Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hamədi
Hamədi (ərəb. حمادي‎, fr. Hammedi) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 32 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 25 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 27 kilometr qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 40,546 nəfər idi.
Homo naledi
Homo naledi — CAR-ın Yohannesburq şəhərinin yaxınlığındaki Rayzinq-Star mağarasında tapılan qalıqların əsasında müəyyən edilmiş nəsli kəsilmiş Homo (İnsan cinsi) növü. Bədən quruluşu ilə kiçik insanlar populyasiyasına bənzəyir. Lakin endokraniumun kiçik olması onu avstralopiteklərə bənzədir. Kəlləsinin quruluşu başqa hominidlərdən çox fərqlənir, müqayisə etdikdə daha çox Homo cinsinin erkən nümayəndələri Erektus, Homo habilis və Homo rudolfensislə oxşarlığlar tapmaq olar. Fosillərin 2.5 million yaşı olduğu təxmin olunur. Naledi Soto dilində "ulduz" deməkdir.
Kitakata rameni
Kitakata rameni (喜多方ラーメン) — əsas üç müxtəlif növ ramen növündən biridir. Bu yemək xüsusi olaraq Kitakataprefektur Fukusima şəhəri üçün hazırlanıb. == Xüsusiyyətlər == Yaponiyada üç ramen növündən biri kimi çox məşhur yeməkdir. Hokkaydo və Hakata rameni kimi məşhurdur. Onlardan əsas fərqi isə gombul, asan ayrılan əriştəsinin və sardin bulyonunun olmasıdır. Bu yeməyin donuz əti ilə bişirilən növü də çox məşhur və dadlıdır. == Maraqlı faktlar == Kitakata şəhəri bütün Yaponiyada ramenə görə çox tanınıb. Bu şəhərin 37 min əhalisi var. Bu əhalinin 120 nəfərini ramenlər təşkil edir. Dünyada ən çox ramenlər yaşayan şəhərdir.
Mednı adası
Мednı adası — Komandor adalarının tərkibinə daxil olan sahəsinə ikinci adadır. Berinq adası ilə Admiral Kuzneçov boğazı ilə ayrılır. Berinq dənizi ərazisində yerləşir. İnzibati cəhətdən Rusiyanın Kamçatka diyarı Aleut rayonu ərazisində yerləşir. == Coğrafiya == Adanın sahəsi 186 km², uzunluğu 56 km, eni 5–7 km təşkil edir. Ən hündür nöqtəsi 640 metrdir. Sakit okean sahilləri az girintili-çıxıntılıdır. Berinq dənizi sahillərində isə isə çoxlu sayda buxta vardır. Buxtaları:Korabelnaya, Pesçaya və Jırovaya. Berinq dənizi istiqamətində Bıstraya (5 km) və Ozyornaya (6 km) çayları axır.
Who Named It?
Who Named It? — Tibbi eponimlərin və onların identifikasiyası ilə əlaqəli insanları məlumatlandıran ingilis dilli lüğət. Lüğət olmasına baxmayaraq, bir çox eponimlər və şəxslər haqqında geniş biblioqrafiyalar və geniş məqalələr təqdim edir. Lüğətin fəaliyyət göstərdiyi ofis Norveçdə yerləşir. Məlumatlar tibb tarixçisi Ola Daniel Enersen tərəfindən əlavə olunur. == İstinadlar == == Xarici keçidlər == whonamedit.com — Who Named It?
A Wind Named Amnesia
A Wind Named Amnesia (yap. 風の名はアムネジア; azərb. Amneziya adlı külək‎) – 1990-cı ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Kazuo Yamazakidir. == Xarici keçidlər == A Wind Named Amnesia — Internet Movie Database saytında.