Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bullit missiyası
Bullit missiyası — Rusiyada hərbi əməliyyatların dayandırılması məqsədilə Paris sülh konfransında (1919–1920) ABŞ nümayəndə heyətinin üzvü Uilyam Kristian Bullitin rəhbərliyi ilə 1919 ilin martında sovet Rusiyasına göndərilmiş nümayəndə heyəti. == Tarixi == ABŞ prezidenti V. Vilson və B. Britaniyanın baş naziri C. Lloyd Corcun təklifi ilə 1919-cu il martın 19-da Moskvaya gələn Bullit Leninlə görüşmüş, atəşkəs haqqında razılıq əldə etmişdi. Görüş nəticəsində hazırlanmış layihədə göstərilirdi ki, keçmiş Rusiya imperiyası və Finlandiya ərazisində faktiki surətdə mövcud olan hökumətlər öz hakimiyyətlərini saxlayır, Rusiyanın iqtisadi blokadası dayandırılır, sovet respublikaları ilə xarici dövlətlər arasında rəsmi nümayəndələrin mübadiləsi bərpa olunur, Rusiya imperiyası və Finlandiya ərazisindəki dövlətlər xarici ölkələr qarşısında, bu ölkələrin vətəndaşları qarşısında Rusiya imperiyasının maliyyə öhdəlikləri üçün məsuliyyət daşıyır və s. Lakin sonradan Antanta dövlətləri və ABŞ admiral Kolçakın hücumunun başlanması ilə əlaqədar razılaşmadan imtina etdilər. Osmanlı imperiyasının ABŞ-nin protektoratlığına verilməsi layihəsinin də müəllifi Bullit olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı 2004 История дипломатии, 2 изд., т. 1–5, M., 1959–74.