilən şeyi sorğu-sualsız icra edən bir köləyə çevrilir. == Etimologiya == (Bun/Ban/Man) kökündən törəmişdir. Bun sözü ağıl yoksunluğunu ifadə edər. Monqolca Mun/Mung (Türkcə Bun/Bung) felleri ağlını itirməyi, Munah (Türkcə Bunah) sözləri yaşlılıq səbəbiylə ağlını itirmiş olan kəsləri izah edər. Köhnə Altaycada Manu, Tungus və Mancur dillərində Mana sözcüyü ağlın itirilməsini və istifadə edilməz hala gəlməyi bildirir.
Manqus
Margun
Maregun (fars. مارگون‎) (Markan, Marcan, və ya Margun) — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Boyer-Əhməd şəhristanının Maregun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı ildə əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,538 nəfər və 497 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Maseru
Maseru — Lesotonun paytaxtı, eyniadlı bölgənin inzibati mərkəzi. Cənubi Afrika Respublikası ilə sərhəddin yaxınlığında, Kaledon çayının sahilində yerləşir. Bu Lesotonun ən iri şəhəridir; 2006-cı il məlumatına görə 227 800 nəfər əhalisi vardır. 1869-cu ildən şəhər Britaniya protektoratının, 1966-cı ilən isə müstəqil Lesoto dövlətinin paytaxtıdır. Sesoto dilindən tərcümədə şəhərin adı "qırmızı qumluq" deməkdir. == Tarix == Şəhər 1869-cu ildə I Moşveşve tərəfindən salınıb. == Coğrafiyası == Şəhəri CAR ilə Kaledon çayı üzərindəki körpü birləşdirir. CAR tərəfindən Lesoto pataxtına ən yaxın şəhər sərhəddən 18 kilometr məsafədə olan Ledibrand şəhəridir. Maseru dəniz səviyyəsndən 1600 metr yüksəkilikdədir, ərazisi 138 km2 -dir. == Əhalisi == 2006-ci il məlumatına görə əhalisi 227 800 nəfərdir, ölkə əhalisinin 10 %, şəhər əhalisinin isə yarısını təşkil edir.
Maskut
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. == Tarixi == V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır.Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır. Lakin Şirvan Xilafət tərəfindən istila edildikdən sonra bu vilayətin adını eşidən ərəblər onun Fars körfəzi sahillərindəki ərəb əmirliyi ilə həmahəng səsləndiyini görüb onu Məsqət adlandırmağa başladılar.
Müşkür
Müskür sancağı
Qaşqar
Qaşqar, Kaşkar və yaxud Kaşğər (uyğ. قەشقەر) — ÇXR-in Sincan-Uyğur Muxtar Rayonunun Kaşqar şəhər rayonunda şəhər. Çinin ən qərb şəhərlərindən biridir, Əfqanıstan, Qırğızıstan, Tacikistan və Pakistanla sərhədə yaxındır. 500.000-dən çox əhalisi olan Qaşqar 2000 ildən artıqdır ki, Çin, Yaxın Şərq və Avropa arasında Böyük ipək yolu üzərində ticarət məntəqəsi və strateji əhəmiyyətli şəhər kimi xidmət edib və bu onu dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən birinə çevirib. Çox müxtəlif mədəniyyətlərin və imperiyaların kəsişmə nöqtəsində Qaşqar Çin, Türk, Monqol və Tibet imperiyalarının hakimiyyəti altında olmuşdur. Şəhər həm də müxtəlif köçəri xalq qrupları arasında bir sıra döyüşlərin yeri olmuşdur. Hazırda mahal səviyyəli vahid kimi idarə olunan Qaşqar 162.000 km² (63.000 kv mi) ərazisi və 2010-cu ilə qədər təxminən 4 milyon əhalisi olan Qaşqar bölgəsinin inzibati mərkəzidir. Şəhərin özünün 506,640 əhalisi var və şəhər ərazisi 15 km² (5,8 kv mi) əhatə edir, baxmayaraq ki, inzibati ərazisi 555 km² (214 kv mi) sahəni tutur. Şəhər 2010-cu ildə Xüsusi iqtisadi zonaya çevrilib və Çinin qərbində bu statusa malik yeganə şəhərdir. Qaşqar həm də yeni qurulan çoxmilyardlıq Çin-Pakistan İqtisadi Dəhlizinin əsas hissəsi hesab edilən Qaraqorum şossesinin son nöqtəsini təşkil edir.
