Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sığnaq
Siqnaxi və ya Sığnaq — Gürcüstanın Kaxeti mxaresində yerləşən kiçik şəhər. Sığnaq (Xocalı) — Xocalı rayonunda kənd.
Qınıq
Qınıq boyu
WiGig
WiGig — Standart olaraq İEEE 802.11ad təyin olunmaqdadır. WiGig (ing. Wireless Gigabit Alliance, azərb. ‎ Naqilsiz Geqabit qrupu) yeni nəsil simsiz rabitə standartıdır. Bu standart IEEE 802.11ad standartı adlanır. WiGig texnologiyası bizə məlum 802.11ac standartından fərqli olaraq 60 GHz tezlik diapazonundan istifadəni nəzərdə tutur. WiGig ilə təchiz edilmiş kompüter və noutbuklara xarici daşıyıcı, proyektor və başqa periferiya qurğularının qoşulması üçün daha kabelə ehtiyac olmayacaq və fərdi kompüterdəki Full HD və daha yüksək formatda filmi planşetə iki dəqiqəyə ötürmək mümkün olacaq. WiGig texnologiyasını dəstəkləyən ilk qurğu 2015-ci ildə nümaişə çıxarılmışdır. Sözügedən qurğu “Qualcomm Snapdragon 810” mobil çipidir. Bu çip "WiGig" texnologiyasını dəstəkləyən birinci mobil platformadır və nəticədə 4K formatlı videonun yayımını həyata keçirmək mümkün olacaq.
İqriq
İqriq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. İqriq oyk., sadə. Quba r-nunun Alekseyevka i.ə.v.-də kənd. Düzənlikdədir. Oykonimi tədqiqatçıların bir qismi qədim türk dillərində "düşərgə, dayanacaq yeri" mənasında işlənən uqruq sözü ilə, başqa bir qismi isə qəd. türk tayfalarından biri olan iqrak/uqrak tayfasının adı ilə əlaqələndirir. Əhalisi 9567 min nəfərdir.Əsas təsərrüfat sahəsi əkinçilikdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1598 nəfər əhali yaşayır. Quba rayonu Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti Azərbaycan coğrafiyası.
İqrığ
İqriq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. İqriq oyk., sadə. Quba r-nunun Alekseyevka i.ə.v.-də kənd. Düzənlikdədir. Oykonimi tədqiqatçıların bir qismi qədim türk dillərində "düşərgə, dayanacaq yeri" mənasında işlənən uqruq sözü ilə, başqa bir qismi isə qəd. türk tayfalarından biri olan iqrak/uqrak tayfasının adı ilə əlaqələndirir. Əhalisi 9567 min nəfərdir.Əsas təsərrüfat sahəsi əkinçilikdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1598 nəfər əhali yaşayır. Quba rayonu Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti Azərbaycan coğrafiyası.
Cığcığ (Kəleybər)
Cığcığ (fars. جيغ جيغ‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 79 nəfər yaşayır (16 ailə).
Nigina Şaripova
Nigina Şaripova (10 avqust 1995) — Özbəkistanlı sprinter. Nigina Şaripova Özbəkistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Nigina Şaripova birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 2-ci təsnifat mərhələsində 11.68 saniyəlik nəticə ilə 5-ci cığırda 6-cı yeri tutdu və mübarizəni dayandırdı.
Nijniy Lomov
Nijniy Lomov — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir.
