Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Armen Leonoviç Taxtacan
Armen Leonoviç Taxtacan və ya Taxtacan (erm. ձրմեն ռևոնի չախտաջյան; rus. Армен Леонович Тахтаджян) (28 may (10 iyun) 1910, Şuşa[…] – 13 noyabr 2009, Sankt-Peterburq) – Bitkilər, bitkilərin təkamülü, bitkilərin sistematikası və biocoğrafiya sahələrində XX əsrin ən mühüm simalarından biri hesab edilən Sovet — erməni botanikidir. Alimin digər maraq dairəsi olan sahələrə Çiçəkli bitkilərin morfologiyası, paleobotanika və Qafqaz florası daxil idi. O, XX əsrin ən nüfuzlu taksonomçularından biri hesab edilir. Onun bitkilərlə əlaqədar olan elmi təxəllüsü Taxt olmuşdur. == Həyatı == === Ailəsi === Taxtacan 1910-cu il iyun ayının 10-da Rusiya imperiyasının Şuşa şəhərində anadan olmuşdur. Babası olan Məliksan Taxtacyan Petroviç Osmanlı imperiyasının tabeliyində olan Trabzon şəhərində anadan olmuşdur. O, İtaliyada təhsil aldıqdan sonra jurnalist kimi fəaliyyət göstərmişdir. Babası 1930-cu ildə Parisdə vəfat etmişdir.