Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Molalan
Molalan (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Molalan (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Montana
Montana (ing. Montana) — Amerika Birləşmiş Ştatlarında ştat. Ştatın qərb hissəsində çoxlu dağ silsilələri yerləşir. Bunlar Qayalı dağlar silsiləsinə aid dağ silsilələridir. Ştat ərazisindəki dağ silsillərinin ümumi sayı 77-dir və ştatın ərazisinin 1/3-ni əhatə edir. Ştatın coğrafi xarakteristikası onun adına da yansıyıb. Montana ispan dilindən tərcümədə dağ deməkdir. Mərkəzi Helena şəhəridir. Montana ərazisinə görə Amerikada dördüncü, əhalisinin sayına görə isə 44-cü ştatdır. Buna uyğun olaraq, Montana Amerikadakı ştatlar arasında 3-cü ən aşağı əhali sıxlığına malik ştatdır.
Mozalan
"Mozalan" Satirik Kinojurnalı — 1971-ci ildə təsis edilmiş Kinojurnal. "Mozalan" studiyası — "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən studiya. Mozalan kinojurnalının süjetlərinin siyahısı Mozalan (musiqi qrupu) Mozalan böcəyi "Mozalan"ın nağılı (film, 1979) — "Mozalan" Satirik Kinojurnalı № 50 (1979) "Mozalan"ın izi ilə (film, 1982) — Film Xanlar rayonunun Aşıqlı kəndindəki qaz probleminin Mozalanın 59-cu nömrəsindəki "Göz Dağı" adlı süjetindən sonra nəticə çıxarılaraq həll olunduğu haqqındadır.
Mövlana
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی‎ Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tanınan Cəlaləddin Məhəmməd Bəlxi (6 Rəbiul-əvl 604 – 5 Cümadi əl-Sani 672 h.) İran farsdilli şairdir. Onun tam adı "Məhəmməd bin Məhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi"dir və sağlığında "Cəlaləddin", "Xodavəndgər" və "Mövlana Xədvəndgər" titulları ilə çağırılıb. Sonrakı əsrlərdə (görünür, IX əsrdən) onun üçün “Mülvi”, “Mulana”, “Mülvi Rumi” və “Mula Rumi” titullarından istifadə edilmişdir. Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövlana" ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.
Motal
Motal — müxtəlif süd məhsullarını uzun müddət saxlamaq üçün xırdabuynuzlu heyvan dərisindən hazırlanmış qab. Pendir, yağ və şor maldar əhali arasında əsasən motallarda saxlanılır. Azərbaycanda bir-birinə oxşar iki motal növü var: Xırdabuynuzlu heyvan dərisinin iyidilərək yunu yonulur və duzlanaraq qurudulur. Sonra dəri yenidən yumşaldılaraq içəri tərəfə çevrilir. Dərinin qolları iplə möhkəm bağlanır. Motala pendir yığılanda onun içərisinə bir qədər üzlü süd, dələmə və ya qaymaq tökülür ki, pendir həm yaxşı qalsın, həm də yağlılığı və dadı artsın. Ağzı bağlanan motalı uzun müddət saxlamaq olur. Xalq arasında buna Qarabağ motalı deyilir. Qazax motalı adı ilə tanınan digər motal Azərbaycanın qərb zonasında geniş yayılmışdır. Bu növ motalı hazırlamaq üçün yenə də dəri duzlanır və günün altında möhkəm qurudulur.
Ficus montana
Ficus montana (lat. Ficus montana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Garcinia montana
Garcinia montana (lat. Garcinia montana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Garcinia montana Ridl.
