Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mışkin
Mışkin — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir
Miskin Abdal
Miskin Abdal (1430, Zərgərli – 1535, Zərgərli, Çuxursəəd) — Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Ricalül-Qeyb" ("Qeyb Ərəni"), böyük Övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (Haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Ocaq-Pir sahibi. == Həyatı == Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub.Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər. Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı - ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir. Əksər Haqq Aşiqləri kimi Miskin Abdala da yuxusunda Təbriz şəhərindən olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə gedib, butasına qovuşmuş, onunla evlənmişdir. Bir müddət sonra bədbəxt hadisə nəticəsində Sənubər vəfat etmiş, bundan sonra o uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan tacir qızı Həlimə ilə evlənmiş, bu nigahdan onların 4 övladı – Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur. Əli və Həsən adlı oğulları Dağıstan dağlarında baş vermiş faciədə həlak olmuşlar.
Miskin Qələm
Miskin Qələm (ing. Mishkín-Qalam) - XIX əsrdə yaşamış məşhur kalliqrafiya ustası və rəssam. Miskin Qələm eyni zamanda bəhai dinin qəbul edərək dinin əsas təbliğatçılarından birinə çevirilmişdir. Bəhai dinində Bəhaullahın 19 həvarisindən biri hesab olunur. Miskin Qələm dünyada ən geniş yayılmış bəhai simvollarından olan ismí al-a'zamın (azərb. ən uca ad‎) kalliqrafik müəllifi kimi tanınır. Miskin Qələm 1826-cı ildə Şiraz şəhərində anadan olmuşdur. Bəhailik dinin yayılmasını xəbərini alanda İsfahan şəhərində yaşayırdı. Bir necə il sonra Bağdad şəhərinə gedərək burada digər bir bəhai həvarisi Nəbili-Əzəm ilə görüşmüş və dinin təməl prinsipləri ilə daha ətraflı tanış olmaq imkanı əldə etmişdir. Miskin Qələmin Ədirnə şəhərinə gedərək burada Bəhaullah ilə də görüşdüyü məlumdur.
Meşkin
Meşkinşəhr (tarixi adı Xiyov və ya Xiyav) — Güney Azərbaycanın Ərdəbil ostanına daxildir. İranın şimal-qərbində yerləşir. Tehrandan 839 km aralıda, Savalan dağının yaxınlığında yerləşən şəhər. Meşkinşəhr şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 63 655 nəfər və 14 949 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. Bu şəhər Savalan dağına ən yaxın şəhərdir. İqlimi mülayimdir. Keçmişdə adları "Xio", "Orami", "Vəravi" olmuşdur. == Şəhərin görməli yerləri == Ən mühüm turizm obyektləri bunlardır: Seyid Süleyman Fəxrəbad İmamzadə Seyid Süleyman məqbərəsi Mavand, Qotursu, Şabil, İlandoğan və Qaynarca isti su bulaqları Qarasu çayının sahili Qədim Meşkinşəhr qalası, Ağaeh qalası, Döv qalası, Qəhqəhə qalası Sasani dövrünün 2000 illik epiqrafik abidələri Unar kəndində qədim qəbiristanlıq Şeyx Heydər türbəsi Arşaq qalası Qışlaqzaxir qalası Qənbər təpəsi Anar qədim məzarlığı Cənnət Sara məscidi Həsəndaş müqəddəs yeri Meşəlik parkı Şirvan dərəsi Qarasu Huşəng meydanı Savalan dağının ətəkləriŞəhərdə kilim, xalça, yun parçalardan müxtəlif toxuculuq məhsulları toxunur.
Çiskin
Çiskin — narın yağışlı-dumanlı hava. Su damlaları kicik diametrli (0,05 mm-ə qədər) olur. Adətən laylı buludlardan çox xırda damcılar şəklində düşən yağıntıdır.
