Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Erigeron miser
Erigeron miser (lat. Erigeron miser) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Mişər (Baltas)
Mişər (rus. Мищерово, başq. Мишәр) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 164 nəfərdir. == Tarixi == Mişər kəndi XVIII əsrdə başqırdlar tərəfindən qurulmuşdur. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 7 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 73 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (97%) üstünlük təşkil edir. == İstinadlar == == Xarici keçidlər == (Başqırdca) Mişkə // Başqırdıstan Ensiklopediyası. Ufa: Başqırdıstan Elmlər Akademiyası.
Mişər (Şaran)
Mişər (başq. Мишәр), rus. Акбарисово) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Akbaris kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 6 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 38 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə Marilər (95%) üstünlük təşkil edir.
Senecio miser
Senecio miser (lat. Senecio miser) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Disər
Başkənd (əvvəlki adı: Disər) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd inzibati ərazi dairəsi tərkibindəki Disər kəndi Başkənd adlandırılmışdır. == Toponimikası və tarixi == Vənənd çayı sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Kəndin adı onun ş.-ində bir-birinə yaxın 300 m. hündürlükdə olan və Disər adlanan iki kiçik dağın adından yaranmışdır. Oronim isə İran dillərindəki dildə (iki) və sər (baş, zirvə) sözlərindən düzəlib, "iki baş, iki zirvə" deməkdir. 2003-cü ildən Başkənd adlandırılmışdır. == Əhalisi == Əhalisi 427 nəfərdir.
Fişer
Fişer — soyad. Bobbi Fişer — ABŞ şahmatçısı. Emil Fişer — Almaniya kimyaçısı İrvinq Fişer — amerikalı iqtisadçı Ariya Fişer — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Makenzi Fişer — Birləşmiş Ştatları təmsil edən su poloçusu.
Misir
Misir (ərəb. مصر‎‎ [misˤr]; Misir dialektinin tələffüzü: [masˤr]) və ya rəsmi adı Misir Ərəb Respublikası (ərəb. جمهوریّة مصر العربیّة‎‎) — əsas hissəsi Afrikada yerləşən qitələrarası ölkə. Misirin şimal-şərq hissəsi Asiya qitəsində olan Sinay yarımadasında yerləşir. Sərhədin şərq hissəsini Fələstin, İsrail və Qəzza zolağı ilə Misir, cənubda Sudan və qərbdə Liviya ilə əhatə edir. Şimaldan Aralıq dənizinə, şərqdən isə Akaba körfəzinə və Qırmızı dənizə çıxışı var. Aqaba körfəzi şimal-şərqdə Misiri İordaniya və Səudiyyə Ərəbistanından ayırır. Qahirə ölkənin paytaxtı və ən böyük şəhəri, ikinci ən böyük şəhəri olan İsgəndəriyyə isə Aralıq dənizi sahilində iri sənaye və turizm mərkəzidir. Təxminən 100 milyon əhalisi olan Misir dünyanın ən çox əhalisi olan 14-cü ölkəsidir. E.ə.
Mişar
Mişar və ya bıçqı— müxtəlif: taxta, metal, daş və sairə materialların kəsilməsi üçün nəzərədə tutulmuş kəsici dişli alət. Adətən mişar, tiyəsində dişləri olan metal lövhə formasında olur. Əl və mexaniki mişarlar olur.
Mişel
Mişel — ad. Mişel Yeo — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisası Mişel Hazanaviçus — Fransa rejissoru, ssenaristi və aktyoru. Mişel Obama — ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı.