Nijniy Taqil
Nijniy Taqil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Nijnıy (ada)
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Nijnıy adası
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Sığnaq (Gürcüstan)
Siqnaxi (gürc. სიღნაღი — Siğnaği) və ya Sığnaq — tarixi Qızıq mahalında, hazırda Gürcüstan Respublikasının Kaxeti mxaresində yerləşən kiçik şəhər, Siqnaxi bələdiyyəsinin inzibati mərkəzidir. 2014-cü ilin rəsmi siyahıyaalmanın nəticələrinə əsasən, 1485 nəfər əhalisi olan Siqnaxi ölkənin ən kiçik şəhərlərindən biri sayılır. Siqnaxi şəhərinin iqtisadiyyatında şərab, xalça və Gürcüstanın ənənəvi Mtsvadi adlı qidasının istehsalı üstünlük təşkil edir. Bu şəhər və onun ətrafı həmçinin öz landşaft nümunələri və tarixi abidələri ilə də tanınır. Siqnaxi bu yaxınlarda fundamental yenidənqurma proqramını keçmiş və Gürcüstanın turizm sənayesinin əhəmiyyətli bir mərkəzinə çevrilmişdi. Şəhərin yerləşdiyi müəsir əraziyə hələ paleolit dövründən məskən salınmışdı və Orta əsrlərdə mövcud olmuş Hereti dövlətinin tərkibində idi. Həmçinin bura Kiziki tarix-coğrafi bölgəsinin mərkəzi sayılır. Buna baxmayaraq, yaşayış məskəni kimi Siqnaxinin adı XVIII əsrin əvvəlində qeyd olunur (şəhərin adı Sığnaq — yəni sığınacaq sözündən yaranıb). 1762-ci ildə Kartli və Kaxetiya kralı II İrakli şəhərin inşasını başlatmış və Dağıstan qəbilələri tərəfindən baş verən soyğunçu hücumları dayandırmaq məqsədilə müdafiə qalasını ucaltmışdı.
Sığnaq (Qazaxıstan)
Sığnaq (Sığınaq) — Müasir Qazaxıstanın Qızıl orda vilayəti ərazisində, Tümən-Arıq dəmiryolu stansiyasından 18 km şimal-şərqdə, Sırdərya çayından 20 km şimalda tapılan qədim şəhər. 15 qullələri ismən qalan daş hasarla əhatələnən şəhristanın sahəsi 10 ha yaxındır. Torpaq xəndəklə əhatələnən həndəvəri ilə birlikdə -13 ha. Ərazisində məsçid, mədrəsə, türbə və yaşayış tikililəri var. Su şəhərə 20 km kanal vasitəsi, eləcə də Karatay yamaclarındakı dağ çaylarından daxil olurdu. İlk dəfə X əsrdə ərəb coğrafiyaçısı əl-Məqdisi tərəfindən, oğuzların şəhəri kimi qeyd edilir. XI əsrin ortalarında qıpçaq şəhəri, Tən-Şan dağlarından Sırdərya ilə aşağı sonra isə Xəzərin müasir sahilinə qədər kedən karvan yolunda iri ticarət və sənətkarlıq mərkəzi idi. 1219 ildə monqollar tərəfindən dağıdılıb, lakin XIII sərdə dirçəlib, Qızıl Ordanın pul sikkəxanalarından biri. XIV əsrin ortalarından Göy Ordanın paytaxtı. XIV-XV əsrlərdə Teymurun və Teymurilərin imperiyasının tərkibində idi.
Sığnaq (Xocalı)
Sığnaq və ya Sığnax — Azərbaycan Respublikasının Xocalı rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd. Sığnaq kəndi Qarabağ silsiləsinin ətəyindədir. Signax/signaq keçmişdə müdafiə məqsədilə istifada olunan “sığınacaq yeri” mənasındadır. Erkən orta əsrlərdə Daşlı Qipçaq çölündə qipçaqların Siqnak/Suqnak adlı mərkəz şəhəri mövcud olmuşdur. Azərbaycan Sacilər sülalasinin banisi Əbu-Sac Divdad (IX əsr) mənşəcə Siqnak mahalından idi. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Sığnax kəndinin əhalisinin faktiki sayı 225 nəfər, qeydiyyatdakı əhalinin sayı 251 nəfər təşkil edirdi.
Sığnaq bələdiyyəsi
Siqnaxi bələdiyyəsi (gürc. სიღნაღის მუნიციპალიტეტი) — Gürcüstan Respublikasının Kaxeti mxaresində inzibati ərazi. 2006-cı ilədək Sığnaq rayonu adlanıb. İnzibati mərkəz Siqnaxi şəhəridir.