Hanna Montana
Hanna Montana - Disney Channel kanalının seriallarından biridir. Serialda ikili həyat sürən Mayli Stüartdan mövzu edilir. Hanna Montananın 4.Sezon Çəkilişləri bitmişdir və serial finalı 16 yanvar 2011-ci ildə Wherever I Go hissəsi ilə tamamlanmışdır. == Məzmun == Mayli, 16 yaşında sıravi bir gəncdir. Amma onun ikinci üzü Hanna Montana isə dünya tərəfindən məşhur bir pop ulduzudur. Maylinin sinif yoldaşları onun ikinci şəxsiyyətini bilməməkdədirlər. Dünyanı gəzər, pərəstişkarlarını eyni zamanda menajeri olan atasının yazdığı musiqilə əyləndirər. Mayli hər uşağın xəyalındakı həyatı yaşar. Ancaq gözqamaşdırıcı həyatın və şöhrətin limuzinlər, qəşəng geyimlər, məşhurlarla olmaq kimi xüsusiyyətləri olsa da Miley ən çox özünə digər gənclər kimi davranılmasını və yaşıdları kimi bir həyat sürməni istəyir...
Inula montana
Inula montana (lat. Inula montana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Leysera montana
Oreoleysera (lat. Oreoleysera) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Mentha montana
Pulqar yarpızı, Giləmərzə (lat. Mentha pulegium) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Çoxillik, qısa tüklü bitkidir. Gövdəsi düz, yatan və ya bir qədər qalxan çoxbudaqlı, hündürlüyü 15-30 sm-dir. Yarpaqları qısa saplaqlı, 1-2 sm uzunluqda, 5–10 mm enində, oval və ya yumurtavari, ucları küt, qıraqları azacıq dişciklidir. Çiçəkqrupu çoxsaylı, diametri 10–15 mm olan çoxçiçəkli çiçək köbələrindən ibarətdir. Kasacığı ikidodaqlı, xaricdən tüklüdür. Tacı 5–7 mm uzunluqda, kasacıqdan iki dəfə uzun, əlvan çəhrayı rənglidir. Fındıqcıqları xırda, 0,5 mm uzunluqda, yumrudur. Giləmərzə növü Makaroneziya, Avropa, Efiopiya, eləcə də Aralıq dənizi sahillərindən İrana qədər yayılmışdır.
Mikania montana
Mikania montana (lat. Mikania montana) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Molalan (Lerik)
Molalan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Molalan kəndi Şingədulan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Molalan kənd inzibati ərazi dairəsi yaradılmışdır. Oykonim talış dilində Mololon kimi tələffüz olunur. Tədqiqatçıların fikrincə, oykonim molol çay, su kənarında bitən meyvəsiz qıjışəkilli yarpağı olan ağac növü, -on cəmlik bildirən şəkilçidir. Bütövlükdə, oykonim "molol ağacları bitən yer, molol ağacları çox olan yer, mololluq" mənasını bildirir. Əhalisi 1150 nəfərdir. İslam Qəribli — f.e.d, yazıçı-ədəbiyyatşünas, “Qızıl Qələm” mükafatı laureatı.
Molalan (Masallı)
Mololon — Azərbaycan Respublikasının Masallı rayonunun Mahmudavar inzibati ərazi vahidində kənd. Əhalisi 431 nəfərdir. Talış dilində Mololon kimi tələffüz olunur. Tədqiqatçıların fikrincə, oykonim molol çay, su kənarında bitən meyvəsiz qıjışəkilli yarpağı olan ağac növü, -on cəmlik bildirən şəkilçidir. Bütövlükdə, oykonim “molol ağacları bitən yer, molol ağacları çox olan yer, mololluq” mənasını bildirir.
Mozalan (kinojurnal)
Mozalan kinojurnalı 1970-ci ildə təsis edilmişdir. 1974-cü ildə "Dəyirman bildiyini eləyir" və "Keyfiyyət nişanı" sənədli süjetlərində jurnal Bakı ət kombinatının və Bakı karamel fabrikinin məhsulunu kəskin tənqid etmişdir. 1976-cı ilin əvvəllərində “Mozalan” kinojurnalı “Qunduzdan söhbət açaq” süjetində Qarayazı xəzli heyvanlar sovxozunun pis vəziyyətindən bəhs etmişdir. 1978-ci ildə jurnalda göstərilmiş tənqidi materialların yoxlanması nəticəsində bəzi vəzifəli şəxslər məsuliyyətə cəlb olunmuşlar. 1971-79 illərdə rüblük, 1980-ci ildən isə ildə 8 nömrəsi buraxılmışdır. 2007-2014-cü illərdə kinojurnalın baş redaktoru yazıçı-ssenarist Orxan Fikrətoğlu olub. 2008-ci ildə "Mozalan" studiyası İspaniyanın "Aktualidad" jurnalının təsis etdiyi "Keyfiyyət və nüfuz lideri" beynəlxalq mükafatına layiq görülüb. 2021-ci ilin yanvar ayında Azərbaycan Televiziyası və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə “Mozalan”ı yenidən dirçəltmək barədə qərar qəbul olunmuşdur. Beləliklə “Mozalan” satirik kinojurnalı uzun bir fasilədən sonra, 50 illik yubileyi ərəfəsində aprel ayından başlayaraq yenidən yayımlanmağa başlamışdır. Videoçarxın ssenari müəllifi və redaktoru İlqar Fəhmi, ”Mozalan” studiyası tərəfindən yaradıcı heyətin rəhbəri isə Əlisəttar Quliyevdir.
