Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nağılar
Nağılar (Gədəbəy)
Nağıoba
Nağıoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Ağbat
Ağbat — Arsakda, tarixi Qarabağ ərazisində qədim məntəqə adı. Eramızdan əvvəl ikinci əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycanda) bəzi ərazilər Arsak adlanırdı (məsələn, Ərdəbil şəhristanındakı tarixi Ərşaq bölgəsi). Sonradan Qarabağ toponiminin işlədilməsi Arsak sözünü sıxışdırmışdır. == Tarixi == Ağbat alban xristian dini mərkəzlərindən olmuş Xotavəng monastırının (indiki Kəlbəcər rayonunun Vəng kəndində; kəndin keçmiş adlarından biri də Xotavəng/Xotavank olmuşdur) mülklərindən biri olmuşdur. Ermənicə yazılışda əvvəlinə "H" səsinin əlavəsi ilə haqbat kimidir (yenə orada). Azərbaycan dilində ağ və türk dillərində bət "üz", "səth" sözlərindəndir. 1590-cı ilə aid mənbədə Ağbat adlı bir kənd Borçalı bölgəsində də var. Məzmunca Baranbet (Goranboy rayonu), Girdəbad (Quba rayonu), Tupabad (Zəngilan rayonu) Salavat, Batabat və b. dağ adları ilə eynidir. XVII əsrə aid mənbədə Bərdə mahalında Eranbat kəndi qeyd olunur.
Nabat
Nabat-Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristalik şirni növü.
Anar Nağılbaz
Anar Nağılbaz (tam adı: Anar Rizvan oğlu Cəbiyev; 28 mart 1976, Xırdalan – 4 avqust 2018, Bakı) — Azərbaycan repçisi, aktyor, rejissor, ssenarist, bəstəkar və prodüser. Azərbaycanın ilk repçisi sayılır. Anar Nağılbaz müxtəlif dövrdə Almaz Ələsgərova, Brilliant Dadaşova, Dəyirman, Elşad Xose, Kənan MM, Nüşabə Ələsgərli, ProMete, Səbinə Babayeva, Şölə Səfərəliyeva, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === Anar Nağılbaz 1976-cı il mart ayının 28-də Xırdalanda Azərbaycan millət vəkili Rizvan Cəbiyevin ailəsində dünyaya gəlmişdir. Ailənin sonuncu övladı və evin son beşiyi idi. Uşaqlıqda səhhəti ilə problemləri olub. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb. 1988-ci ildən hip-hopa maraq göstərməyə başlamışdır. 1990-cı ildə Krımda Artek düşərgəsində ilk dəfə rep deyib. 1990-cı ildə ilk dəfə Horadizdə "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" rep mahnısını ifa etmişdir.
Nagihan Karadere
Nagihan Karadere (16 fevral 1984, Kadirli, Osmaniyə ili) — Türkiyəli yüngül atlet. 13–14 sentyabr 2003-cü il tarixlərində Konstansada keçirilən gənclər arasında atletika üzrə Balkan çempionatında 400 metr məsafəyə qaçışda qızıl medal qazanmışdır. Həmin çempionatda 4×400 m estafetdə gümüş, 4×100 m estafetdə isə bürünc medal qazanmışdır.
