Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kakalos
Kakalos — Azərbaycan Respublikasının Astara rayonunun Kakalos kənd inzibati ərazi dairəsində kənd. Kokolos Astara rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Kokalos variantında da qeydə alınmışdır. Kəndi XIX əsrdə Lənkəran qəzasının Butasar kənd icmasına məxsus bir neçə ailə daimi yaşayış məntəqəsinə çevirmişdir. Oykonimin koko/koka (qədim türk dillərində "vəhşi", "qəzəbli, quduz") və los/lus (TalıŞərq "çölpiŞiyi") sözlərindən ibarət olub, "vəhşi çöl pişiyi" mənasını bildirdiyi güman edilir. Bəzi mənbələrdə isə bu ad evlər yığnı mənasını verir. Yəqin ki, kəndin ərazisində vaxtilə bu heyvanlar qorunduğu üçün ərazi belə adlandırılmışdır. Kənddə bir məktəb, bir mədəniyyət evi və bir məsçid vardır. Bu kəndin adı rəsmi qeydiyyatda "Kakalos" kimi göstərilir.