Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fulalar
Fulalar, Fulanilər və ya Fulbe xalqı (yerli dildə Fulbe, fr. Peul, port. Fula) — Sahel və Qərbi Afrikada geniş yayılmış ən böyük etnik qruplarından biridir. Bir çox ölkələrdə məskunlaşaraq, əsasən Qərbi Afrika və Mərkəzi Afrikanın şimal hissələrində, eyni zamanda Cənubi Sudan, Sudan və Qırmızı dəniz sahillərinə yaxın bölgələrdə yaşayırlar. Fula xalqının təxmini sayı Fula etnik mənsubiyyətinə dair təriflərə zidd olduğuna görə məlum deyil. Müxtəlif hesablamalar bu rəqəmi dünyada 25 ilə 40 milyon arasında təqdim edir. Fulaların bir hissəsi — təxminən üçdə biri və ya təxminən 12 ilə 13 milyonu köçəri maldarlıqla məşğuldur və etnik qrupları dünyanın ən böyük köçəri maldar icmasına sahibdir. Fula etnik qrupunun əksəriyyəti yarı oturaq adamlardan, həm də oturaq məskunlaşmış əkinçilərdən, sənətkarlardan, tacirlərdən və zadəganlardan ibarətdir. Etnik bir qrup olaraq, Fula dili, tarixi və mədəniyyətləri ilə bir-birinə bağlıdırlar. Fulaların 96%-dən çoxu müsəlmanlardır.
Mulatlar
Mulatlar — avropeid və neqroid irqlərinin qarışığından yaranan insanlar. Mulatlar Latın Amerikası və Karib dənizi hövzəsi əhalisinin əksəriyyətini təşkil edirlər (Dominikan Respublikası — 73 %, Kuba — 51 %, Braziliya — 38 %), həmçinin bəzi Afrika ölkələri (CAR, Namibiya). Bu ifadə ilk dəfə XVI əsr ispan sənədlərində rast gəlinir və ispan və ya portuqal dilindən yarandığı ehtimal edilir. Mulato sözü birinci versiyaya görə o ərəb sözü olan muvalloddan yaranıb, bu sözlə təmiz ərəb olmayanlar adlandırılırdılar. İkinci versiyaya görə ispan sözü olan mulodan yaranıb ki, eşşəklə atın qarışığı olan qatıra deyilir. Həmçinin kvarteron- 1/4 zənci qarışığı olan, oktoron və ya myulatr — 1/8 zənci, myustiv(1/2), qriff (3/4), marabu (7/8), musti (1/8) və mustafino (1/16)qarışığı olan tiplər də var. Axırıncı iki ad yerli Yamay adlarıdır. İndi bu terminlər az işlədilir. Elmdə isə "açıq" və "tünd" mulatlar anlayışı var. Barak Obama — Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti.
Musavar
Musavar — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 38 nəfərdir. Yerli əhali kəndin adını Musavo kimi tələffüz edir və oykonimi Musa (ş.a.) və talış dilindəki vo (kənd, yer) sözlərindən ibarət “Musanın kəndi” kimi izah edirlər. Əslində Musavar “musalılar”, “Musanın nəsli” mənası bildirən etnonim mənşəli toponimdir. Musavar kəndi Lerik rayonunun Kirəvud inzibati ərazi vahidi ərazisində yerləşir. Dağətəyində salınmış kənd Alaşa çayı ilə Şərətük çayı arasında çox gözəl mənzərəyə malikdir.
Muzalar
Muzalar və ya müzlər (yun. Μοῦσα - düşüncəlilər) - qədim yunan mifologiyasına görə Zevs və Mnemosinain Parnasda yaşayan qızları olub, elm, poeziya və incəsənətin tanrıcaları sayılırdılar. "Musiqi" sözü bu sözdən törəmişdir. "İliada" və "Odisseya"da ilk dəfə söz açılan muzalar sayca doqquz olmuşlar. Əsasən Zevsin qızları kimi tanınsalar da, bəzən onları Harmoniyanın qızları kimi də qələmə verirlər. Muzalar öz Muzeyon (ondan "muzey" sözü meydana gəlmişdir) adlanan məbədlərinə malik olmuşlar.
Gülaxar (Bostanabad)
Gülaxar (fars. گل آخر‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 813 nəfər yaşayır (158 ailə).
