Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Salvia misella
Salvia misella (lat. Salvia misella) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Mihulka
Mihulka (çex. Mihulka) və ya silindrik Barıt qülləsi (çex. Prašná věž)— Praqa qəsrinin şimal hissəsində yerləşir və onun tarixi istehkamlarının tərkib hissəsidir. == Mihulkanın tarixi == Praqa qəsrinin təhlükəsizliyi səbəbləri üzündən 1485-ci ildə memar Benedikt Reyt qala divarlarını möhkəmləndirmək məqsədilə şimal tərəfdən üç müdafiə istehkamı: Daliborka (həbsxana kimi istifadə olunurdu), Ağ və Barıt qüllələrini inşa etmişdi. Qüllələrin ətəklərində məşhur Maral xəndəyi yerləşir. Barıt qülləsi çox mühüm top batalyonu, eləcə də ən etibarlı və müasir istehkam obyekti idi. Onun diametri 20 metr, ümumi hündürlüyü isə 44 m olmuşdur. Onun dörd mərtəbəsi və beş zirzəmisi var idi, burada müxtəlif kolibrli döyüş silahları üçün atıcılıq meydançası yaradılmışdı. 1541-ci ildə Hradçanı və Mala Strana rayonlarında ciddi yanğın hadisəsi baş vermişdi və onun nəticəsində qüllə tamamilə dağılmışdı. Qüllənin yenidən bərpası kilsə zənglərinin tökməsi və silah istehsalı ilə məşğul olan Tomas Yaros tərəfindən həyata keçirilmişdi.
Mistika
Mistika (q.yun. μυστικός "sirli", μυέω — "sirli, müqəddəs ayinləri icra etmə") — insanın guya sirli şəkildə bağlı olduğu və ünsiyyət qura bildiyi fövqəltəbii qüvvələrin mövcudluğuna inam; həmçinin — allahla (yaxud tanrılar, ruhlar, digər qeyri-maddi varlıqlar) ilə birbaşa vəhdəti yaşamağa yönəlmiş müqəddəs dini təcrübə. Bu təcrübənin əsaslandırılmasına və dərk edilməsinə həsr olunmuş teoloji və fəlsəfi təlimlər toplusu mistisizm adlanır.
Mişel
Mişel — ad. Mişel Yeo — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisası Mişel Hazanaviçus — Fransa rejissoru, ssenaristi və aktyoru. Mişel Obama — ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı.
Aleksandr Mişenko
Aleksandr Mişenko (ukr.
Mirella Freni
Mirella Freni (it. Mirella Freni, Əsl soyadı Fregni; 27 fevral 1935[…], Modena, Emiliya-Romanya – 9 fevral 2020[…]) — İtaliya opera müğənnisi. == Həyatı == Mirella Freni 27 fevral 1935-ci ildə İtaliyanın Modena şəhərində anadan olmuşdu. Milanda "La Skala", Nyu-Yorkda "Mertopoliten-Opera", Moskvada "Böyük Teatr" və başqa möhtəşəm səhnələrdə oxuyan opera müğənnisinin ilk çıxışı 1955-ci ildə "Karmen" operasında olub. Uşaqlıqda Luçano Pavarotti ilə tanışlığı, Mirellanın gələcəkdəki opera karyerasında mühüm yer tutub. 10 yaşından böyük səhnələrdə çıxış edən müğənni, 1974-cü ildə Moskvada qastrol səfərində olub və geniş konsert proqramı ilə ifasını nümayiş etdirib. Mirella Freni Piza Universitetinin Fəxri doktoru olub. Mirella Freni 9 fevral 2020-ci ildə vəfat edib. == Ədəbiyyat == Freni M., Gherpelli G. Mio caro teatro. Verona, 1990.
Mişelye Haymberq
Mişelye Haymberq (d. 2 iyun 2000) — İsveçrəli suya tullanan. Mişelye Haymberq İsveçrəni 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Mişelye Haymberq birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 218.55 xal toplayaraq 16-cı yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Mişenko zümrüdçiçəyi
Mişenko zümrüdçiçəyi (lat. Scilla mischtschenkoana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin zümrüdçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, soğanaqlı ot bitkisidir. Soğanaq 1-1,5 sm enində, üzəri boz qınla örtülüdür. Gövdə zəif, 15-20 sm hündürlükdə, yarpaqları 2-4 ədəd yaşıl, tərs-xətvari-neştərşəkilli, küt ucludur. Çiçəkləri ağ rəngdə, bəzən mavi çalarlıdır. Salxım çiçək qrupuna toplanmış çiçəkləri az saylıdır. Çiçək altlığının yarpacıqları 10–12 mm uzunluğunda, iti ucluqlu, uzunsov–ellipsivaridir.
