Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məjit Qafuri
Məcid Qafuri (azərb. Məcid Nurqəni oğlu Qafuri‎) — yazıçı, Başqırdıstanın Xalq şairi. == Həyatı == Məcid Qafuri 1 avqust 1880-ci ildə Başqırdıstanın Yelem-Karan kəndində ziyalı ailəsində doğulub. İlk olaraq atasının açdığı molla məktəbində dərsə gedir, ərəb dilini öyrənir. Həmçinin atasının sayəsində xalq yaradıcılığı ilə tanış olur. Sonra Məcid Üteş kəndindəki məktəbdə təhsilini davam etdirir.1898-ci ildə sənədlərini Orenburq vilayətinin Troitsk şəhərində fəaliyyət göstərən və dünyəvi elmlərin tədris olunduğu Zeynulla İşanın mədrəsəsinə verir. 1904-cü ildə Kazana gəlir, tatar alimi və maarifçisi Qəyyum Nəsirovla, başqırd yazıçısı Məhəmməd Səlim Umudbayev və Abdulla Tukayla tanış olur. 1906-cı ildə Ufaya gedir. “Qaliyyə” mədrəsəsində təhsilini davam etdirir. 1934-cü il oktyabrın 28-də Məcid Qafurinin ürəyi dayanır.
Nerit sahə
Nerit sahə — Dünya okeanının dayaz hissəsi. Materik dayazlığında yerləşir. Suyun güclü hərəkətliliyi, temperaturun dəyişgənliyi, günəş işığının xeyli yayılması, bitki və heyvanat aləminin müxtəlifliyi ilə səciyyələnir. Nerit sahədə əsasən, qırıntı materialları (çaqıl daşı, qabıq əhəngdaşı) toplanır. == Nerit çöküntüləri == Dayaz dəniz çöküntüləri. Nerit sahədə əmələ gəlir. Çaqıl daşı, əhəngli lil və qabıq əhəng daşlarından ibarətdir. Nerit çöküntülər kəskin fasial dəyişkənliyi və dəniz dibindəki orqanizm qalıqlarının çoxluğu ilə xarakterizə olunur.
Nerit zona
Nerit zona- (yun.nerites-dəniz molyusku)- Dənizin qabarma zamanı ən hündür səviyyəsindən 200 metr dərinliyə qədər olan zonasıdır,ümumiyyətlə materik dayazlığı ilə uyğun gəlir.Nerit zona yaxşı işıqlanması,oksigen ilə zəngin olması,suyun güclü hərəkəti,bitki və heyvanlar aləminin müxtəlif olması ilə fərqlənir.
Nerit çöküntülər
== Nerit çöküntülər == Nerit çöküntülər-okean və dənizlərin nerit sahəsində (zonasında) əmələ gəlmiş çöküntülərə deyilir. Nerit çöküntüləri beş fasiyaya ayrılırlar: 1. Aralıq tipi çöküntüləri: a) eol-dəniz, b) uçqun-dəniz; c) buzlaq-dəniz çöküntüləri. 2. Qırıntı çöküntülər: a) brekçiya və konqlomeratlar, b) qumlar, c) gil və lillər. 3. Qırıntı vulkanogen çöküntülər: a) vulkan brekçiyalaraı və tuflar. 4.Kimyəvi-üzvi mənşəli çöküntülər: a) qlaukonit çöküntülər, b) fosforitli çöküntülər, c) silisiumlu çöküntülər, ç) fosforitli çöküntülər, d) əhəng və dolomit çöküntülər. 5. Yalançı abissal çöküntülər: a) əhəng lili, b) silisium lili.
Abjit
Abjit — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Abjit Balakən rayonunun Qaysa inzibati ərazi vahidində kənd. Qoyuntəpə dağının ətəyindədir. Yaşayış məntəqəsi ikinci dünya müharibəsindən sonra yaradılmışdır. Kəndin adı eyni adlı çayın adından alınmışdır. 2014-cü il məlumatına görə bu kənddə heç kim yaşamır.
