Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nequr
Nequr — İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanının Dəştyari bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,759 nəfər və 647 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfidirlər. Nequr, bəluc dilində, təpəətəyi deməkdir.
Nəsr
Nəsr — ərəbcədən hərfi mənada vəzni, qafiyəsi və rədifi olmayan bədii əsər deməkdir. Nəsr poetikasından bəhs edən ədəbiyyatşünaslar hətta nəsr dilini adi danışıq dili və insanlar arasında gündəlik yazışmaların dili ilə eyniləşdirirlər. Bir sıra nəzəriyyəçilər isə bu fikirdədirlər ki, nəsr əsərlərinin özünün də öz mürəkkəb-daxili və ritmik-struktur qanunauyğunluqları var.Nəsr dili konkret müəllif ideyasının, poetik məzmunun ardıcıl şəkildə dərkində məqsədyönlü surətdə işlədilən bir dildir. Nəsrdə sətirlərin uzun və qısalığından, sadə və mürəkkəbliyindən asılı olmayaraq bədii sistemlilik, ardıcıl məntiq və ritm olmalıdır. Nəsr dilində yazılan ədəbiyyat müxtəlif olur: povest, roman, novella, oçerk, memuar və s. == Povest == Povest rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən "povestvovanie" sözündəndir. Povestə bəzən böyük hekayə deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur. Azərbaycan ədəbiyyatında povestin ilk nümunəsi M.F.Axundzadənin “Aldanmış kəvakib” əsəri sayılır.
Ben-Nəsr
Ben-Nəsr (ərəb. بن ناصر‎) — Əlcəzairin şimal-şərqində, Uarqla vilayətində şəhər və kommuna. Taybet dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin şimalında, Böyük Səhranın şimalındakı vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 494 kilometr (307 mil) cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 101 metr (331 ft) yüksəklikdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 66 mm-dir). Orta illik temperatur 21,5 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,1°C, ən isti ayın (iyul) orta temperaturu 33,3°C-dir. == Nəqliyyat == 16 nömrəli respublika əhəmiyyətli avtomobil yolu şəhərdən keçir.
Elektron nəşr
Elektron nəşr - redaksiya-nəşriyyat işlənməsi mərhələsindən keçmiş, dəyişdirilmədən yayılmaq üçün nəzərdə tutulmuş, çıxış məlumatları olan elektron sənəd və ya elektron sənədlər qrupu. Elektron nəşr – elektron hesablama maşınlarından istifadə etməklə çap əsərlərinin buraxılması, yaxud nəşrlərin elektron vasitələrlə, informasiyanın maşında oxunan formada hazırlanması və yayılması (məsələn, maqnit-lent nəşrləri, elektron jurnal və s.). Elektron sənədlərə aşağıdakılar aiddir: elektron kitablar, elektron məqalələr və göstəricilər, yeni liklərin göndərilmə ünvanlarının və qruplarının siyahıları, rəqəmsal şəklə salınmış video və audiomateriallar, elektron materialların digər müxtəlif növləri. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Luici Negri
Luici Negri (it. Luigi Negri; 5 noyabr 1947, Kodogno, İtaliya) — İtaliyalı siyasətçi və memar, Lega Nord Partiyasının üzvü. == Həyatı == 1956-cı ildə Kodognoda anadan olmuşdur. 1992–2001-ci illərdə İtaliya Deputatlar Palatasının üzvü olub. İncəsənət tarixinə olan marağı onu hər şeydən əvvəl çini araşdırmalarını genişləndirməyə və toplamağa yönəltdi.