Assur
Qədim Aşşur (akkadca: Aššur; ərəbcə: أشور Aššûr; yəhudicə: אַשּׁוּר Aššûr) — Aşşur şəhəri ətrafında yaranmış qədim dövlət. Daha sonralar, Aşşur imperiyası Yaxın Şərqdə, Misirdə və Anadoluda böyük əraziləri tərkibinə daxil edən qüdrətli bir dövlətə çevrilmişdir. Aşşur (Assuriya) dövləti – Babildən şimalda yaranmışdır. Bu dövlət b.e.ə. VIII–VII əsrlərdə güclü dövlət olmuşdur. Babil, Suriya, Fələstin əraziləri Aşşur tərəfindən işğal olunmuşdur. E.ə. 605-ci ildə Aşşur dövləti Babil və Midiya tərəfindən süquta yetirildi və torpaqları iki dövlət tərəfindən bölündü. == Xronologiya == E.Ə. 10.-9. əsrlər Aşşur Ön Asiyanın ən qüdrətli dövləti oldu.
Avqur
Avqur (lat. augur; an avis – quş) — Qədim Romada keşiş və məmur. O, quşların uçuşu, ötməsi və ya qar-qar etməsi ilə gələcəyi proqnozlaşdırırdı – auspisiya ilə məşğul olurdu. == Tarixi == Qədim Romada açıq falçılıq yalnız avqurlar kollecinin üzvlərinə icazə verilirdi. O, birinci Roma çarı Romul tərəfindən himayə üçün təsis edilmişdir. Kahinlərin tutduqları vəzifə ömürlük idi. Əvvəlcə onların sayı 3 ilə məhdudlaşdı. Yuli Sezar onların sayını 16-ya çatdırmışdır. Onlara işarələr əsasında məmurlara və hərbi xadimlərə məsləhət vermək vəzifəsi qoyulmuşdu. Heç bir hərbi müəssisə və ya islahat avqurlara ilkin müraciət olmadan tamamlanmırdı.
Azqur
Azğur (gürc. აწყური Atskuri) — Gürcüstannın Samtsxe-Cavaxeti bölgəsinin Axaltsixe bələdiyyəsində kənd. == Toponimkası == Keçmişdə Axısqa türklərinin yaşayış məntəqələrindən idi. Görkəmli ictimai xadim Ömər Faiq Nemanzadənin doğulduğu kənddir. Budaqov və Qeybullayevin fikrincə, toponim Səlcuqi oğuzlarının Yazqur tayfasının adını əks etdirir. == Kənddə doğulanlar == Ömər Faiq Nemanzadə Məmmədzəki Dursunzadə Məmmədəmin Şeyxzadə Şəfiqə Əfəndizadə Fuad Əfəndiyev valideynləri Gürcüstanın Axıska bölgəsinin Azğur kəndindən olmuşdur.
Azğur
Azğur (gürc. აწყური Atskuri) — Gürcüstannın Samtsxe-Cavaxeti bölgəsinin Axaltsixe bələdiyyəsində kənd. == Toponimkası == Keçmişdə Axısqa türklərinin yaşayış məntəqələrindən idi. Görkəmli ictimai xadim Ömər Faiq Nemanzadənin doğulduğu kənddir. Budaqov və Qeybullayevin fikrincə, toponim Səlcuqi oğuzlarının Yazqur tayfasının adını əks etdirir. == Kənddə doğulanlar == Ömər Faiq Nemanzadə Məmmədzəki Dursunzadə Məmmədəmin Şeyxzadə Şəfiqə Əfəndizadə Fuad Əfəndiyev valideynləri Gürcüstanın Axıska bölgəsinin Azğur kəndindən olmuşdur.