Buddleja misera
Buddleja hieronymi (lat. Buddleja hieronymi) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin buddleya cinsinə aid bitki növü. == Sinonimləri == Buddleja misera Kraenzl.
Euphorbia misera
Euphorbia misera (lat. Euphorbia misera) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Mikela Paç
Mikela Paç (malta Michela Pace; 25 yanvar 2001, Gozo) — Malta müğənnisi. O, Maltanın X Factor musiqi yarışmasının birinci mövsümünün qalibi olaraq Maltanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu qazanmışdır. Mikela daha öncə "Cruise Control" mahnısı ilə 2017-ci ildə Maltanın Avroviziya üçün seçim turunda iştirak etmişdir. Mikelanın Avroviziyada ifa edəcəyi "Chameleon" mahnısı mart ayının 10-du təqdim olunmuşdur. Mikela Paç Avroviziya üçün aparılan uzun məşqlərdən sonra 16 may tarixində baş tutan yarımfinal mərhələsində 11-ci nömrə altında çıxış etmişdir. Nəticədə 157 xalla 8-ci yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Mikela 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 107 xal toplayaraq, 14-cü yerdə qərarlaşmışdır.
Miçela Anceloni
Miçela Anceloni (d. 25 sentyabr 1984; Berqamo, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Miçela Anceloni İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Ketrin Mişel
Ketrin Mişel (isp. Catalina Micaela de Austria, 10 oktyabr 1567, Madrid – 6 noyabr 1597, Turin) — İspaniya kralı II Filipp və xanımı Valualı Elizabetin qızı, Savoyya hersoqinası. == Həyatı == Ketrin Mişel 10 oktyabr 1567-ci ildə Madriddə dünyaya gəldi. Atası İspaniya kralı II Filipp, anası isə onun üçüncü xanımı olan Valualı Elizabet idi. Nənəsi Fransa kraliçası Ketrin Medicinin adını aldı. Atası onun vəftiz mərasiminə qatılmamış, böyük bacısı İzabellanın doğumu qədər sevinməmişdi. Buna baxmayaraq ata ilə qızı arasında münasibətlər həmişə yaxşı idi və ömrünün sonuna qədər məktublaşmışdılar. Uşaqlıq illəri bacısı İzabella ilə birlikdə ögey anası Avstriyalı Annanın və onun alman xidmətçilərinin himayəsi altında keçmişdi. === Evliliyi === Savoy hersoqu I Çarlz Emanuel Fransaya qarşı ispan dəstəyini qazanmaq məqsədilə II Filippə qızıyla evlənməyi təklif etdi. Cütlüyün toy mərasimi 11 mart 1585-ci ildə Saraqosada baş tutdu və 10 avqustda yaşayacaqları Turin şəhərinə gəldilər.
Mişel Pfayfer
Mişel Meri Pfayfer (29 aprel 1958[…], Santa-Ana, Kaliforniya)– ABŞ-lı aktrisa və prodüser. O, "Qızıl qlobus" da daxil olmaqla bir çox mükafatların sahibidir. Mişel həmçinin 3 dəfə Oskar mükafatında namizədlərdən biri olub. == Həyatı == Film karyerasının başlanğıcını 1980-ci ildə rol aldığı The Hollywood Knights ilə etdi, amma ilk dəfə "Scarface" filmindəki performansıyla diqqətləri üzərinə çəkdi. Pfayfer Dangerous Liaisons filmindəki performansıyla Ən Yaxşı Köməkçi Qadın Aktrisa Akademiya Mükafatına və The Fabulous Baker Boys (1989) və Love Field (1992) filmləriylə Ən Yaxşı Qadın Aktrisa Akademiya Mükafatına namizəd göstərildi. Ticari baxımdan böyük uğur əldə edən filmləri isə Batman Returns (1992), What Lies Beneath (2000), və Hairspray (2007) 'dir. Oynadığı digər filmlər arasında Ladyhawke (1985), The Witches of Eastwick (1987), Married to the Mob (1988), The Age of Innocence (1993), Wolf (1994), Təhlükəli düşüncələr (1995), I Am Sam (2001) kimi istehsallar vardır. == Filmoqrafiya == Çapıqlı üz (film, 1983) / Scarface Ladyhawke (1985) The Witches of Eastwick (1987) Married to the Mob (1988) The Fabulous Baker Boys (1989) Love Field (1992) Batman Returns (1992) The Age of Innocence (1993) Wolf (1994) Təhlükəli düşüncələr (1995) What Lies Beneath (2000) I Am Sam (2001) Hairspray (2007) The Family (2013) Ana!