Sığnaq qəzası
Sığnaq qəzası (rus. Сигнахский уезд; gürc. სიღნაღის მაზრა siğnağis mazra) — Rusiya imperiyası (Gürcüstan, Gürcüstan-İmeretiya və Tiflis quberniyaları tərkibində), Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) tərkibində mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Sığnaq şəhəri idi. 30 dekabr 1800-cü ildə Kartli–Kaxetiya krallığının Rusiya İmperiyasına birləşdirilməsindən və 18 mart 1801–ci ildə ləğvindən sonra bu krallığın ərazilərini əhatə edən Gürcüstan quberniyası tərkibində, 24 sentyabr 1801-ci ildə təşkil edilmişdir. Kartli–Kaxetiya krallığı dövründə Kaxetiya krallığı 2 mahala bölünürdü: Qaxet mahalı və Qızıq mahalı. Yeni təşkil edilmiş Sığnaq qəzası keçmiş Qızıq mahalını, Telavi qəzası isə Qaxet mahalını əhatə edirdi. 22 aprel 1840-cı ildə Sığnaq qəzası ləğv edildi, onun ərazisi yeni təşkil edilmiş Gürcüstan–İmeretiya quberniyasının Telavi qəzasına verildi. 26 dekabr 1846–cı ildə Gürcüstan–İmeretiya quberniyası ləğv edildi, inzibati–ərazi vahidi olaraq Sığnaq qəzası yeni yaradılmış Tiflis quberniyası tərkibində yenidən təşkil edildi. Rusiya İmperiyasının Zaqafqaziyadakı ərazilərində ilk kameral sayım 14 aprel 1803-cü ildə başladılmış və 1805-ci ilədək davam etmişdir.
Nijni-Novqorod
Nijni Novqorod (rus. Нижний Новгород) — Rusiyada şəhər, Nijeqorod vilayətinin mərkəzi. 1932–1990-cı illərdə yazıçı Maksim Qorki şərəfinə Qorki (rus. Горький) adlanırdı. 1,3-milyonluq əhalisi olan Nijni Novqorod Rusiyanın beşinci ən iri şəhəridir. Nijni Novqorod 1221-ci ildə böyük knyaz II Yuri Vsevolodoviç tərəfindən salınıb. Nijni-Novqorod Suzdal Rusunun forpost-qalası kimi onun şərq sərhəddində meydana gəldi və sonra Volqa boyu diyarlara istiqamətlənən müstəmləkəçilik tədbirlərinə dayaq məntəqəsi olaraq xidmət edirdi. Vladimir-Suzdal knyazı Yuri Dolqoroki (Dolqoroki – onun ləqəbidir, yəni "əliuzun", təcavüzkar) Oka çayının Volqaya töküldüyü yerdə yerli Mordva tatarlarınının Çul Kala kəndini tutdu və mordva tatar ölkəsinə qarşı 1221-ci ildə burada Nijni-Novqorod qalasını tikdirdi. O bu kəndi Novqorod Velikidən fərqləndirmək üçün onu Nijni-Novqorod (Aşağı yeni şəhər) adlandırdı. Lev Qumilyev bu şəhərin tarixi barədə yazırdı: XIII əsrdə Volqa hələ rus çayı deyildi.
Nijni Novqorod
Nijni Novqorod (rus. Нижний Новгород) — Rusiyada şəhər, Nijeqorod vilayətinin mərkəzi. 1932–1990-cı illərdə yazıçı Maksim Qorki şərəfinə Qorki (rus. Горький) adlanırdı. 1,3-milyonluq əhalisi olan Nijni Novqorod Rusiyanın beşinci ən iri şəhəridir. Nijni Novqorod 1221-ci ildə böyük knyaz II Yuri Vsevolodoviç tərəfindən salınıb. Nijni-Novqorod Suzdal Rusunun forpost-qalası kimi onun şərq sərhəddində meydana gəldi və sonra Volqa boyu diyarlara istiqamətlənən müstəmləkəçilik tədbirlərinə dayaq məntəqəsi olaraq xidmət edirdi. Vladimir-Suzdal knyazı Yuri Dolqoroki (Dolqoroki – onun ləqəbidir, yəni "əliuzun", təcavüzkar) Oka çayının Volqaya töküldüyü yerdə yerli Mordva tatarlarınının Çul Kala kəndini tutdu və mordva tatar ölkəsinə qarşı 1221-ci ildə burada Nijni-Novqorod qalasını tikdirdi. O bu kəndi Novqorod Velikidən fərqləndirmək üçün onu Nijni-Novqorod (Aşağı yeni şəhər) adlandırdı. Lev Qumilyev bu şəhərin tarixi barədə yazırdı: XIII əsrdə Volqa hələ rus çayı deyildi.