Anni Fişer
Anni Fişer (mac. Fischer Annie; 5 iyul 1914, Budapeşt — 10 aprel 1995, Budapeşt) — yəhudi əsilli macar pianoçusu. Təsirli ifası, "danışan", canlı səsləri, nəfis özünəməxsusluğu ilə daha da məşhurlaşmışdır. == Həyatı == Anni Fişer 5 iyul 1914-cü ildə anadan olmuşdur. 1922-ci ildə, 8 yaşında ikən Budapeştdə Bethovenin 1 saylı konsertini ifa etmişdir. Ferens List Musiqi Akademiyasında tanınmış pianoçular Arnold Sekey və Ernst fon Donanyinin sinfində təhsil almışdır. 1933-cü ildə Ferens List adına 1-ci Beynəlxalq Müsabiqənin qalibi olmuşdur. 1940-cı ildə Macarıstan Berlin-Roma-Tokio oxu ölkələrinin ittifaqına qoşularkən həyat yoldaşı ilə birlikdə İsveçə qaçmış və 1946-cı ildə yenidən Budapeştə qayıtmışdır. Ferens List Musiqi Akademiyasında dərs demiş, 1965-ci ildə isə professor adına layiq görülmüşdür. 1926-cı ildə etibarən konsertlər vermişdir.
Ariya Fişer
Ariya Fişer (2 mart 1999, Laquna-Biç, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Ariya Fişer, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Axill (Misir)
Axill (q.yun. Ἀχιλλᾶς; e. ə. I minillik – e.ə. 48, İsgəndəriyyə) — Qədim Misir hərbi xadimi. O, Misir fironu XIII Ptolemey Teos Filopatorun qəyyumlarından biri olmuşdur. Axill e.ə. 48-ci ildə Pompey Misirə qaçdığı zaman fironun qoşunlarının komandanı olmuşdur. Yuli Sezar Axilli qeyri-adi cəsarətə malik bir insan adlandırmışdır. O, xədim Potin və Xioslu Teodatın təklifi əsasında Lusi Septimi ilə Pompeyi öldürmüşdür.
Ayla Fişer
Ayla Lenq Fişer (ing. Isla Lang Fisher; 3 fevral 1976, Maskat) — Avstraliyalı aktrisa və yazıçı. Omanda şotland ailədə anadan olmuş və altı yaşında Avstraliyaya köçərək televiziya reklamlarında yer almışdır. Avstraliya istehsalı "Home and Away" opera tamaşasında 1994–1997-ci illər aralığında Şannon Rid rolunu canlandıraraq tanınmışdır. Bu roluna görə iki dəfə Logie mükafatına namizəd göstərilmişdir. Hollivuda keçərək Skubi-Du (2002) filmi ilə uğur qazanmışdır. Burada həmçinin Toy qəzaları (2005), Hot Rod (2007), Böyük Qetsbi (2013), Alış-veriş etirafları (2009) və Yalan illuziyası (2013) filmlərində rol almışdır. == Həyatı == Fişer Omanın Maskat şəhərində Espet Reid və Brayn Fişerin ailəsində anadan olmuşdur. 6 yaşı olarkən ailəsi ilə birlikdə Avstraliyaya köçmüşdür. == Filmoqrafiya == == Kitabları == Fisher, Isla; Reid, Elspeth.
Aşağı Misir
Aşağı Misir(ərəb. الدلتا‎ al-Diltā) Misirin ən şimalında yerləşən regiondur: münbit Nil vadisi, Yuxarı Misirin və Aralıq dənizi arasında. == Tarixi == Aşağı Misir Ta-Mehu kimi tanınırdı ki papirus torpağı deməkdir.Aşağı Misirin paytaxtı Memfis şəhəri idi.
Biser burnu
Biser burnu (bolq. нос Бисер, ‘Nos Biser’ \'nos 'bi-ser\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Dimitrov buxtası sahillərindən şərqdə yerləşən burundur. Burun Rusalka buzlağından şimalda yerləşmişdir. Burun cənubi Bolqarıstanda yerləşən Biser şəhərinin adını daşıyır. == Yerləşməsi == Loki burnundan 3.91 km cənub-qərbdə, Polke dağından 7.7 km şimal-qərbdə, pripek burnundan 6.8 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976.