Mişel Platini
Mişel Fransua Platini (fr. Michel François Platini; 21 iyun 1955[…], Jyof[d]) — Fransa futbolçusu, məşqçi və futbol məmuru. 1984-cü il Avropa çempionatının qalibi. "France Football" dərgisinin versiyasına görə XX əsrdə ən yaxşı fransız futbolçu. Yeganə futbolçudur ki, 3 dəfə ardıcıl "Qızıl top" (1983, 1984 və 1985) mükafatının qalibi olmuşdur. == Həyatı == Mişel Fransua Platini 1955-ci il iyunun 21-də Fransanın Lotaringiya əyalətinin Jyof şəhərində anadan olub. Öz dövrünün ən istedadlı futbolçularından hesab edilir. == Klub karyerası == "Nansi" (Fransa, 1973–1979) – 175 oyun, 98 qol "Sent-Etyen" (Fransa, 1979–1982) – 107 oyun, 58 qol "Yuventus" (İtaliya, 1982–1987) – 147 oyun, 68 qol == Yığma komanda == Fransa milli futbol komandasının heyətində 72 oyun keçirib, 41 qol vurub. == Titulları == Fransa kubokunun qalibi – 1978 Fransa çempionu – 1981 Fransa kubokunun finalçısı – 1981, 1982 İtaliya kubokunun qalibi – 1983 İtaliya çempionu – 1984, 1986 Kuboklar Kubokunun qalibi – 1984 Avropa Superkubokunun qalibi – 1984 Avropa çempionu – 1984 Çempionlar Kubokunun qalibi – 1985 Qitələrarası kubokun qalibi – 1985 Dünya çempionatının bürünc mükafatçısı – 1986 Avropanın ən yaxşı futbolçusu – 1983, 1984, 1985 Kavaler ordeninin Fəxri legionu – Şevalye (1985), Zabit (1988) 1984-cü ildə keçirilən Avropa çempionatının bombardiri (9 qol) olub. 1983, 1984 və 1985-ci illərdə Avropanın ən yaxşı futbolçusu seçilərək "Qızıl top"a yiyələnib == Məşqçi karyerası == Fransa milli yığma komandasının baş məşqçisi – 1988–1992 == Mükafatları == Fəxri Legion ordeni (29 aprel 1985) Xidmətlərə görə ordeni (Fransa) (3 dekabr 1994) "Şöhrət" ordeni (Azərbaycan) (2007) "Şərəf" ordeni (Moldova) (2009) "Şərəf" ordeni (Ermənistan) (2010) == Məmur kimi fəaliyyəti == Mişel Platini Fernando Sastre ilə birlikdə 1998-ci ildə Fransada keçirilən dünya çempionatının təşkilat komitəsinə rəhbərlik edib.
Mişel Rodriqes
Mayte Mişel Rodriqes (ing. Mayte Michelle Rodriguez) — ABŞ kinoaktrisası. == Həyatı == Michelle Rodriguez Puerto-Rikolu bir atanın və Dominikan Respublikalı bir ananın qızıdır. Nənəsi tərəfindən böyüdülmüşdür. Anası ilə birlikdə Dominikan Respublikasına köçmüş, daha sonra 11 yaşına qədər Puerto-Rica-da yaşamışdır. 17 yaşında olanda GED imtahanını verdikdən sonra məktəbi atmışdır. == Filmləri == Michelle Rodriguez ilk olaraq kiçik büdcəli bir film olan Girlfight-da baş rolu ifa etmişdir. O bu rolu öz xüsusi bacarığı vasitəsilə almışdır. Belə ki, o bu rol üçün 300-ə qədər rəqibinə üstün gəlmişdir.