Diskin tutumu, diskin həcmi
Diskin tutumu, diskin həcmi (disk capacity)– diskə yerləşdiriləbilən baytların (simvolların) ümumi sayı. Kompüterin əməliyyat sistemi öz məqsədləri üçün diskdə müəyyən yeri ehtiyatda saxlayır, bundan başqa, fayıllar diskə bayt-bayt ardıcıl olaraq deyil, bloklar şəklində yazıldığından, diskin gerçək tutumu onun saxlamaq üçün mümkün olan sahəsindən bir qədər çox olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ağbulaq (Meşkin)
Ağbulaq (fars. اق بلاغ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,489 nəfər yaşayır (312 ailə). == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Qərbi Meşkin kəndistanında, Meşkinşəhr şəhərindən 5 km çənubdadır.
Erik Meskin
Erik Meskin (ing. Eric Stark Maskin; 12 dekabr 1950[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı iqtisadçı. 2007-ci ildə Leonid Qurvits və Rocer Mayerson ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Mükafatı qazanma səbəbləri "Mexanizm dizaynı nəzəriyyəsinin əsasını qoymaları" olaraq açıqlanmışdır. == Həyatı == Erik Meskin 12 dekabr 1950-ci ildə yəhudi bir ailənin uşağı olaraq doğulmuşdur və Nyu Cersi ştatının Alpayn şəhərində böyümüşdür. 1968-ci ildə Nyu Cersidə yerləşən Tenefli Yüksək məktəbindən (ing. Tenafly High School) məzun olmuşdur. Harvard Universitetində magistr və doktorluq dərəcələrinə riyaziyyat sahəsindən yüksəlmişdir. Doktorluq dərəcəsinə yüksəldikdən sonra 1976-cı ildə Kembric Universitetində araşdırmaçı vəzifəsində işə başlamışdır. 1977–1984-cü illərdə Massaçusets Texnologiya İnstitutunda və 1985–2000-ci illərdə Harvard Universitetində çalışmışdır.
Meskin (Urmiya)
Meskin (fars. مسكين‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 296 nəfər yaşayır (38 ailə).
Piyer Mişein
Piyer Françoiz Andre Mişein(Fransızca tələffüz: [pjɛʁ fʁɑ̃swa ɑ̃dʁe meʃɛ̃];16 Avqust 1744 – 20 Sentyabr 1804)— səma obyektlərinin və kometlərin öyrənilməsinə böyük töhfələr vermiş Fransız astronomu və mərz çəkəni == Həyatı == Piyer Mişein Laonda tavan dizayneri və suvaqçı Piyer François Mişein və Mariya-Marqarita Rozanın oğlu olaraq anadan olub. Riyaziyyat və Fizikaya yüksək istedadı olmasına baxmayaraq o imkansızlıq səbəbindən təhsilini davam edə bilmir. Buna baxmayaraq onun Astronomiya sahəsinə olan istedadı dostu və ikinci kitabının sınaq oxucusu olduğu Jerom Laland tərəfindən aşkar olunur. Laland daha sonra Onu Versaldakı Xəritələr və Diaqramlar Dəniz Deposunda hidroqraf köməkçisi vəzifəsində çalışmasını təmin edir, burada O, 1770-ci illərdə hidroqrafik iş və sahil xəttinin tədqiqi ilə məşğul olur. Məhz bu müddət ərzində (təxminən 1774-cü ildə) o, Çarlz Mesye ilə tanış olur və daha sonra onlar dost olurlar. Elə həmin il O, ilk astronomik işi olan Əldebaranın Ay tərəfindən örtülməsi məqaləsini hazırladı və Elimlər Akademiyasına təqdim etdi. 1777-ci ildə Versaldakı işindən tanıdığı Barbi-Terez Marjou ilə evləndi. Onların 1780-ci ildə doğulan Jerom ve 1784-ci ildə doğulam Avqustin adında iki oğulları ve bir kızları oldu. Piyer Mişein 1782-ci ildə Frana Elmlər Akademiyasına qəbul edilmiş və 1785-1792-ci illərdə "Connaissance des Temps" jurnalının redaktoru olmuşdur; Bu jurnal digər qabaqcıl işləri ilə yanaşı, həmdə ilk dəfə Messier obyektlərinin siyahısını dərc edən jurnal idi.1789-cu ildə O, London Kral Cəmiyyətinin üzvü seçildi .