Near adaları
Near adaları (ing. Near Islands, aleut. Sasignan tanangin) — Aleut arxipelaqında ən kiçik və ən qərb adalar qrupu. Near adaların ümumi sahəsi 1143,8 km²-dir. 2000-ci ilə qədər əhalisi 47 nəfər olmuşdur. Əhali Attu və Simia adalarında yaşayır. == Coğrafiya == Qrupun ən böyükləri Attu, Aqattu adaları və öz növbəsində Alaid, Nizki və Simiya adalarından ibarət Semiçi adaları qrupunu təşkil edir. Simiyadan 30 km şimal-şərqdə İnqenstrem qayaları kimi tanınan kiçik bir rif yerləşir. == Tarix == İlk rus səyahətçilər tərəfindən bütün Aleut adaları arasında Rusiyaya ən yaxın adalar kimi adlandırılmışdır. Onlar ilk dəfə rəsmi olaraq müasir ad altında adaları 1813-1814-cü illərdə rus tədqiqatçısı Lanqsdorf tərəfindən dəniz hesabatlarında qeyd etmişdir .
Neqra burnu
Neqra burnu — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən cənub-qərbdə yerləşən buzlaqlardan azad olan burundur. Mitçell buxtasından cənub-şərqdə yerləşmişdir. Ərazi 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur.Burun Çili Antarktida ekspedisiyaların birində iştirak edən şəxs tərəfindən adlandırılmışdır. == Yerləşməsi == Qrinviç adasındakı Spark burnundan 6.43 km şimal-şərqdə, Debelyanov burnundan 2.8 km cənub-şərqdə, Beron burnundan 4.5 km şimal-qərbdə, Edvards burnundan 8.84 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Nəqi Zakirov
Nəqi Zakirov (tam adı: Nəqi Sirazetdin oğlu Zakirov, tatar. Нәкый Сираҗетдин улы Закиров, rus. Наки Сиразиевич Закиров; təxəllüsü: Nəqi İsənbət, tatar. Nəqi İsənbət/Нәкый Исәнбәт, rus. Наки́ Исанбе́т; 29 dekabr 1899, Maloyaz[d], Zlatoust qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 12 sentyabr 1992, Kazan, Tatarıstan, Rusiya) — Tatarıstan yazıçısı, şairi, dramaturqu, romançısı, alimi, filoloqu, dilşünası, folklorçusu, tatar dilindəki lüğətlərin kompilyatoru. == Həyatı == Nəqi Sirazetdin oğlu Zakirov 29 dekabr 1899-cu ildə indiki Rusiyanın Başqırdıstan Respublikasının Salavat rayonunun Malayaz kəndində bir molla ailəsində anadan olmuşdur. O, ibtidai təhsili yerli mədrəsələrdən birində almış, daha sonra isə Ufa şəhərindəki «Həsəniyyə» mədrəsədində təhsil almağa başlamışdır. 15 yaşında ikən Kazan şəhərindəki «Məhəmmədiyyə» mədrəsədində təhsil almağa başlamışdır. Bu dövrdə o, jurnallarda əsərlərini nəşr etməyə başlamışdır. Eyni zamanda dilşünaslığa maraq göstərən Nəqi İsənbət Tatarıstan folkloru ilə də maraqlanmağa başlamışdı.
Nəqi İsənbət
Nəqi Zakirov (tam adı: Nəqi Sirazetdin oğlu Zakirov, tatar. Нәкый Сираҗетдин улы Закиров, rus. Наки Сиразиевич Закиров; təxəllüsü: Nəqi İsənbət, tatar. Nəqi İsənbət/Нәкый Исәнбәт, rus. Наки́ Исанбе́т; 29 dekabr 1899, Maloyaz[d], Zlatoust qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 12 sentyabr 1992, Kazan, Tatarıstan, Rusiya) — Tatarıstan yazıçısı, şairi, dramaturqu, romançısı, alimi, filoloqu, dilşünası, folklorçusu, tatar dilindəki lüğətlərin kompilyatoru. == Həyatı == Nəqi Sirazetdin oğlu Zakirov 29 dekabr 1899-cu ildə indiki Rusiyanın Başqırdıstan Respublikasının Salavat rayonunun Malayaz kəndində bir molla ailəsində anadan olmuşdur. O, ibtidai təhsili yerli mədrəsələrdən birində almış, daha sonra isə Ufa şəhərindəki «Həsəniyyə» mədrəsədində təhsil almağa başlamışdır. 15 yaşında ikən Kazan şəhərindəki «Məhəmmədiyyə» mədrəsədində təhsil almağa başlamışdır. Bu dövrdə o, jurnallarda əsərlərini nəşr etməyə başlamışdır. Eyni zamanda dilşünaslığa maraq göstərən Nəqi İsənbət Tatarıstan folkloru ilə də maraqlanmağa başlamışdı.