Debit
Debit – vahid zamanda təbii, yaxud süni mənbələrdən (qazıma quyusu, adi quyu, bulaq və s.) alınan maye və ya qaz həcmi. Mayenin debiti l/san, yaxud m³/san, m³/saat, m³/gün-lə hesablanır. Debit uzun müddət ərzində gələn maye və qaz axınının müntəzəm olmasını xarakterizə edir. Su quyularının məhsuldarlığı xüsusi debitlə (səviyyə 1 m-ə düşənəcən olan Debit) müəyyənləşdirilir. Suyun debiti ölçü qabları, müxtəlif konstruksiyalı su ölçənlər, özüyazan debitoqraf və s. vasitəsilə təyin edilir. Hidrogeoloji tədqiqatlarda quyunun debiti mühüm göstəricilərdən biri hesab olunur.
Gedit
gedit — GNOME desktop mühiti üçün mətn redaktorudur. gedit Linuxdan əlavə Microsoft Windowsda və Mac OS X-də də işləyir. gedit - sintaksis işarələmə (highlight) xüsusiyyətinə malikdir.
Hetit
Hetit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Xassələri == Rəng – kristallarda qırmızımtıl-qonurdan qarayadək, incə - və xırdadənəli aqreqatlarda – sarı, sarımtıl-qonur, qonur; Mineralın cizgisinin rəngi – qonurdan narıncı - sarıyadək; Parıltı – kristallarda almaz, yarımmetal, sarımtıl və qırmızımtıl rəngli kütlələrdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik təbəqələri işıq keçirir; Sıxlıq– hetitin– 4,3, hidrohetitin –3,8-4,2; Sərtlik – 5,0-5,5; Kövrəkdir; Ayrılma– {010} üzrə mükəmməl, {100} üzrə – orta; Sınıqlar – qeyri-hamar, pilləli, qabıqvari; Morfologiya – kristallar: iynə - və sütunvari; İkiləşmə: nadir hallarda dirsəkvari ikiləşmə rast gəlir; Mineral aqreqatları: axın formalı, sıx, məsaməli, böyrək- və torpaqvari kütlələr, stalaktitlər, sferolitlər, oolitlər, konkresiyalar, qabıqlar, ensiz haşiyələr, psevdomorfozalar, bəzən jeodalar; hötit, hidrohötit, lepidokrokit, hidrolepidokrokit, hidrohematitin, gil minerallarının, silisium oksidinin, habelə Al, Mn və b. hidroksidlərinin təbiətdə geniş yayılmış gizlikristallik qarışığı olan limonitin (qonur dəmir filizinin) mühüm tərkib hissələridir. == Mənşəyi və yayılması == Ekzogen şəraitdə əmələ gəlir. Dəmir minerallarının – siderit, pirit, maqnetit, dəmirli silikatların və b. aşınma məhsulu olub, ultraəsası süxurların, dəmirli kvarsitlərin və s. aşınma qabıqlarında müşahidə olunur. Limonitlər sulfid yataqlarının oksidləşmə zonalarının tipik əmələgəlmələridir; onlar əsasən yataqların üst hissələrində d ə m i r p a p a q l a r əmələ gətirir. Hötitin çökmə əmələgəlmələri dəniz və göl hövzələrinin sahilyanı zolağında kimyəvi yolla çökür.
Ləkit
Ləkit Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ləkit kəndi qədim tarixə malikdir. Onun yaşının ən azı 2000 il olması sübut olunmuş fakt hesab oluna bilər. Belə ki, Ləkit kəndinin adı qonşu Qum kəndi ilə birlikdə qədim yunan tarixçilərinin əsərlərində çəkilir. Bu kəndlərdə mövcud olan, qədim albanlara aid edilən məbədlərinin qalıqları da bunu sübut edir. Ləkit sözünün də qədimdə həmin ərazidə yaşamiş "lək" ("leq") tayfalarının adından götürüldüyü güman edilir. Tarixin müxtəlif zamanlarında iri yaşayış məskəninə çevrilən kənddə bəzi vaxtlarda 1000-ə qədər ev olduğu bildirilir. == Toponimikası == Kənd dağətəyi ərazidə yerləşir. Kəndin ərazisində VI əsrdə tikildiyi müəyyən edilən və hal-hazırda dağınıq halda olan, Qafqaz Albaniyasına aid xristian məbədi - Ləkit məbədi yerləşir. Bəzi tədqiqatçılar bu coğrafi adı Böyük Qafqaz dağlannm cənub ətəklərində (əsasən, Samurçay hövzəsində, o cümlədən Qafqaz Albaniyasında) yaşamış qəd.
