Armen Leonoviç Taxtacan

Armen Leonoviç Taxtacan və ya Taxtacan (erm. ձրմեն ռևոնի չախտաջյան; rus. Армен Леонович Тахтаджян) (28 may (10 iyun) 1910[1][2], Şuşa[7][1][…]13 noyabr 2009[3][4], Sankt-Peterburq) – Bitkilər, bitkilərin təkamülü, bitkilərin sistematikası və biocoğrafiya sahələrində XX əsrin ən mühüm simalarından biri hesab edilən Soveterməni botanikidir. Alimin digər maraq dairəsi olan sahələrə Çiçəkli bitkilərin morfologiyası, paleobotanika və Qafqaz florası daxil idi. O, XX əsrin ən nüfuzlu taksonomçularından biri hesab edilir. Onun bitkilərlə əlaqədar olan elmi təxəllüsü Taxt olmuşdur.[8]

Armen Taxtacan
erm. Արմեն Լևոնի Թախտաջյան
Doğum tarixi 28 may (10 iyun) 1910[1][2]
Doğum yeri
Vəfat tarixi 13 noyabr 2009(2009-11-13)[3][4] (99 yaşında)
Vəfat yeri
Elm sahəsi botanika
Elmi dərəcəsi
Elmi adları
İş yerləri
Təhsili
Elmi rəhbərləri Vladimir Komarov
Üzvlüyü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
SSRİ Dövlət mükafatı
"Müqəddəs Mesrop Maştots" ordeni
Ermənistan SSR əməkdar elm xadimi RSFSR əməkdar elm xadimi Rusiya Federasiyası Prezidentinin təşəkkürnaməsi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Armen Taxtacanın atası (solda) və babası (sağda), təxminən 1900-cü il

Taxtacan 1910-cu il iyun ayının 10-da Rusiya imperiyasının Şuşa şəhərində anadan olmuşdur. Babası olan Məliksan Taxtacyan Petroviç Osmanlı imperiyasının tabeliyində olan Trabzon şəhərində anadan olmuşdur. O, İtaliyada təhsil aldıqdan sonra jurnalist kimi fəaliyyət göstərmişdir. Babası 1930-cu ildə Parisdə vəfat etmişdir. Armenin atası olan Leon Məliksanoviç Taxtacan (1884–1950) Gürcüstanın Batumi şəhərində anadan olmuş və Leypsiq Universitetində aqronom ixtisası üzrə təhsil almışdır. Universiteti 1906-cı ildə bitirdikdən sonra Fransa, İsveçrəBöyük Britaniyada fermalarda işləmiş və qoyunçuluq sahəsində tədqiqatlar həyata keçirmişdir. Alman, fransız, ingilis, rus, gürcüAzərbaycan dilləri üzrə ixtisaslaşmışdır. O, 1908-ci ildə Şuşaya geri qayıtmışdır. 1909-cu ildə Gerseliya Sergeyevna Qazarbekyan (1887–1974) ilə tanış olmuş və elə həmin xanım ilə də ailə həyatı qurmuşdur.[9][10]

Leon və Gerseliya Taxtacan cütlüyünün bu evlilikdən Armen (1910–2009), Nelli (1914–1994) və Nora (1918–1965) adlı üç övladı dünyaya gəlmişdir. 1918-ci ildə baş vermiş olan talanlara görə ailə Ermənistanın şimalına qaçmağa məcbur olmuşdur. Armen uşaqlıq illərində atası ilə bərabər səyahət edərkən təbiət tarixinə maraq göstərməyə başlamışdır. Armen ilk təhsilinə Tbilisidə başlamışdır. Burada o, əvvəllər Tbilisi Dövlət Universitetində kənd təsərrüfatından dərs demiş və gürcü, rus və latın dillərində botanika adları lüğəti tərtib etmiş müəllimlərindən biri olan Aleksandr Konstantinoviç Makayevin (Makaşvili) (1896–1962) təsirinə məruz qalmışdır. Makayev Armeni özü ilə botanika ekskursiyalarına aparmış və ona bitkiləri müəyyən etməyi öyrətmişdir (1920). 1928-ci ildə orta məktəbi bitirərək Leninqrada getmişdir. Leninqrad Universitetinin biologiya fakültəsində isə Vladimir Leontyeviç Komarovun (1869–1945) bitki morfologiyası üzrə dediyi mühazirələrdə iştirak etmişdir. 1929-cu ildə isə İrəvan Dövlət Universitetində biologiya üzrə təhsil almağa başlamışdır.[9]

O, İrəvan şəhərində yerləşən Ermənistan Təbiət Tarixi Muzeyində, daha sonra isə SSRİ Elmlər Akademiyasının Biologiya İnstitutunun Ermənistan bölməsinin Herbariumunda (bitkilər üzrə bölmə) elmi işçi vəzifəsində işləmiş, 1936-cı ildə isə İrəvan Universitetində magistr dissertasiyasını başa çatdırdıqdan sonra pedaqoji fəaliyyətə başlamışdır.[9]

O, "Çiçəkli Bitkilər" adlı şah əsərini başa çatdırdıqdan sonra 2009-cu il noyabr ayının 13-də Sankt-Peterburqda vəfat etmişdir.[11][10]

