MİSGƏR

is. [ fars. ] Misdən müxtəlif qablar qayıran usta.
Əlli qədəm bir-birindən aralı böyük misgər kürəsi və bu kürəyə münasib bir körük nəsb olub. M.F.Axundzadə.
…Misgərlər, dəmirçilər arasında iş aparmaq üçün də adam təyin etmək lazımdır. P.Makulu.

Etimologiya

  • MİSGƏR Farscadır, zərgər sözünün qəlibi üzrə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MİSƏRİDƏN
MİSGƏRLİK
OBASTAN VİKİ
Abbas Misgərli
Abbas Misgərli (15 may 1915, Salyan, Cavad qəzası – 17 may 1987, Bakı) — azərbaycanlı alim; texnika elmləri doktoru (1956) — professor(1957); Azərbaycan SSR-in Əmək veteranı(1977) == Həyatı == Misgərli Abbas Qulam oğlu 15 may 1915-ci ildə Salyan şəhərində anadan olmuşdur. O 1931-ci ildə Salyan şəhər 4 saylı orta məktəbi bitirib Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Kimya-biologiya fakültəsinin Kimya şöbəsinə daxil olmuş, 1935-ci ildə həmin fakültəni bitirmişdir. 1938-ci ilin oktyabr ayından 1941-ci ilin iyun ayına kimi SSRİ Elmlər Akademiyasıın Azərbaycan filialında aspiranturada oxumuş, 1944-cü ilin may ayında dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 1953–1956-cı illərdə SSRİ Elmlər Akademiyasında doktorantura təhsili almış, 1956-cı ilin fevral ayında Moskva şəhərində — SSRİ EA-nın Neft İnstitutunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsi almışdır. Ali Attestasiya Komissiyasının (AAK) 3 yanvar 1957-ci il tarixli qərarı iə "kolloid kimyası" ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. Abbas Misgərli 17 may 1987-ci il tarixdə Bakı şəhərində vəfat edib. Ailəli idi. 2-si qız, 3-ü oğlan olmaqla 5 övladı var. == Fəaliyyəti == Ali təhsilini başa vurduqdan sonra Salyan şəhər Kənd Təsərrüfatı Texnikumuna göndərilmiş, 1935-ci ildən 1938-ci ilədək həmin orta ixtisas təhsili müəssisəsində kimya müəllimi vəzifəsində işləmişdir. 1938-ci ilin sentyabr ayından etibarən Azərbaycan SSR Elmlər Akademiyasının Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda işləmişdir.
Lahıc misgərlik sənəti
Lahıc misgərlik sənəti — Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində ənənəvi xalq sənəti olan, misdən qabların və müxtəlif məhsulların istehsalı. == Lahıc misgərlik sənəti haqqında == Lahıc misgərlik sənəti yalnız Lahıc qəsəbəsində mərkəzləşmişdir (xüsusilə də qəsəbənin "Misgər bazarı" adlandırılan Ağalı rayonunda). Lahıc qəsəbəsi Girdmançay Çayının sol sahilində 1375 metr hündürlükdə İsmayıllı rayonunda yerləşir. Qəsəbə Böyük Qafqazın cənub yamacında yerləşir. İnzibati baxımdan, Lahıc qəsəbəsinin (rəsmi olaraq –"şəhər-tipli qəsəbə") özünüidarə müəssisəsi kimi öz bələdiyyəsi mövcuddur. Gündəlik həyatlarında mis məmulatlardan istifadə edən geniş insan icması Azərbaycan Respublikasının bir çox regionlarında yerləşir. Mis əridən usta tam prosesi kordinasiya edir və ustaya kömək edərək lazımi texnikaları öyrənən usta köməkçisi tərəfindən müşayiət edilir. Misgər-dəmirçi havanı sobalara vurur və nazik lövhələrdə əridilən misi əzir. Sənətkar daha sonra əzilən mis lövhələri cilalayır və hazır mis məmulatları naxışlarla bəzəyir. Prosesin bu son mərhələsi sahibkarın ənənəvi biliyini və mədəni dəyərlərini əks etdirərək ətraf mühitdə diqqət mərkəzi olan istifadə edilmiş dizaynlar kimi vacib olduğu deyilir.
İlkin Misgərli
İlkin Misgərli (6 yanvar 1983, Salyan rayonu) — Azərbaycan aktyoru. İlkin Misgərli 6 yanvar, 1983-cü ildə Salyan rayonunda anadan olmuşdur. Məktəb illərində Salyan rayon dövlət kukla teatrında işləmiş və aktyorluq təcrübəsi qazanmışdır. Təhsil aldığı Salyan rayon 4 saylı orta məktəbində keçirilən siniflər arası KVN yarışlarında öz aktyorluq məharətləri ilə seçilmişdir. Yaxın dostlarının dediklərinə görə hələ 5-ci sinifdə oxuyarkən gələcəkdə aktyor olacağını hər zaman deyirmiş. 2000-ci ildə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olunmuş, 2004-cü ildə universiteti bitirmiş, bir il Azərbaycan Dövlət Yuğ Teatrında işləmişdir.

Digər lüğətlərdə