Nəsr Surəsi
110-cu surə
Paolo Neqro
== Bioqrafiyası == Neqro "A" Seriyasında 1990-cı il oktyabrın 28-də, 18 yaşı olarkən debüt edib. O, "Boloniya"da çıxış edirdi. "Rossoblu" ilə yanaşı, Paolo "Breşiya"da da təcrübə yığıb. Oradan isə 1993-cü ildə Romanı fəth etməyə gedib. Müdafiəçini "Latsio" gözaltı etmişdi. Neqro uzun illər paytaxtlılara sadiq qaldı. Bu illər ona "skudetto"nu, eləcə də həm daxili, həm də xarici arenada bir neçə kubok qazandırdı. Paolonun aktivində həmçinin İtaliya yığmasında 8 oyun var. O, "Skuadra Azzura"da debüt matçını 1994-cü il noyabrın 16-ca Xorvatiya millisi ilə keçirib. 2005/06-cı illər mövsümündə Neqro "Latsio"dan daha az tanınan "Syena"ya üz tutdu.
İmam Nəqi
İmam Əliyyən-Nəqi (8 sentyabr 828 və ya 7 mart 828, Mədinə, Abbasilər – 1 iyul 868 və ya 21 iyun 868, Səmərra, Abbasilər) — Əli ibn Məhəmməd əl-Hadi.
Neqru Vode
Radu Neqru (rum. Radu Negru) və ya Neqru Vode (rum. Negru Vodă; bilinmir – 1265) — Rumıniya tarixinin, Rumıniya və Moldova folklorunun əsas simalarından biri. O, XIII əsrin sonlarında Kurtya-de-Arceş şəhərində hökmranlıq edən Valaxiya knyazlığının yarıməfsanəvi qurucusudur. Onun adı rumın dilindən "qara voyvoda" kimi tərcümə olunur.
Radu Neqru
Radu Neqru (rum. Radu Negru) və ya Neqru Vode (rum. Negru Vodă; bilinmir – 1265) — Rumıniya tarixinin, Rumıniya və Moldova folklorunun əsas simalarından biri. O, XIII əsrin sonlarında Kurtya-de-Arceş şəhərində hökmranlıq edən Valaxiya knyazlığının yarıməfsanəvi qurucusudur. Onun adı rumın dilindən "qara voyvoda" kimi tərcümə olunur.
