Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Famərin
Famərin (fars. فامرين‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 186 ailədə 332 nəfəri kişilər və 314 nəfəri qadınlar olmaqla cəmi 646 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Kameron
Kameron Boys
Kamerun
Kamerun (fr. Cameroun, ing. Cameroon), rəsmi olaraq Kamerun Respublikası (fr. République du Cameroun, ing. Republic of Cameroon) — Mərkəzi Afrikanın qərbində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Nigeriya, Çad, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Qabon, Ekvatorial Qvineya və 402 km-lik sahil xətti ilə Atlantik okeanı təşkil edir. Ölkənin paytaxtı Yaundedir. == Tarixi == 15-ci əsrin əvvəllərində bölgəyə gələn portuqaliyalı işğalçılar burada koloniyalar qurmağa başladılar. Region xalqını kölə ticarətində istifadə etməyə başladılar. 1864-cü ildə alman müstəmləkəsi olan Kamerun, Almanlar tərəfindən zorla sərt bir sistemə söykənən, koloniyanın infrastrukturunu inkişaf etdirmək üçün layihələrə başladılar.
Namewee
Vi Men Çi (çin. 黄明志; Wee Meng Chee; Huáng Míng zhì) — Malayziya çinlisi olan musiqi ifaçısı, bəstəkarı, kino yaradıcısı və aktyoru. O, Namewee səhnə adı altında tanınır. Vi Malayziyanın Cohor ştatında yerləşən Muar şəhərində anadan olub. Doğma şəhərində məktəbini qurtarıb, 2002-ci ildə təhsilini Çin Respublikasında davam etmişdi. Orda, Vi Taoyuan şəhərində Min Çuan Universitetinin kütləvi kommunikasiya proqramını oxuyub. Malayziyanı tərk edəndə, məktəb illərində dostları ilə qurduğu Aunt Band (ing. 大娘乐队) musiqi qrupundan çıxmağa məcbur olub. Namewee-nin ilk populyarlıq sıçrayışı onun Neqaraku adlı Malayziyanın dövlət himninə Neqarakuku adlı mübahisəli parodiyasının 2007-ci ildə, Çin Respublikasında oxuduğu zamanı YouTube-a yükləşinin nəticəsi idi. 2016-cı ilin avqustun 2-də bəyan olunub ki, Pinanq polisi onu xaricə səyahətindən qayıdandan sonra dərhal həbs edəcək.
Dav Kameron
Dav Oiviya Kameron (ing. Dove Olivia Cameron), doğum adı: Xloya Selesta Hosterman (ing. Chloe Celeste Hosterman; 15 yanvar 1996, Beynbric-Aylend[d], Vaşinqton, ABŞ) — ABŞ aktrisası və müğənnisi.
Kameron Boys
Kameron Boys (ing. Cameron Boyce, 28 may 1999, Los-Anceles, Kaliforniya – 6 iyul 2019, Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru və rəqqasıydı. == Həyatı == Kameron Boys 28 may 1999-cu ildə ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində dünyaya gəlmişdi. Breyk-dans rəqsi onun hobbisinə çevrilmiş və dörd dostu ilə birlikdə "X-MOB" adlı qrup yaratmışlar. Kameron Boysun ən yaxşı tanınan rolu "Dısney Channel" kanalındakı Cessi teleserialında Lyuk Ross roludur. Kameron Göstər özünü serialında qonaq oyunçu olaraq rəqs etmişdir. Ayrıca 2008-ci ildə çəkilən Güzgülər adlı qorxulu filmdə "Maykl Karson" personajını canlandırmışdı. Uğurlar, Çarli! adlı televiziya seralında "Dankan" personajını canlandıraraq poplulyarlıq əldə etmişdir.
Kameron Diaz
Kameron Mişel Diaz — (ing. Cameron Michelle Diaz; d. 30 avqust 1972, San-Diyeqo, Kaliforniya, ABŞ) - amerikalı kinoaktrisa və model. Diaz həmçinin "Şrek" animasiya filminin seriyalarında "Şahzadə Fiona" rolunu səsləndirməklə tanınır. 1994-cü ildə çəkilmiş "Maska" filmində oynadığı rol onun ekranlarda ilk çıxışı idi. == Həyatı == Kaliforniyada anadan olan Kameronun anası Emilio Diaz (1949-2008) burada idxal-ixrac agenti işləyir, atası isə "UNOCAL" neft şirkətinin işçisi kimi fəaliyyət göstərirdi. Diazın atası Kuba-Amerika əsilli idi və əsli İspaniya kubalılarından gəlmə idi (bəzi mənbələrdə isə atasının meksikalı olduğu qeyd olunur). Anası isə yarıingilis, yarıalman idi. Kameron və böyük bacısı sakit qızlar deyildilər. Onlar ağır musiqiyə qulaq asır, bütün vaxtlarını yerli oğlanlarla keçirir, cinsinə və yaş fərqinə baxmadan xətirlərinə dəyənin cavabını verməkdən çəkinmirdilər.