Mozalan (studiya)
"Mozalan" kinostudiyası məşhur kinostudiya "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. "Mozalan" satirik kinojurnalı üçün süjetlər, sənədli və bədii filmlər istehsal edir. Direktor və bədii rəhbər: Orxan Fikrətoğlu. 2008-ci ildə "Mozalan" studiyası İspaniyanın "Aktualidad" jurnalının təsis etdiyi "Keyfiyyət və nüfuz lideri" beynəlxalq mükafatına layiq görülüb. 100 (film, 1985) (qısametrajlı bədii film — Mozalan №100) ("Mozalan" studiyası) 20+1 (film, 1986) (qısametrajlı bədii süjet — Mozalan №105) ("Mozalan" studiyası) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) ("Mozalan" studiyası) 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet — Mozalan №129) ("Mozalan" studiyası) 777 №-li sexdə (film, 1979) (qısametrajlı bədii süjet — Mozalan №47) ("Mozalan" studiyası) Abşeronda subtropik bitkilər (film, 1991) (qısametrajlı sənədli film) ("Mozalan" studiyası) Adi əhvalat (film, 1991) (qısametrajlı bədii süjet — Mozalan №161) ("Mozalan" studiyası) Adı Günəşlidir... (film, 1992) (qısametrajlı sənədli süjet — Mozalan №162) ("Mozalan" studiyası) Adsız su (film, 1985) (qısametrajlı sənədli süjet — Mozalan №98) ("Mozalan" studiyası) Ağstafa Şərabçıları (film, 1992) ("Mozalan" studiyası) Axırıncı maqın sonu (film, 1974) ("Mozalan" studiyası) Axtaran tapar (film, 1980) ("Mozalan" studiyası) Akt və fakt (film, 1978) ("Mozalan" studiyası) Alayarımçıq (film, 1984) ("Mozalan" studiyası) Alıcının sərgüzəşti (film, 1976) ("Mozalan" studiyası) Altı duru, üstü quru (film, 1983) ("Mozalan" studiyası) Arayış (film, 1986) ("Mozalan" studiyası) Arşınmalçı (film, 1985) ("Mozalan" studiyası) Arzu (film, 1972) ("Mozalan" studiyası) Astarı üzündən baha (film, 1986) ("Mozalan" studiyası) Atamın sənəti (film, 1980) ("Mozalan" studiyası) Atası yandı (film, 1986) ("Mozalan" studiyası) ATU və ya pa ATU nnan (film, 1971) ("Mozalan" studiyası) Avtoqraf (film, 1986) ("Mozalan" studiyası) Ay alan! (film, 1981) ("Mozalan" studiyası) Ay çox, il çox... (film, 1985) ("Mozalan" studiyası) Ay müştəri... (film, 1986) ("Mozalan" studiyası) Baba zeytun diyarında (film, 1992) ("Mozalan" studiyası) Bağlı qapılar (film, 1986) ("Mozalan" studiyası) Bais (film, 1985) ("Mozalan" studiyası) Baldızoğlu (film, 1977) ("Mozalan" studiyası) ...balıq sevdası (film, 1979) ("Mozalan" studiyası) Baş tutmayan ziyafət (film, 1981) ("Mozalan" studiyası) Başdan ayağa (film, 1973) ("Mozalan" studiyası) Belə də olur (film, 1988) ("Mozalan" studiyası) Bəhanə (film, 1991) ("Mozalan" studiyası) Bəhrə (film, 1984) ("Mozalan" studiyası) Bəhri-təhvil (film, 1979) ("Mozalan" studiyası) Bəlkə... (film, 1985) ("Mozalan" studiyası) Bir daha keyfiyyət barədə (film, 1987) ("Mozalan" studiyası) Bir məktubun izi ilə (film, 1982) ("Mozalan" studiyası) Bir nömrəli...