Gülbahar Şükürlü
Gülbahar Şükürlü (Gülbahar Müzəffər qızı Şükürlü; 20 mart 1962, Bakı – 5 yanvar 2024) — Azərbaycan Respublikasının əməkdar artisti (2009), Azərbaycan musiqiçisi, qarmon ustası. == Həyatı == Şükürlü Gülbahar Müzəffər qızı 20 mart 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhərindəki 26 saylı orta məktəbdə ilk orta təhsilini almışdır. Orta məktəbi bitirdikdən sonra 4 nömrəli İncəsənət Gimnaziyasına daxil olmuş, təhsilini orada davam etdirmişdir. 2020-ci ilin sentyabr ayında başında aşkar olunan onkoloji şişə görə əməliyyat olunub. 2023-cü ilin yanvarında sənətçi xəstəliyin yenidən baş qaldırdığını bildirib. 5 yanvar 2024-cü ildə vəfat edib. Buzovnadakı Əliayağı qəbiristanlığında dəfn olunub. Ailəli idi, 2 övladı var. == Yaradıcılığı == 16 yaşından qarmon sənəti ilə məşğul olan Gülbahar xanım el şənliklərində, məclislərdə çıxış edərək qısa müddət ərzində sevilən sənətçi xanımlardan biri olaraq özünəməxsus şirin ifası ilə çoxlarının qəlbinə yol tapmışdır.
Bram Mulenar
Bram Mulenar (1961, Lisse, Cənubi Hollandiya – 3 avqust 2023) — Hollandiyalı proqram mühəndisi və aktivisti, vi-törəmə mətn redaktoru olan Vimin yaradıcısı. O, Uqandada QİÇS qurbanlarını dəstəkləyən qeyri-hökumət təşkilatı olan ICCF Holland-ı təbliğ edir və ianələri təşviq etmək üçün Vim-in populyarlığından istifadə edirdi. 2006-cı ilin iyul ayından 2021-ci ilin sentyabr ayına qədər Google Calendarın Sürix ofisində işləyib. O, vaxtının bir hissəsini Vim-in inkişaf etdirilməsinə sərf edirdi. == Erkən həyat və təhsil == 1985-ci ildə Delft Texnologiya Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib. == Vim == Mulenar 1988-ci ildə Amiga kompüteri aldı. O vaxt Amigaya daşınmamış vi ilə tanış olan o, Stivi də daxil olmaqla bir neçə vi klonunu sınaqdan keçirdi. Mulenar Stevie-nin mənbə kodunu götürdü və onu təkmilləşdirdi. Vi ilə uyğunlaşmaq istəyən Mulenar nəhayət bir çox səviyyələri ləğv etmək kimi əlavə funksiyalar əlavə etdi. "Vi IMitation"ın ilk versiyası 1988-ci ildə Fred Fiş tərəfindən hazırlanmış ictimai disk dəstində buraxılmışdır.
Gülhar (Urmiya)
Gülhar (fars. گلهر‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 685 nəfər yaşayır (115 ailə).
Gülbahar Xatun məscidi
Gülbahar Xatun məscidi və ya Böyük İmarət məscidi və ya Hatuniyə məscidi — Osmanlı padşahı Yavuz Sultan Səlim tərəfindən anası Gülbahar Xatun adına 1514-cü ildə Trabzonda tikdirilmiş bir məsciddir. == Tarixi == Gülbahar Xatun Məscidi öz adı ilə anılan məhəllədə Ataparkın cənubunda yerləşir. Zaman keçdikcə, ətrafındakı mədrəsə, imarət, məktəb, darül-kurra və türbə ilə bir kompleks təşkil edirdi. Bu gün digərləri yıxılaraq sadəcə şərqindəki türbə qalıbdır. Anası Gülbahar Xatunun xatirəsinə Yavuz Sultan Səlim tərəfindən XVI əsrin ilk illərində (1514) tikdirilmişdir. Zamanında mədrəsə, məktəb, imarət və hamam tikililərini də əhatə edən böyük bir kompleks içində yer alırdı. Cəmiyyət xidmətində bir sıra fondu olduğu aydın olan bu dəyərli osmanlı xatunun bir çox fondu kimi buradakı bu külliyənin də digər tikililəri dövrümüzə çatmamışdır. == Memarlıq == Məscidi, beş kiçik qübbə ilə örtülü beş hissəli son camaat yeri, böyük tək qübbə ilə örtülü hərəmxana hissəsi ilə şərq və qərbdəki üstü günbəzli bir cəhət otağından meydana gəlmişdir. Son camaat yerindəki mərmər sütunların başlıqları stilizə paxlava motivdir. Mehrab və mimbəri də mərmərlərdən olan Məscidin minbəri sadə sənətkarlıqdır.