Hacı Məhəmməd Nəqi
Hacı Məhəmməd Nəqi (XVI əsr, Naxçıvan – XVII əsr, Naxçıvan) — Azərbaycan memarı. Naxçıvan memarlıq məktəbinin nümayəndəsi hesab olunur. == Həyatı == Naxçıvanda anadan olmuş Hacı Məhəmməd Nəqinin dəqiq doğum tarixi və ölüm tarixi məlum olmasa da XVI əsrin ikinci yarısı – XVII əsrin birinci yarısında Naxçıvanın Оrdubad bölgəsində yaşadığı ehtimal edilir. Atası Məşədi Hüseynəlidir. == Fəaliyyəti == Hacı Məhəmməd Nəqinin adı Ordubad bölgəsinin Dəstə kəndindəki "Meydan" məscidinin giriş qapısının baş tərəfində qoyulan kitabələrin məzmunundakı məlumat ilə elmi dövriyyəyə daxil edilmişdir. Həmin məscidin üzərində qalan birinci kitabəyə əsasən məlum olur ki, məscidin inşasını 1610–1611-ci ildə Əbdülxan Cavad oğlu əmr etmişdir. İkinci kitabənin məlumatından isə aydın olur ki, məscid elə həmin vaxt Fəxr ül-Hac Hacı Məhəmməd Nəqi tərəfindən inşa edilmişdir. Həmçinin ikinci kitabədə o da qeyd olunmuşdur ki, Dəstə kəndinin şərq tərəfində Tub Basar (Topasar) kövşənindən axan Vənəndçayın üzərində dövrümüzə qədər qalıqları gəlib çatmış və el arasında "Hacı Nağı körpüsü" adlanan körpü də Hacı Məhəmməd Nəqi tərəfindən inşa etmişdir.Hacı Məhəmməd Nəqinin məscid və körpü inşa etməsi onun bir memar kimi çoxcəhətli yaradıcılığından xəbər verir və göstərir ki, о zəmanəsinin məşhur sənətkarı olmuşdur.
I Nəsr (Samani)
I Nəsr ibn Əhməd (?-892) — 864-892-ci illərdə hakimiyyətdə olan, Samanilər sülaləsindən hökmdar. == Həyatı == I Nəsr bin Əhməd Səmərqənd şəhərində taxta yiyələnmişdi. == I Nəsr və Rudəki == Qüdrətli Samani hökmdarı I Nəsr ibn Əhməd (864-892) saray əhli ilə Heratın ətrafına ova çıxır. Şikar çox, hava əla, ov bir həftə çəkir, hökmdar hələ paytaxta, Buxaraya qayıtmaq barədə düşünmür. Saray əhli isə bezir, daha ovla məşğul olmaq istəmir, amma heç kim cürət edib hökmdara bunu deyə bilmir. Nəhayət, əyan-əşrəf sarayda nüfuz sahibi olan böyük şair Əbu Abdullah Cəfər Rudəkiyə (860-941) müraciət edir. "Nə qədər ov edərlər, arvad uşaq üçün darıxmışıq, bəlkə hökmdarı dilə tutasan. Buxara üçün burnumuzun ucu göynəyir…" Farsdilli xalqların "Şairlərin Adəmi" adlandırdığı Rudəki bu zaman şöhrətinin zirvəsində idi. Qədim mədəniyyətlərini, əvvəlki şöhrətlərini bərpa etmək istəyən farsdilli xalqlar üçün Rudəki qısa müddətdə əsl bayraqdara dönmüşdü. Rudəki misilsiz istedadı ilə qısa müddətdə əsl ədəbi fars poeziyasının təməl daşlarını qoya bildi.
Riu-Neqru (Amazon)
Riu-Neqru (isp. və port. Rio Negro, "Qara çay") — Amazon çayının ən böyük sol qollarından biri. Uzunluğu 2300 km, hövzəsinin sahəsi 600 000 km², su sərfiyyatı 30 000 m³/s təşkil edir. Riu-Neqru Amazon hövzəsinə daxil olsa da, Riu-Neqruya daxil olan suların bir qismi digər hövzəyə daxil olan Orinokoya daxildir. Çayda çoxlu sayda astanalara rast gəlinir. 600 km məsafədə çay naviqasiyaya yararlıdır (Manaus şəhərindən mənsəbə qədər).
Seyid Hüseyn Nəsr
Seyid Hüseyn Nəsr (fars. سید حسین نصر‎; 7 aprel 1933, Tehran) — İran filosofu, Corc Vaşinqton Universitetinin İslam araşdırmaları və tədqiqatları institutunun direktoru. == Həyatı == Seyid Hüseyn Nəsr 1933-cü ildə İranın Tehran şəhərində dünyaya gəlmişdir. Əsli Kaşan şəhərindəndir. Onun ana babası Şeyx Fəzlullah Nuridir. Seyid Hüseyn Nəsr o zamankı mədrəsə dərslərinin kənarında Fransız dilinidə mükəmməl öyrənmişdir. == Yaradıcılığı == Cavanlıq Yaşlarında Amerikaya təhsil üçün getmişdir. Massaçusets Texnologiya İnstitutunda Fizika ixtisasında bakalavr almışdır. Harvard Universitetində Fəlsəfə və elm tarixi ixtisasında Magistr və Doktorantura medafiə etmişdir. Sonradan İrana qayıtmış və Tehran Universitretinin müəllimi və Ədəbiyyat institutunun müdiri olmuşdur.