Bobbi Fişer
Robert "Bobbi" Ceyms Fişer (ing. Robert James "Bobby" Fischer) 9 mart 1943[…], Çikaqo, İllinoys[…] – 17 yanvar 2008, Reykyavik[…]) — ABŞ şahmatçısı. Şahmat üzrə 11-ci dünya çempionu (1972–1975). == Həyatı == Fischer 1943-cü il martın 9-da Çikaqoda yəhudi ailəsində anadan olmuşdur. Valideynləri Almaniya (atası) və İsveçrədəndir (anası). ABŞda siyasi baxışlarına görə təqib olunan kommunist, antifaşist atası Hans-Herhardt Fişer (Gerardo Liebscher kimidə tanınır) ikinci dünya müharibəsi bitdikdən sonra Almaniyaya qayıtmalı olur. (SSRİ xüsusi kəşfiyyat orqanı üzvi, bəzi mənbələrə görə). Robertin atası haqda çox az məlumatı vardı. Yalnız adının Herhardt olmasını bilirdi. Ona macar yəhudilərindən olan Pol Nemeni atalıq edib.
Buddleja misera
Buddleja hieronymi (lat. Buddleja hieronymi) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin buddleya cinsinə aid bitki növü. == Sinonimləri == Buddleja misera Kraenzl.
Daniel Vişer
Daniel Vişer (16 yanvar 1950, Bazel – 17 yanvar 2017, Sürix) — İsveçrəli siyasətçi. O, Yaşıllar Partiyasını təmsil edib. Vişer 2003-cü ildə Milli Şuraya üzv seçilib. 2007 və 2011-ci illərdə daha iki dəfə seçilib. Onun fəaliyyət müddəti 2015-ci ildə başa çatmışdır. Vişel Bazeldə anadan olmuşdur. Vişer hüquqşünas Frank Vişerin (1923–2015) oğlu idi. Vişer evli idi və iki övladı vardı. Vişer 17 yanvar 2017-ci ildə 67-ci yaşını qeyd etdikdən bir gün sonra Sürixdə xərçəng xəstəliyindən vəfat etmişdir.
Emil Fişer
Emil Fişer (9 oktyabr 1852[…] – 15 iyul 1919[…], Berlin, Almaniya Federativ Respublikası) — Almaniya kimyaçısı, 1902-ci il Kimya üzrə Nobel mükafatının laureatı. == Həyatı == O, 1852-ci ildə Almaniyanın Oyskirxen şəhərində dünyaya gəlmişdir. Bonn gimnaziyasını fərqlənmə diplomu ilə bitirmiş, oradakı universitetinə daxil olmuşdur. Dövrün məşhur alimləri-Fridrix Kekule, Avqust Kundt və Paul Qrotdan dərs almışdır. Müəllimi Kekulenin təsirilə kimyadan ayrılıb fizika sahəsinə keçsə də, 1872-ci ildə Strasburq Universitetində təhsilini davam etdirərkən Fişer yenidən kimya ilə maraqlanmağa başlamış, keçirdiyi müxtəlif təcrübələr nəticəsində fenilhidrazini (ətirli hidrazinlər qrupuna aiddir) ixtira edərək məşhurlaşmışdır. 22 yaşında elmlər doktoru adına layiq görülmüş və Strasburq Universitetində müəllim kimi fəaliyyətə başlamışdır. == Fəaliyyəti == Bir müddət burada çalışdıqdan sonra Münhen Universitetinə təyinat almış, burada bir sıra təcrübələr aparmışdır. Üzvi boyaların quruluşunu öyrənən alim onları fenilhidrazinin köməyilə araşdırmışdır. Uzun müddət Münhendə çalışdıqdan sonra Erlangen Universitetində kimya professoru vəzifəsinə keçmişdir. Orada da elmi tədqiqatlarını davam etdirən Fişer kofein, teobromin, quanin və sidik turşusu kimi üzvi birləşmələr üzərində təcrübələr aparmışdır.