Kameron adası
Kameron adası (ing. Cameron Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Kraliça Yelezaveta adaları qrupuna aiddir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Adanın sahəsi 1059 km², sahil xəttinin sahəsi isə 219 km-dir. Şimal-qərbdən cənub-şərqə uzunluğu 44 km, eni isə 20–30 km arasında dəyişir. Ada ərazisinin böyük hissəsini 20–60 m arası olan təpəliklər örtür. Relyefi cənub-şərqə doğru yüksəlir. Burada danın ən hündür zirvəsi olan Vilmot dağı yerləşir (Mt. Wilmot).
Kamerun Prezidenti
Kamerun Prezidenti == Tarixi == 1960-cı il yanvarın 1-də Kamerun, Fransadan dövlət müstəqilliyini elan etdi. 1960-cı il mayın 15-də Kamerun Prezidenti vəzifəsinə Fransız Kamerununun Baş naziri Əhmədu Ahico gətirildi. 1960-cı ildən 1965-ci ildə qədər Əhmədu Ahico Kamerunun Prezidenti vəzifəsini icra etdi. 1965-ci il martın 23-də Kamerun tarixində birinci dəfə Prezident seçimləri baş tutdu. Seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və 5 il müddətinə Kamerun Prezidenti seçildi. 28 mart 1970-ci ildə Kamerunda növbəti dəfə Prezident seçimləri baş tutdu. Yenə seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və yenidən 5 il müddətinə Kamerun Prezidenti seçildi. 1975-ci il aprelin 5-də Kamerunda üçüncü dəfə Prezident seçimləri baş tutdu. Seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və üçüncü dəfə 5 il müddətinə Kamerun Prezidenti seçildi. 5 aprel 1980-cı ildə Kamerunda növbəti dəfə Prezident seçimləri baş tutdu.
Kamerun Respublikası
Kamerun (fr. Cameroun, ing. Cameroon), rəsmi olaraq Kamerun Respublikası (fr. République du Cameroun, ing. Republic of Cameroon) — Mərkəzi Afrikanın qərbində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Nigeriya, Çad, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Qabon, Ekvatorial Qvineya və 402 km-lik sahil xətti ilə Atlantik okeanı təşkil edir. Ölkənin paytaxtı Yaundedir. == Tarixi == 15-ci əsrin əvvəllərində bölgəyə gələn portuqaliyalı işğalçılar burada koloniyalar qurmağa başladılar. Region xalqını kölə ticarətində istifadə etməyə başladılar. 1864-cü ildə alman müstəmləkəsi olan Kamerun, Almanlar tərəfindən zorla sərt bir sistemə söykənən, koloniyanın infrastrukturunu inkişaf etdirmək üçün layihələrə başladılar.
Kamerun bayrağı
Kamerun bayrağı — Kamerunun Dövlət bayrağı
Kamerun kolobus
== Kamerun Kolobusu == Qırmızı Kolobus cinsi olan primat ailəsinin meymun növündən biridir. == Təsnifat == Əvvəllər bu Qvineya Kolobusu ya da Qırmızı Kolobus bir alt növü hesab edilirdi. == Təsvir == BAşı qara,arxa qırmızı, ayaqları, yanaqları və qırmızı rəngli kuyruğu qara rəngdir. [1] == Yayılımı == Korup Milli Parkı, Kamerun, həmçinin Kross Milli Parkı,Nigeriya da daha çox rast gəlinir.[2] Dəniz səviyyəsindən 1400 metr yüksəklikdəki nəmli meşələrdə yayılmışdır. 20-dən 64-ə qədər sürüdə say təşkil edir.Əsasən yem olaraq yarpağı seçir.Təbiətin qorunması üzrə Beynəlxalq İttifaq bu növə "Kritik bir vəziyyətdə" müdafiə statusunu verdi. Qorunmasi üçün əsas ovçuluq yasaqlanmışdır. Bu növün böyük hissəsi Kamerun və Nigeriyada qorunan ərazilərdə yaşayır. == Xarici keçidlər == The IUCN Red List of Threatened Species.