Gülbahar Xatun türbəsi
Gülbahar Xatun türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XV əsrdə inşa olunmuş Fateh külliyəsinə aid türbə. == Haqqında == Fateh Sultan Mehmed türbəsi ilə qarşı-qarşıya yerləşən bu türbə mərhum sultanın xanımı və Sultan II Bəyazidin anası Əminə Gülbahar Xatunun məzarı üzərində inşa edilmişdir. Eyniylə ərinin türbəsi kimi 1765-ci ildə baş verən zəlzələdə zədələndi və tamamilə dağıldı. Növbəti il isə Sultan III Mustafa tərəfindən yenidən inşa edildi. Türbə orijinalında olduğu kimi səkkizbucaqlı şəklində olub, tək günbəzlidir. Kəsmə daşdan inşa edilən türbə olduqca sadə görünüşə malikdir. Qapısı üzərindəki kitabəsinə görə, türbə 1782-ci ildə baş verən yanğının ardından ikinci dəfə bərpa edilmişdir. Türbənin həyət qapısı üzərindəki bəzəkli ikinci kitabə isə 1894-cü ilə aid olub, xəttat Tofiq Əfəndiyə aiddir. Türbə 1997-ci ildə restavrasiya edilmişdir. Türbədə Əminə Gülbahar Xatundan başqa, qızı Gövhər Sultan və kimliyi bilinməyən 2 saraylı xanımın məzarı yerləşir.
II Gülbahar Xatun
II Gülbahar Xatun (1450 – 1505, Trabzon, Osmanlı imperiyası) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. == Həyatı == 1453-cü ildə dünyaya gəldi. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və yeganə övladını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Əbdüssəməd qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. Bir çox mənbədə onun Zülqədər bəyi Əlaüddövlə Bozqurd bəyin qızı olduğu qeyd edilsə də, bu məlumat yanlışdır. Belə ki, Bozqurd bəyin qızlarından Ayşə Xatun Sultan Bəyazidin xanımlarından biri olsa da, Yavuz Sultan Səlimin anası olma ehtimalı xronoloji olaraq qeyri-mümkündür. 1470-ci ildə Amasyada yeganə övladı Şahzadə Səlimi dünyaya gətirən Gülbahar Xatun, oğlunun 1481-ci ildə Trabzon sancaqbəyi təyin edilməsinin ardından onunla birlikdə Trabzona yollandı. Ölümünədək burada oğluyla birlikdə yaşayan Gülbahar Xatun bu müddət ərzində Trabzon və ətraf bölgələrdə müxtəlif xeyriyyə işləriylə məşğul oldu. 1510-cu ildə Trabzonda vəfat edən və bu səbəblə oğlunun səltənətini görə bilməyən Gülbahar Xatun, Validə sultan ola bilmədi.
I Gülbahar Xatun
Gülbahar Xatun (Trabzon – 1492, Köhnə Saray, Konstantinopol) — 7. Osmanlı padşahı Fateh Sultan Mehmedin xanımlarından biri, II Bəyazidin anası, Validə xatundur. Eyni illərdə yaşayan gəlini Əminə Gülbahar Xatunla qarışdırılmaması üçün I Gülbahar Xatun olaraq anılır. == Həyatı == === İlk illəri === Doğum tarixi və əsli haqqında yetərli məlumat yoxdur. Saraya necə alındığı bilinməsə də, Fateh Sultan Mehmedin ilk səltənətinin ardından Manisaya çəkildiyi dövrdə 1446-cı ildə təqdim edildiyi bilinir. Əslən hardan olması bilinməsə də, alban, serb və ya fransız olmasıyla bağlı iddialar mövcuddur. 1468-ci ilə aid alqı-satqıyla bağlı bir məhkəmə sənədində adı "Gülbahar Xatun binti Abdullah" olaraq adının keçməsi onun cariyə kökənli olduğunu bir daha sübut edir. 1448-ci ildə ilk övladı Şahzadə Bəyazidi dünyaya gətirən Gülbahar Xatunun qızı Gövhər Sultanın doğum tarixi dəqiq deyil. Bununla yanaşı Gülbar Xatunun oğluyla birlikdə 1455-ci ildə Amasya sancaqbəyliyinə göndərildiyini nəzərə alaraq, qızını bu tarixdən öncə dünyaya gətirdiyini demək mümkündür. Oğlu Şahzadə Bəyazidin 1455-ci ildə hələ 7 yaşında ikən Amasya sancaqbəyi təyin edilərək göndərilməsinin ardından Gülbahar Xatun da onunla birlikdə paytaxtdan ayrıldı və qısa ziyarətlər istisna olmaqla, oğlunun taxta çıxacağı 1481-ci ilədək orada yaşadı.