Meyit
Meyit, cəsəd və ya nəş ― ölən insanın bədəni. Eyni mənaya malik olan kadavra sözü ümumiyyətlə tibbi mənada işlənir. Cənazə mərasimi üçün hazırlanan meyitə cənazə deyilir. "Heyvan ölümü" mənasını verən leş sözü bəzən xüsusən mənfi konotasiya (uyğunlaşma) — insan cəsədi mənasında da istifadə edilir. Bundan əlavə, kadavra sözü tibbi məqsədlər üçün istifadə olunan heyvan ölüləri üçün də istifadə edilə bilər. Mərasimlərdə "Nəş" sözü xüsusilə seçilir. İslami cənazə mərasimlərində nəş sözünə əlavə olaraq mərhum sözü istifadə olunur. Ərəb mənşəli "rəhmətlik" sözü "Allahın rəhmətinə qovuşmuş, bağışlanmış" deməkdir. Bu mənada mərhum kəlməsi təkcə ölülərin cəsədini deyil, həm də axirətə gedəcəyinə inanılan ruh deməkdir və dəfn olunduqdan illər sonra da istifadə olunur. == Etimologiyası == Kadavra sözü türkcəyə italyanca cadavere sözündən keçmişdir; cəsəd və nəş sözləri isə ərəb dili mənşəlidir.
Nefrit
Yəşim — qiymətli mineral daş. == İnsan orqanizminə əhəmiyyəti == Yəşimin digər adı - nefrit - ispan dilindən tərcümədə "bel daşı" mənasını verir. Buna görə də bu daş sadəcə böyrək ağrılarında əvəz edilməzdir. Bundan başqa, nefrit dərini cavanlaşdırmaq, qırışıqları hamarlamaq qabiliyyətinə malikdir. Yaxşısı budur, bu daşları muncuqlarda, medalyonlarda və üzüklərdə daşıyasınız.
Nemti
Nemti — Misir mifologiyasında Nemti (Yunan dilində Antaeus, lakin yəqin ki, Yunan mifologiyasında Antaeus ilə əlaqəli deyil) ibadət mərkəzi Yuxarı Misirin şimalındakı Anteopolisdə olan bir tanrı idi. Nemtinin ibadəti kifayət qədər qədimdir, ən azı 2-ci sülalədən, onun artıq öz kultuna həsr olunmuş keşişləri olduğu zamana gedib çıxır. Əvvəlcə Nemti, Horus kultunun mərkəzi olan Badari ətrafındakı qədim bölgənin himayədarı olduğu görünür. Sağ qalan məlumatların olmaması səbəbindən Nemtinin orijinal funksiyasının nə olduğu və ya onun hər hansı bir xüsusi funksiyaya istinad edən Horus titulundan başqa bir şey olub olmadığı yaxşı bilinmir. Zaman keçdikcə Nemti sadəcə bərəçilərin tanrısı hesab olunmağa başladı və buna görə də qayıqda dayanan şahin kimi təsvir olundu, bu, əvvəlcə şahin olduğu düşünülən Horusa işarə idi. Daşıyıcıların tanrısı olaraq, (səyahət edən) mənasını verən Nemti titulunu aldı. Onun sonrakı kult mərkəzi Anteopolisdə və həmçinin Yuxarı Misirin 12-ci nomunda Per Nemtidə (Nemti evi) olmuşdur.Nemti, Osirisin mirasının həllini təsvir edən "Horus və Setin mübahisələri" nağılında görünür. Köhnə Krallıq. Bu nağılda Setin güc əldə etmək cəhdlərindən biri də tanrıları bir yerə toplayıb güclü arqumentlər irəli sürərək, onların hamısını inandırmasıdır (sonrakı ənənələrdə Totdan başqa hamısı). Set Horusun arvadı İsisin (erkən Misir mifologiyasında) sehrli müdaxiləsindən qorxur və buna görə də adada yığıncaq keçirərək Nemtiyə göstəriş verir ki, İsisə bənzəyənlərin oraya aparılmasına icazə verməsin.