Kamerun gerbi
Kamerun gerbi Afrika ölkəsi sayılan Kamerun tərəfindən istifadə edilən rəsmi dövlət gerbidir. Gerbin mərkəzi hissəsində yerləşən qalxan Kamerun bayrağının rənglərini ehtiva edir. Qalxanın mərkəzində üçbucaq meydana gətirən və 4095 m hündürlüyü ilə Qərbi Afrikanın ən yüksək dağı olan Kamerun dağını ifadə edən hissə qırmızı fonda olarkən, üçbucağın ayırdığı hissələrdən sol tərəf yaşıl fona, sağ tərəf isə sarı fona malikdir. Qırmızı fonda mavi rəngdə Kamerunun xəritəsi göstərilmiş, xəritənin üstündə yerləşdirilmiş olan qılıncın ucundakı tərəzilər isə Roma mifologiyasında ədalət ilahəsi kimi qəbul edilən Justitianı işarə edir. Qılıncın ən uc hissəsində isə yenə qırmızı fonda sarı beşguşəli ulduz yerləşdirilmişdir. Qalxanın arxa tərəfində diaqonal olaraq yerləşdirilmiş iki ədəd Fasce isə dövlət hakimiyyətini və respublika idarəetmə formasını simvollaşdırır. Qalxanın yuxarı hissəsində isə ikisi Fasceslərin üstündə, biri isə qalxanın yuxarı hissəsində yerləşdirilmiş olan və həm fransız, həm də ingilis dillərində yazılmış Sülh, İş, Vətən (Fr: Paix, Travail, Patrie) (İng: Peace, Work, Fatherland) kəlmələri yazılmışdır. Qalxanın alt hissəsindəki şüar zolağında isə həm fransız, həm də ingilis dillərində bu ölkənin bu dillərdəki rəsmi adı olan Kamerun Respublikası (Fr: République du Cameroun) (İng: Republic of Cameroon) yazılmışdır.
Azərbaycan–Kamerun münasibətləri
Azərbaycan–Kamerun münasibətləri — Azərbaycan Respublikası ilə Kamerun Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin fevral ayının 24-də qurulmuşdur.
Kamerun prezidentlərinin siyahısı
== Kamerun Respublikası ==
Kamerun–Nigeriya münasibətləri
Kamerun–Nigeriya münasibətləri — Kamerun Respublikası ilə Nigeriya Federativ Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Bakassi problemi == İki ölkə arasında əsas mübahisə predmeti Bakassi yarımadası ilə bağlıdır. Belə ki, bu ərazi Nigeriyaya məxsus olmuşdur. Lakin 22 noyabr 2007-ci ildə BMT-nin Beynəlxalq Məhkəməsi yarımadanın Kameruna verilməsi haqqında qərar çıxarmışdır. Ancaq buna baxmayaraq Nigeriya senatı bu qərarın ölkə konstitusiyasına zidd olduğunu bildirərək çıxarılan qərara əməl etmir.
Kamerun–Türkiyə münasibətləri
Türkiyə—Kamerun münasibətləri — Kamerun ilə Türkiyə arasındakı ikitərəfli əlaqələr. == Diplomatik münasibətlər == Başlanğıcda, Türkiyə ilə Kamerun arasındakı münasibətlər Əhmədu Ahidjonun prezidentliyi dövründə gərginləşmişdi, bu zaman polis və təhlükəsizlik aparatı onun düşməni sayılan insanları yox etmək üçün istifadə edildi. Kamerunu daha çox söz və mətbuat azadlığı ilə daha azad və demokratik etməyə çalışan Prezident Paul Biye dövründə ikitərəfli münasibətlər xeyli yaxşılaşdı. Bu müddət ərzində, Türkiyə Kameruna məktəblər inşa etməsində kömək etdi , bu da bir çox Afrika ölkəsinə nisbətən Kamerunda daha çox məktəbdə oxuyan uşaqların olmasına kömək etdi. Lakin münasibətlər 1984-cü ildə baş verən çevriliş cəhdindən sonra müxalifətə qarşı təzyiqlərdən sonra pisləşdi . Neftin qiyməti və tələbi düşdükdən sonra, neft ixracatından çox asılı olan Kamerun iqtisadiyyatı böhrana girdi. 1987-ci ilə qədər Kamerun, borclu olan yoxsul ölkələr qrupuna daxil oldu və bu da iqtisadi inkişaf üçün əlavə fondlar əldə etməyə imkan verdi . Türkiyə Kameruna iqtisadi yardım göstərməkdə Beynəlxalq Valyuta Fondu, Dünya Bankına qatıldı. == İstinadlar == == Ədəbiyyat == Адамс, Мелинда. «Национальные механизмы и авторитарная политика: пример Камеруна».