Aşqar
Aşqar - yanacağa, sürtkü materilallarına və s. az miqdarda əlavə edilən və onların istismar xassələrini yaxşılaşdıran preparatdır. == Tarix == Aşqarların yaranma tarixi yanacağın inkişafı və geniş tətbiqi ilə sıx bağlıdır. Birinci dünya müharibəsi zamanı benzin “Liqroin” kimi tanınan maye olub və onu antiseptik vasitə kimi apteklərdə satırdılar. O dövrdə yanacaqdoldurma stansiyaları mövcud deyildir, və avtomobil sahibkarları yanacaqı müvafiq ticarət və kommersiya təşkilatlardan əldə edirdilər. Dünyada birinci “yanacaqdoldurma stansiyası” Almaniyanın Vislox şəhərində yerləşən aptek olmuşdu. Buradada 1888-ci ildə məşhur alman mühəndisi, dünyada birinci avtomobilin ixtiraşıcı Karl Bensın həyat yoldaşı avtomobilinin bakını doldurmuş və ilk dəfə Pforsxaym şəhərindən Manqeym şəhərinə avtomobillə səyahət etmişdir. XX əsrin birinci yarısı avtomobil sənayesinin tarixində dünyanın bir çox ölkəsində avtomobil istehsalının başlanğıcı ilə xarakterizə olunur. Belə ki, məşhur avtomobil ixtiraçısı Henri Ford tərəfindən konveyer sisteminə qoyulmuş avtomobil istehsalının təşkili və sonrakı inkişafı yanacağın keyfiyyətinə qoyulan tələblərin artması ilə bağlı idi. Birinci aşqar təqribən 90 il bundan əvvəl işlənib hazırlanmışdır.
MESUR
MESUR (Mars Environmental Survey) — Mars planetində həyat izlərinin tapılması məqsədilə NASA tərəfindən hazırlanan tədqiqat proqramı. == Tarix == MESUR, Marsda planetlərarası bir şəbəkə quracaq və Mars Observer ilə birlikdə işləyəcək planlaşdırılmış 16 yerüstü missiyadan ibarət bir komplekt idi. Original plan NASA Ames tərəfindən təklif edilsə də, təklifi bir fikir olaraq rəqabətçi JPL (ing. Jet Propulsion Laboratory) irəli sürdü. Bu, Marsın risk dözümü haqqında araşdırmanın aşağı qiymətli bir metodu kimi nəzərdə tutulmuşdu, çünki nisbətən ucuz kosmik zond olduğuna görə, bir kosmik gəminin itirilməsi proqram üçün labüd deyildi. Çeviricilər və qurucular yerüstü süxurları araşdırmaq, su axtarmaq, seysmoqraf rolunu oynamaq və meteorologiyanı müşahidə etmək üçün alətlər və kameralara sahib olacaqdı. Seysmoloji təcrübələr Marsın daxili quruluşunu müəyyənləşdirməyə kömək edəcəkdi. 26 İyun 1992-ci ildə NASA, ABŞ-nin aya ilk enişinin 25-ci ildönümündə, Mars Pathfinder kosmik gəmisi üçün, Rocky IV prototipini təqdim etdi.Mars Observer itirdikdən sonra MESUR proqramı ortadan götürüldü və Pathfinder NASA Kəşf Proqramının bir hissəsi oldu.
Moqur
Moqur və ya Mohur — Hindistanın qızıl sikkəsi. XVI–XVIII əsrlərdə, 1835–1891-ci illərdə və 1916–1919-cu illərdə kəsilmişdir. 1835-ci ildən moqur rupilərlə ifadə olunmuşdur. 1 moqur 15 gümüş rupiyə bərabər idi.
Canqur (Heris)
Canqur (fars. جانقور‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,940 nəfər yaşayır (492 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Heris bölgəsinin Ətraf kəndistanında, Heris qəsəbəsindən 21 km cənub-qərbdədir.
Mancur dili
Mancur dili ( Mançur dili: manju gisun, Çin dili: 滿語; Yapon dili: 満州語/満洲語) — Tunquz dillərindən Şimali Çində danışılan dil. Mançu dilinin özünə xas bir əlifbası vardır. Bu gün Mançu dili ölmək üzrə olan dillərdən biridir.
Manqurt (dəqiqləşdirmə)
Manqurt - kökünü danan, qınından çıxıb, qınını bəyənməyən kimsə. Manqurt (film, 1990) - Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanı əsasında çəkilmiş film. Manqurt (balet, Y. Simakin) - balet. Manqurt haqqında rəvayət (balet, K. Moldobasanov) - qırğız bəstəkarı Kalıy Moldobasanovun baleti. Manqurt (balet, N. Zakirov) - özbək bəstəkarı Nurilla Zakirovun baleti.
Mansur (Uçalı)
Mansur (başq. Мансур, rus. Мансурово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mansur kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 32 km, ən yaxın dəmiryol stansiyasından (Şartım stansiyası): 5 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (84 %) üstünlük təşkil edir.
