Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cizgi
Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmi – incəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. == Haqqında == Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur. Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir.
Ləzgi
Ləzgilər (ləzg. лезгияр, лекьер) — əsasən Azərbaycanın şimal-şərqini əhatə edən və Dağıstanın cənub-şərqində yaşayan Qafqaz xalqlarından biri. Ləzgilərin çoxu islam dininin sünni məzhəbinə etiqad edir. Antropoloji cəhətdən Qafqaz irqinə aiddirlər. Ləzgi dilində danışırlar. == Mədəniyyət == Ləzgilərin mədəniyyəti İslam, Ləzgival (mənəvi əxlaq qaydaları), yah-namus (şərəf), sihillər (soylar) və ləzgi dilinin istifadəsinə əsaslanır. Ləzgilərin mədəniyyəti, digər Dağıstan xalqlarında olduğu kimi suvarar (adətlər) və İslamdan ibarətdir. Ən önəmli bayramları Ramazan və Qurban bayramlarıdır. === Ləzgival === Ləzgilərin namus, şərəf, qeyrət, əxlaq və ədəb anlayışlarına Ləzgival deyilir. Ləzgival heç kim tərəfindən yazılmamış, ləzgilərin arasında öz-özünə formalaşmış yüksək əxlaq və davranış qaydalarıdır.
Marqi
Marqi (lat. Leopardus wiedii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Mojqa
Mojqa (rus. Можга́, udm. Можга) — Rusiyanın Udmurtiya Respublikasında şəhər. Şəhərdə dəmiryol stansiyası yerləşir. Şüşə, aşılayıcı ekstrakt və maşınqayırma detalları, kətan zavodları, taxta-şanbal, mebel kombinatı, baytarlıq texnikumu, tibb və pedaqoji məktəbi var. == İstinadlar == == Əlavə ədəbiyyat == Государственный Совет Удмуртской Республики. Закон №46-РЗ от 19 октября 2006 г. «Об административно-территориальном устройстве Удмуртской Республики», в ред. Закона №60-РЗ от 12 октября 2012 г. «О внесении изменений в отдельные Законы Удмуртской Республики».
Mozel
Mozel (fr. Moselle, Dinlə; alm. Mosel‎; lüksemb. Musel) — Fransa, Lüksemburq və Almaniyada çay. Reyn çayının sol qolu. Uzunluğu 545 kilometrdir. Hövzəsinin sahili 28,2 min km2-dir. Vokez diyarından başlayır. Marna-Reyn kanalı Mozeldən keçir. Şərq kanalı onu Sena çayı ilə birləşdirir.
Mozir
Mozır (belar. Мазы́р) — Belarusda şəhər. Qomel vilayətində yerləşən şəhər Mozir rayonunun inzibati mərkəzidir. Mozir şəhəri vilayətin mərkəzi olan Qomel şəhərindən 133 km qərbdə, paytaxt Minsk şəhərindən isə 220 km cənub-şərqdə yerləşir.
Mozır
Mozır (belar. Мазы́р) — Belarusda şəhər. Qomel vilayətində yerləşən şəhər Mozir rayonunun inzibati mərkəzidir. Mozir şəhəri vilayətin mərkəzi olan Qomel şəhərindən 133 km qərbdə, paytaxt Minsk şəhərindən isə 220 km cənub-şərqdə yerləşir.
Qorgi
Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndələrindən biri. == Fəlsəfəsi == Böyük sofistlərin daha bir tanınmış nümayəndəsi Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) olmuşdur. O müdrikliyi deyil, natiqliyi öyrətdiyini iddia edirdi. Çünki, hamı üçün bir olan həqiqət yoxdur.
Mazı
Mazı — adətən şüşə, gil, polad, plastik və ya əqiqdən hazırlanan kiçik kürəsəl obyektdir. == Oyunlar == === Tarix === === Oyun növləri === == Növləri == Mazıların müxtəlif növləri var və adları bölgədən bölgəyə dəyişir.
Moai
Moai — Çilinin 3600 km qərbində Pasxa adasında olan hündürlüyü 20 metrəyə çatan daş heykəllər. Heykəlləri kimin, nə vaxt və nə üçün hazırladığı bilinmir. Bir çox alimlər heykəllərin dini məna ifadə etdiyni bildirmişlər. Moai heykəllərinin çoxunun adları vardır. Kişi fiqurlu heykəllər Moai, Kavakava qadın fiqurlu heykəllər isə Moai Pæpæ adlanır. Heykəllərin 1250 və 1500-cü illər arasında inşa edildiyi ehtimal olunur. 887 heykəlin daşınmasını adi insanın edə bilməyəcəyi, elmi yolla isbat olunmuşdur. Ən hündür Moai Parodur. Onun hündürlüyü 10 metr (33 fut) və 82 tondur. == Heykəllər haqqında == Heykəllərin kim tərəfindən yaradılması haqqında heç bir məlumat yoxdur.