Pişkin tüməni
Pişkin tüməni — inzibati vahid. Elxanilər dövləti Azərbaycan vilayətinin tüməni H.Qəzvininin “Nüzhət əl qülub” əsərində verilmiş məlumatların təhlili göstərir ki, Pişkin Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir . Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Ərdəbil, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Naxçıvanın da adı çəkilmişdir.. Pişkin tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi .
İvan Şişkin
İvan İvanoviç Şişkin (rus. Иван Иванович Шишкин; 25 yanvar 1832, Alabuqa — 1 aprel 1898, Sankt-Peterburq) — rus rəssamı, mənzərə ustası, Düsseldorf rəssamlıq məktəbinin nümayəndəsi, akademik (1865), professor (1873). == Həyat və yaradıcılığı == İvan Şişkin 25 yanvar 1832-ci ildə Rusiya İmperiyasının Vyat quberniyasının Alabuqa şəhərində anadan olmuşdur. Ortabab tacirin oğlu, qeyri-adi istedada malik İ. Şişkin Moskva Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbini bitirib və üç il xaricdə yaşayıb. Qürbətdə olduğu illərdə daim qızıl çovdar zəmiləri, bol sulu çayları, yamyaşıl meşələri olan ucsuz-bucaqsız rus təbiətinin həsrəti ilə yaşayıb. Yaradıcılığının erkən dövründə Şişkin XIX əsrin ortaları romantik mənzərə rəssamlığı ənənələrini davam etdirmişdir. 1860-cı illərdən yaradıcılığının əsas mövzusunu rus meşəsi təşkil etmişdir . Rəssamın vətənə qayıdan kimi yaratdığı şedevrlərdən biri “Günorta. Moskva ətrafında” (rus. Полдень.
Şişkin qovağı
Şişkin qovağı (lat. Populus schischkinii) — Söyüd fəsiləsinə adi bitki növü == Təbii yayılması == Zaqafqaziyada rütubətli yerlərdə təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-30 m-ə çatan, boz qabıqlı, piramidal çətirli ağacdır. Yarpaqları 5-8 sm uzunluqda, 3-4 sm enində, yumurtavari-üçbucaqşəkillidir. Dilimləri aydın nəzərə çarpmır, kənarları dişlidir, alt tərəfi sıх, nazik, ağ tüklü, üst tərəfi isə çılpaqdır. Mart-aprel aylarında çiçəkləyir. == Ekologiyası == İşıqsevən və istiyə davamlıdır. Çay vadilərində yüngül torpaqlarda yaхşı bitir. Azərbaycanda yayılması: Qubada, Kür-Araz ovalığında, Naхçıvan MR-da yayılmışdır. == İstifadəsi == Tez böyüyən, dekorativ ağacdır.
Misirin dövlət quruluşu
Misir Ərəb Respublikası çoxpartiyalı demokratik bir sistemlə idarə olunmaqdadır. Konstitusiyası 1971-ci il referendum ilə təsdiqlənmişdir. == İcraedici orqan == Ölkənin rəhbəri prezidentdir. Konstitusiyaya görə prezident 6 ildən bir seçilməli idi və bu müddət limitsiz də ola bilərdi.Prezident bir və ya daha çox vitse prezident, baş naziri, nazirləri, mülki və hərbi rəsmiləri, diplomatik nümayəndələri təyin edə və ya çıxara bilərdi. O ali baş komandandır. Onun əfv etmə və məhkəmə hökmünü azaltmaq hüququ vardır. O referendum çağıra bilərdi. Xalq Assambleyasını təsdiq edə bilərdi, ancaq yalnız müəyyən edilmiş vaxt üçün fərmanları çap etməyə hüququn qüvvəsi vardır. Məhkəmə qurumunun Ali Şurasına rəhbərlik edirdi. Xalq Assembliyası yalnız referendum və ya hərbi vəziyyətdə buraxa bilərdi.