Nağılar (Gədəbəy)
Nağılar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Nağılar kəndi Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Daryurd kəndi mərkəz olmaqla, Daryurd kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin keçmiş adı Cinqaralı olmuşdur. Kəndin adı bəzən Nağdalılar variantında da qeydə alınmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Kiçik Qaramurad kəndindən çıxmış nağılar (digər adı cinqaralı) nəslinə mənsub ailələr salmışlar. Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 311 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Nağılar (Şuşa)
Nağılar — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Nağılar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Naziat Surəsi
79-cu surə
Aşıq Nabat
Aşıq Nabat (Nabat Paşa qızı Cavadova; 1914, Xanlıqlar, Şərur-Dərələyəz qəzası – 3 oktyabr 1973, Siyaqut, İliç rayonu) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Nabat 1914-cü ildə Naxçıvanın Şərur rayonunun Parçı kəndində anadan olub. 1934-cü ildə ailəsi ilə Bərdə rayonuna köçmüş, burada Göyçəli aşıq Musanın şagirdi olmuş, aşıqlıq sənətinin sirlərinə yiyələnmişdir. Məlahətli səsi və gözəl ifaçılıq qabiliyyəti ilə qadın həmkarları arasında şöhrət qazanmışdı. Bakıda və 1938-ci ildə Moskvada keçirilən ədəbiyyat və incəsənət ongünlüklərinin, folklor festivallarının iştirakçısı olmuş, diplomlarla mükafatlandırılmışdır. Aşıq Nabat Azərbaycan aşıqlarının ikinci (1938) və üçüncü (1962) qurultaylarımn nümayəndəsi olmuş, Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940) iştirak etmişdir. 3 oktyabr 1973-cü ildə Naxçıvanın Şərur rayonunun Siyaqut kəndində vəfat etmişdir. == İstinadlar == == Mənbə == Əzizə Cəfərzadə. Azərbaycanın aşıq və şair qadınları, Bakı, Gənclik, 1991. (səh.
Nabat Abdullayeva
Nabat Abdullayeva (tam adı: Nabat Cumay qızı Abdullayeva; 25 may 1925, Nuxa – 27 dekabr 2006, Bakı) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru (1980), professor (1982). 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1954-cü ildən həmin institutda pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan dilinin morfologiyası və sintaksisi sahəsində tədqiqatları var. Ali məktəb tələbələri üçün bir sıra dərs vəsaitlərinin müəllifidir.
Nabat Aşurbəyova
Aşurbəyova Nabat Qoca qızı (1795, Bakı – 7 dekabr 1912, Bakı) — məşhur Azərbaycan xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini tikdirib. Nabat Aşurbəyova 1795-ci ildə Bakı şəhərində Qoca bəy Aşurbəyovun ailəsində dünyaya gəlmişdir. O, öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş, tatar küçəsində (sovet dövründə Krupskaya, indi A. Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi. Onun şeirlər yazdığı da məlumdur. Təəssüf ki, həmin şeirlər sonrakı nəsillər üçün saxlanmamışdır. Onun həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905–1914-cü illər) Təzəpir məscididir. Hal-hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani İdarəsi yerləşir. Bu məscidin tikilməsində o, ilk diplomu azərbaycanlı memar, Sankt-Peterburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə etmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş memarı olmuşdur.
Nabat Məhərrəmqızı
Nabat Məhərrəm qızı Səmədova (d. 4 iyul 1950) — Azərbaycan rəssamı, Azərbaycanın əməkdar rəssam (2018). N.Səmədova 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1980-cı ildə o, Moskvada Ümumittifaq İxtisasartırma kurslarında "Quruluşçu rəssam" ixtisasına yiyələnmiş, 1975-ci ildə isə Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Lənkəran teatrında ilk işləri "Oqtay Eloğlu", "Dağılan tifaq", "Bahalı oğlan" və s. tamaşalar olmuşdur. 1982-ci ildə N.Səmədova Sumqayıt Dövlət Musiqili Dram Teatrına quruluşçu rəssam təyin edilmişdir. Bu teatrda rəssam H.Cavidin "Afət", İ.Karaçalının "İtirilmiş məktub", A.Abdulinin "13-cü sədr" əsərlərinə uğurlu tərtibatlar vermişdir. Rəssamın son dövr yaradıcılığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə sıx bağlı olmuşdur. N.Səmədova bu teatrda S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət", O.Rəcəbov, A.Babayevin "Əlin cibində olsun", R.Mustafayev, C.Məmmədovun "Məsmə xala dayımdır", R.Əkbərin "Bəydullanın möhtəşəm toyu", S.Fərəcov, R.N.Güntəkinin "Bir günlük siğə" musiqili komediyalarına maraqlı, tamaşaların bütövlüyünə xidmət edən bədii tərtibat vermişdir.