Euphorbia misera
Euphorbia misera (lat. Euphorbia misera) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Fişer effekti
Fişer effekti inflyasiya ilə nominal faiz dərəcəsi arasındakı əlaqəni əks etdirir. İqtisadiyyatda iki faiz dərəcəsi fərqləndirilir: nominal faiz dərəcəsi və real faiz dərəcəsi. Nominal faiz dərəcəsi bankdan və ya digər maliyyə qurumundan verilən kreditlər üzərində qoyulan faiz dərəcəsidir. Real faiz dərəcəsi isə inflyasiya nəticəsində qaytararılacaq pul miqdarında baş verən dəyər azalmasını nəzərə alan faiz dərəcəsidir. Bu iki göstərici bir-birindən inflyasiya səviyyəsi qədər fərqlənirlər: (1+i)=(1+r) (1+ π) r - real faiz dərəcəsi; i -nominal faiz dərəcəsi; π -inflyasiya dərəcəsi. Bu şəkildə yazılan tənlik iqtisadçı İrving Fişerin (1867–1947) xatirəsinə Fişer tənliyi adlanır. Bu tənlikdən görünür ki, nominal faiz dərəcəsinin dəyişməsinə iki amil təsir göstərir: real faiz dərəcəsi və inflyasiya. Miqdar qanununa və Fişer tənliyi əsasında, monetar böyümənin nominal faiz dərəcsinə necə təsir etdiyini müəyyən etmək mümkündür. Miqdar qanununa görə, pulun miqdarındakı 1%-lik artım inflyasiya dərəcəsini 1% artırır. Fişer tənliyinə görə, inflyasiya dərəcəsindəki 1%-lik artım nominl faiz dərəcəsini təxminən 1% artırır.
Fişer şternbergiyası
Fişer şternbergiyası (lat. Sternbergia fischeriana) (Sternbergia vernalis sinonimi) — fəsiləsinin şternbergiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c+3c; B2ab (i, ii, iii, v). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanağı iri, 4 sm-ə qədər uzunluqda, 3 sm enində, dairəvi, tünd-qonur qınla örtülmüşdür. Bitki 20-35 sm hündürlükdə, enli-xətvari, hamar, yaşıldır. Çiçəklər baharda yarpaqlarla birlikdə görünür. Parlaq –sarı, uzunsov-ellipsivari kənarlıdır. Erkəkcik çiçəkyanlığından 2 dəfə qısadır.
Hans Fişer
Hans Fişer (alm. Hans Fischer;‎ 27 iyul 1881[…], Frankfurt-Mayn, Prussiya – 31 mart 1945[…], Münxen) – 1930-cu ildə "Hemin və xlorofilin tərkibi ilə əlaqəli tədqiqatlarına və xüsusilə heminin sintezinə görə" Kimya üzrə Nobel mükafatı laureatı olmuş almaniyalı üzvi kimyaçı. == Həyatı == === Erkən həyatı === Fişer 1881-ci ildə Frankfurtda anadan olub. Ştutqartda ibtidai məktəbi bitirdikdən sonra orta təhsilini Visbadendəki Humanitar Gimnaziyada aldı. Əvvəlcə Lozanna Universitetində, sonra Marburq Universitetində kimya və tibb üzrə təhsil aldı. 1904-cü ildə kimya ixtisasından məzun oldu, 1908-ci ildə isə tibb üzrə doktorluq dərəcəsi aldı. === Kariyerası === Əvvəlcə Münhendəki Tibb Klinikasında, daha sonra Emil Fişerin rəhbərliyi altında Birinci Berlin Kimya İnstitutunda çalışdı. 1911-ci ildə yenidən Münhenə qayıtdı. 1913-cü ildə Münhendəki Fizioloji İnstitutda fiziologiya üzrə lektor olaraq işə başladı. 1916-cı ildə İnsbruk Universitetində Tibbi Kimya professoru oldu və 1918-ci ildə Vyana Universitetinə getdi.