Acacia moggii
Acacia moggii (lat. Acacia moggii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Amblyseius morii
Bozqır belibağlısı
Çöl belibağlısı (lat. Circus macrourus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (III-VU). Həssas, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Qarğadan az böyük, amma zərif qamətli quşdur. Erkəyinin bel tərəfi mavi-boz, döşü və qarın hissəsi ağdır. Üz dairəsi bayquşu xatırladır, özü isə qağayıya oxşayır. Qanadlarının altı təmiz ağdır. Dişisinin bel tərəfi tutqun rənglidir. == Yayılması == Avropada və Asiyada nəsil verir, Asiyanın cənubunda və Afrikada qışlayır.
Bozqır haçaquyruğu
Bozqır haçaquyruğu (lat. Glareola nordmanni) — fəsiləsinin Haçaquyruq cinsinə aid quş növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (CR). Mənfi antropogen təsirlərdən kritik vəziyyətdədir. == Genofond əhəmiyyəti == Azərbaycanda cinsin 2 növündən biridir. == Qısa təsviri == Quyruğunun haçası çəmənlik haçaquyruğuna nisbətən dərindir. Ümumi rəngi tünddür. Qanadlarının altı qaradır. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb.
Bozqır marmotu
Bozqır marmotu (lat. Marmota bobak) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Bozqır pişikquyruğu
Bozqır pisikquyruğu - lat. Phleum phleoides L. 30-50 60 sm hündürlüyündə sıx çim əmelə gətirən taxıllar fəsiləsinin çoxillik ot bitkisidir. == Bozqır pisikquyruğu == Torpaqların səthində nəmlik kifayət qədər olduqda sıx örtük əmələ gətirirlər. Bioloji- təsərrüfat baxımından bir sıra yüksək göstəricilərə malik olması (ilkin yazda tez boy atması, quraqlığa davamlılığı, torpağa az tələbkar olması) bu bitkinin qiymətli ot bitkisi olduğunu bir daha sübut edir. Bioloji rekultivasiya mərhələsində bundan əvvəlki ot bitkiləri ilə sıx cəngəllik əmələ gətirə bilirlər. Payızda vegetasiyaya başlayaraq ilkin yazda yaşıl kütlə halında yüksək məhsuldarlığa (180 s/ha) malik olurlar.
Bozqır qartalı
Bozqır qartalı (lat. Aquila rapax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. == Qısa təsviri və yayılması == İri qartaldır. Rəngi qonurdur. Burun dəlikləri ovaldır. Səsi boğunuq çıxır. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda miqrantdır. Burada Xəzər sahili boyunca uzanan düzənlik sahələrdə təsadüf olunur. Mart-aprel və sentyabr oktyabr aylarında görünür.
Bozqır sarı
Çöl sarı (lat. Buteo rufinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (II-EN). Təhlükə altındadır. Məhdud ərazidə qalıb. == Qısa təsviri == Qarğadan böyük yırtıcıdır. Qanad lələklərinin dibi ağdır, havada uçarkən aydın görünür. Bel tərəfi açıq-qonur, qarın tərəfi kürəndir. Qanadlarının tinində (əyrisində) tünd rəngli böyük ləkə var (uzaqdan görünür). == Yayılması == Avropa, Asiya və Şimali Afrikada yayılıb.
Calophyllum mooni
Calophyllum mooni (lat. Calophyllum mooni) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kalofillumkimilər fəsiləsinin kalofillum cinsinə aid bitki növü.
Cizgi filmi
Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmi – incəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. == Haqqında == Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur. Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir.
Coğrafi mövqe
Yer səthində hər hansı bir məntəqənin və ya ərazinin bu məntəqədən və ərazidən kənarda yerləşən ərazi və ya obyektə nisbətən tutduğu mövqedir. Coğrafi mövqe hər şeydən əvvəl məntəqənin və ərazinin coğrafi enliyi və uzunluğu ilə müəyyən edilir ki, buna riyazi coğrafi mövqe deyilir. Coğrafi mövqe fiziki-coğrafi obyektlərə (materiklərə, dağlara, okeanlara, dənizlərə, çaylara, göllərə və s.yə) görə tutduğu mövqeyinə nisbətən götürülür. İqtisadi və siyasi coğrafiyada Coğrafi mövqe dedikdə ölkənin, rayonun, yaşayış məntəqəsinin və ya digər bir obyektin başqa iqtisadi-coğrafi ( o cümlədən nəqliyyat yollarında, təsərrüfat mərkəzlərinə və s.-yə) və fiziki-coğrafi obyektlərə, habelə bir ölkənin o biri ölkəyə və ya başqa ölkələrə görə tutduğu mövqe nəzərə alınır.