O, əsasən çiçəkli bitkilərin mənşəyi və paleobotanika sahələrində aparmış olduğu elmi tədqiqatları və bitkilərin yeni təsnifat sistemini işləyib hazırlamışdır. "Ermənistan florası" (cild 1–6, 1954–73) və "SSRİ-dəki çiçəkli bitkilərin fosilləri" (v. 1, 1974) adlı kitabların üzərində işləmişdir. Taxtacan həmçinin də, Floristik Regionlar sistemini işləyib hazırlamışdır. (Taxtacan, Krovello və Kronkvist, 1986)

Taxtacan sistemi

[redaktə | mənbəni redaktə et]

"Taxtacan sistemi" çiçəkli bitkiləri bir Tip (taksonomik kateqoriya) (filum) (Magnoliophyta) və iki sinif (Magnoliopsida (ikiləpəlilər) və Liliopsida (birləpəlilər)) kimi təsnif edir. Bu iki sinifdə öz növbəsində aşağı siniflərə, sonra isə yuxarı qruplara, qruplara və ailələrə bölünür. Taxtacan sistemi Kronkvist sisteminə oxşayır, lakin ondan bir qədər daha mürəkkəbdir. Taxtacan təsnifatlandırma sistemindən bu gün, məsələn, Montreal Nəbatat Bağında istifadə olunur.

Mühüm əsərləri

[redaktə | mənbəni redaktə et]
  • 1948. Морфологическая эволюция покрытосеменных (Qapalı toxumluların morfoloji təkamülü). [Rus dilindən Alman dilinə Werner Höppner tarafından, Die evolution der angiospermae 1959, Fischer, Jena adı altında tərcümə edilmişdir][12][13]
  • 1969. Çiçəkli bitkilər: mənşəyi və yayılması. Oliver ve Boyd, Edinburgh [Rus dilindən C Jeffrey tərəfindən tərcümə edilmişdir.[14]
  • 2009. Çiçəkli bitkilər. Springer, New York.[11]

Taxtacan, öz dövrünün ən mühüm botaniklərindən biri hesab edilmişdir.[15][10]

Taxtacanın elmi işləri

[redaktə | mənbəni redaktə et]
  • Takhtajan, A. "The Taxa of the Higher Plants above the Rank of Order". Taxon. 13 (5). June 1964: 160–164. doi:10.2307/1216134. JSTOR 1216134.
  • Cronquist, Arthur; Takhtajan, Armen; Zimmermann, Walter. "On the Higher Taxa of Embryobionta". Taxon. 15 (4). April 1966: 129–134. doi:10.2307/1217531. JSTOR 1217531.
  • Takhtajan, Armen. 1973. Chetyre tsarstva organicheskogo mira (Four Kingdoms of the Organic World). Priroda (Nature), Akad. Nauk 2: 22–32.
  • Takhtajan, Armen. "Outline of the classification of flowering plants (Magnoliophya)". Botanical Review. 46 (3). 1980: 225–359. doi:10.1007/BF02861558.
  • Takhtajan, A. Sistema Magnoliofitov (Systema Magnoliophytorum) (rus). Leningrad: Nauka. 1987.
  • Takhtajan, Armen. Evolutionary trends in flowering plants. New York: Columbia Univ. Press. 1991. ISBN 9780231073288.
  • Takhtajan, A.L. Грани эволюции: Статьи по теории эволюции. 1943—2006 (Grani ėvoli︠u︡t︠s︡ii: statʹi po teorii ėvoli︠u︡t︠s︡ii. 1943—2006 [The boundaries of evolution: Articles on the theory of evolution. 1943–2006]. St Petersburg: Nauka. 2007. ISBN 978-5-02-026273-7.
  • Takhtajan, Armen Leonovich. Diversity and Classification of Flowering Plants. Columbia University Press. 1997. ISBN 978-0-231-10098-4.Şablon:Link note
  • Takhtajan, A. L. Cronquist, Arthur (redaktor). Floristic regions of the world (ingilis). Crovello, Theodore J. tərəfindən tərcümə olunub. University of California Press. 1986. ISBN 0-520-04027-9. OCLC 12135442 – Internet Archive vasitəsilə.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. 1 2 3 4 5 6 7 8 9 10 Հայկական համառոտ հանրագիտարան (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 3.
  3. 1 2 https://web.archive.org/web/20091217043258/http://www.portal.binran.ru:80/index.php.
  4. 1 2 Armen Leonovič Takhtadjan // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  5. 1 2 Романова Н. Е. «Существует совсем другая биология»: к 75-летнему юбилею Якова Михайловича Галла, A whole different biology does exist: to the 75th birthday of Yasha Gall (rus.). // Историко-биологические исследования 2022. Т. 14, вып. 2. С. 7–32. ISSN 2076-8176; 2500-1221 doi:10.24412/2076-8176-2022-2-7-32
  6. 1 2 Гельтман Д. В. Интересный текст, написанный учёным с непростым характером: Размышление над автобиографией Михаила Григорьевича Попова, An interesting text written by a scientist with a complicated personality: A reflection about Mikhail Grigorʹevich Popov’s autobiography (rus.). // Историко-биологические исследования 2020. Т. 12, вып. 1. С. 138–153. ISSN 2076-8176; 2500-1221 doi:10.24411/2076-8176-2020-11008
  7. 1 2 Тахтаджян Армен Леонович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  8. "IPNI". 8 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2020.
  9. 1 2 3 Velgorskaya, 2007
  10. 1 2 3 Morin, 2009
  11. 1 2 Takhtajan, 2009
  12. "Reviewed by Herbert F. Copeland, 1961". 2 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2020.
  13. "Review by Lincoln Constance" (PDF). 2 fevral 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 avqust 2020.
  14. Takhtajan, 1966
  15. Stevens, 1993