Namurun mühasirəsi (1914)
Namurun mühasirəsi (fr. Siège de Namur; 20—25 avqust 1914-cü il) - Birinci Dünya müharibəsi əsnasında keçirilən hərbi əməliyyat nəticəsində, Alman ordusunun Belçikanın Valonya vilayətinin paytaxtı Namur şəhərinə hücumu. Namur "Namur qalası" kimi tanınan,müasir fortlar (qala – əsasən qoşunlar tərəfindən işğal edilmiş bir möhkəm bina) halqası ilə əhatə olunmuşdu. 4-cü Belçika diviziyası tərəfindən müdafiə olunurdu. Mühasirə 20 avqustda başladı,Alman ordusu Leje mühasirəsi əsnasında (4-16 avqust) qazandıqları təcrübədən istifadə etdi və hücumdan əvvəl mühasirədə olan ağır mühasirə artilleriyası və dörd Avstriya-Macarıstan ağır batareyaları ilə qalaları bombardman etdilər. Fransız ordusu Şarlerua döyüşündə məğlub oldu və buna görə də möhkəmlətmək üçün Namurda yalnız bir alayı qoya bildi. Qüvvələr yetərsiz olduğuna görə mühasirəyə alınan güclü və ağır artilleriya atəşə tutuldu. Qalanın son müdafiəçiləri avqustun 25-də,4-cü Belçika diviziyasının qalıqları,5-ci Fransa ordusu vasitəsilə cənubdan geri çəkildikdən sonra təslim olmaq məcburiyyətində qaldılar. Sonda geri çəkilmənin nəticəsi olaraq,mühasirə zamanı Antverpendəki Belçika səhra ordusuna qatıldılar. Belçikanın müharibə planları,digər güclərin qüvvələrini qovacağı fərziyyəyəsinə söykənirdi.
Amerə (Komican)
Amerə (fars. امره‎; azərb. Amara‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 104 ailədə 114 nəfəri kişilər və 167 nəfəri qadınlar olmaqla cəmi 281 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Kamerun milli futbol komandası
== Tarixi ==
Sen-Nikola-de-Maşeren
Sen-Nikola-de-Maşeren (fr. Saint-Nicolas-de-Macherin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38432. Kommunanın 1999-cu il üçün əhalisi 782 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 447 ilə 952 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Kamerun qadın milli voleybol komandası
Kamerun qadın milli voleybol komandası — Kamerunu qadın voleybolunda beynəlxalq arenada və yoldaşlıq matçlarında təmsil edən milli komanda. Milli komandaya Kamerun Voleybol Federasiyası nəzarət edir. == Tarixi == Kamerun milli komandası son vaxtlar böyük çıxış yaxalayan Afrika komandasıdır. Komandanın Afrika çempionatındakı son uğurları və dünya çempionatına qazandığı vəsiqələr bunun bariz nümunəsidir. Afrika çempionatında iki dəfə ikincilik yaşayan komandanın bundan başqa da uğurları vardır. Belə ki, milli komanda beş qat Afrika üçüncüsüdür. Bununla yanaşı komanda son iki Afrika Oyunlarını da (2007 və 2011) gümüş medalla başa vurmuşdur. 1991-ci ildə də Kamerun millisi Afrika Oyunlarını medalla (bürünc medal) başa vura bilmişdi. 2006-cı ilin dünya çempionatına vəsiqə qazanmaqla tarixinin ən böyük nailiyyətlərindən birinə imza atan Kamerun millisi həmin dünya çempionatında son 4 yerdən birini tutmuşdu. Dörd il sonra keçirilən mundiala vəsiqə qazana bilməyən yığma İtaliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanaraq adını bütün dünyaya tanıtmağa başlamışdı.
James Cameron’s Avatar: The Game
James Cameron’s Avatar: The Game (azərb. Ceyms Kameronun Avatarı: Oyun‎) - Ubisoft Montreal videooyun şirkəti tərəfindən 2009-cu ildə yaradılan macəra oyunudur. Bu oyun Avatar filminin çıxış tarixinə 17 gün qalmış (17 dekabr) nümayiş etdirilmişdir.