Mozalan kinojurnalı
Kinojurnal 1970-ci ildə təsis edilmişdir. 1974-cü ildə "Dəyirman bildiyini eləyir" və "Keyfiyyət nişanı" sənədli süjetlərində jurnal Bakı ət kombinatının və Bakı karamel fabrikinin məhsulunu kəskin tənqid etmişdir. 1976-cı ilin əvvəllərində “Mozalan” kinojurnalı “Qunduzdan söhbət açaq” süjetində Qarayazı xəzli heyvanlar sovxozunun pis vəziyyətindən bəhs etmişdir. 1978-ci ildə jurnalda göstərilmiş tənqidi materialların yoxlanması nəticəsində bəzi vəzifəli şəxslər məsuliyyətə cəlb olunmuşlar. 1971-79 illərdə rüblük, 1980 ildən isə ildə 8 nömrəsi buraxılmışdır. İndiyə qədər 180-dən çox nömrə istehsal etmişdir. Hər nömrədə isə 3-4 süjet vardır. Bunlar bədii, sənədli və hətta cizgi süjetləridir. Kinojurnal "Azərbaycanfilm" kinostudiyasının nəzdində yaradılmışdır. Məqsəd ölkədəki neqativ hallara qarşı mübarizə aparmaq, satira diliylə xalqa çatdırmaq və dərs verməkdir.
Moçalnı adası
Moçalnı adası — Volqa çayında, Oka çayının ona töküldüyü yerin qarşı tərəfində yerləşir. 1864 və 1872-ci illərdə Nijeqorodda baş vermiş yanğınlardan sonra süngər ticarəti adaya köçürülmüşdür.. Ada öz adını buradan almışdır. 17-dən 18 avqusta keçən gecə adada Oranski kilsəsinin 15 monaxı güləlkənmişdir Bir müddət sonra ada kürləvi lülələmə yerinə çevrilir. Öldürülən şəxslərin cansız bədənləri Volqa çayına atılırdı. Rusiya vətəndaş müharibəsi zamanı adada 5 min insan güllələnmişdir. 30 sentyabr 2004-cü ildə bu hadisələrin şərəfinə taxta xaç qoyulur. Bu taxta xaç 2006-cı ildə daş xaçla əvəzlənmişdir.
Oreoleysera montana
Oreoleysera (lat. Oreoleysera) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Passiflora montana
Passiflora montana (lat. Passiflora montana) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü.
Picea montana
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.
Poa montana
Soğanaqlı qırtıc (lat. Poa bulbosa) — qırtıckimilər fəsiləsinin qırtıc cinsinə aid bitki növü. Paneion bulbosum var. viviparum (Koeler) Lunell Poa alpina Pall. ex Roem. & Schult. [Invalid] Poa attenuata var. desertorum (Trin.) Griseb. Poa briziformis Trab. Poa bulbillifera Chrtek& Hadac Poa bulbosa subsp.
Qlazqo (Montana)
Qlazqo — Amerika Birləşmiş Ştatlarının Montana ştatının Valley qraflığında şəhər. 2020-ci il aprelin 1-də aparılan siyahıyaalmaya əsasən əhalisi 3202 nəfər təşkil edir.
Satureja montana
Dağ kəkotusu (lat. Satureja montana) – dalamazkimilər fəsiləsinin kəkotu cinsinə aid bitki növü.
Scutellaria montana
Scutellaria montana (lat. Scutellaria montana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin başlıqotu cinsinə aid bitki növü.