Haynz Fişer
Haynz Fişer (9 oktyabr 1938[…], Qras) — Avstriya Respublikasının prezidenti. Vyana Universitetində hüquq təhsili alıb. Avstriya Sosial Demokrat Partiyasına qatılıb. 1993-cü ildə Innsbruckta hüquq professoru, 2004-cü ildə prezident olub.
Ketrin Mişel
Ketrin Mişel (isp. Catalina Micaela de Austria, 10 oktyabr 1567, Madrid – 6 noyabr 1597, Turin) — İspaniya kralı II Filipp və xanımı Valualı Elizabetin qızı, Savoyya hersoqinası. == Həyatı == Ketrin Mişel 10 oktyabr 1567-ci ildə Madriddə dünyaya gəldi. Atası İspaniya kralı II Filipp, anası isə onun üçüncü xanımı olan Valualı Elizabet idi. Nənəsi Fransa kraliçası Ketrin Medicinin adını aldı. Atası onun vəftiz mərasiminə qatılmamış, böyük bacısı İzabellanın doğumu qədər sevinməmişdi. Buna baxmayaraq ata ilə qızı arasında münasibətlər həmişə yaxşı idi və ömrünün sonuna qədər məktublaşmışdılar. Uşaqlıq illəri bacısı İzabella ilə birlikdə ögey anası Avstriyalı Annanın və onun alman xidmətçilərinin himayəsi altında keçmişdi. === Evliliyi === Savoy hersoqu I Çarlz Emanuel Fransaya qarşı ispan dəstəyini qazanmaq məqsədilə II Filippə qızıyla evlənməyi təklif etdi. Cütlüyün toy mərasimi 11 mart 1585-ci ildə Saraqosada baş tutdu və 10 avqustda yaşayacaqları Turin şəhərinə gəldilər.
Şarantonne (Изер)
Şarantonne (fr. Charantonnay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38081. Kommunanın 2012-ci il üçün əhalisi 1870 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 337 ilə 472 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
Qərb cəbhəsində bişey-mişey var?
Qərb cəbhəsində yenilik yoxdur (alm. Im Westen nichts Neues‎) - Erix Mariya Remark tərəfindən 1929-ci ildə yazılmış roman. == Haqqında == Burada birinci dünya müharibəsi tarixindən, gənc əsgərin düşüncələrindən bəhs olunur. 19 yaşlı Paul Boymer özü də bilmədən məktəbdən birbaşa cəb­həyə gəlir. O, cəbhədə gözlədiyi müharibə həyəcanı və macəraları əvəzinə qırğının amansızlığını və dostlarının dəhşətli ağrılarının şahidi olur. İllər boyudur müxtəlif satış rekordları vuran bu kitabda Remark birinci dünya müharibəsinin dəhşətlərini canlı və hər kəs üçün anlaşıqlı dillə təsvir edib.
Anser anser
Boz qaz (lat. Anser anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Bənövşəyi, ağ, boz lələkləri, narıncı dimdiyi və çəhrayı ayaqları var. Yetişkin fərdin uzunluğu 74 ilə 91 santimetr (29 və 36 inç) arasındadır, ortalama çəkisi 3,3 kiloqramdır. Arealı genişdir. Avropa və Asiya bölgələrindən şimaldan gələn quşlar qışı isti yerlərdə keçirmək üçün cənub istiqamətinə köç edir. Boz qaz bahar aylarında şimal bölgələrində dəniz sahillərində, bataqlıqlarda, göllərin sahilində və sahilə yaxın adalarda yuva quraraq çoxalır. Nəsil artırmaq üçün cütləşirlər və yerdə bitki örtüyü arasında yuva qururlar. Dişi fərd 3-5 yumurta qoyur və qırt oturur; həm erkək, həm də dişi fərd balalarını qoruyur və böyüdür. Quşlar ailə qrupu şəklində birlikdə yaşayırlar, payız aylarında cənuba doğru köç edir, bir sonrakı il baharda yenidən geri dönürlər.