Neolit
Neolit dövrü – e.ə. VIII-VI minillikləri əhatə edir. Yeni Daş dövrü kimi səciyyələnir. Bu dövrdə: Təbii sərvətlərdən istifadə üsulları formalaşdı Əkinçilik və maldarlıq inkişaf edərək,əsas məşğuliyyət sahəsinə çevrildi Toxa ilə torpağı şumlayırdılar İstehsal təsərrüfatın yarandı Əhali oturaq həyata keçdi Dulusçuluq,toxuculuq,dəriişləmə yarandı Sənətkarlıq yarandı Saxsı qabları hazırlamağı,daşları cilalamağı və deşməyi öyrənmişdilər Əmək alətləri çaxmaqdaşından və dəvə gözündən hazırlanırdıNeolit dövrünə aid yaşayış məskənlərindən toxalar,oraqlar ,çəkic, balta, dən daşı,sürtgəc daşı və.s tapılmışdır . Neolit dövrü Tovuz rayonunun Göytəpə,Ağcabədi rayonunda yerləşən Kamiltəpə,Naxçıvan, Qobustan, Gəncə, Qazax rayonlarında öyrənilmişdir == Neolit dövrünün əsas xüsusiyyətləri == Bu dövrü səciyyələndirən digər xüsusiyyətlər aşağıdakılardır: "Neolit inqilabı" baş verdi, insanların məşğuliyyət sahələri içərisində əsas yeri istehsal təsərrüfatına daxil olan əkinçilik və maldarlıq tutdu; daşların deşilməsi və cilalanması üsulları mənimsənildi; toxuculuq yarandı və saxsı qablar hazırlanmasına başlandı; əhali oturaq həyata keçməyə başladı. evlər dairəvi formada idi. == Azərbaycanda neolit dövrü == Arxeoloji araşdırmalar göstərir ki, e.ə. VIII–VI minilliklərdə mezolit dövrü neolit dövrü ilə əvəz olunmuşdur. Əgər daş dövrünün əvvəlki mərhələlərinin müəyyən olunmasında daşın işlənməsi texnikası əsas götürülürdüsə, neolit dövründə bununla bərabər istehsal təsərrüfatının formalaşması mühüm əhəmiyyət qazanır. Hazırda tədqiqatçılar Neolit dövrünü iki mərhələyə bölürlər: keramikasız neolit və keramikalı Neolit.
Neşid
Naşid yaxud İlahi Sinxron insan səslərindən ibarət daha çox dinə aid olan mahnı. Naşid (Ərəbcə: نشيد nashīd,), Bir vəya birdən artıq insan tərəfindən səsləndirilən dini mahnıdır. Naşiddə çalğı alətləri iştirak etmir.
Nəcis
Nəcis — heyvanların həzm artıqlarından yaranan və anal dəlik yolu ilə bədəndən atılan maddələr. Gün ərzində yeyilən qidalar uzun həzm prosesindən keçir. Bu proses əsnasında orqanizm özünə lazım olan maddələri alır. Lazımsız maddələr isə nəciz şəklində ifraz edilir. Həzm prosesi bir çox heyvanda bənzər şəkildə gedir. Bununla belə növlərin bir-birindən fərqli bir çox xüsusiyyəti də vardır. Zibil qurutma kabızlık adlanan stop dövrü bozukluklarına səbəb ola bilər.Məməlilər nəcislərini və sidiklərini ayrı-ayrı dəliklərdən ifraz edirlər. Bu canlıların həm anal dəliyi, həm də sidik kanalları vardır. Skeleti olan bütün digər hayvanlarınsa, quşlarda olduğu kimi (kloaka adı verilən) tək bir nəcis və sidik ifraz edən dəlikləri vardır. Bəzi heyvanlar, göbələklər və bakteriyalar təbiəti həm də nəcisdən təmizləyirlər.
Nədim
Nədim (Əhməd Nədim; 1681[…], Konstantinopol – 1730[…], Konstantinopol) — Osmanlı şairi. == Həyatı == Nədim 1681-ci ildə Konstantinopolda doğulmuşdur. 1730-cu ildə Konstantinopolda vəfat etmiş, Qaracaəhməd qəbiristanlığında dəfn olunmuşdur. Osmanlı divan ədəbiyyatının ən önəmli şairlərindən olan Əhməd Nədim də xalq şeiri formalarında şeirlər yazmış, dünyəvi eşqi vəsf etmiş, şeirdə sünilikdən qaçaraq real həyat səhnələrinin təsvirinə meyl etmişdir. Nədim xalq şeir formalarına müraciət edən ilk osmanlı şairlərindən olmuşdur.AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunda osmanlı ədəbiyyatının klassiki Nədiminin əlyazmaları qorunur.
Nəmin
Nəmin — İranın Ərdəbil ostanındakı Nəmin şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 10 117 nəfər və 2,690 ailədən ibarət idi.. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. İslamın şiə məzhəbinə etiqad edirlər.