Mişel Rokar
Mişel Rokar (d. 23 avqust 1930, Kurbevua, Fransa – ö. 2 iyul 2016, Paris, Fransa) — Fransa siyasətçisi. == Həyatı == Mişel Rokar 23 avqust 1930-cu ildə Fransada anadan olub. 1988-1991-ci illərdə Fransanın baş naziri vəzifəsində çalışıb. O, Avropa Birliyinin böyük tərəfdaşı kimi məşhur idi. 2016-cı ildə 86 yaşında ikən vəfat etmişdir. == İstinadlar == == Xarici keçidlər == Speech of Michel Rocard denouncing the methods of some who push for software patents in Europe (fr.) Michel Rocard règle ses comptes avec le socialisme à la française (Le Monde).
Mişel Temer
Michel Miguel Elias Temer Lulia (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|['miʃɛw mi'ɡɛw e'liɐs 'temeɾ lu'liɐ]]]; 23 sentyabr 1940[…]) — Braziliyalı vəkil və siyasətçi. yanvar 2011 tarixindən etibarən Braziliya Prezident müavini olmuşdur. 2010 seçkilərində İşçi Partiyası namizədi Dilma Rousseff və namizədi olaraq gözlədildikdən sonra vəzifəyə başladı. 12 may 2016-da, prezident Dilma Rousseff 'in müvəqqəti olaraq vəzifədən alınmasından sonra Braziliya prezidenti Vəkili olaraq prezident səlahiyyətlərini və vəzifələrini boynuna götürdü. dövlət başçısı Rousseff'in 31 avqust 2016 tarixi etibarilə senat tərəfindən həqiqətən vəzifədən alınması ilə birlikdə söz mövzusu tarix etibarilə rəsmi olaraq dövlət başçısı olaraq vəzifəsini boynuna götürmüşdür.
Mişel Uelbek
Mişel Uelbek (fr. Michel Houellebecq) – Fransa yazıçısı və şairi. Dünyada ən çox oxunan fransız yazıçılarından biridir. == Həyatı == İlk romanı ("Mübarizə sahəsinin genişlənməsi") 1994-cü ildə nəşr olunur. 1998-ci ildə çıxan ikinci romanı ("Elementar hissəciklər") Fransada böyük qalmaqal yaradır. Bu roman Fransanın tanınmış Prix Novembre mükafatına layiq görülür. Mişel Uelbek 1958-ci il fevralın 26-da (özünün ifadəsinə görə, anası Mişeli vunderkind hesab edərək onun doğum haqqında şəhadətnaməsini saxtalaşdıraraq doğum tarixini 1956-cı il göstərib) Hind okeanında Fransanın Reünyon adasında anadan olub. Dağ bələdçisi olan atası və anestezioloq olan anası bacısı dünyaya gələndən sonra ona az diqqət ayırırlar. O, əvvəlcə Əlcəzairdə yaşayan ana-nənəsi və babası tərəfindən böyüdülür və altı yaşında isə Kommunist Partiyasının fəal tərəfdarı olan ata tərəfdən nənəsi Henrietta öz yanına alır. Uelbek onunla çox gözəl münasibət qurur və daha sonra ədəbi təxəllüsü kimi məhz onun soyadını seçir.
Mişel Vilyams
Mişel İnqrid Vilyams (ing. Michelle Ingrid Williams; 9 sentyabr 1980[…]) — ABŞ aktrisası.
Mişel Xazanaviçus
Mişel Hazanaviçus (fr. Michel Hazanavicius; 29 mart 1967, Paris) — Fransa rejissoru, ssenaristi və aktyoru. == Həyatı == == Yaradıcılığı == Rejissor Mişel Hazanaviçusun “Aktyor” filmi “Ən yaxşı film” nominasiyasında Oskar mükafatına layiq görülüb. Mişel Xazanaviçus həmçinin “ən yaxşı rejissor işi” nominasiyasında da qalib olub. “Aktyor” filmində səssiz kinonun ulduzu Corc Valentin obrazını yaradan Jan Düjarden isə ən yaxşı kişi roluna görə qalib elan edilib. “Aktyor” filmi həmçinin “Ən yaxşı musiqi” və “Kostyumlar üzrə ən yaxşı rəssam işi” nominasiyalarında da qalib olub. Qeyd edək ki, “Aktyor” 1929-cu ildən bəri Oskar mükafatı alan ilk səssiz filmdir.