Misirin yeni paytaxtı
Misirin yeni paytaxtı — 13 mart 2015-ci ildə Misir İqtisadi İnkişaf Konferansında İnşaat naziri Mostafa Madbuli tərəfindən elan edilən irimiqyaslı layihədir. Yeni şəhər Qahirənin şərqində və İkinci Böyük Qahirə şəhərətrafı yolunun çölündədir. Hələ ki, şəhərə ad verilməyib. Planlara görə şəhər Misirin inzibati və iqtisadi paytaxtı olacaq. Sahəsi 700 km2-dir. Şəhərdə 5 milyona qədər insanın yaşayacağı və əsas hökumət departamentlərinin və nazirliklərinin, həmçinin xarici səfirlikləri burda yerləşməsi planlaşdırılır.Təklifə hal-hazırda Misir Hava qüvvələri tərəfindən istifadə edilən Vadi Al Candali aeroportunun ərazisində tikiləcək böyük əyləncə parkı və yeni beynəlxalq aeroport daxildir. 45 milyard ABŞ dolları xərci ilə parlamentin, prezident saraylarının, nazirliklərin və xarici səfirliklərin köçürülməsinin 2020-2022-ci illərdə tamamlanması planlaşdırılır. Proyekt üçün ümumi xərc və vaxt açıqlanmayıb.Rəsmi açıqlamadan əvvəl danışan Misirin İnvestisiya naziri Əşrəf Salman yeni paytaxtın Misir xəzinəsindən istifadə etmədən "özəl sektör şirkəti tərəfindən inkişaf etdirilməsi, təfsilatı ilə planlanlaşdırılması və icra edilməsinin" mümkünlüyü barədə danışıb. Daha sonra ortaya çıxdı ki, BƏƏ biznesmeni Mohamed Alabbar tərəfindən idarə edilən Capital City Partners firması da bu planlara cəlb edilib.
Sərt diskin məhsuldarlığı
== Tarixçə == Sabit disklər əvvəl yerlərinə istifadə olunan storage vahidləri "maqnetik zolaqlar" və "maqnetik davul" adlandırılan terminlərdir. 1950-ci ildə edilmiş olan ilk ticarət maşın (nümunə ERA 110) maqnetik davul, 1 megabit (1 bit = 1/8 bayt) məlumat saxlayabilməkdə və bir sözü 5000 saniyədə oxuyabilməkdəydi. Mövzu ilə əlaqədar digər əhəmiyyətli tarixlər: 1956 - IBM firması 50 ədəd 61 sm diametrində diskdən ibarət 5 MB-lıq 305 RAMAC'ı çıxardı. 1973 - IBM 3340 Winchester markalı 30 MB-lıq məşhur sabit diski çıxardı, bəzi ölkələrdə sabit disk hələ bu şəkildə adlandırılmaqdadır. 1980 - Seagate firması günümüzdəki 5,25 düymlük CD sürücülərinin iki qatı yüksəklikdəki 5 MB-lıq ST 506 modelini çıxardı. 1983 - IBM çıxardığı PC / XT kompüterləri ilə birlikdə sabit disk bir çox fərdi kompüter üçün təməl təchizat halına gəldi. 1985 - Günümüzdəki 5,25 düymlük CD sürücülərinin böyüklüyündə (1,6 düym yüksəklikdə) sabit disklər çıxarıldı. 1987 - 3,5 düymlük, 500 MB'a çatan böyüklüklərdə sabit disklər çıxarıldı. 1997 - IBM masaüstü kompüterlər üçün 16,8 GB-lıq bir sabit diski bazara sürdü. 1998 - 25 GB-lıq disklər bazara çıxdı.
