NƏHƏNGLİK
NƏHS
OBASTAN VİKİ
Babək Nəhreyin
Babək Nəhreyin (3 mart 1980, Təbriz) — İran Azərbaycanlı rejissor, aktyor, komediyaçı və müğənnidir. Onun bir çox satiraları nümayiş etdirilib, O daha çox Əlirza Rəncipor ilə əməkdaşlıq edib. == Həyatı == Babak Nəhreyin 3 Mart 1981 cu ildə Əhərdə anadan olub, iki qardaş və bacısı ilə ailə ikinci uşaq və o, fars ədəbiyyatı bakalavr dərəcəsi var.
Nəhran (Heris)
Nəhran (fars. نهران‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 357 nəfər yaşayır (82 ailə).
Nəhre Poştə
Nəhre Poştə (fars. نهرپشته‎; azərb. Neyra Poşta‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 67 ailədə 142 nəfəri kişilər və 153 nəfəri qadınlar olmaqla cəmi 295 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Nəhrəvan döyüşü
Nəhrəvan döyüşü (ərəb. معركة النهروان‎, Ma’rakat an-Nahrawān) — 658-ci il iyulun 16-da xəlifə Əli ibn Əbu Talibin ordusu ilə “xarici” üsyançı qrup arasında baş vermiş döyüş. Bu döyüş, Əli ilə Suriyanın üsyançı valisi Müaviyə ibn Əbu Süfyan arasında olan Birinci Fitnə zamanı məsələni sülh yolu ilə həll etmək cəhdinin nəticəsi idi. Beləki ki, Əlinin ordusundakı bir sıra döyüşçülər xəlifəni Allah yolunda xəyanət etməkdə ittiham edərək qiyam qaldırır. Sonralar bəzi mənbələrə görə, “xaricilər”, yəni “gedənlər” ləqəbli bu döyüşçülər dinc əhaliyə qarşı zorakılıq hərəkətləri edərək Əlini əsas qüvvələrini üsyanı yatırmağa yönəltməyə məcbur etmişlər. Əlinin ordusundan say baxımından xeyli az olan üsyançılar onun qoşunları tərəfindən mühasirəyə alınaraq tamamilə məğlub edilirlər. Onların əksəriyyəti döyüşdə öldürülür. == Döyüş öncəsi == 656-cı ildə xilafətin başçısı kimi əvvəllər qəbul edilmiş mübahisəli qərarlara görə üsyançılar üçüncü saleh xəlifə Osmanı öldürdülər. Mədinə sakinləri və Osmanın İraqdakı bəzi keçmiş sadiq təbəələri Məhəmməd peyğəmbərin kürəkəni və əmisi oğlu Əli ibn Əbu Talibi onun varisi elan etdilər. Lakin belə bir varislik peyğəmbərin bəzi səhabələrinin, xüsusən də Təlhə ibn Ubeydullah və Zübeyr ibn Əvvamın və Aişənin etirazına səbəb olur.
Nəhrivan (Xudabəndə)
Nəhrivan (fars. نهروان‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 305 nəfər yaşayır (65 ailə).
Bet-Nəhrin
Bet-Nəhrin (süry. ܒܝܬ ܢܗܪ̈ܝܢ; hərf. (iki) çay vətəni) — Mesopotamiya kimi tanınan regionun süryani dilində adı. Coğrafi baxımdan Fərat və Dəclə çayları (həmçinin onların qolları) arasındakı və ətraf ərazilərə aid edilir. Arami dilindəki ad həm də çaylar arasında deyil, həm də çayların ətrafındakı əraziyə aiddir. Bu ərazi təxminən indiki İraqın demək olar ki, hamısını, Türkiyənin cənub-şərqinin bir hissəsini, İranın şimal-qərbini və daha yaxınlarda Suriyanın şimal-şərqini əhatə edir. Aysorlar Bet-Nəhrinin aborigen sakinləri hesab olunurlar.
Bet-Nəhrin Qadın Müdafiə Qüvvələri
Bet-Nəhrin Qadın Müdafiə Qüvvələri (klass. süry. ܚܝܠܘ̈ܬܐ ܕܣܘܬܪܐ ܕܢܫ̈ܐ ܕܒܝܬ ܢܗܪܝܢ) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin Əl-Kəhtaniyyə şəhərində yerləşən tamamilə qadınlardan ibarət aysor hərbi və polis təşkilatı. Bet-Nəhrin Qadın Müdafiə Qüvvələri Süryani Hərbi Şurasının qadın briqadası kimi təsis edilmiş və aysorların məskunlaşdığı ərazilərdə mühafizəçi rolunu yerinə yetirir. Bet-Nəhrin Qadın Müdafiə Qüvvələrinə hərbi və polis qüvvələri daxildir. Bet-Nəhrin Qadın Müdafiə Qüvvələrinin polis bölməsinin Cəzirə regionunda, eləcə də hərbi bölmə, akademiyalar və hərbi məntəqələr üçün ofisləri var. == İdeologiyası == Bet-Nəhrin Qadın Müdafiə Qüvvələri Türkiyənin Midyat şəhərində 1980-ci illərə qədər uzanan dünyəvi solçu aysor milliyyətçi hərəkatı olan davronoye ideologiyasını izləyir. Bet-Nəhrin Qadın Müdafiə Qüvvələri Suriyada aysor qadınların bərabər hüquqlarını təmin etmək və bölgədəki din xadimlərinin qadınlara və feminizm ideallarına qoyduğu məhdudiyyətlərə qarşı çıxmaq üçün yaradılmışdır.
Bet-Nəhrin Vətənpərvərlər Birliyi
Bet-Nəhrin Vətənpərvərlər Birliyi (ərəb. الاتحاد الوطني بيت نهرين‎) — 1996-cı ildə İraqın Süleymaniyyə bölgəsində davronoye hərəkatının bir hissəsi olaraq qurulan aysor siyasi partiyası. 2003-cü il İraq müharibəsindən bəri partiyanın ölkədəki seçkilərdə iştirak etməsinə baxmayaraq, heç vaxt deputat mandatı qazana bilməmişdir.

Digər lüğətlərdə