Mişel Yeo
Mişel Yeo Çu-Ken (Michelle Yeoh Choo-Kheng və ya Michelle Khan, 6 avqust 1962) — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisasıdır. Döyüş filmlərində çəkilməsinə baxmayaraq əslində döyüşü filmlərdə öyrənmişdir. Onun əsas sahəsi isə rəqs və modaçılıq olub. Döyüşdə rəqsdə öyrəndiyi hərəkətlərdən və ya özü tərəfindən hazırlanan hərəkətlərdən istifadə edib. Ceki Çan ona bütün aktrisalardan fərqli olaraq fənnlərindən istifadə etməyə icazə verib. 1997-ci ildə "People" jurnalı onu "Dünyanın ən gözəl 50 insanı" siyahısına daxil edib. == Həyatı == Mişel Yeonun atası hüquqşünas, anası isə evdar xanım olmuşdur. Mişel uşaqlıq vaxtlarında balerina ilə məşğul olurdu. Lakin onurğa sütunundan zədə aldıqdan sonra moda ilə məşğul olmağa başlayır. 1983-cü ildə Malayziyanın "Gözəllik müsabiqəsi"nin qalibi olur.
Mişel Yeoh
Mişel Yeo Çu-Ken (Michelle Yeoh Choo-Kheng və ya Michelle Khan, 6 avqust 1962) — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisasıdır. Döyüş filmlərində çəkilməsinə baxmayaraq əslində döyüşü filmlərdə öyrənmişdir. Onun əsas sahəsi isə rəqs və modaçılıq olub. Döyüşdə rəqsdə öyrəndiyi hərəkətlərdən və ya özü tərəfindən hazırlanan hərəkətlərdən istifadə edib. Ceki Çan ona bütün aktrisalardan fərqli olaraq fənnlərindən istifadə etməyə icazə verib. 1997-ci ildə "People" jurnalı onu "Dünyanın ən gözəl 50 insanı" siyahısına daxil edib. == Həyatı == Mişel Yeonun atası hüquqşünas, anası isə evdar xanım olmuşdur. Mişel uşaqlıq vaxtlarında balerina ilə məşğul olurdu. Lakin onurğa sütunundan zədə aldıqdan sonra moda ilə məşğul olmağa başlayır. 1983-cü ildə Malayziyanın "Gözəllik müsabiqəsi"nin qalibi olur.
Ney Mişel
Mişel Ney (d. 10 yanvar 1769, Saarlui – ö. 7 dekabr 1815, Paris) — Fransa marşalı (1804). == Fəaliyyəti == 1788-ci ildən kavaleriyada qulluq edir, 1794-1795-ci illər inqilabi müharibələr dövründə önə çıxır. Döyüş nailiyətlərinə görə 1796-cı ildə briqada, 1799-cu ildə diviziya generalı rütbələrini alır. Bütün Napoleon müharibələrində iştirak edir. 1800-cü ildən diviziyaya, 1802-ci ildən İsveçrədəki qoşunlara, 1803-1814-cü illərdə korpusa başçılıq edir. Onun başçılığı ilə korpus Ulm yanında Elhinqendə (1805), Yen (1806) və Fridland (1807) döyüşlərində uğurla hərəkət edir. 1808-1811-ci illərdə İspaniyada bir sıra məğlubiyətlərə uğrayır. Borodino döyüşü vaxtı Neyin korpusu fransızların döyüş qaydalarının mərkəzində yerləşir, Semyönov fleşlərinə hucum edirdi.
Sen-Mişel
Sen-Mişel (fr. Saint Michel) — Monako krallığının ən müasir inkişaf etmiş rayonlarındandır. Monte-Karlo şəhərinin bölünməsindən yaranıb. 2008-ci ilin məlumatlarına əsasən şəhər əhalisinin sayı 3519 nəfər, sahəsi isə 142 298 m²-dir.