Nəsil
Nəsil— başlanğıcını bir ümumi əcdaddan götürən, birlikdə yaşayıb-işləyən, ümumi əmlakı olan qohumlar kollektivi. Nəsil (qəbilə) icması "ağıllı insan"ın meydana gəlməsi ilə yaranır. Qəbilə icması insan sürüsündən daha çox möhkəm və mütəşəkkil idi.Nəsil — (ing. generation, ru. поколение) — Verilənlərin saxlanması sistemlərində: bir-biri ilə qarşılıqlı əlaqəli olan fayllar toplusunun ayrılması (xüsusiləşməsi) sxemi; ən əski variant "baba", sonrakı "ata", ən yeni isə "oğul" adlanır. 2. Proqramlaşdırmada: proqramın çalışması gedişində yaranan proseslərin (məsələlərin) "nəsil" proseslərini təsvir etmək üçün istifadə olunan analoji terminlər çoxluğu (ulubaba, ata, övlad). 3. Aparat təminatında: kompüterlərin, onlarda istifadə olunan texnoloji yeniliklərin növləri üzrə təsnifatı. Nəsillərin hesablanması elektronlampalar əsasında yaradılmış ilk kompüterlərdən başlayıb və hazırda beşinci nəslə çatıb.
Qetit
Qetit — oksid və hidroksid metallar qrupundan olan mineral. == Xüsusiyyəti == Düsturu — FeOOH. Kimyəvi tərkibi Fe2O3=90% H2O = 10% Ng=2,415 np=2 Ng-Np=0,06 Rentgenoqrafik d\n reflekslər üzrə müəyyən edilir: 4,15+4,16A;2,67A, 2,43A,3,43A və s. Xüsusi çəkisi 4,3 Rütubətli tropiklərin — lateritlərin və başqa torpaqların xarakterik mineralıdır. Aşınma, torpaqəmələgəlmənin daha dayanıqlı məhsullarından biridir. Al və Ti mineral oksidlərlə bərabər həmişəyaşıl meşə torpaqlarının yuxarı horizontlarında nisbətən toplanma qabiliyyətinə malikdir.
Aladizcə (Nəmin)
Aladizgə (fars. الاديزگه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 22 km. şərqdə, Ərdəbil-Astara avtomobil yolunun 10 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,540 nəfər yaşayır (266 ailə).
Arxazlı (Nəmin)
Arxazlı (fars. ارخازلو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 671 nəfər yaşayır (136 ailə).
Azərbaycan nefti
Azərbaycanda neft sənayesi — Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahə. Neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib. Ölkədə əsl neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər. == Tarixi == === Erkən tarixi === Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir. Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu.XIV əsr səyyahı Marko Polo bu bölgədə neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazmışdır. 1594-cü ildə Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş üzərindəki yazıda 35 metr dərinliyində quyunun usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.XVI əsrin əvvələrində tarixçi Əmin Əhməd ər-Razinin məlumatına görə, Bakı ətrafında 500-ə qədər neft çalası və quyu mövcud olmuş və onlardan ağ və qara neft hasil edilmişdir. 1647-ci ildə Türk səyyahı Övliya Çələbi Bakıda olmuş, buradakı neft mədənləri, çıxarılan neftin müxtəlif rənglərdə olması, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və gətirdiyi illik gəlir haqqında məlumat vermiş, Bakıda fəaliyyət göstərən neft şirkətlərini müfəssəl təsvir etmişdir.1729-cu ildə Rusiyanın İrandakı səfirliyinin əməkdaşı və həkimi İoann Lerkx Bakıya gəlmiş və Abşerondakı neft yataqları haqqında ətraflı məlumat verərək burada əsrlər boyu neftin hasil edildiyini, məişətdə və sənayedə yanacaq kimi geniş istifadə olunduğunu təsdiqləmişdir.
Ağayarlı (Nəmin)
Ağayarlı (fars. اقايارلو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 40 nəfər yaşayır (11 ailə).
Ağqala (Nəmin)
Ağqala - İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 33 km şimalda, Germi-Ərdəbil avtomobil yolunun 2 kilometrliyindədir.
Ağzamankəndi (Nəmin)
Ağzamankəndi (fars. اغزمان كندي‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 96 nəfər yaşayır (23 ailə). == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində Ərdəbil şəhərindən 15 km şimalda, Ərdəbil-Meşkinşəhr avtomobil yolunun 6 kilometrliyindədir.