Türk hamamı (Enqr)
Türk hamamı (fr. Le bain turc) — 1862 ci ildə fransız rəssamı Jan Enqr tərəfindən, yağlı boya, kətan texnikası ilə erotizm üslubunda çəkilmiş 110 × 110 sm ölçülü, hal-hazırda Parisin Luvr muzeyində sərgilənən rəsm əsəri. Bu tablo ilə 80 yaşlı Enqr öz yaradıcılıq yolunu bitirmiş olur. Nü üslubu Enqrin sevimli janrlarından sayılır. Nü rəssama bir o qədərdə uğur gətirən üslub sayılmırdı. Bu tablo ilə o nastalji hissi ilə keçmişə bir daha nəzər salmış olur. Tabloda ön planda göstərilmiş ud çalan qadın “Çimən Valpiunson” bənzəyir. Solda rəqs edən fiqur isə bir növ Rocerin Anjelinanı xilas etməsi tablosundakı qandallı Anjelikadır. Tablo o qədər çanlıdır ki, ona baxdıqca sanki özünü o dövrdə hiss edirsən: ud və qaval səsi, qəhvə ətri, parlaq və zərif qadın cildləri. İlkin tablo 1859 cu ildə bitərkən dördkünc formada olmuşdur.
İmam Əliyyən-Nəqi
İmam Əliyyən-Nəqi (8 sentyabr 828 və ya 7 mart 828, Mədinə, Abbasilər – 1 iyul 868 və ya 21 iyun 868, Səmərra, Abbasilər) — Əli ibn Məhəmməd əl-Hadi.
Şəmsmülk Nəsr xan
Nəsr bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1068. ildə atası İbrahim Tamğaç xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. == Həyatı == Şəmsmülkün Türkistan səfəri zamanında Alp Arslanın oğlu Ayaz xan Buxara və Səmərqəndu talan etdi. Bu hadisələrdən xəbər tutan Şəmsmülk geri qayıdır və Ayazın ordusuna qalib gəlir, çoxlu əsir alır. Arvadı Ayşə Bibi xatunu ayağındakı ayaqqabı ilə vura vura öldürür və deyir: "Sən mənim arvadım deyilmişsən, mənim sarayımda mənə qarşı olan bir casusmuşsan’’. Qızının öldürüldüyünü eşidən Alp Arslan 465. il Məhərrəm ayının (1072 Sentyabr) sonlarında iki yüz minlik ordu ilə Mavəraünnəhr səfərinə çıxdı. Şəmsmülk arvadının öz əcəli öldüyünü bu danışılanların yalan olduğunu Alp Arslan bildirdi. == Mədəniyyət == Şəmsmülk Nəsr xan hakimiyyəti ilərində Ömər Xəyyam Səmərqendə gəlmişdir.
Əbu Nəsr Fərabi
Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Farabi (Əbunəsr Farabi) ət-Türki (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təxminən 873 – 950-ci illərdə yaşaması güman olunur) – İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır. == Həyatı == Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində türk qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885-895 illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910-911 illərdə Bağdada getdiyini göstərmişdir. Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında yazır ki, Əbunəsr Farabi Bağdadda Əbubişr Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran şəhərinə getmiş, orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir. Professor M.Xəyrullayev Farabinin 941-ci ildə Dəməşqə getdiyini, 949-950 illərdə isə Misirə səfər etdiyini bildirmişdir. M.Xəyrullayev Farabinin 950-ci ildə noyabr, yaxud dekabr ayında Dəməşqdə vəfat etdiyini yazmışdır. == Fəlsəfəsi == Farabi riyaziyyat, fəlsəfə, tibb və musiqi elmlərinə misiliz töhfələr bəxş etmiş, Aristotelin əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır.
