Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zinaida Xabalova
Zinaida Savelyevna Xabalova (əsl adı - Miriam Savelyevna Aşkinazi; 3 mart 1937, Sxinval – 2 noyabr 2016) — Sovet və Rus bəstəkarı, musiqi və ictimai xadim, müəllimi. 1987-ci ildə əməkdar artist, 1992-ci ildə Şimali Osetiya Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür. 1976-cı ildən SSRİ Bəstəkarlar İttifaqının üzvüdür. Ən çox simfoniya yazan dünyanın yeganə qadın bəstəkarı olaraq Qinnesin Rekordlar Kitabının rekordçusudur.. Zinaida Xabalova 3 mart 1937-ci ildə Gürcüstanın Tsxinvali şəhərində osetin-yəhudi ailəsində anadan olub. Stalinir (hazırkı Tsxinvali) musiqi məktəbində Leninqraddan qonaq müəllim kimi dəvət edilmiş pianoçu E.L.Masinqin tələbəsi olmuşdur. O, kompozisiya üzrə ilk dərslərini tanınmış ictimai xadim və Osetiyanın ilk peşəkar bəstəkarı Boris Aleksandroviç Qalayevdən almışdır. 1958-1963-cü illərdə RSFSR Bəstəkarlar İttifaqında gənc bəstəkarların seminarında Aram Xaçaturyandan kompozisiya, professor Vladimir Feredən fortepiano dərsləri almışdır. Xabalova Eyni zamanda SSRİ Qorki adına Moskva İncəsənət Teatrında pianoçu müəllim kimi çalışmışdır. Zinaida Xabalova 1963-1967-ci illərdə Orjonikidze adına Musiqi Məktəbində dirijorluq və xor şöbəsində, professor Arkadi Tarasoviç Açeyevin qrupunda təhsil almışdır.