Mansur Mansurov
Mansur Əbdül oğlu Mansurov (13 avqust 1944, Bakı – 22 aprel 2020, Bakı) — A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının əməkdar artisti (2012). == Həyatı == Mansur Mansurov 13 avqust 1944-cü ildə Bakı şəhərində doğulub. 190 saylı məktəbdə oxuyub (1950-1960). Bakı kitabxanaçılıq texnikumunun aktyor-rejissorluq fakultəsində təhsil alıb (1963-1966). İxtisas aldığı illərdə və sonrakı vaxtlarda Bayıl və Tibb işçiləri mədəniyyət evlərinin xalq teatrında çalışıb, rejissor olub. 1970-ci ildən ömrünün sonuna qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışıb.Uzun müddət teatrın səhnə ustası olmuşdur. Repertuarın əsasını təşkil edən tamaşalarda silsilə rolların ifaçısıdır. Əli Səmədlinin "Cubbulunun çərpələngi" tamaşasında Div, Abdulla Şaiqin "Tıq-tıq xanım" tamaşasında Siçan bəy, "Yaxşı arxa" tamaşasında Tülkü, Rəhman Əlizadənin "Dəcəl çəpişlər belə-belə işlər" tamaşasında Cangüdən, "Bilqamıs əfsanəsi" tamaşasında İlan, Odlu, E.Quliyev və A.Əbilovun "Dədə Qorqud" tamaşasında Ağsaqqal, N.Zamanov və M.Məmmədov "Səfərin nağılı" tamaşasında Rəmmal, N.Qarnet "Ələddinin sehirli çırağı" tamaşasında Cin, S.Marşal "Bu ev kimin evidir?" tamaşasında Kirpi, Ə.Vəliyevin "Madarın dastanı" tamaşasında Vəzir, F.Məmmədovun "Tələ quran özü düşər" tamaşasında Alabaş, Əli Səmədlinin "Artıq tamah baş yarar" tamaşasında Səməndər, H.Ziya "Əkiz qardaşlar" tamaşasında Cin, Kədi, T.Mütəllibov "Meşə nağılı" tamaşasında Dələ, "Danışan qayalar" tamaşasında Şakir, Y.Oleşa "Üç gombul" tamaşasında Tibul, Mirvarid Dilbazinin "Göyçək Fatma" tamaşasında Elçin, Xanımana Əlibəylinin "Cunquş" tamaşasında Vəli baba, Mirmehdi Seyidzadənin "Sehirli nar" tamaşasında Vüqar və Mərcan, Əyyub Abbasovun "Keçinin qisası" tamaşasında Qurd, Vaymil Rabadanın "Zəncirlənmiş Pəri" tamaşasında Zalım, Anarın "Qaravəlli" tamaşasında Abbas Abbasov, Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" tamaşasında Məşədi İbad, Rada Moskovanın "Hara qaçırsan, dayça?" tamaşasında Madyan, Şahmar Hüseynovun "Sehirli güzgü" tamaşasında Zalım, Mərkəz Quliyevin "Dovşanın məhkəməsi" tamaşasında Çaqqal, Firidun Qurbansoy və Bəhrəm Basqallının "Canım Qırat, Gözüm Dürat" tamaşasında Gavur çarı, Mirmehdi Seyidzadənin "Cırtan" tamaşasında Div, Mişşi Yuxmanın "Həsir oğlan" tamaşasında Mısmırıq, Eldar Baxışın "Məlikməmməd" tamaşasında Məlikməmməd, Rəhman Rəhmanovun "Rəhmanın nağılı" tamaşasında Əzazil, Karlo Qostinin "Şahzadə Turandot" tamaşasında Briqela, Pantalone rollarını xüsusi qeyd etmək olar. Kukla teatrının Yəmən, Hindistan, İran, Moskva qastrollarında, beynəlxalq festivallarda iştirak edib. 2012-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.
