Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Enravota
Şahzadə Enravota əsl adı Bayan (IX əsr – təq. 833) — Bulqar şahzadəsi, müqəddəs. == Həyatı == Omurtaq xanın oğlu idi, xristian olduğu üçün taxtdan kənarlaşdırılmışdı. Bir keşiş tərəfindən xristian dininə gətirilmişdi. Qardaşı Malamir xan tərəfindən həbsdə saxlanılan keşişin çıxarılmasını xahiş edən Enravota əvvəlcə xristianlıqdan çıxmağa sövq edilmiş, rədd cavabı verdikdən sonra 833-cü ildə qardaşının əmri ilə edam olunmuşdu. O Bolqarıstan Pravoslav Kilsəsinin ilk şəhidi sayılır. == Toponimlər == Antarktikada Enravota buzlağı onun şərəfinə adlandırılmışdır.