Əli ən-Nəqi
İmam Əliyyən-Nəqi (8 sentyabr 828 və ya 7 mart 828, Mədinə, Abbasilər – 1 iyul 868 və ya 21 iyun 868, Səmərra, Abbasilər) — Əli ibn Məhəmməd əl-Hadi.
III Nəsr xan Qaraxani
Nəsr bin Məhəmməd bin Süleyman bin Nəsr bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1129. ildə atası II Məhəmməd xan Qaraxaninin iflic olmasından sonra hakimiyyətə gəlmişdir.
Jan Ogüst Dominik Enqr
Jan Ogüst Dominik Enqr (fr. Jean Auguste Dominique Ingres; 29 avqust 1780[…], Montoban[d][…] – 14 yanvar 1867[…], Paris[…]) — fransız rəssamı. XIX əsr Avropa akademizminin görkəmli nümayəndələrindən biri. == Həyatı == Fransız akademik rəssamı Jan Ogüst Dominik Enqr 1780-ci ilin avqustun 29-da Fransada anadan olub. Onun atası bir çox uğurlu peşəyə sahib olub: daşyonma, miniatür rəssam, heykəltaraş, dekorativ bənna və bir də həvəskar musiqiçi. İlk rəsm və musiqi təhsilini atasından alan gənc Enqri özünün ilk tanınmış rəsm əsərini 1789-cu ildə antik tökmə gipslə yaratmışdır. 1786-cı ildə o, yerli məktəbdə təhsilini davam etdirmiş, lakin 1791-ci ildə Fransa İnqilabının baş verməsi təhsilinə son qoymuş və məktəb bağlanmışdır. Təhsilinın yarımçıq qalması Enqri üçün həmişə təhlükə mənbəyi olaraq qalmışdır. 1791-ci ildə atası Joseph Enqri oğlunu Tuluza şəhərinə aparır. Tuluzda onu Royale de Peinture Akademiyasının heykəltaraş və memarlıq sinfinə qəbul etdirir.
Qəsr əl-Heyr əl-Qərbi
Qəsr əl-Heyr əl-Qərbi (ərəb. قصر الحير الغربي‎; mənası – "Qərbi rifah sarayı") — Suriyada, Hümsün şərqində ərəb qəsri. 727-ci ildə VI əsrə aid Bizans monastırının yerində tikilmişmişdir. Sarayın tikintisi zamanı Palmira xarabalıqlarından çıxarılmış sütunlar və digər dekorativ elementlərdən istifadə edilmişdir. Hal-hazırda xarabalıqdır, qala yerində tapılan freskalar, stükko relyeflər, heykəltəraşlıq parçaları Dəməşq Milli Muzeyində yerləşdirilmişdir.
Behr
Hans Herman Behr (alm. Hans Hermann Behr‎; 18 avqust 1818 – 6 mart 1904, San-Fransisko, Kaliforniya) — Almaniya botaniki, entomoloqu, antropoloqu və həkimi. == Elmi fəaliyyəti == Hans Herman Behr bir çox bitki və həşərat növü təsnif etmişdir.. == Əsərləri == Denis Papins Dampfdruckpumpe von 1707 und ihr Nachbau: mit dem Faksimile und der Übersetzung seiner Veröffentlichung in der französischen Fassung. The hoot of the owl. Report of the committee appointed to prepare and present an account of the life and services of Doctor Hans Herman Behr. Beiträge zur pathologischen Geographie Californiens. On certain butterflies of California: Our Californian Argynides. On Californian lepidoptera. Entomological contributions.