Nabat Səmədova

Pəhləvan Nabat
Pəhləvan Nabat (1812, Şuşa – XX əsr) — Qarabağın adlı-sanlı güləşçisi[mənbə göstərin] Nabat Məşədi Səfərəli oğlu 1812-ci ildə Şuşa şəhərinin Qurdlar məhəlləsində anadan olmuşdu. Dabbaqlıqla məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi. Məşədi Nabat hündür, qolu zorlu bir adam idi. Cəfərqulu xan Cavanşirin pəhləvanı idi. Xan şərq dünyasından tanınmış pəhlivanları Şuşaya dəvət edər, Məşədi Nabatla güləşdirərdi. Tarixçi Baharlı yazır: "Belə ki, bundan əqdəm Dördlər qurdu məhəlləsində bir pəhləvan var idi. Onun adı pəhləvan Nabat və sənəti dabbağlıq idi. Çox zorlu və güləşkən adam idi. Baharlı Pəhləvan Nabat haqqında yazır: "Və heç kəs onun arxasın yerə qoymayıbdır.
Nabat (film, 2014)
Nabat — Elçin Musaoğlunun tammetrajlı bədii filmi. Film “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Film Qarabağ müharibəsini əks etdirir. “Nabat” filmində güclü milli ruhun daşıyıcısı olan Azərbaycan qadınının parlaq obrazı yaradılıb. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə lentə alınıb. Filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar. 2016-cı ildə Meksikanın paytaxtı Mexiko şəhərində Azərbaycan Kinosu günləri çərçivəsində nümayiş etdirilmişdir. 71st Venice International Film Festival, Italy. August 27-September 06, 2014.
Nabat xanım Aşurbəyova-Rzayeva
Aşurbəyova Nabat Qoca qızı (1795, Bakı – 7 dekabr 1912, Bakı) — məşhur Azərbaycan xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini tikdirib. Nabat Aşurbəyova 1795-ci ildə Bakı şəhərində Qoca bəy Aşurbəyovun ailəsində dünyaya gəlmişdir. O, öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş, tatar küçəsində (sovet dövründə Krupskaya, indi A. Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi. Onun şeirlər yazdığı da məlumdur. Təəssüf ki, həmin şeirlər sonrakı nəsillər üçün saxlanmamışdır. Onun həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905–1914-cü illər) Təzəpir məscididir. Hal-hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani İdarəsi yerləşir. Bu məscidin tikilməsində o, ilk diplomu azərbaycanlı memar, Sankt-Peterburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə etmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş memarı olmuşdur.
Mixail Naqibin prospekti (Rostov-na-Donu)
Mixail Naqibin prospekti — Rostov-na-Donu ərazisində yerləşən küçə. İnzibati cəhətdən ərazisin böyük hissəsi Voroşilov rayonu ərazisində yerləşir. Bəzi hissələr isə Oktyabrski və Kirovski rayonları ərazisinə düşür. Tekuçev küçəsindən başlayaraq Nərimanov küçəsi ilə kəsişdikdən sonra Pliyeva küçəsi və Olxovski xiyabanına keçir. Qaqarin meydanından başlayaraq cənubdan şimala, Lelin meydanından isə şimal-şərqə istiqamətlənir. Prospektin uzunluğu 6 km-dur 1967-ci ilə qədər Şimal prispekti olaraq adlandırılırdı. Sonradan Oktyabrski prospekti olaraq adlandırılır. 2000-ci ildə ildə Mixail Naqibin prospekti adını alır. XX əsrin 40-cı illərinin sonlarından 50-ci illərinin əvvəllərindən Rostov-na-Donu şimal istiqamətində inkişaf etməyə başlamışdır. 50-ci illərin əvvəllərində buradan tramvay xətti çəkilmişdir.