Nijni Tagil
Nijniy Taqil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Qınıq (İzmir)
Qınıq (türk. Kınık) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin qərbində və şimalında Berqama ilçəsi, şərqində və cənubunda isə Manisa ili yerləşir. İlçənin sahəsi 479 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 28,802 nəfərdir.
Qınıq boyu
Qınıq boyu — Səlcuqlu sülaləsinin mənsub olduğu Oğuz boyu. Oğuz Xaqan Dastanına görə Oğuz türklərinin 24 boyundan biri. Üçoqlar boylarındandır. Qanıq : " Hər yerdə sayqın" anlamındadır. Böyük Anadolu Səlcuqlu devlətləri, Orta Toroslardakı üçoxlu Türkmənlər , Hələb, Ankara, Aydındakı Kınıq oymaqları bu boydandır. Mahmud Qaşqarlı "Divani-lüğət-it-türk" adlı əsərində yazır: " ٱغُز Oğuz: Bir Türk boyudur. Oğuzlar Türkməndirlər. Bunlar iyirmi iki bölüksür; her bölüiün ayrı bir bəlgəsi və heyvanlarına vurulan bir əlaməti (damğası) var. Bir-birlərini bu bəlgələrlə tanıyırlar. Birincisi və başları: "قنق Qınıq"lardır.
Siqni adası
Siqni adası (ing. Signy Island) — Cənubi Orkney adaları qrupuna daxil olan, Koroneyşen adasından 1,6 km cənubda yerləşən elədə böyük olmayan ada. Adanın uzunluğu 6,5 km, eni isə 5 km təşkil edir. Ən hündür nöqtəsi Makleod buzlağında səthə çıxan Tyoqa-Hill dağıdır (290 m.). Ada ilk dəfə 1823 ildə balina ovunu həyata keçirən Beaufoy gəmisinin kapitanı Mettyu Brisben yərəfindən Koroneyşen adasının cənubunu xəritəyə salarkən kəşf edilmişdir. Adanın növbəti araşdırılma işləri noveç balina ovunu həyata keçirən Stryomness staniyası tərəfindən həyata keçirilmişdir. Piter Syorli adaya yan almaq üçün əlverişli yer və Byorqe-Bey körfəzində şirimsu mənbəyini aşkarlamışdır. Elə məhz o adanı öz həyat yoldaşı Siqni Syorlinin (norv. Signy Sørlle) şərəfinə adlandırmışdır.1920—1921 illərdə norveçə məxsus olan Tønsbergs Hvalfangeri şirkəti adada bslina ovunu həyata keçirən stansiya inşa edir. 1925—1926 illərdə bu stansiya fəaliyyətini göstərmişdir.
Sınıq körpü
Qırmızı Körpü və ya Sınıq körpü, (gürc. წითელი ხიდი, Tsiteli Khidi) — Qazax rayonunda Gürcüstan ilə sərhədə olan və Ehram çayı üzərindən keçən körpü. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad tikintidə istifadə olunmuş qırmızı daş üçün verilib. "Sınıq körpü" adı isə çay axınının 95 m aşağıda daha qədim körpünün xarabalarından gəlir. Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınmışdır. Körpün uzunluğu 175 m və 4 aşırımlarda ibarətdir: 26,1 — 8,0 — 16,1 — 8,2. Tağtavanlar 22x22x4 sm kərpiçlərdən yığılıb. İşlək yolun eni 4,3 m, çıxışlarda isə 12,4 m. Arran ərazisində ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü Qırmızı körpüdür.
Sınıq xətt
Sınıq xətt A1A2, A2A3, ..., An-1An parçalarından ibarət olan A1A2...An fiquru adlanır. Belə ki, ixtiyari k ∈ {2, 3, ..., n-1} üçün Ak-1Ak və AkAk+1 parçaları, eləcə də A1 və An üst-üstə düşdükdə A1A2 və An-1An parçaları bir düz xətt üzərində olmasınlar. A1, A2, ..., An nöqtələri sınıq xəttin təpə nöqtələri, A1A2, A2A3, ..., An-1An parçaları isə sınıq xəttin tərəfləri adlanır. Sınıq xəttin birinci və sonuncu təpə nöqtələri üst-üstə düşərsə, o qapalı sınıq xətt adlanır. Sınıq xəttin tərəfləri bir-birini kəsə bilər.
Xanthium nigri