Sərt diskin tutumu
Sərt disk – informasiya daşıyıcıları hər iki tərəfi maqnit material təbəqəsi ilə örtülmüş dairəvi alümin lövhələr (platterlər) olan maqnit diskdir. Bu plastina və ya hesablayıcı/yazı bloku ilə birgə plastinalar qrupu toz, nəm və çirkdən qorunması üçün hermetik qutuda yerləşir. Sərt disk iki əsas hissədən – hermetik blokdan və elektronika platasından ibarətdir. Hermetik blokda sərt disklər, mövqe vermək üçün qurğudan ibarət başlıqlar bloku, şpindelin elektrik məftili və ilkin siqnal gücləndiricisi quraşdırılıb. Hermetik blokun ilkin gücləndiricisindən siqnal elektronika blokuna daxil olur. Həmçinin onun vasitəsilə başlıqlara, yazan siqnal daxil olur. Elektronika bloku ibarətdir: idarəedici blok, daimi yaddaş qurğusu (DYQ), bufer yaddaşı, interfeys bloku və siqnalın rəqəmsal emalı bloku Verilənlərin yazılma texnologiyası Sərt disklərin iş prinsipi maqnitofonların işinə oxşayır. Diskin işlək səthi hesablayıcı başlığa əsasən hərəkət edir (məsələn, maqnit məftilində kəsiklə induktiv çarx formasında). Dəyişən elektrik cərəyanı verildikdə başlığın kəsiyində yaranan dəyişən maqnit sahəsi diskin səthinin ferromaqnitinə təsir edir və siqnalın həcmindən asılı olaraq domenlərin vektorunun istiqamətini dəyişir. Hesablama zamanı başlığın kəsiyində domenlərin yerdəyişməsi başlığın maqnit məftilində maqnit axınının dəyişməsinə səbəb olur ki, bu da elektromaqnit induksiyası effektinə görə çarxda dəyişən elektrik siqnalının yaranmasına gətirib çıxarır.
İlon Maskın Tesla Roadster-i
İlon Maskın Tesla Roadster-i 2018-ci ilin fevral ayında Falcon Heavy test uçuşu üçün saxta yük olaraq istifadə olunan elektrikli idman avtomobilidir. Avtomobilin sürücü oturacağında kosmik geyimli model olan "Starman" oturub. Avtomobil hal-hazırda kosmosdadır.
İlon Maskın Twitter-i satın alması
ABŞ sahibkarı İlon Mask əvvəlcədən Twitter-in səhmlərinin 9,1 %-ni 2,64 milyard ABŞ dolları qarşılığında satın aldıqdan sonra 14 aprel 2022-ci ildə şirkəti tamamilə satın almaq üçün 43 milyard ABŞ dolları təklif etdi. Twitter daha sonra Maskı idarə heyətinə qatılmağa dəvət etdi. Mask bu dəvəti əvvəlcə qəbul etsə də, sonradan fikrini dəyişdi. Şirkət nəhayət aprelin 25-də Maskın 44 milyardlıq təklifini qəbul etdi. Satış 2022-ci ilin may ayından etibarən səlahiyyətlilər və səhmdarlar tərəfindən təsdiq edilməyi gözləyir. Bəzi Twitter səhmdarları bunu "bazar manipulyasiyası" adlandıraraq Maskı məhkəməyə veriblər. == Zəmin == İlon Mask bu mövzuda ilk tvitini 2010-cu ilin iyun ayında şəxsi Twitter hesabında paylaşmışdır. Bu 2017-ci ildə paylaşdığı tvitlə davam etdi. Mask 2022-ci ilin martın 24-ü paylaşdığı tvitində "söz azadlığı" mövzusuna toxundu. Bu tvit satınalmanın prosedurunun əsas mərhələsi idi.