MİŞKFAM
MİŞKİN
OBASTAN VİKİ
Mişkinaz Cavid
Cavid Mişkinaz Molla Hüseyn qızı (1902, Naxçıvan – 16 noyabr 1976, Bakı) — məşhur xəttat, Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat yoldaşı. Mişkinaz Cavid H. Cavidin ilk oxucusu olmuş, onların üzünü köçürmüşdür. "İblisin intiqamı" pyesinin onun xətti ilə köçürülmüş surəti olmasaydı, böyük şair və dramaturqun repressiya qurbanı olmuş başqa əsərləri kimi, bu əsər də itəcəkdi. Hüseyn Cavidin həbsindən sonra tikiş artelində işləmiş, mənzilləri əlindən alınmış, məşəqqətli günlər yaşamışdır. Lakin bu qeyrətli qadın bütün əzab-əziyyətlərə mərdliklə sinə gərərək dahi ərinin şərəf və ləyaqətini uca tutmuşdur. Hüseyn Cavidlə bağlı xatirələrinin bir qismi çap olunmuş, bir qismi isə böyük şairin Bakıdakı ev-muzeyində saxlanılır. Məzarı Naxçıvan şəhərindədir. Şair Hüseyn Cavidin həyat yoldaşıdır. Turan Cavidin anasıdır. Ərtoğrol Cavidin anasıdır.
Mişkinski rayonu
Mişkinski rayonu (başq. Мишкә районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Mişkino kəndidir. Ufa şəhərindən şimalda yerləşir. Rayonun ərazisi 1689,11 km² təşkil edir. İqlimi mülayim kontinentaldır. İsti və bir az quraq oln aqro iqlim regionunda yerləşir. Ərazisindən Bir çayı axır. Ərazisində əsasən boz və tünd boz meşə torpaqları yayılmışdır. Qarışıq, enliyarpaq və iynəyarpaq meşələr ərazisinin 33,1 % tutur.
Mişkireyn
Mişkireyn — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Bəzi tədqiqatçıların fikrincə, Mişkireyn ərəb dilindəki "mişk" -ətir mənasında və "yeri" sözlərindən ibarət olub "Ətirli yer" mənasındadır. Xalq etimologiyasına görə isə kəndin adı guya mülki-Reyin (yəni, "Rey mülkü") sözlərindən ibarətdir. M.Həsənov oykonimin Ərdəbil yaxınlığındakı Mişkin qəsəbəsinin adı ilə yaxından səsləşdiyini və bu toponimlərin eyni kökdən olduğunu ehtimal edir.(səh.52) Fikrimizcə, "yeri" komponentinin –eyn şəklinə düşməsi inandırıcı görünmür. Onu da qeyd edək ki, Masallıda bu adla yaxın səsləşən Mişkəmi adında kənd vardır. Xaçmaz rayonu ərazisində Müşkür yaşayış məntəqəsi vardır. Kənd öz adını Müşkür mahalının adından almışdır.Göyçay rayonundakı Müskürlü kəndi də Göyçay qəzasında yaşamış müskürlü tayfasının adıyla bağlıdır. Kənd Molla Qədim adıyla da tanınır. Mənbələrə görə, Müskürlü etnonimi Vəlvələçayla Samur çayı arasındakı Müşkür düzünün adından yaranmışdır. Müskürlü Müşkür düzündə qədimdə yaşamış ellərin ümumi adı olmuşdur.