Eddi Mörfi
Edvard "Eddi" Riqan Mörfi (ing. Edward "Eddie" Regan Murphy; d. 3 aprel 1961, Bruklin, Nyu-York, ABŞ) – Amerikalı aktyor, prodüser, rejissor, ssenarist və müğənnidir. 2007-ci ildə Qızıl Qlobus mükafatına layiq görülmüşdür. == Həyatı == Eddi Mörfi 1961-ci ildə Bruklinin Buşvik rayonunda anadan olmuşdur. Anası Lillian telefon operatoru , atası Çarlz Edvard isə nəqliyyatda polis məmuru, həvəskar aktyor və komik olub. 8 yaşı olanda atasını itirmişdir. Eddi və böyük qardaşı Çarli Ruzveltlə birlikdə Nyu-Yorkda yaşamışlar. Eddinin ögey atasıının adı Vernon Linçem olmuşdur. Ögey atası dondurma zavodunda usta vəzifəsində işləyirdi.
Emili Mörfi
Emili Mörfi (ing. Emily Murphy, 14 mart 1868 – 27 oktyabr 1933)—kanadalı qadın aktivist, hüquqşünas və yazar. == Həyatı == Emili Ferquson 14 Mart 1868-ci ildə Kanadanın Ontario, Kukstoun şəhərində, dünyaya gəlmişdir. Atası İsaak Ferquson tanınmış iş adamı və torpaq sahibi idi. Emilinin anadan olduğu illər, Qərb mədəniyyətinin intibah və islahatlarla əldə etdiyi maddi rifahı, insan haqları və bərabərlik, qadın hüquqları kimi sosial hüquqlara hələ ki, əks etdirmədiyi illər idi. Bu dövrdə Qərb hələ də orta əsrdən qalma ənənələrini davam etdirirdi. 19 yaşında Emili anglikan rahibi Artur Mörfi ilə ailə həyatı qurur. Bu evlilikdən cütlüyün 4 övladı dünyaya gəlir. Lakin uşaqlarından birini itirən Artur və Emili Edmontondan köçərək Albertada yaşamağa başlayırlar. == Fəaliyyəti == Bu ölüm hadisəsi Emililinin sosial məsuliyyət meydanına atılmasının başlanğıcını qoymuş oldu.
Ester Myaqi
Ester Myaqi (est. Ester Mägi 10 yanvar 1922, Tallin – 14 may 2021) — Estoniya bəstəkarı və müəllimi. Estoniya SSR Dövlət Mükafatısı (1980), Estoniya SSR-nin əməkdar artisti (1971), Estoniya SSR xalq artisti (1984). == Bioqrafiyası == Onun valideynləri Kaevdə tanış olurlar. Beləki onların ikisidə eyni yerdə işləyirdilər. 1905-ci il inqilabından sonra onlar Tallinə köçürlər. Burada onun atası usta kimi işləyir, anası isə evdar qadın olur. Onların üç övladı olur. Ester uşaqlarının ən kiçiyidir. Esterin Pol adında olan qardaşı müğənniliyə maraq göstrir.
Homo longi
Əjdaha adamı və ya elmi adı ilə Homo longi – 1933-cü ildə kəşf edilmiş, lakin ancaq 2018-ci ildə paleoantropoloqlar tərəfindən məlum olan arxaik insan növü. == Taksonomiya == === Kəşfi === Növün kəşfinə səbəb olan kəllə sümüyü fosili 1933-cü ildə Çinin Harbin şəhəri yaxınlığındakı Sunqari çayı üzərindəki Dontsziyan körpüsünün tikintisi zamanı bir fəhlə tərəfindən tapılmışdır. Bu kəşf 1929-cu ildəki Pekin adamı fosilinin kəşfindən cəmi 4 il sonra olduğu üçün işçi tapıntının elmi əhəmiyyət kəsb edəcəyini düşünərək onu tərk edilmiş bir quyunun içində gizlətmişdir. Ölümündən qısa müddət öncə işçi kəşfi barədə 3-cü nəsil ailəsinə bəhs etmişdir və ailə 2018-ci ildə fosilin yerini taparaq quyudan çıxarmışdır. Daha sonra Hebei Universitetinin palentologiya professoru Tsi Qyan fosilin universitet muzeyinə bağışlanması üçün ailəni razı sala bilmişdir.Kəllə sümüyü çox yaxşı qalsa da, kəşfi zamanı heç kim onun hansı növə aid olduğunu müəyyənləşdirə bilməmişdir. Kəllə sümüyü Homo sapiensdəkindən böyük olsa da, beyin ölçüsü eyni idi. Uzun müddətdən sonra aparılan araşdırmalardan sonra fosili analiz edən 3 ayrı elmi məqalə "The Innovation" jurnalında yayımlanmış və növə Homo longi, yəni Əjdaha adamı adı verilmişdir. Bunun səbəbi fosilin kəşf edildiyi Heyluntszyan (çin. 黑龍江) bölgəsinin çin dilində "Qara əjdaha çayı" mənasına gəlməsidir.Fosilin digər əhəmiyyəti isə bu Əjdaha adamının Homo sapiensə Neandertal insandan daha yaxın ola biləcəyi ehtimalını ehtiva etməsidir. === Yaşı === Fosilin əvvəlcə 200-400 min yaşında olduğu təxmin edilirdi.