Mansur Piriyev
Mansur Piriyev — Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri. == Həyatı == Piriyev Mansur Şahmar oğlu 3 fevral 1979-cu ildə Azərbaycan Respublikası Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndində anadan olub. Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsini, BDU-nun Tarix fakültəsini fərqlənmə diplomu ilə və BDU-nun Sosial-fəlsəfə ixtisası üzrə magistraturasını bitirib. Tələbə olduğu illər ərzində bir çox mətbuat orqanlarında çalışmış, KİV-də bir sıra rəhbər vəzifələrdə mövqe tutmuşdur. == Fəaliyyəti == Tələbəlik illərində bir sıra qəzet və jurnallarda müxbir və məsul vəzifələrdə fəaliyyət göstərmişdir. 1998-ci ildən 2002-ci ilədək Azərbaycan Dövlət Dillər Universitetinin tədris şöbəsində mütəxəssis, 2005-2006-cı illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində Radionun elm-təhsil verilişləri departamentinin redaktoru, eyni zamanda "Qarabağnamə", "Zəng", "Həyat tərzi" adlı radio verilişlərinin müəllifi və aparıcısı olmuşdur. 2006-2008-ci illərdə İctimai Televiziyanın elm-təhsil verilişləri departamentinin redaktoru kimi fəaliyyət göstərmiş və "Rəqəmsal dünya", "Hüquq müstəvisi", "Teleportret", "Açıq dərs" və. s verilişlərdə redaktor, aparıcı və ssenari müəllifi kimi çalışmışdır. 2010-cu ildən 2016-cı ilədək dövlət qulluqçusu kimi Fövqəladə Hallar Nazirliyində Təbliğat və Təşkilat sektorunun müdiri vəzifəsində çalışmışdır. 2016-cı ildən 2018-ci ilədək BakuBus MMC nin Mətbuat və ictimaiyyətlə əlqələr şöbəsinin müdiri, 2018-ci ilin may ayından etibarən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri vəzifəsində çalışır.
Mansur Teymurov
Mansur Teymurov (tam adı: Mansur Elnur oğlu Teymurov, 5 iyun 1999; İkinci Şahsevən, Beyləqan – 18 oktyabr 2020; Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Mansur Teymurov 5 iyun 1999-cu ildə Beyləqan rayonunun İkinci Şahsevən kəndində anadan olmuşdur. == Hərbi xidməti == Mansur Teymurov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsi başlanan zaman könüllü olaraq döyüşlərə qatılıb və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mansur Teymurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mansur Teymurov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Mansur Teymurov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mansur Yavaş
Mansur Yavaş (23 may 1955, Beypazarı, Ankara ili) — Türkiyə siyasətçisi, vəkil. Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı. 2019-cu ildə Ankara bələdiyyə seçkilərində Millət İttifaqı namizədi olaraq seçilmişdir. Siyasi fəaliyyətinə Milliyətçi Hərəkat Partiyasında başlayan Mənsur Yavaş, 1999-cu ildə bələdiyyə seçkilərində Beypazarı bələdiyyə başçısı seçilmiş, 2009-cu ildəki bələdiyyə seçkilərinə qədər bu vəzifəsini icra etmişdir. 2013-cü ildə partiyasından ayrılaraq Cümhuriyyət Xalq partiyasına üzv olmuşdur. 2014-cu ildə Ankara bələdiyyə seçkilərində sədr namizədi olaraq iştirak etmiş və 1 xal fərqi ilə dövrün bələdiyyə sədri Melih Gökçəkə məğlub olmuşdur. 2016-cı ildə Cümhuriyyət Xalq Partiyasından ayrılmış və 2018-ci ildə təkrar partiyaya qayıtmışdır. 2019-cu ildə Ankara bələdiyyə seçkilərinə Millət İttifaqı namizədi olaraq qatılmış və səslərin %50,9-unu yığaraq qalib gəlmişdir. O, COVİD-19 pandemiyası zamanı apardığı siyasət və balanslaşdırılmış büdcə xərclərinə görə ölkə daxilində böyük nüfuz qazanmışdır.Aparılan sorğulara görə, o, 2023-cü ildə keçiriləcək prezident seçkilərində indiki prezident Rəcəb Tayyib Ərdoğana qarşı rəqabət apara biləcək ən nüfuzlu namizədlərdən biri idi.Həmçinin, o, 14 sentyabr 2021-ci ildə "Dünya Bələdiyyə Sədri Paytaxt" mükafatına layiq görülmüşdür. == Həyatı == Mansur Yavaş, Əhməd Sadıq Yavaş və Havva Yavaşın övladı olaraq 1955-ci ildə Ankaranın Beypazarı ilçəsində dünyaya gəlmişdir.