Karlo Muhar
Karlo Muhar (17 yanvar 1996, Zaqreb) — Xorvatiya futbolçusu, futbol üzrə Rumıniya çempionatında çıxış edən "ÇFR Kluj"un yarımmüdafiəçisi. == Karyera == === Lex Poznan === Karlo Muhar 5 iyun 2019-cu ildə Polşa təmsilçisi "Lex Poznan" ilə dörd illik müqavilə imzalamışdır. O, "Lex"in heyətində 20 iyul 2019-cu ildə "Piast" ilə oyunda debüt etmişdir. === Kayserispor === Karlo Muhar 28 yanvar 2021-ci ildə Türkiyənin "Kayserispor" klubu ilə 6 aylıq müqavilə imzalamışdır. === ÇFR Kluj === Karlo Muhar 8 iyun 2022-ci ildə futbol üzrə Rumıniya çempionu "ÇFR Kluj"a qoşulmuşdur.
Gülabar-i Süfla (İcrud)
Gülabar-i Süfla (fars. گلابرسفلي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,883 nəfər yaşayır (505 ailə).
Qeys ibn Musahir əs-Səidavi
Qeys ibn Müsahir əl-Səidavi — Hüseyn ibn Əlinin elçisi idi və o Hüseyn ibn Əlinin oraya gəlmək niyyəti haqqında insanlara xəbərini çatdıraraq Kufəyə tərəf getdi. Hüseyn ibn Əli Əl-Rumma istiqamətindən Əl-Həcirə çatdı, Müslüm ibn Əqildən Kufə əhalisinin Hüseyn ibn Əlini Yezidə qarşı dəstəkləmək istədiklərini bildirən məktuba cavab xəbərini Qeysə çatdırdı. Onların hazırlığı Müslüm ibn Əqilə beyət etdikdən sonra gəldi. Hüseyn ibn Əli, Qeys ibn Müsahirlə birlikdə Kufə əhalisinə göndərdiyi məktubunda belə bir xəbər tərtib etdi: "Müslüm ibn Əqilin məktubu mənə çatdı. Orada o, mənə sizin bizi dəstəkləmək və haqqımızı tələb etmək üçün həmfikir olduğunuzu bildirir. Allahdan yalvarıram ki, bizi yaxşı işlər görməyə və sizi Onun mükafatlarının ən böyüyü ilə mükafatlandırsın. Mən zilhiccə ayının səkkizinci günü Məkkədən sizin yanınıza gəlmişəm, əgər elçim sizə yetişərsə, mövqeyinizi qoruyun, çünki bir neçə gündən sonra sizə gəlib çatacağam”. Müslümin xəbəri Hüseyn ibn Əliyə, məruz qaldığı xəyanət barədə çatanda, Hüseyn ibn Əli artıq Qeysi oraya gəlmək niyyəti ilə bağlı həmin xəbərin cavabı ilə göndərmişdi. Lakin bir neçə gün ərzində Müslüm Kufə valisi Übeydulla ibn Ziyadın əmri ilə əsir götürüldü və öldürüldü. Qeys Kufəyə gedərkən Əl-Hüseyn ibn Təmim ət-Təmiminin əsgərləri tərəfindən Qədisiyyədə əsir götürüldü və beləliklə İbn Ziyadın məhkəməsinə aparıldı..